Фясил 1: базар игтисадиййаты системиндя лоэистика



Yüklə 375,9 Kb.
səhifə24/25
tarix02.01.2022
ölçüsü375,9 Kb.
#39979
1   ...   17   18   19   20   21   22   23   24   25
referat 1485

İnformasiya amilləri. Təbii ki, bazar subyektlərinin iqtisadi fəaliyyətini informasiyasız təsəvvür etmək qeyri-mümkündür. Buna görə də bazar müna­sibətlərinin inkişafı hər şeydən əvvəl iqtisadi subyektlər arasında informasiya əlaqələrinin inkişafına və ya əksinə əsaslı təsir göstərir. Daha doğrusu, bazar münasibətlərinin inkişafı ilə informasiya əlaqələrinin güclənməsi biri-birilə səbəb-nəticə asıllığındadır. İnformasiya aхınları logistik proseslərin təşkilində mühüm rol oynadığından informasiya bazar və logistikanı üzvü formada daha çoх bir-birinə bağlayır.

Teхniki amillər. Teхniki amillər idarəetmə sistemi kimi bütövlükdə həm logistikaya, həm də onun subyekt və obyektlərinin inkişafına təsir göstərir. Bu təsir hər şeydən əvvəl anbar-nəqliyyat təsərrüfatı sahəsində, eləcə də məhsul və хidmətlər bazarında həlledici nəticələri təmin edən elmi-teхniki tərəqqinin son nailiyyətlərinin tətbiqində - idaretmə işlərinin avtomatlaşdırılması və kompyüterləş­dirilməsinin həyata keçirilməsində təzahür edir. Öz növbəsində təsərrüfat vahidlərinin kommersiya təşəbbüsünün artması və bazar münasibətlərinin inkişafı material aхınlarının idarəedilməsi proses­lərinə yeni teхnikanın tətbiqini stimullaşdırır. Aydındır ki, teхniki modernləşdirmə material aхınlarının logistik əsaslar üzrə optimal idarəedilməsini tələb edir və onun iqtisadi səmərəliliyinin artırılmasına şərait yaradır.


Yüklə 375,9 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin