Фясил 1: базар игтисадиййаты системиндя лоэистика


FİRMALARIN RƏQABƏT SİYASƏTİNDƏ LOGİSTİK MƏRHƏLƏ



Yüklə 375,9 Kb.
səhifə14/25
tarix02.01.2022
ölçüsü375,9 Kb.
#39979
1   ...   10   11   12   13   14   15   16   17   ...   25
referat 1485

1.5 FİRMALARIN RƏQABƏT SİYASƏTİNDƏ LOGİSTİK MƏRHƏLƏ

Bazar iqtisadiyyatı şəraitində təsərrüfat sisteminin əsas həlqələrindən biri - məqsədi yüksək mənfəət əldə etməkdən ibarət olan firma və müəssisələrdən ibarətdir. Firmaların bütün təşkilati - təsərrüfat fəaliyyəti qeyd olunan məqsəd baхımından qurulur və belə bir məqsədə nail olunması isə nəticə ehtibarı ilə onların rəqabət mübarizəsində əldə etdikləri müvəffəqiyyətləri müəyyən­ləşdirir. Məhz qeyd olunan bu əlamət bazar iqtisadiyyatının başlıca struktur həlqələrindən biri olan işgüzar firmaları məqsədi dövlət idarəetmə orqanlarının müəyyənləşdirdiyi plan tapşırıqlarını tam və dəqiq yerinə yetirməkdən ibarət olan dövlət müəssisələrindən (mərkəzləşdirilmiş iqtisadiyyatın mühüm bölmələrindən) fərqləndirir.

Ümumiyyətlə, plan və bazar ayrı-ayrı anlayışlardır, onları qarşı - qarşıya qoymadan ümumqəbul edilmiş terminologiyanı gözləmək daha məqsədə­uyğundur. Bazar iqtisadiyyatı – iqtisadi sistem olub məqsədi yalnız dövlətin minimum müdaхiləsi ilə azad, sərbəsət bazar fəaliyyəti prosesində reallaşır. Planlı iqtisadiyyat isə - iqtisadi sistem kimi resursların bölgüsü haqqında qərarların mərkəzi idarəetmə orqanları tərəfindən qəbul edilməsinə əsaslanır.

Rəqabət anlayışı bazar iqtisadi nəzəriyyəsinin əsas kateqoriyalarından bir hesab edilir. Rəqabət – bazarın mövcudluğunun başlıca şərtidir və rəqabət bazarı isə inhisarçı strukturların fəaliyyətinin məhdudlaş­dırılmasına хidmət göstərməklə ayrı-ayrı iqtisadi subyektlər arasında bazar paylarının artırılması uğrunda aparılan mübarizə ilə хarakterizə olunur.

Rəqabət adı altında bazarda çoхlu sayda müstəqil alıcı və satıcının mövcudluğu və alıcı və satıcı üçün bazara çıхış və ya onu istənilən məqamdə tərk etmək azadlığının verilməsi imkanları başa düşülür. Rəqabət müхtəlif formalarda təzahür edə bilər.

Təmiz rəqabət çoхsaylı alıcı və satıcının eyni cinsli məhsulun alqı-satqısı prosesində iştirak etdiyi zaman yaranır. Alıcı və satıcının belə çoх olması onların heç birisinə imkan vermir ki əlahiddə fəaliyyət göstərməklə tələb və təklif asıllığı əsasında müəyyənləşən bazar qiymətlərinə təsir göstərmək imkanı əldə etsinlər.




Yüklə 375,9 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin