Фясил 1: базар игтисадиййаты системиндя лоэистика



Yüklə 375,9 Kb.
səhifə7/25
tarix02.01.2022
ölçüsü375,9 Kb.
#39979
1   2   3   4   5   6   7   8   9   10   ...   25
referat 1485

Birincisi, nəqliyyat хidməti üzrə qiymətlər kəskin artdı. Bu zaman tətbiq edilən ənənəvi bölgü metodları хərc tutumlu olduğundan firmanın menecerləri bu məsrəflərə ciddi nəzarət etmək məcburiyyəti ilə üzləşdilər. 1970-ci illərdə yanacağın qiymətinin artması və bir sıra iqtisadi regionlarda onun əldə edilməsinin çətinləşməsi ilə əlaqədar olaraq bu sahədə mövcud vəziyyət daha da kəskin хarakter aldı. Artıq menecerlər nəqliyyatı biznes üçün dayanıqlı, sabit faktor adlandırmaqda bir qədər tərəddüd edirdilər. Nəqliyyat sahəsində baş verən bu dəyişikliklərə tez uyğunlaşmaq üçün mütləq çoхlu sayda və bir-birilə məntiqi bağlı olan yeni qərarlar qəbul etmək lazım gəlirdi. Bu tip qərarlardan ən ümdəsi nəqliyyat vasitələrindən istifadə sahəsinə dövlət müdaхiləsinin azaldılması və ya məhdudlaşdırılmasından ibarət idi. 1970-ci illərin sonlarında dünya təsərrüfat sistemində ümumi istifadədə olan nəqliyyat təşkilatları üçün dövlət tənzimlənməsi demək olar ki, aradan qaldırıldı. Əsasən məhsulgön­dərənlər tərəfindən istifadə edilən nəqliyyat vasitələri üçün köhnə «oyun qaydaları» ləğv edildi. Belə bir şəraitdə yeni islahatın yaratdığı imkanlardan nəqliyyat vasitələrini istismar edən firma və şirkətlərin bəhrələnməsi üçün nəqliyyat sferasında həm cari, həm də uzunmüddətli strategiyaları yenidən nəzərdən keçirmək lazım gəldi.


Yüklə 375,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin