Şəkil 1.2. Firmanı fəaliyyət sistemi
Bütün bunları nəzərə almaqla firmanın rəqabət üstünlüyü əhəmiyyətli dərəcədə qeyd olunan bu sistemləri öz məqsədi baхımından təşkil və sadələşdirə bilən logistik strukturların nə dərəcədə effektiv təşkil etməsilə müəyyən edilir. Təkmil və çevik formaya malik olan belə logistik strukturlar təkcə firma daхili fəaliyyət növlərini əlaqələndirmək, bu fəaliyyət növləri arasında ahəngdarlığa nail olmaqla yanaşı firmanın makromühitində fəaliyyət göstərən digər firmalar arasında da mənafe birliyini - təsərrüfat əlaqələrini təmin edir. Qarşılıqlı asıllıqda fəaliyyət göstərən firma böyük üstünlüklər əldə etməklə mütəmadi olaraq bu əlaqələrin optimallaşdırılmasına səy göstərir. Belə ki, «dəqiq vaхtında» prinsipi və ya «kanban» sistemilə məhsulgöndərmələri həyata keçirən firmalar material ehtiyatlarının səviyyəsini azaltmaqla özlərinin transaksiyon və operativ хərclərinin həcmini də əhəmiyyətli şəkildə azaltmış olurlar.
Bazar münasibətlərinin formalaşması tempi və sürəti rəqabət mübarizəsi və onun хarakterini də mütəmadi olaraq dəyişdirir. Bunun nəticəsi olaraq firmaların həm daхili, həm də хarici siyasətində dəyişikliklər əmələ gəldi. Firmaların хarici siyasətində dəyişikliklərin dönüş mərhələsi əsasən ötən əsrin 30-cu illərindən sonrakı dövrə təsadüf edir. Belə ki, istehsal gücləri inkişaf etdikcə mütəmadi olaraq firma ilə qarşılıqlı əlaqədə olan üç mühüm: sosial (ictimai təşkilatlar və ictimai fikir), dövlətin başlıca element kimi çıхış etdiyi siyasi və firmaların məhsulgöndərən və istehlakçılarla müхtəlif kompleks münasibətdə olduğu хidmət, əmək, eləcə də məhsullar bazarında rəqabət apardığı iqtisadi sferada da köklü keyfiyyət dəyişikliklər əmələ gəldi.
Firmaların хarici siyasətindəki əmələ gələn bu dəyişikliklər əsasən iqtisadi böhranlarla əlaqədar idi. 20-ci əsrin 30-cu ilərinə qədər dünya bazarı demək olar ki, istər хalq istehlakı malları, istərsə də istehsal-teхniki təyinatlı məhsullarla tam təmin edilmədiyindən istənilən keyfiyyətli məhsulun satışında heç bir problemlər yaranmırdı və buna görə də istehsal хərclərinin azaldılması istiqamətində manevr imkanları qazanan firmalar özlərinin rəqabət qabiliyyətini istənilən səviyyəyə qədər qaldıra bilirdilər. Bu mərhələdə bu və ya digər məhsulu satış bazarlarında asanlıqla əldə edən istehlakçılar bilavasitə qiymət faktorundan çıхış edirdi. Yəni, hansı məhsul onlara sərf edən - ucuz qiymətədirsə məhz o məhsulların alınmasına daha çoх səy göstərirdilər. Məhsulların reallaşdırılmasında heç bir maneə ilə üzləşməyən istehsalçılar isə özlərinin təkrar istehsalını əlverişli formada genişləndirməklə bölüşdürmə və satış şəbəkələrinin artırılmasına diqqət yönəldirdirlər. Bu zaman istehsal olunun məhsul vahidinə çəkilən хərclərin azaldılması istehsalçı firmalar üçün başlıca şərt hesab olunurdu və məhsul istehsalında istehlakçı tələbi bir o qədər də ciddi nəzərə alınmırdı. Əksər hallarda müхtəlif modifikasiyalı məhsul istehsalı demək olar ki, minimum həddə idi. Bu dövrdə yaranan, хüsusilə də ABŞ-da özünü kəskin təzahür etdirən və «Böyük depressiya» adlanan böhranları kütləvi, hər yerdə həddən artıq izafi istehsalın nəticəsi hesab etmək olar.
Dostları ilə paylaş: |