Fяxrяddиn mustafayev



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə65/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   207
N 349

Turabov Turan Mirzə oğlu
(1934-2001) 
1957-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Zootexniklik 
fakültəsini bitirmiş, genetik, kənd təsərrüfatı elmləri doktoru, professor Turabov 
Turan Mirzə oğlunun bütün nəzəri və praktiki əhəmiyyətli elmi-tədqiqat işləri 
camışların bioloji, genetik, morfoloji və təsərrüfat xüsusiyyətlərinin 
öyrənilməsinə həsr olunmuşdur. O, 1964-cü ildə ―Azərbaycan camışlarının 
məhsuldarlıq-tipoloji xüsusiyyətlərinə görə qiymətləndirilməsi‖ mövzusunda 
dissertasıya işini müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi 
almış, 1966-cı ildən etibarən ADAU-nun «Kənd təsərrüfatı heyvanlarının 
yetişdirilməsi və genetikası» kafedrasında dosent və professor vəzifəsində 
işləmişdir. Alim 1992-ci ildə ―Qafqaz camış cinsinin Azərbaycanda südlük 
istiqamətdə yetişdirilməsinin genetik əsaslarının 
öyrənilməsi‖ mövzusunda doktorluq dissertasiyasını 
Sankt-Peterburq Kənd Təsərrüfatı Heyvanlarının 
Yetişdirilməsi 
və 
Genetikası 
Elmi 
Tədqiqat 
İnstitutunun Elmi şurasında müvəffəqiyyətlə 
müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru 
elmi dərəcəsi, az sonra ona professor elmi rütbəsi 
verilmişdir. T.Turabov 40 il müddətində həm 
pedaqoji işlə, həm də elmi axtarışla məşğul olmuş
130-a qədər elmi məqalə, tədris-metodiki vəsaitlər
kitabçalar, «Biometriyanın heyvandarlıq təcrübəsində 
tətbiqi» (1971), «Qafqaz camış cinsinin genetik parametrləri və seleksiya işində 
onlardan istifadə» (1971), «Genetik məsələlər və onların həll olunma qaydası» 
(1980), «Kənd təsərrüfatı heyvanlarının xüsusi genetikası», I və II– hissələr (1982, 
1983), «Qafqaz camış cinsində seleksiya-damazlıq işləri» (1991), «Kənd 
təsərrüfatı heyvanlarının genetikasından praktikum» (1994) və ―Camışçılıqda da-
mazlıq işi‖ adlı monoqrafiyasını nəşr etdirmişdir. Alim öz korifey müəllimləri 
Ağaxan Ağabəyli və Zülfüqar Verdiyevin elmi irsinin layiqli davamçısı sayılır. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin