162
qiymətləndirilməklə seleksiya işində ona xüsusi önəm verilir. Alimlər canlılarda
irsiyyətin 3 növünü (həqiqi, yalançı və keçid) ayırd edirlər:
Həqiqi irsiyyət
– təbii olaraq orqanizmin özünün xüsusi genlərinin (nüvə
xromosomları genlərinin və sitoplazmadakı orqanoidlərin)
təsiri nəticəsində
yaranır.
Yalançı irsiyyət
– yeni nəsildə patogen agentlərin (mikroorqanizmlər,
viruslar, göbələklər) və ekzogen maddələrin təsirindən
yaranmaqla orqanizmin
geninin həmin amillərə qarşı çox həssas olması ilə səciyyələnir. Bu növ irsiyyət
əsasən yaşıl kərtənkələdə, çəyirtkədə, kəpənək və qurdlarda müşahidə olunur və
bir növ qoruyucu xarakter daşıyır.
Keçid irsiyyət
– həqiqi və yalançı irsiyyəti özündə cəmləşdirməklə əsasən
infuzorlarda müşahidə edilir.
Kənd təsərrüfatı heyvanları və quşlarında 2 cür irsi əlamət (keyfiyyət və
kəmiyyət) mövcud olmaqla onlar müxtəlif morfofunksional və təsərrüfat
əhəmiyyətinə görə bir-birindən fərqlənir. Həmin
əlamətlərin əksəriyyəti
heyvandarlıqda yüksək məhsuldar növ, cins və
xətlərin təkmilləşdirilməsində,
seleksiya və damazlıq işlərində çox önəmli əhəmiyyət kəsb edir. Müstəsna hallarda
bəzi irsi əlamətlər seleksiya zamanı praktiki cəhətdən səmərəsiz olur.
Keyfiyyət əlamətlərinə
– heyvanın
konstitusiya tipi, bədən quruluşu, (zəif,
boş, bərk, qaba), buynuzlu, yaxud buynuzsuz olması,
sinir tipləri, rəngi,
cinsiyyəti (fərdin erkək, yaxud dişi olması), yun örtüyünün qaba, zərif,
yarımzərif, xəz dəri tipinə məxsusluğu və s. aiddir.
Bəzi keyfiyyət əlamətləri
kəmiyyət əlamətlərinə də malik ola bilər. Belə ki, heyvanın köklük dərəcəsi
1,2,3 və s. balla qiymətləndirilir. Keyfiyyət əlamətlərindən
fərqli olaraq
heyvandarlıq və quşçuluqda seleksiya-damazlıq işlərinin aparılmasında
kəmiyyət əlamətləri başlıca genetik parametrlər hesab edilir.
Dostları ilə paylaş: