İqtisadi faktor. Müasir iqtisadi şəraitdə məhsul istehsalçıları qarşısında duran ən vacib problem istehlakçı tələbini dölğun ödəməklə yüksək bazar mənfəətinə nail olmaq üçün istehsal məsrəflərini və məhsulun tədavül sferasında saхlanması və hərəkəti ilə bağlı хərclərin azaldılmasından ibarətdir. Beləliklə, əgər inkişaf etmiş bazar münasibətləri şəraitində hər bir istehsalçı «ilkin hesablama - müvafiq bazar mənfəəti - istehlakçı» prinsipini mütəmadi olaraq özünün fəaliyyət kredosuna çevirirsə, onda material resurslarının əlverişli və optimal idarəedilməsi forması hesab olunan logistikanın potensial gücü məhz bu prinsipin yerinə yetirilməsinin təmin edilməsinə yönəldilməlidir.