Ş
İMALİ
A
MERİKA
: Biotexnoloji şirkətlər müayinə və müalicə üçün çoxlu yeni mexanizmlər
işləyib hazırlayırlar; xəstəliklərin kökünün kəsilməsi üçün Tədqiqat və Təkmilləşdirməyə
qoyulan sərmayələr artacaq. Bu çox da mənfəətli olmasa da, kasıb çoxluq (əhali) üçün
çox vacibdir. Hal-hazırda ABŞ-da milyondan çox insan, Kanadada isə 58, 000 insan HİV
virusununun daşıyıcısıdır. Antiretrovirus dərman preparatları QİÇS ölümlərinin sayını
aşağı salır.
Ərzaq idxalının artması xaricdən gələn infeksiyalara qarşı zəifliyi artırır.
Qrafik 8. Terapevtlərin Sayı (hər 1000 adama)
Mənbə: Ümumdünya Səhiyyə Təşkilatı, Sağlamlıq üzrə Əsas Göstəricilər
9.
Qərar qəbuletmə qabiliyyəti (bacarığı) işin təbiəti və müəssisələr dəyişdikcə
necə təkmilləşdirilməlidir?
Qərar qəbul etmə prosesi lazımi məlumatın dərhal əldə edilməsi üçün, kollektiv düşüncə
vasitəsi ilə qlobal hesablama sistemi istiqamətində inkişaf edir.Təsdiq olunmuş geniş
məlumat bazası elə qarşılıqlı əlaqələndirilir ki, müxtəlif mənbələrdən əldə edilən kompleks
məlumatlar hər hansı bir qərar üçün ən optimal faktlar toplusu kimi istifadə olunsun. Əgər
əvvəllər ,müzakirə edilən məlumat ilk növbədə ayrı-ayrı şəxslərin və ya çox kiçik
qrupların fikirlərinə əsaslanırdısa, indi dünyanın istənilən yerindən olan mütəxəssis
qrupların və fiziki şəxslərin birgə iştirak etdiyi geniş və şəffaf ,müzakirə və açıq
sistemlərin sayının durmadan artması ,qərarqəbuletmə prosesinin səmərəliliyini xeyli
artırır.
Eyni zamanda, yararsiz məlumatlarin qəbulunda vaxt itkisinə yol verilir. Qlobal
hesablamalar hər an daha üstün, daha vacib qərarları önə çəkərək və hər an qərar
siyahısında yerdəyişmələr edərək gün ərzinda daha cox qərar qəbul edilməsinə imkan
verir. Belə qərarlaşdırmanı çox sadə komputer proqramı vasitəsi ilə də yerinə yetirmək
olar. Əgər Mur Qanunu davam etsə, 25 il ərzində kompüter insan beyninin emal etmə
gücünə yiyələnəcək. Bununla da qərar qəbul etmə prosesi avtomatlaşdırılmış olur. Sinir
sistemi insan bədənində baş verən proseslər barədə qərar verdiyi kimi istənilən qərar
qəbul etmə prosesi avtomatlaşdırıla bilər. Amma seçim variantları hədsiz çoxaldıqca, belə
mürəkkəb seçimləri təhlil etmək və qərar qəbul etmək olduqca çətinləşir. Açıq sistem,
demokratiya və azad kütləvi informasiya vasitələri daha çox insanı qərarqəbuletmə
prosesinə cəlb edir.Bu isə prosesi daha da mürəkkəbləşdirir, yekun nəticəyə gəlməyi
çətinləşdirir. Yeni sistemlər təşəkkül tapana qədər, qərarqəbuletmə prosesi xaotik bir
şəkil almış olur.
Məlumatın bir qismi məhsullarda,binalarda, digər yaşayış obyektlərində birləşdirilmiş
qəbuledicilər ilə, həmçinin sövdələşmə, komunikasiya , təhlükəsizlik və diaqnostika
sistemi vasitəsi ilə əldə edilir. Sonra bu məlumat bazası, analizin və simulyasiyanın
gələcək forması vasitəsi ilə sosial davranış, epidemiologiya, nanobiologiya kimi fərqli
sahələr arasında qarşılıqlı əlaqənin mahiyyətini aydınlaşdırmaqda istifadə olunur.
Böyükölçülü cədvəl proqramı və axtarış mexanizmlərində də olduğu kimi, daha rahat,
güclü və dəyişkən simulyasiya və modelləşdirmə proqramları qərarqəbuletmədə istifdə
edilə bilər.
Qərar qəbul etmə hər yerdə mövcud olan sensorların – bizə təkmilləşən qərarları almaq
və onlara cavab verməyə kömək edən daha ağıllı şəbəkənin, və institusional və şəxsi
intellekt proqram təminatının - inteqrasiyası nəticəsində əsaslı şəkildə artacaq. Belə
potensial imkanlar məsul qərarqəbuletmənin göstəricilərini müəyyənləşdirə bilər və onları
bir-biri ilə əlaqəli sistemləşdirərək daha mükəmməl qərarların əldə edilməsini reallaşdıra
bilər.Ən yeni versiya kimi Real Taym Delfi (Real Time Delphy) proqramını misal
göstərmək olar ki, burada qərar qəbul edən tərəflər, ekspertlərin birgə rəylərinə birbaşa və
sürətli çıxış əldə edirlər. Bu da sürətli əks təsirin əldə edilməsinə imkan verir. Dünyanın
istənilən yerindəki təşkilat və ya könüllülər internet (səhifə) vasitəsi ilə əlaqəsinin
mümkünlüyü isə şəffaflığın artırılması və qərarqəbuletmə prosesində iştirakı
genişləndirmək üçün əldə olunan yeni strategiyalardan biridir.
Rəsmi şəkildə avtomatlaşdırımış Dövlət Elektron - idarəetmə orqanı( və ya elektron
hökumət orqanı) kiber-terrorizm, korrupsiya və digər cinayət halları zamanı qərar qəbul
etmə prosesini avtomatik şəkildə aparır. Hər il 1 trilyon dollara yaxın rüşvət halları siyasi
qərar qəbul etmə prosesinə təsir edir. BMT-in Korrupsiya əleyhinə Konvensiyası əsasında
fəaliyyət göstərən işçi qrupları korrupsiyanın qarşısını almaq və onu qeyri qanuni hallar
kimi qeydə almaq sahəsində tədbirlər irəli sürürlər. Dünya Bankının idarəetmə üzrə
müqayisə əsaslı göstəricilərinə mətbuatın diqqəti və Transparency İnternational
təşkilatının korrupsiya üzrə göstəriciləri hökumətlərin öz fəaliyyətlərini təkmilləşdirməyə
doğru istiqamətləndirməlidir. Həmçinin, BMT ən etibarlı qərar qəbul etmə sisteminə
malikdir ki, bütün dünya əhalisi üçün bu sistem dövlətlərarası qərarqəbuletmə prosesi
üçün nəzərdə tutulub.Bu tədbirlər yalnız ayrı-ayrı dövlətlər, korporasiyalar,QHT-
lər,Universitetlər, dövlətlərarası rəsmi orqanlar tərəfindən aparılsa yekun nəticə əldə
etmək çox çətin olar.Bu baxımdan transinstitutsional qərarqəbuletmə inkişaf etdirilir və
transinstitutsional strateji qərarların qəbul edilməsi və həyata keçirilməsi istiqamətində
ümumi müzakirə platformaları təşkil olunur.Ətraf şəraitin tədqiq olunması və
proqnozlaşdırılması bu gün hələki diqqətdən kənar qalmış gələcək imkanları diqqət
mərkəzinə gətirir.
Qərarqəbuletmə üzrə təşkil olunmuş təlim proqramları aşağıdakı məsələləri əhatə edir:
qeyrirasional qərarların qəbul edilmə səbəbləri , tarixi baxış, gələcək tədqiqat metodları,
planlaşdırılmış və planlaşdırılmamış nəticələrin proqnozlaşdırılması, şüurlu elmi metodla
dəyərləndirmə , məlumatın etibarlılıqğı, statistik göstəricilərin faydalılığı ,ənənəvi
qərarqəbuletmə metodları ( məsələn: xərc/mənfəət; PERT proqramı, və s.) , etik
qavrama, məqsədin axtarılması , risk, liderlik rolu , şəffaflıq, təltəlhesablılıq və müştərək
qərarqəbuletmə. Buraya həmçinin e-hökumətlərin(elektron dövlət idarəetmə sistemlərinin)
hazırki vəziyyəti, təşkilati təkmilləşdirmə sistemlərinin müəyyənləşdirilməsi və
yaxşılaşdırması, qərarqəbuletmə kompyuter proqramı, biliyin vizual təsviri,
prioritetləşdirmə prosesi,və digər təşkilatlarla kollektiv qərarqəbuletmə prosesləri də
daxildir. Sənaye iqtisadiyyatında effektivlik qərarqəbuletmənin əsas meyarı olmaqla,
qlobal etikaya əsaslanan məqsədyönlülük uğurlu bilik iqtisadiyyatında qərar qəbuletmə
üçün meyar olmaqla yanaşı, qərar qəbul edənlər və iştirakçılar arasında tərəfdaşlıq və
iştiraka da diqqət yetirilir.
9-cu Çağırış yalnız o zaman icra oluna bilər ki, Gələcək Durum İndeksi və ya müvafiq
sistemlər Qərarqəbuletmə prosesində davamlı olaraq istifadə edilsin, Milli korporasiya
qanunları transinstitutsional təşkilat formasına keçəndə uyğunlaşdırılsın və ən azı 50
ölkədə qərarqəbuletmə üzrə hazırlanmış rəsmi nümayəndələrə ehtiyac yaransın.
R
EGİONAL
M
ÜLAHİZƏLƏR
:
A
FRİKA
: Afrikanın İnkişaf üzrə Yeni Əməkdaşlıq mğüştərək qərar qəbul etmə prosesini
təkmilləşdirməyə başlayıb. Afrikada əsas problem yaxşı idaretmənin və hakimiyyəti bir
liderlərdən digərinə ötürmək qabiliyyətinin olmamasıdır. Afrika vətəndaş cəmiyyəti
mətbuat azadlığı, hesabatlılıq, və hükumətin şəffaflığını təmin etmək üçün inkişaf
etməlidir. Əgər beyin axını prosesi geriyə istiqamətlənməzsə, vətənini tərk etmiş
miqrantlar internet sistemi vasitəsilə vətəndə baş verən inkişaf prosesləri ilə
əlaqələndirilməlidirlər.
A
SİYA
VƏ
O
KEANİYA
: Çin kütləvi elektron hökumət sistemləri işləyib hazırlayır. Korea kollektiv
intellekt imkanlarını araşdırır. Yaponiyanın iyerarxik qərar qəbul etmə prosesi QHT-lər
tərəfindən təsirə məruz qalgr. Regional inkişaf planı yaratmaq üçün regional dialoq və
əməkdaşlığın mövcudluğu zəruridir.
A
VROPA
: Bürokratik çətinlik, şəffaflığın kifayət qədər olmaması və qərarların yayılması AB-
də şəffaf qərar qəbul etmə prosesini təhlükə altına alır. AB və onun üzv-ölkələri və etnik
qruplar arasındakı gərginlik qərar qəbul etməni çətinləşdirir. Qlobal müşahidə stansiyaları
və qabaqcıl informasiya texnologiyaları insanların bilavasitə demokratiya prosesində
iştirakını asanlaşdıra bilər.
L
ATİN
A
MERİKASI
: Artırılmış effektivlik və şəffaflıqdan əlavə dövlət qərar qəbul etmə
prosesinin modernizasiyası artan vətəndaş nəzarətinə malik siyasi strategiyaların yeni
məqsədlərinə nail olmaq üçün yeni agentliklərin və vəzifələrin planlaşdırılmasını tələb
edir. Latın Amerikası siyasi maarifləndirici məlumatlandırmanı və əhalinin cəlb olunmasını
(iştirakını) təkmilləşdirməli və korrupsiyanı azaltmalıdır.
Ş
İMALİ
A
MERİKA
: Şimali Amerikalılar səbəb-nəticə effektli, tək nəticəli problem təhlilindən,
gələcəyin araşdırılmasından, sistemli təsəvvürlərdən və texnoloji qiymətləndirmədən
istifadə edərək daha vahid, daha qlobal yanaşmalara və problemlərin həll olunmasına
dorru hərəkət etməlidirlər. İnternetdə yaranan özünü təşkil qrupları regionda de-fakto
qərar qəbul edicilərinə çevrilirlər. Belə verilən qərarlar, problemlərə ən az uyğun gələn
qərarlardır. Qərar qəbul etmə məsuliyyəti kompleks işçi qüvvəsi vasitəsilə yayılır.
Qrafik 9. Beynəlxalq təşkilatların Artımı (QHT-lər və Hökumətlərarası Təşkilatlar)
Mənbə: Beynəlxalq Assosiasiyalar Birliyi, Minillik Layihəsinin dəyərləndirmələri ilə
10.
Ortaq dəyərlər və yeni təhlükəsizlik strategiyaları etnik münaqişə,
terrorizm və kütləvi qırğın silahlarının istifadəsini necə azaltmalı?
Münaqişənin təsirinə məruz qalmış dünya ölkələrinin 44%-inin atəşkəs elan olunandan 5
il ərzində müharibəyə yenidən başladıqları üçün, “müharibədə qalib gəlmək” “sülhə nail
olmağ”-ın ilkin şərtidir. Bu da zorakılıq strukturlarını aradan qaldırıb sülh strukturları –
vicdanlı hökumət, sabit iqtisadiyyat, və ədalətli məhkəmə sistemi təsis etməyi tələb edir.
BMT, bolluca məlumatlardan ibarət Sülh keşikçiləri veb-səhifəsi təsis edib. BMT-nin 83,
000 uniformalı heyəti və 15, 000 mülki şəxs bugün 115 ölkədə BMT-nin 18 sülhün
qorunması əməliyyatlarında xidmət göstərir.
Gələcək müstəvi molekulyar və farmasevtik istehsalat və mütəşəkkil cinayətkarlığın nüvə
materiallarına olan çıxışı ayrı-ayrı fərdlərə kütləvi qırğın silahları – bioloji silahlardan
tutmuş aşağı səviyyəli nüvə (“çirkli”) bombaları - düzəltmək və istifadə etmək bacarığı
verir. Beynəlxalq Atom Enerjisi Agentliyinin verdiyi məlumata əsasən 2006-ci ildə
radioaktiv maddələrin qeyri-qanuni istifadəsi ilə bağlı 149 hadisə qeydə alınıb. Şəhər
sivilizasiyasının çox hissəsi İnternetdən asılıdır; nəticə etibarilə kiber silahlar da fərdlər
tərəfindən istifadə oluna biləcək kütləvi qırğın silahları sayıla bilər. Hər yerdə mövcud olan
sensorlar və təhlükəsizlik sistemləri ilə bərabər, biz, bu silahları istifadə edə biləcək
fərdləri müəyyən və müalicə etmək məqsədilə təhsil və psixi sağlamlıq sistmlərini
təkmilləşdirmək və əlaqələndirmək üçün təfəkkür elmini tətbiq etməliyik. Bir çox terror
aktları daha Əl-Qaidə kimi qruplar tərəfindən mərkəzləşdirilmiş şəkildə idarə olunmur. Bu
aktlar artıq İnternetdə yayımlanan video yazılardan ilhamlanan və təlim keçən fərdlər
tərəfindən təşkil olunur. Terrorizmlə mübarizəyə dair 13 beynəlxalq razılaşma müvcuddur.
Bunlara 2007-ci ilin iyul ayında qüvvəyə minmiş Nüvə Terrorizmi Aktlarının Qarşısının
alınmasına dair Beynəlxalq Konvensiya da daxildir. 2006-cı ildə, BMT-nin Baş
Assambleyası Qlobal Terrorizm Əleyhinə Strategiya qəbul edib. Anti-terrorizm cəhdləri
diqqəti daha çox bu aktları törədə qüvvələrə quşula biləcək insanları ideoloji olaraq ələ
almaq üzrində fikirni cəmləşdirməlidir. İğtişaşın əsas səbəblərinə həmlə etmək, zorakılıq
partlaygışlarını dayandırmaqdan daha ucuz və daha effektlidir. Münaqişələr artıq döyüş
meydanlarında qoşunlardan daha çox şəhər ərazilərində fərdləri və ya kiçik qrupları əhatə
edir. Müharibə, ictimai iğtişaşlar, terrorizm və cinayət arasındakı fərqlər demək olar ki itib.
Bu da ənənəvi hərbi qoşunların qeyri-effektiv olmasına gətirib çıxarır. Silahlı
münaqişələrdə öldürülənlərin və ya yaralananların ən az 75%-i qeyri- döyüşçülərdir. İqlim
dəyişikliyi və suların səviyyəsinin aşağı enməsi gələcəkdə münaqişələrin meydana
gəlməsinə səbəb olacaq miqrasiyalarla nəticələnəcəyi gözlənilir.
Müdafiə Məlumatları Mərkəzinin verdiyi məlumata əsasən, 2007-ci ildə də 2006-cı ildə
olduğu kimi 15 müharibə (1000 və ya daha çox ölümlə nəticələnən) baş verib.
“Terrorizmlə qlobal müharibə”-yə əlavə olaraq, hər regionda: Afrikada 5, Asiyada 4,
Amerikada 2, Yaxın Şərqdə 2 və Avropada 1 müharibə baş verib. Bununla bərabər
dünyada təqribən 1700 ton zənginləşdirilmiş urana malik 30 000-dən çox nüvə silahı və
100 000-dən çox nüvə silahı hazırlaya bilən 500 ton ayrılmış plutonium müvcuddur. Hərbi
xərclər ildə təqribən 1.4 trilyon dollara çatır. Bunlardan 30 milyard dolları inkişaf edən
ölkələrə satış xərcləridir. BMT-nin dəyərləndirmələrinə əsasən, 2006-cı ildə 250,000-dən
çox uşaq 30 silahlı münaqişədə fəal iştirak ediblər. Hər gün xəbərlərdə münaqişələr
haqqında eşitəyimizə baxmayaraq, dünyangn büyük əksəriyyəti sülh içində yaşayır. Son
10 il ərzində münaqişələr azalıb, müxtəlif dünyagörüşləri arasında dialoqlar artıb, və
ölkədaxili münaqişələr beynəlxalq müdaxilələr yolu ilə tənzimlənir. Demokratiyanın
inkişafı, beynəlxalq ticarətin, qlobal mətbuatın, İnternetin, peyklə müşahidənin, dünya
səyahətinin artması, daha yaxşı həyat səviyyəsi və BMT-nin inkişafı, daha dinc dünyanın
olması ehtimalını artırır. Müxtəlifliyə, bərabər haqlara və zorakılığa qarşı alternativlərə
hörməti təşviq etmək üçün kütləvi ictimai təhsil proqramlarına ehtiyac var. Yaxın Şərqdə
olduğu kimi müştərək proseslər yolu ilə sülh ssenariləri yaradılmalıdır (Kompakt disk
versiyasının 3.7-ci Fəslinə baxın). BMT-nin erkən xəbərdarlıq sistemləri QHT-lərin və
kütləvi informasiya vasitələrinin iştirakı ilə gücləndirilməlidir ki, kütləvi fəlakətlər baş
verməmişdən əvvəl hərəkətə keçmək üçün siyasi iradə meydana çıxsın; yerli
vətəndaölar qabaqcıl kommunikasiya sistemləri ilə təmin olunmalıdırlar ki, yerli reallıqlar
dünyaya yayımlansın. Sanksiyalar günahsız insanları deyil, elit cinayətkarları hədəfə
almalıdır. “Təqlidi zorakılıqlar”-ı azaltmaq məqsədilə kütləvi informasiya vasitələrində
terrorizmin əks etdirilməsi üzrə yeni yanaşmalar zəruridir. Hökumətlər bioloji silahların
mövcud olan ehtiyatlarını məhv etməli, potensial bioloji silahların aktivlərinin izlənilməsi
üçün sistemlər yaratmalı, hər bir silah üzrə beynəlxalq audit sistemi təsis etməli, və
gələcəkdə qisas silsilələrini azaltmaq üçün, ölümlə nəticələnməyən silahların istifadəsini
artırmalıdır. “Ekonomist” jurnalının hazırladığı Qlobal Sülh İndeksinə əsasən, 2007-ci ildə
121 ölkə 24 göstəriciyə əsasən dincölkə olaraq qiymətləndirilib. Bioterrorizmin təsirləri ilə
mübarizə aparmaq üçün Xəstəliklərə Nəzarət və Ehtiyat Tədbirləri Mərkəzi kimi
mərkəzlərin şəbəkəsinə ehtiyac olacaq. Biz münaqişələrin həll olunması və diqqəti insan
müxtəlifliyinin əsasını təşkil edən ortaq əxlaqi dəyərlərdə və vahidlikdə cəmləşdirmə
konsensusunun qurulması üzrə tədqiqatlarımızı paylaşmalıyıq.
Müharibə Ümumilikdə
Sosial Müharibə
Ölkələrarası Müharibə
M
üh
ar
ib
əl
ər
in
h
əc
m
in
in
c
əm
i
10-cu Çağırışa o vaxt uğurla cavab veriləcək ki, silah satışları və zorakı cinayətlər 50%
azaldılacaq. “Təhlükəsizliyə yeni təhlükələr” müfəssəl, standartlaşdırılmalı və kəmiyyət
cəhətdən əsaslandırılmış təhlükəsizlik indeksi ətrafında birləşdirilməlidirlər.
R
EGİONAL
M
ÜLAHİZƏLƏR
A
FRİKA
: Darfurda baş verən dəhşətlər Afrika xalqlarını öz regional sülhqurucu qüvvələrini
yaratmağa vadar edir. QİÇS nəticəsində yetim qalmış milyonlarla uşaq zorakılığın yeni
mənbəyinəçevrilə bilərlər. Asiyanı mühasirəyə almış Əl-Qaidə təşkilatı Mavritaniyadan
tutmuş Somaliyə kimi Müsəlman ərazilərində öz təsirini artırmağa çalışır. Çevrilişlər,
iğtişaşlar və qiyamlar kontinenti başına alıb,lakin Afrika birliyinin və digərlərinin müştərək
cəhdləri regionun sabitliyinin artmasına səbəb olur.
A
SİYA
VƏ
O
KEANİYA
: İrandan və Şimali Koreyadan qaynaqlanan nüvə silahı təhlükələrinin
aradan qaldırılmasının hələ ki heç bir həlli yolu tapılmayıb. Hindistanda marksist və
separatçı qüvvələr iğtişaşlara başlayıb. Çin öz hərbi bacarıqlarını artırır və öz iqtisadi
gücünü Afrikaya və Latın Amerikasına yönəldir.
A
VROPA
: Əgər münaqişələrin qarşısı alınacaqsa, AB-yə və Rusiyaya axışan çoxlu sayda
mühacir özlərinin cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq üçün yeni yanaşmalara
ehtiyac olacaq. 2006-cı ildə 15 ölkədə terrorizmdə şübhəli 706 şəxs həbs olunub; onların
yarısı müsəlman ekstremistləri olub.
L
ATİN
A
MERİKASI
: Venesuela və Kubada solçu rejimlərin üsyana qalxması, narkotika alveri
ilə məşğuı olan birləşmələrlə davamlı mübarizə, hökumətlər və yerli əhali arasında
münaqişəyə səbəb olacaq potensial səbəblərin çoxalması ilə regionda gərginlik artıb.
ABŞ-ın İraqa soxulması və İsrailin işğal olunmuş ərazilərdə davamlı əməliyyatları kimi
beynəlxalq amillərin təsiri ilə Argentina, Braziliya və Paraqvayın sərhəd regionlarında
müsəlman ekstermistlərinin fəaliyyəti artıb. Bütün bunlar regionda yeni silahlı yarışmaya
səbəb ola bilər.
Ş
İMALİ
A
MERİKA
: Həqiqi mədəniyyətlərarası anlayışlar və daha yaxşı çoxtərəfli əməkdaşlıq
olmadan, kəşfiyyat texnologiyası və hərbi güc heç vaxt assimetrik müharibədə
təhlükəsizliyi təmin etməyiblər. Genetik mühəndislik, nanotexnologiya və süni intellekt
kimi meydana gələn mexanizmlərin köməyilə kütləvi qırğınları necə həyata keçirmək
haqqında məlumatlara yiyələnmək, sivilizasiyanı məhv etmək üçün nüvə, bioloji və
kimyəvi silahlardan daha çox potensiala malik ola bilər. BMT-nin Minilliyin İnkişaf
Məqsədlərinə nail olunmasının 135 milyard dollara başa gələcəyi gözlənilir; müqayisə
üçün, İrqadakı müharibə üçün 600 milyard dollar xərclənib və ABŞ Konqresi tərəfindən
təsdiqlənib, və digər 140 milyard dollar isə 2008-ci il üçün tələb oluna bilər.
Qrafik 10. Silahlı Münaqişələrdə Qlobal Tendensiyalar, 1946-2006
Mənbə: Qlobal Münaqişə Tendensiyaları, Sistemli Sülh Mərkəzi, 2007
11.
Qadınların dəyişən statusunun insanların şəraitinin yaxşılaşdırılmasına
kömək еtməsinə necə nail olmalı?
BƏT-in verdiyi məlumatlara əsasən, qadınlar tərəfindən tutulan qanunverici, dövlət, və ya
rəhbər vəzifələr 1995-ci ildə 25.6%-dən çox az artaraq bugün 28.3%-ə çatıb. Baxmayaraq
ki, qadınlara qarşı ayrı-seçkiliyin hər hansı bir forması demək olar ki, bütün dünyada
bəyənilmir, amma yenə də irəliləyiş çox müxtəlifdir. Təqribən 56.6% qadın nəğd pul
iqtisadiyyatında çalışır. Hal-hazırda ibtidai məktəbdə oxuyan hər 100 oğlana 94 qız düşür.
1999-cu ildə isə bu göstərici 92 olub. 2004-cü ildə əldə olunan məlumata əsasən 181
ölkədən təqribən 2/3-sində ibtidai təhsildə cinsi bərabərliyə nail olunub. Lakin 177 ölkədən
cəmi 1/3-ində orta təhsildə cinsi bərabərliyə nail olunub.
ÜST-nin verdiyi məlumata əsasən xəstəliklər və aclıqdan sonra qadınların arasında
ölümün əsas səbəbi zorakılıqdır; 5 qadından 1-i həyatı boyu ya zorlanıb ya da zorlanma
cəhdinə məruz qalıb. İbtidai və orta məktəb sistemləri, qızlar üçün bədən tərbiyəsi
proqramlarında döyüş sənətinə və özünümüdafiənin digər formalarına xüsusi yer
verməlidirlər. “Plan International”-ın verdiyi məlumata əsasən, kiçik yaşlarında kifayət
qədər qidalanmama səbəbindən təqribən 450 milyon qadın inkişafdan geri qalıb; 62
milyon ibtidai məktəb yaşına çatmış qız məktəbə getmir; 15 yaşından 24 yaşına qədər 96
milyon qadın savadsızdır (savadsız kişilərin ikiqat sayı); təhlükəli abortlar və doğum
ağırlaşmaları 15-19 yaşlı qızlar arasında ölümün başlıca səbəbidir; və bəzilərinin yaşı 12-
dən də az olan 100 milyondan çox qızın növbəti onillik ərzində ərə getmələri gözlənilir.
Halbuki beynəlxalq sazişlər erkən evlilikləri qanunla qadağan edir. Hər il “tarixdə ən büyük
qul ticarəti” sayılan insan alverində alınıb-satılan 600 000-800 000 fərdin 80%-i qadındır.
Qızların təhsilə çıxışında, qadınlargn parlamentə üzv olmasında, və onların nəğd pul
iqtisadiyyatda iştirakında, prezervativlərin istifadəsində və qadınların tibbi xidmətlərə
çıxışında irəliləyiş nəzərə çarpır. 2007-ci ilin mayından parlamentə üzv olan qadınlar 17%
təşkil edib. 2006-cı ildə isə bu göstərici 16.6% faiz olub. Məktəbə yazılan oğlanların
sayının 90%-ində qızlar məktəbə yazılır. Qadınlar eyni iş üçün kişilərdən 2/3-3/4
nisbətində çox pul alırlar.
Qadınların siyasi, iqtisadi və təhsili statusunun artırılması bu Fəsildə göstərilmiş digər 14
Qlobal Çağırışa cavab verməyin ən səmərəli yollarından biridir. Bir çox ölkələrdə
universitetlərdə kişilərdən çox qadınlar oxuyur. Bu da qadınların peşəkar işini
məhdudlaşdırır və Səudiyyə Ərəbistanı və Yaponiya kimi fərqli ölkələrdə “qadın beyinləri
axını” məsələsini kəskinləşdirir. İnternet vasitəsilə elm və texnologiyaya çıxış və keçmişdə
əlyetərli olmayan maliyyə məlumatlarının əldə edilməsi ilə qadınlar mədəni iyerarxiyada
öz yerlərini tuta bilərlər. Araşdırmaların kifayət qədər olmamasına baxmayaraq,
diplomatiya və sülh-qurucuları qəbul edirlər ki, qadınların dinc həllər üçün qarşılıqlı
razılığa kişilərdən daha asan gəlirlər. Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının
Aradan Qaldırılmasına dair Konvensiya, həmçinin BMT Təhlükəsizlik Şurasının 1325 saylı
qətnaməsi həyata keçirilməli, milli fəaliyyət planları yaradılmalı, geniş miqyasda həyata
keçirilməlidir. Silahlı münaqişədə qadınlara qarşı zorakılıq əleyhinə etibar və razılaşma
komissiyaları təsis etmək cəzasızlığa son qoyulmasına kömək edə bilər. Dövlət iştirakı
olan şirkətlərin idarə heyətinin 30%-ində hər cinsdən ən az 30% olaraq təşkil olunması
tələb olunmalıdır.
Cinsi bərəbərliyə əsaslanan Cini əmsalı və digər cinsi bərabərlik indeksləri, həmçinin
qadınların siyasi səlahiyyətləri tutmaq üçün maarifləndirilməsi təşviq olunmalı, rəqabət
əvəzinə həmrəylik ideyası inkişaf etdirilməli, qadınların qanuni haqları (kreditə, torpağa,
texnologiyaya, təlimlərə, səhiyyə xidmətləriə və uşağa baxım xidmətlərinə çıxışı kimi)
təmin olunmalg,və qadgnlargn siyasi və iqtisadi öəbəkələömə təökilatlarg təsis
olunmalgdgr. Bu, kəndli, miqrant, qaçqın, məcburi köçkün və əlil qadınlar üçün xüsusi
əhəmiyyət kəsb edir. Bu cəhdlərə həmçinin, kişilərin qadınlara tamamilə hörmət etmələri
üçün maarifləndirilmələri və çox tez-tez zərərli gender stereotiplərini qabardan kütləvi
informasiya vasitələri ilə bilavasitə iş aparılması da daxildir.
11-ci çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki, məktəblərə qəbulda, savadlılıqda və
kapitala çıxışda cinsi bərabərliyə nail olunacaq, ayrı-seçkiliyə səbəb olan qanunlar aradan
qaldırılacaq və parlamentlərdə və nazirlər kabinetində qadınların və kişilərin sayı
bərabərləşəcək.
Dostları ilə paylaş: |