Təşkilatı-iqtisadi amillər. Azərbaycan iqtisadiyyatında yeni mülkiyyət formalarının meydana gəlməsi, dövlət müəssisələrinin özəlləşdirilməsilə bağlı struktur islahatlarının aparılması, əmələ gələn yeni strukturların fəaliyyət müstəqilliyinin təmin edilməsi, idarəetmə aparatının sadələşdirilməsi və təsərrüfat proseslərinin idarəedilməsində qeyri - mərkəzləşdirmə prinsiplərinin tətbiqi nəticəsində təsərrüfat subyektlərinin iqtisadi fəaliyyətində kooperasiya və inteqrasiya prosesləri güclənir. Çoх növlü mülkiyyət formaları ilə хarakterizə olunan keçid dövründə idarəetmənin inteqrativ forması - logistik proseslərin yerinə yetirilməsi üçün istehsalçı müəssisələrin, istehlakçıların, vasitəçi strukturların, anbar təsərrüfatı və nəqliyyatın əlaqələndirilməsi böyük əhəmiyyət kəsb edir.