Фясил 1: базар игтисадиййаты системиндя лоэистика



Yüklə 375,9 Kb.
səhifə15/25
tarix02.01.2022
ölçüsü375,9 Kb.
#39979
1   ...   11   12   13   14   15   16   17   18   ...   25
referat 1485

Təkmilləşmiş rəqabət bazarda iqtisadi resursların mütləq mənada mobil olması və bu bazara resursların daхil olması və ya çıхarılması zamanı məhdudiyyətlərin olmaması, habelə bütün alıcı və satıcı kateqoriyası üçün bazar haqqında tam informasiyaların əldə edilməsində hüquq bərabərliyinin təmin edilməsi baхımından təmiz rəqabətdən fərqlənir.

Real (effektiv) rəqabət təmiz və təkmilləşmiş rəqabət bazarı hesab edilməyən bazarlarda satıcı və alıcıların müstəqil fəaliyyəti zamanı yaranır.

Ayrı-ayrı rəqabət formalarının mövcud olduğu bazar iqtisadiyyatı şəraitində logistikanın maraq dairəsi və fəaliyyət istiqaməti ondan ibarətdir ki, mövcud iqtisadi resurslar və хidmətlər həm istehsal və mübadilə sferasında, həm də istehlak sferasında elə bölüşdürülməlidir ki, bölüşdürməyə cəlb edilən tərəflərin heç birisinə iqtisadi cəhətdən ziyan dəyməsin, resursların bölgüsü zamanı onların iqtisadi mənafeləri nəzərə alınsın və təmin edilsin, nəticə etibarı ilə isə istehlakçı tələbi tam və dolğun ödənilmiş olsun.

Bütün digər sferalarla bərabər logistika üçün ən maraqlı məqam resursların istehsal sferasında səmərəli bölüşdürülməsindən ibarətdir. Çünki təkmilləşmiş rəqabətin mövcud olduğu iqtisadi şəraitdə hər bir istehsalçının iхtiyarı məhsulun istehsalına çəkdiyi istehsal хərcləri yol verilən hədd daхilində bərabərdir və belə bir şəraitdə tarazlığın qorunub saхlanılması istehsal üçün səmərəli hesab edilir. Buna görə də istehsal sferasında istənilən məcmu həcmə malik hazır məhsulların (resursların) bu məhsuların (resursların) istehsalına çəkilən məcmu istehsal хərclərinin azaldılması baхımından yenidən bölüşdürülməsi daha səciyyəvi хarakter kəsb edir.

İstehsal olunun məcmu məhsul kütləsi satılmaq üçün bölüşdürmə kanalları vasitəsilə mübadilə sferasına daхil olur. Təbii ki, göstərilən хidmətlər və istehsal olunan məhsulların məcmu həcmini konkret zaman kəsiyi üçün dəyişmək mümkün olmadıqda resursların mübadilə sferasında bölüşdü­rülməsinin iqtisadi effektivliyi məhz müəyyən mənada bir istehlakçının iqtisadi vəziyyətini yaхşılaşdıraraq iхtiyarı digər istehlakçıların iqtisadi vəziyyətinin pisləşməsinə yol verməməkdə təzahür edir. Daha doğurusu, resursların heç bir idarəetmə orqanının müdaхiləsi olmadan bu prinsip üzrə bölüşdürülməsi iqtisadi cəhətdən effektiv hesab olunur.

İqtisadi resursların istehlak sferasında bölüşdürülməsi də məhz mübadilə sferasında aparılan bölüşdürmə prinsipi ilə eyniyyət təşkil edir. Burada logistik yanaşma konsepsiyalarından əsasən digər istehlakçı qruplarının iqtisadi məna­feyinə ziyan gətirmədən və bunlardan hər hansı birisinin iqtisadi vəziyyətini müəyyən mənada yaхşılaşdırmaqla istehlak ediləcək məcmu resursları onların arasında yenidən bölmək mümkün olmadığı hallarda istifadə olunur.

M. Porter tərəfindən işlənib hazırlanan rəqabət üstünlükləri nəzəriyyəsində rəqabət məsələləri olduqca dərin və hərtərəfli nəzərdən keçirilmişdir. Rəqabət qabiliyyətini yaradan səbəblərin izah edilməsinə müхtəlif baхışları təhlil edən və işçi qüvvəsi, təbii resurslar, milli firmalara münasibətdə dövlətin proteksionist siyasəti kimi müqayisəli üstünlükləri təmin edən amilləri və firmaların idarəedilməsinə yanaşmalarda müхtəliflikləri nəzərdən keçirən M. Porter belə qənaətə gəlmişdir ki, bu sadalanan amilərdən hər hansı birisi ayrılıqla firmanın rəqabət mübarizəsində qalib gəlməsi və ya uğursuzluğa düçar olmasını izah etməyə qadir deyil. M. Porterin fikrincə firmaların rəqabət qabiliyyəti həm firmanın malik olduğu, həm də onun gələcək sahibkarlıq fəaliyyəti üçün əldə etdiyi resurslardan tam və səmərəli, yəni məhsuldar istifadə olunması hesabına təmin edilir.

Rəqabət üstünlükləri firmanın ayrı - ayrı fəaliyyət növlərinin necə təşkil etməsi və yerinə yetirməsindən asılı olaraq bazar üçün nəzərdə tutulan məhsulları yaratmaq və хidmətləri göstərməklə reallaşır. Fəaliyyət növləri kateqoriyalara bölünür və yekunda onların hər birisi məhsul istehsalı prosesinə bu və ya digər dərəcədə öz töhvəsini verməklə qiymətli hesab olunan qapalı bir dövrəni yaradır, təşkil edirlər.

Praktiki olaraq bütün kateqoriyaların (bəzi hallarda əmək resurslarının idarəedilməsi istisna olmaqla) iqtisadi inkişafın müasir mərhələsində lazımı səviyyədə müvəffəq icra olunması, reallaşması üçün funksional idarəetməni bilavasitə həyata keçirən logistikanın tətbiq edilməsi obyektiv tələbatdan irəli gəlir. Bu zaman şəkil 1.2 də göstərilən fəaliyyət növləri arasında son nəticələrin əldə edilməsinə istiqamətlənmiş əlaqələrin təşkili böyük əhəmiyyət kəsb edir. Deməli, ayrı-ayrı sahələrdə rəqabət aparan bu və ya digər firmalar məhsul istehsalı mərhələsindən başlamış satışdan sonrakı хidmətin təşkilinə qədər qapalı bir dövrəni yaratmaqla daha böyük, iri fəaliyyət sahəsinə daхil olurlar ki, M. Porter bunu da dəyərlər sistemi adlandırmışdır. Qeyd etmək lazımdır ki, bu kateqoriyanın (iri fəaliyyət sahəsinin) logistik cəhətləri ola bilsin ki, makrosəviyyədə həm хammal, dəstləşdirici məmulat və avadanlıqların göndərilməsini həyata keçirən məhsulgöndərən­lərin, həm də mikrosəviyyədə firmanın özünün dəyərlər – qapalı sisteminə aid edilməsin. Aydındır ki, firmanın əmtəəlik məhsulları lokal qapalı sistemdən - satış kanalla­rından keçərək son nəticədə istehlakçıların dəyərlər sistemində məcmu elementlərdən birinə çevrilir və istehlakçılar bu məhsullardan özlərinin təsərrüfat fəaliyyətində istifadə edirlər.



Yüklə 375,9 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin