101
Sxem 2.
Margelis və Şvarsa görə canlı orqanizmlərin təsnifatı (1982)
Hüceyrənin struktur elementləri (komponentləri)
çox kiçik olduğuna görə
onların morfoloji xüsusiyyətləri öyrənilərkən müxtəlif ölçü vahidlərindən
istifadə olunur
(cədvəl 1)
. Hüceyrə canlı bioloji
vahid kimi müxtəlif kimyəvi
birləşmələr və elementlərdən təşkil olunur
(cədvəl 2, 3)
.
103
Cədvəl 3.
Hüceyrədə kimyəvi elementlərin miqdarı (Z.F.Qarayev və b. 2002)
Elementlər
Miqdarı,%-lə
Elementlər
Miqdarı,%-lə
Oksigen
65-75
Kalsium
0,04-2,00
Karbon
15-18
Maqnezium
0,02-0,03
Hidrogen
8-10
Natrium
0,02-0,03
Azot
1,5-3,00
Dəmir
0,01-0,015
Fosfor
0,2-1,00
Sink
0,0003
Kalium
0,15-0,4
Mis
0,0002
Kükürd
0,15-0,2
Yod
0,0001
Xlor
0,05-0,1
Flüor
0,0001
2.2.
Heyvan hüceyrəsinin quruluĢu və fknksiyaları
Molekulyar səviyyədə aparılan mikroskopik müayinələrə əsasən ayrı-ayrı
fərdlərin həyat fəaliyyətində aparıcı rol oynayan hüceyrələr müəyyən
komponentlərdən, xüsusilə
orqanoidlərdən
(ribosomlar, mitoxondrilər, lizosomlar,
Holci
kompleksi, endoplazmatik - tor-şəbəkə, hüceyrə mərkəzi-sentrosom),
sitoplazma, nüvə və hüceyrə membranından ibarətdir
(Ģəkil 1)
. Bu komponentlərin
hamısı hüceyrə qişası, təbəqəsi – membranı (bioloji qat) ilə
əhatə olunmaqla
hüceyrənin tamlığı,
ətraf mühitlə, eləcə də digər hüceyrələrlə qarşılıqlı əlaqəsi
təmin olunur.
Hüceyrə membranı (sitoplazmatik membran)-
onun bütün komponentlərini
xaricdən əhatə edən, formasının sabit saxlanmasına
zəmin yaradan,
zədələnməsinin qarşısını alan xüsusi qişa olub 3 nazik təbəqədən (iki zülal və
onların arasında yerləşən bir lipid qatından) ibarətdir. Membranın malik olduğu
külli miqdarda fermentlər müxtəlif maddələrin hüceyrəyə mübadilə olunmasını
təmin etməklə çox mühüm funksiyanı yerinə yetirir. Sitoplazmatik membran
yüksək seçicilik və keçiricilik xassəsinə malik olmaqla hər maddənin hüceyrəyə
və əksinə, ondan mühitə keçməsinin qarşısını alır,
beləliklə də onun normal
funksiyasını təmin edir.
Sitoplazma
– hüceyrədaxili maye olmaqla, onun əsas kütləsini təşkil edir,
zülalların biosintezini və hüceyrələrin həyat fəaliyyətinin
bütün proseslərini
yerinə yetirir. Onun tərkibinin 85%-ni su, 10%-ni zülallar, 5%-ni isə başqa
maddələr təşkil edir. Heyvan hüceyrələrinin sitoplazması
kolloid maddə olub,
qatılığına görə bir-birindən fərqlənən iki təbəqədən-duru endoplazma və qatı
ektoplazmadan ibarətdir. Bütün orqanoidlər (piqmentlər, qlikogen, zülal
kristalları,
hüceyrə törəmələri, yağ damlaları) də sitoplazmada yerləşir və
metabolizm prosesləri də burada icra olunur.