növbələşməsi anlayışına xüsusi diqqət verilir
(Ģəkil 25,26,27) . Əlamətlərin növbələşməsi fenotipdə onların genetik determinasiyası
dərəcəsini göstərir, bu zaman həm də əlamətlərin valideynlərdən və xarici
mühitdən asılılığının nisbəti də nəzərə alınır. Kəmiyyət əlamətlərinin genetik
determinasiya dərəcəsi
növbələşmə əmsalı ilə ifadə olunur və başlıca olaraq
aşağıdakı düsturlarla hesablanır:
1. h
2
=2r, burada h
2
– növbələşmə əmsalı, r – isə birbaşa yaxın qohumluq
əlaqəsi olan qohumlarda (ana – qız və s.) miqdar əlamətlərinin əmsalını ifadə
edir.
2.
h
2
=2R, burada R-birbaşa qohumluq əlaqəsi olan fərdlərin arasındakı
fenotipik reqressiya əmsalını göstərir.
Hazırda genetiklər belə nəticəyə gəlmişlər ki, ayrı-ayrı keyfiyyət əlamətləri
növbələşmə prosesində mürəkkəb poliqon xarakter daşıyır və heyvanların
xəstəliklərə qarşı rezistentliyinin formalaşmasında mühüm rol oynayır. Nəslin
194
növbələşmə dərəcəsi təyin olunarkən kəmiyyət əlamətlərində tətbiq edilən
yuxarıdakı düsturlara istinad olunur.
Heyvanlarda xeyirli əlamətlərin növbələĢməsi. Heyvanların xeyirli
təsərrüfat əlamətlərinə inəklərin süd məhsuldarlığı, südün yağlılıq faizi, şəkərin
(laktoza), kazeinin (süd zülalı) miqdarı, qoyunlarda yun qırxımı, ət çıxarı,
quşlarda isə – yumurtlama dərəcəsi, ət artımı məhsuldarlığı aiddir. Həmin
əlamətlərə görə aparılan seçmənin səmərəliliyi növbələşmədən, nəsillər
arasındakı intervaldan və s. asılıdır.