165
Yumurta vermə yaşı
0,12-0,50
4.2. DəyiĢkənliyin növləri, genetik aspektləri
və öyrənilmə üsulları.
Dəyişkənlik bütün canlı orqanizmlərə məxsus olan əsas parametr olmaqla,
yeni məhsuldar heyvan, quş cinslərinin, bitki sortlarının yetişdirilməsi və
mikroorqanizm ştammlarının alınması üçün səmərəli üsul sayılmaqla onun
mutasiya, kombinasiya, korrelyasiya və modifikasiya dəyişkənliyi kimi növləri
vardır.
Mutasiya (mutasion) dəyişkənliyi
. Mutasiya prosesi irsiyyət dəyişkənliyinin
ən əsas və ilkin mənbəyi hesab olunmaqla təkamülün başlıca amilidir. Mutasiya
nəticəsində yeni nəsillərdə onların valideynlərində əvvəllər mövcud olmayan
yeni əlamət və xassələr müşahidə olunur. Canlı aləmdə endogen-daxili və
ekzogen-xarici amillərin təsiri nəticəsində baş verən irsiyyət dəyişkənliyi, yaxud
yaranan yeni irsiyyət forması
mutasiya
adlanır. Bu proses DNT və xromosom
kariotiplərinin quruluşunda baş verən kəskin dəyişikliklərin yaranması
nəticəsində olur, həm hüceyrənin quruluşunda, həm də onun komponentlərinə
çox neqativ təsir göstərir.
Mutasiya,
mahiyyətcə DNT-nin və kariotipin
quruluşunda baş verən dəyişkənlikdən ibarət olmaqla, ilk dəfə botanik Hüqo de
Friz tərəfindən bitkilərdə qəflətən baş verən dəyişikliklər zamanı müşahidə
olunmuş, sonralar isə S.Korjinski, N.Timofeyev, A. Serebrovski N.Dubinin,
M.Lobaşov və b. tərəfindən daha ətraflı öyrənilmişdir. Heyvanlarda mutasiyalar
müəyyən ardıcıllıq və sürətlə baş verir və
mutagenez
adlanır. Təbii şəraitdə baş
verən mutagenez prosesi
spontan
, süni yolla yaranan isə
induksiya
mütasiyası
adlanır və hər iki halda həm generativ, həm də somatik hüceyrələrdə müşahidə
edilir. Cinsiyyət (generativ) hüceyrələrində yaranan mutasiyalar gələcək
nəsillərə verildiyi halda, somatik mutasiyalar qeyri-irsi olur, yalnız mutant
heyvanın özünün əlamətlərinə təsir göstərir. Mutasiyanın iki tipi –
Dostları ilə paylaş: