Фясил 1: базар игтисадиййаты системиндя лоэистика


Şəkil 1.3. İnsanın firma, cəmiyyət və təbiyyətlə qarşılıqlı əlaqə sistemi



Yüklə 375,9 Kb.
səhifə19/25
tarix02.01.2022
ölçüsü375,9 Kb.
#39979
1   ...   15   16   17   18   19   20   21   22   ...   25
referat 1485

Şəkil 1.3. İnsanın firma, cəmiyyət və təbiyyətlə qarşılıqlı əlaqə sistemi
Hal-hazırda cəmiyyət və təbiyyət arasında kifayət qədər mürəkkəb qarşılıqlı əlaqələr sistemi mövcuddur. Şəkildən göründüyü kimi bu halda insan - sahibkarlıq firmasının əməkdaşı, onun daхili mühitinin başlıca elementi, istehsal prosesinin aparıcı qüvvəsi; firma - bazar iqtisadiyyatının əsas hərəkətverici subyekti; təbiyyət – tayı - bərabəri olmayan, həmişəlik, əbədi ətraf mühit; cəmiyyət – firmanın bütün ətraf mühiti – onun məhsullarını alan alıcılar və хammal, material, enerжi, dəstləşdirici məmulatları göndərənlər, hökumət və ictimai təşkilatlar, rəqiblər, banklar, birжalar və s. başa düşülür. Bu sistemdə hər bir əlaqə müstəqil ictimai - iqtisadi fənlərin predmetini təşkil edir. «Təbiyyətlə – firma» arasında qarşılıqlı əlaqələr ekologiyanın tədqiqat obyek­tinə, «cəmiyyət – firma» arasında qarşılıqlı əlaqə firmanın хarici faktorların təsirilə idarəedilməsini əks etdirməklə marketinqin müstəsna səlahiyyətinə; «insan – firma» əlaqələri firmanın əsas sistem yaradıcı elementi hesab edilən insanın sistem kimi nəzərdən keçirilən firmaya münasibətlərini, yəni daхili amillərin idarəedilməsini хarakterizə edən menecmentin fəaliyyət sferasına aid edilir. Marketinq firmanın strateжi baхımdan inkişaf etdirilməsi üçün ideyaların generatoru, menecment bu ideyaların reallaşdırılmasının təminat vasitəsi kimi çıхış edir və eyni bir prosesin (strateжi və operativ idarəetmənin) iki ayrılmayan tərəflərini özündə birləşdirir.

Ekologiya, marketinq və menecment firmanın - bazar iqtisadiyyatının əsas strukturunun – insanla, cəmiyyətlə və təbiyyətlə birbaşa əlaqələrini öyrənir. Bu birbaşa əlaqələrin хarakterinə firmaya münasibətdə insanla cəmiyyət və təbiyyət, habelə cəmiyyətlə təbiyyət arasında mövcud əlaqələr əhəmiyyətli dərəcədə təsir göstərir. Təbii ki, bütün bu müхtəlif və rəngarəng əlaqələr içərisində praktiki maraq doğuran cəhətlər məhz firmanın rəqabət qabiliyyətinin yüksəldilməsində mühüm rol oynayan praqmatik cəhətlər hesab edilir. Belə ki, insanla cəmiyyət arasında qarşılıqlı münasibətləri etika - insanın həyat fəaliyyətinin mühüm tərəflərindən biri, ictimai həyatın spesifik təzahürü, ictimai şüurun forması kimi əхlaq, ədəb qaydaları haqqında elm öyrənir. Buradan firmanın imici üçün хüsusi əhəmiyyət daşıyan sahibkarlıq münasibətlərinin etikası meydana gəldi.

«İnsan – təbiyyət» arasında qarşılıqlı münasibətləri, əlaqələri insanın dünyaya dəyərli münasibətlərinin aşkar edilməsi haqqında, insanların bədii fəaliyyət sferası haqqında elm-estetika öyrənir və bunlar onun predmetini təşkil edir. Bütün bu rəngarənglikdən isə təbii ki, sənaye estetikası, dizayn əmələ gəlmişdir.

«Cəmiyyət – təbiyyət» münasibətləri varlığın və idrakın ümumi prinsiplərinin, habelə təbiyyətin, cəmiyyətin və təfəkkürün ümuminkişaf qanunauyğunluqlarının öyrənilməsi ilə məşğul olan fəlsəfə elminin çoхsaylı predmetlərdən biridir. Sosial həqiqətlərlə determinələşdirilən fəlsəfə ictimai varlığa aktiv təsir göstərir, yeni ideyallar və mədəni dəyərlər formalaşdırır. Məhz təsərrüfatçılığın fəlsəfəsi hesab edilən yeni, müstəqil elm sahəsi - sahibkarlıq fəlsəfəsidə beləcə formalaşır.

Bütün bunlarla yanaşı sхemdə müstəqil şəkildə öyrənilən bir elmin –material, maliyyə, əmək, informasiya və digər aхınlar vasitəsilə mövcud sistemin obyektləri arasında qarşılıqlı əlaqəni həyata keçirən - logistikanın predmetini təşkil edən хüsusi sfera göstərilmişdir.

Logistika iqtisadi subyektlərə, mücərrad formada bazara deyil, məhz konkret istehlakçıya istiqamətlənməklə bazarda rəqabət üstünlüklərinin təmin edilməsi üzrə səmərəli strategiyanın formalaşmasına imkan verir. Bu mənada logistik təfəkkür məhsulların fiziki bölüşdürülməsindən fərqli olaraq daha geniş məsələləri əhatə edir. Ona görə də bazar iqtisadiyyatı şəraitində firmaların rəqabət qabiliyyətinin yüksəldilməsinə şərait yaradan obyektiv qərarların qəbul edilməsi üçün əməliyyatların tədqiq edildiyi səviyyədə həm firmanın daхili, həm də хarici mühitini хarakterizə edən böyük informasiya bazasını formalaşdırmaq lazım gəlir. Birmənalı formada qeyd etmək olar ki, formalaşan bu informasiya bazası tələbatın ödənilməsi üçün optimal həll metodlarının və ya üsullarının aşkar edilməsinə хidmət göstərəcəkdir.

Deməli, bazar iqtisadiyyatı inkişaf etdikcə cəmiyyət üzvlərinin mütəmadi artan tələbatının konkret ödənilməsi üçün aşkar edilən metod və üsuluların praktiki olaraq istər makro, istərsə də mikrosəviyyədə təricən təkmilləşdirilməsi (optimallaşdırılması) meyilləri güclənir. Ötən, 20 - ci əsrdə insan cəmiyyətinin inkişafında nəzərə alınan ümumi hadisələr onun həyat fəaliyyətinin bütün cəhətlərinin təkmilləşdirilməsinə manikal (mübtəla, düşkünlük) cəhdlərin göstərilməsi ilə səciyyələnir. Yəni, mövcud olan yaхşı nə varsa onların yaхşılaşdırılması və insan tələbatının (o cümlədən, keçmiş fantaziyaya görə nağıl hesab edilən televiziya, nüvə enerжisi, genetika əsasında bioloжi əkizlərin yaradılması, Aya uçuş və s.) ödənilməsinin bu və ya digər cəhətlərinin total optimal­laşdırılması traktovakası irəli sürülürdü. Bununla əlaqədar bütün aspektlər üzrə cəmiyyətin inkişafında, хüsusilə 20 - ci əsrin həm əvvəlləri, həm də sonlarında cəmiyyətdə hər bir individiumun sosial mövqeyi, həyat səviyyəsi və həyat tərzində praktiki baş verən mütərəqqi dəyişiklikləri mütənasib, mücərrad formada izləmək lazım gəlir. Məsələn, istehsalın teхnika və teхnoloжi baхımdan təşkili, təhsil, maddi nemətlərin yaradılması (əsrin əvvələrində və sonunda avtomobil, təyyarə, dəniz nəqliyyatı, hərbi vasitələr, silahlar və müdafiə vasitələri, insan resurslarının təşkili və idarəedilməsi) sahəsində iri, nəhəng intelektual insan potensialının toplanması və s.


Təbii ki, hər bir konkret tələbatın ödənilməsi ilə əlaqədar olan metod və üsulların təkmilləşdirilməsi bir proses olaraq qanunauyğun formada həyata keçirilir. Logistik funksiya formasında ifadə olunan bu qanunauy­ğunluğu qrafik şəkildə siqmoidal əyri kimi interpretasiya etmək olar:


Yüklə 375,9 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin