108
Şəkil 5.
1971-ci il Paris nomenklaturasına müvafiq olan insan xromosomlarının
sxematik görünüşü (M.Babayev, 2006).
Xromosomları anilin boyaları ilə boyadıqda onların bəzi sahələri
(heteroxromatin sahə) boyanı intensiv qəbul etdiyi halda, digər sahələri
(euxromatin) çox zəif boyanır. Heteroxromatin sahə genetik cəhətdən qeyri-fəal
(genlərə malik olmadığı üçün), euxromatin sahə isə əksinə çox fəal (genlərə
malik olduğu üçün) olur. Rentgen – struktur analizinə əsasən hər bir xromosom
çoxlu sayda (60-64) 30A
o
-diametrli
xromonemlərdən
təşkil
olunur.
Xromosomların eni 0,2-1,5 mk, uzunluğu isə 2-50 mk olmaqla, onların kimyəvi
tərkibi əsasən (90-92%) nukleoproteidlərdən və nisbətən azlıq təşkil edən RNT,
Fe, Mq, Ca və s. ionlardan ibarətdir.
Hüceyrə nüvəsinin elektron mikroskopu ilə müayinəsi göstərir ki, xro-
mosom 2 ədəd çox nazik saplardan-xromatiddən təşkil olunub. Hüceyrənin hə-
min
quruluş elementləri irsiyyətin
maddi
bazası hesab olunur.
Dezoksiribonuklein turşusu (DNT) biopolimer birləşmə olmaqla, onun molekulu
ardıcıllıqla düzülən dezoksiribonukleotidlərdən (monomerlərdən) ibarətdir.Hər
bir monomerin tərkibi purin, (adenin, quanin), yaxud pirimidin (sitozin, timin)
əsasından, dezoksiribozadan və fosfat turşusunun qalığından təşkil olunur. DNT-
nin molekulu iki polinukleotid spiral şəklində birləşən, ardıcıl düzülmüş azot
əsasından, dezoksiribozadan və fosfat turşusu qalığından ibarət zəncirdən
ibarətdir. Zəncirin birinin adenini digərinin timini (A-T), quanini isə sitozin ilə
(Q-S) birləşir, həm də zəncirlə qarşılıqlı olaraq biri digərini tamamlayır ki, bu da
Dostları ilə paylaş: