Ekologiyaya dəyən hərbi ziyanın qarşısının alınması və ya təmir edilməsi
BMT-nin verdiyi məlumata əsasən, son 20 ildə baş vermiş münaqişələrin yarısı “yenidən
baş verən münaqişələr” – yəni sülh müqavilələrindən sonra 5 il ərzində yenidən meydana
gələn münaqişələr olub. Bunların çoxu ekoloji səbəblərdən baş verib. Münaqişə baş
vermiş ərazilərdə ekoloji tənəzzül və silahlı artilleriyanın təhlükəli qalıqları cari və gələcək
nəsillərin yaşamaq üçün zərurui olan vasitələrini və sağlamlıqlarını təhlükə altında qoya,
və uzunmüddətli sülhə əngəl törədə bilər. Ekologiyanın hüquqlarını qorumaq üçün
Cenevrə Konvensiyalarına “təbiət Fəsli” daxil edilməlidir.
Hərbi qüvvələr münaqişə baş vermiş ərazilərdə yenidənqurma işləri stabilliyi təmin etmək
üçün ekoloji bərpa işlərində, həmçinin münaqişənin baş verməməsi üçün ekoloji təsirlərin
azadılmasında yaxından iştirak edəcək. Nəticə etibarilə hərbi planlaşdırmada və
münaqişədən sonra həyata keçirilən fəaliyyətlərdə ekoloji aspektlər ciddi şəkildə nəzərə
alınmalıdır. Böyük Britaniya Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən
nanotexnologiya, İkinci dünya müharibəsindən qalmış silahlar, hərbi hdirolokasiya
stansiyaları, və volfram və onun ərintilərindən törənə biləcək potensial riskləri hərbi
fəaliyyətlərlə bağlı sabitlik məsələləri kimi müəyyən edir, və Nazirlik münaqişə,
təhlükəsizlik və sabit inkişaf arasında əlaqə olduğunu təsdiqləyir
20
.
2007-ci ilin Aprelində BMT-nin Təhlükəsizlik Şurası öz tarixində ilk dəfə olaraq ekoloji
amillərin təhlükəsizlik təsirləri müzakirə edib. Bəzi ölkələr iddia edib ki bu bu məsələ
Təhlükəsizlik Şurasında müzakirə edilməməlidir. AB, Peru, Panama, və Papua Yeni
Qvineya (Sakit okeanında yerləşən kiçik ada-ölkələrin başçıları) bu təşəbbüsün
tərəfdarları arasında idilər. “Kiçik ada-ölkələrin və onların əhalisinin üzləşdiyi təhlükələr
heç də digər ölkələrin üzləşdiyi silahlar və bombaların törətdiyi təhlükələrdən zəif deyil” –
Papua Yeni Qvineyanın Səfiri Robert Quba Ayisi qeyd edib.
İqlim dəyişikliyinin bəzi aspektlərinin hərbi sistemlərə və əməliyyatlara göstərdiyi birbaşa
təsirini müzakirə edən bir qrup yüksək-vəzifəli ABŞ hərbi zabitləri və milli təhlükəsizlik
mütəxxəssisləri xəbərdarlıq edirlər ki “iqlim dəyişikliyi onsuz da kritik vəziyyətdə olan
həyat səviyyəsini ciddi şəkildə kəskinləşdirə bilər…bu isə bütün dünyada siyasi qeyri-
stabilliyə və ölkələrin iflas olmasına səbəb ola bilər…Meydana gələn xaos vətəndaş
müharibələrinin, soyqırımların baş verməsi və terrorizmin artması ilə nəticələnə bilər”
21
.
Yeni milli təşəbbüslərə ekologiyanın mühafizəsi, ziyanların azaldılması (təbii fəlakətlərdən
sonra), qarşısının alınması və hazırlılıq, həmçinin beynəlxalq müqavilələrə əməl etməyə
köməyin göstərilməsi üçün Hərbi qüvvələrin cəlb olunması günü-gündən artır.
Münaqişədən sonra sağlamlığa və ekologiyaya dəyən bir çox təsirlərin qiymətləndirilməsi
və həmçinin öhdəliklərin müzakirələri həyata keçirilir. Bəzi Ənənəvi Silahlar haqqında
Konvensiyanın Müharibənin Partlayıcı Qalıqları üzrə V Protokolu 2006-cı ilin Noyabrında,
demək olar ki qəbul olunandan 3 il sonra qüvvəyə minib.
Protokolun şərtlərinə əsasən Tərəflər, döyüş əməliyyatları qurtarandan sonra ən qısa
müddət ərzində “partlamamış artilleriya silahları və ya tərk edilmiş partlayıcı artilleriyanın
qeydə alınması və təmizlənməsi, ərazidən kənarlaşdırılması və məhv edilməsi üçün
islahedici tədbirlər” həyata keçirməlidirlər. Və bütün bunlar onların ərazini nəzarətdə
saxlayıb saxlamamalarından, cəlb edilmiş bütün tərəflərlə birbaşa və ya dolayı yolla təcili
və dəqiq informasiya mübadiləsi yolu ilə əməkdaşlıq edib etməməsindən asılı olmayaraq
həyata keçirilməlidir. Protokol əks-qüvvəyə malik deyil. Mina Əməliyyatları Layihəsi
20
Sabit İnkişaf Hesabatı 2005. Böyük Britaniya Müdafiə Nazirliyi, Sentyabr 2006.
21
Milli Təhlükəsizlik və İqlim Dəyişikliyi Təhlükəsi. CNA Korporasiyası, 2007.
Portfoliosu 2007 aşkar edib ki, müharibə nəticəsində sorğu keçirilmiş 29 dağıdılmış
ölkədən və ya ərazidən 26-sı kasset bombaların və digər partlayıcıların qalıqları ilə
əhatələnib. V Protokol qüvvəyə minmədən öncə baş vermiş münaqişələrin nəticələri ilə
məşğul olmaq üçün 2007-ci il Layihələri Partlamamış silahlı artilleriyaları diqqət
mərkəzinə alıb. 2008-ci iləcən ekoloji ziyanlar və vətəndaş tələfatları ucbatından qalıq
hərbi ehtiyatları qadağan etmək və bu hərbi ehtiyatların nəticələri ilə işləmək üçün sistem
yaratmaq üçün qanuni cəhətdən məcburi beynəlxalq vasitənin işlənib hazırlanması təklif
olunub. Bəzi ölkələr artıq kasset bombaların istehsalı, istifadəsini, satışı və daşınmasını
məhdudlaşdırmaq üçün nizamnamələr hazırlayıb.
Bəzi mütəxəssislər iddia edirlər ki, “insan orqanizmini müvəqqəti olaraq sıradan çıxaran
qazlar” kimi “ölümə səbəb olmayan” maddələrin, döyüş meydanında istifadə olunması
kimyəvi silahlar haqqında müqaviləni pozacaq, çünki onlar zəhərli kimyəvi maddələrdir.
Müqavilənin istisnaları altında hansı kimyəvi maddələrə icazə verildiyinin
aydınlaşdırılması zəruridir.
“Bioloji silahların təhlükəsi günü-gündən artır və bizim həyata keçirdiyimiz əks tədbirlərə
baxmayaraq artmağa davam edəcək”, Stenford Universitetinin biofiziki və Biofizika
Cəmiyyətinin sabiq prezidenti Stiven Blok xəbərdarlıq edib. SİMAD-ın (Kütləvi Dağıdıcı
Vahid Fərdlər) ehtimalları günü-gündən artmaqdadır. Genişlənən gene-sintez sənayesiniə
nəzarət həyata keçirilmir, və universitetlərdə və özəl laboratoriyalarda mübahisəli
(ziddiyyətli) eksperimentlərə rəhbərlik könüllü və qeyri-müntəzəm şəkildə həyata keçirilir.
Alimlərin bioterrorizm və sintetik bioloji silahların əleyhinə mühafizəni artırmaq üçün hansı
yanaşmanın yaxşı olacağı haqda hələ də mübahisə aparmalarına baxmayaraq, onlar
GMO-ların təsadüfi və düşünülmüş şəkildə buraxılmasına əngəl olmaq üçün təcili və
möhkəmləndirilmiş beynəlxalq nəzarətin zəruri olduğu fikrində ümumi razılığa gəlirlər.
Elmdən bu şəkildə sui-istifadənin qarşısını almaq üçün, təhlükəsizlik təşkilatlarının elmi
ekspertizasını gücləndirmək və kəşfiyyat idarələri üçün müstəqil Elm və Texnologiya
məşvərətçi Komitəsi təsis etmək, həmçinin beynəlxalq elmi birliklər daxilində ümumi
mədəniyyət və məsuliyyət haqqında məlumatlılığı təşviq etmək vacibdir. YUNESKO Elm
və Texnologiya strategiyalarının qurulmasında əxlaqi və insan haqlarını nəzərə almaları
məqsədilə beynəlxalq əxlaqi prinsipləri müəyyən edən bəyannamə layihəsi nəşr edib.
Texnologiya ilə əlaqəli yeni məhsulların hasili, diaqnostik təhlillər, tibbi terapevtika, və
rekativlər, həmçinin protokolları idarə etmək üçün standartlara ehtiyac var.
Nüvə, bioloji və kimyəvi silahların əks-tədbirlərini təkmilləşdirmə tədbirlərinə daxildir:
• Nüvə Maddəsinin Fiziki Mühafizəsinə dair Konvensiyaya düzəlişlərin qəbul
edilməsi;
• 2007-ci ilin İyulunda qüvvəyə minmiş Nüvə Terrorizmi Aktlarının Qadağan
olunmasına dair Beynəlxalq Konvensiya;
• Bio-təhlükəsizlik rekkomendasiyaları və alimlər üçün idarəetmə kodları;
• 2006-cı ilin Fevralında qəbul edilmiş Kimyəvi Maddələrin İdarətməsi üzrə
Strategiya;
• mövcud nizamnamələrin davamlı qiymətləndirilməsi.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, həssas nüvə maddələrinin vaxtında izlənilməsi
ehtimalını artırmaq və onların qeyri-dinc məqsədlərlə istifadəsinin qarşısını almaq
məqsədilə birbaşa peyk informasiyasından istifadə etməklə nüvə qurğularına nəzarəti
həyata keçirmək üçün qlobal şəbəkə qurur.
Bəzi alimlər və ekoloji qruplar iddia edirlər ki sualtı qayıqları aşkar etmək üçün sualtı
hidrolokasiya stansiyaları balinaların və delfinlərin exolokasiya sistemlərinə təsir göstərir
və bəzi hallarda onların kütləvi şəkildə sahilə atılmalarına səbəb olur. ABŞ hökuməti hərbi
hidrolokasiya sistemlərinin balinalara və delfinlərə təsirini tədqiq etmək, və həmçinin hərbi
dəniz təlimləri ərazisində dəniz məməlilərinin olduğunu müəyyən edən elektronik
sistemlərin inşa edilməsi üçün irəli sürülmüş büdcəni təsdiqləyib.
Münaqişə və ekoloji tənəzzül bir-birinin kəskinləşmələrinə səbəb olurlar. Ərəb ölkələri
dünyada ekoloji cəhətdən ən qeyri-sabit ölkələr sırasındadırlar. Yeyl Universiteti Ekoloji
Sabitlik İndeksinin verdiyi məlumata əsasən, İraq, Sudan və Küveyt 5% və qalan Ərəb
ölkələri isə 25% sabitliyi özlərində əks etdirirlər. Əsaslı dəyişikliklər olmasa, regionda
ekoloji miqrasiyalar və münaqişələrin çoxalması qaçılmaz olacaq. Cari müharibələr bu
vəziyyəti daha da pisləşdirirlər. Hizbullah-İzrail müharibəsi ekologiyanı milli və regional
səviyyədə viranedici təsirlərə məruz qoyub.İzrailin Ciyyə elektrik stansiyasını
bombalaması nəticəsində əmələ gəlmiş neft təbəqəsi Livan və Suriya sahil xətlərinə 150
kilometr boyunca örtüb, və bu təbəqənin təmizlənməsi təqribən bir ilə və 64 milyon dollara
başa gələ bilər. Ekoloji sistemə dəyən kütləvi ziyanlar artıq nəzərə çarpır. YUNEP-in
verdiyi məlumata əsasən, Sudanın gələcək sülh və əmin-amanlıq (rifah) strategiyasında
ekologiyanın əhəmiyyətli rolu var. Sudanda Ekoloji İdarəetmə üzrə Potensialən
Gücləndirilməsi proqramı 2007-09-cu illəri əhatə edəcək.
Yeni texnologiyalar təkmilləşdirilmiş aşkarlama, təmizləmə, nəzarət və müşahidə
imkanları təklif edir. ÜST iqlimə nəzarət sistemlərinin modeli əsasında qlobal epidemic
simulyator inşa edir. Kəşfiyyat və müşahidə üçün radio sistemlə idarə olunan kiçik
robotlaşdırılmış vertolyotlardan istifadə etmək olar. Yüksək həssaslığa malik portativ
kimyəvi və bioloji qurğular qısa vaxt ərzində yüksək dəqiqliklə aşkarlama, nəzarət və
təmizləmə imkanları təklif edirlər.
Ekoloji Səbəblərdən Meydana gəlmiş Münaqişələrin Qarşısının alınması və ya
Onlara Qarşı Tədbirlərin Görülməsi
İqlim dəyişikliyi ekoloji diqqəti ekoloji, enerji və iqtisadi maraqları milli və beynəlxalq
təhlükəsizlik mülahizələrinə yönəldib. BMT-nin Humanitar Məsələlərin Koordinasiyası
üzrə İdarəsi bildirir ki, son 30 il ərzində qasırğaların, quraqlıqların və daşqınların sayı 3
dəfə artıb, təbii fəlakətlərinə təsirinə məruz qalmış insanların sayı isə 5 dəfə artıb.
Sabiq Baş Katib Kofi Annan xəbərdarlıq edir ki “ekoloji tənəzzül onsuz da münaqişəyə-
meylli olan əraziləri məhv etmək potensialına malikdir. Bu xüsusilə cüzi resurslara qeyri-
bərabər çıxış və ya bu cür çıxışın siyasiləşdirildiyi hallara aiddir
22
.
Son zaman həyata keçirilən tədqiqqatlar göstərir ki, iqlim dəyişikliyi getdikcə sürətlənir və
əvvəlkindən daha da kəskinləşə bilər. Qabaqcıl kompüter modelləşdirilməsi proqnoz verir
ki əsrin sonuna kimi, planetimiz, öldürücü istilik dalğaları, uzunmüddətli quraqlıq, və
istixana qzlarının insanlar tərəfindən havaya buraxılması səbəbindən əmələ gəlmiş qlobal
istiləşəmənin meydana gətirdiyi intensivyağışlı tufanlar kimi daha çox fövqəladə iqlim
halları ilə üzləşəcək. Alimlər vurğulayır ki fövqalədə hallar – iqlim dəyişikliyinin nəticələri
kimi – qərar qəbul etmə prosesinə inteqrasiya edilməlidir. Yüksək doğumluluğa malik
ölkələrin çoxu dünyanın ən kəskin müharibələrinin təsirinə məruz qalmış ölkələrdir.
İnsanların torpaqlara və resursları intensiv şəkildə istismar etmələri o ərazilərdəki
münaqişələrin kəskinləşməsi ehtimalını artırır. Əhalinin yenə də Hindistan və Çin kimi
onsuz da sıx əhaliyə malik ölkələrdə artmağa davam edəcək. Və 2025-ci ilədək, sahildə
yaşayan əhalinin sayı 35% artaraq, okeanın 60 milliyində yaşayan əhalinin sayını 2.75
22
Silahlı münaqişələrin qarşısının alınması üzrə irəliləyiş hesabatı, Kofi Annan, 2006-cı il.
milyarda çatdıracaq. Nəticə etbarilə bu insanlar iqlim dəyişikliyi və dəniz səviyyəsinin
artması səbəbindən təbii fəlakətlərə qarşı daha aciz olacaqlar.
Tədqiqatlar dəniz suyunun səviyəssinin qalxması barədə proqnozlarda ciddi qeyri-
müəyyənliklərin olduğunu göstərsələr də, sahildə yaşayan əhalinin risk altında olduğu
danılmaz bir faktdır. İqlim Dəyişiklikləri üzrə Hökumətlərarası Panelin məlumatlarına
əsasən, 2100-cu ilədək qlobal istiləşmə səbəbindən dəniz səviyyəsinin 9-88 santimetr, ən
çox isə 140 santimetr qalxması gözlənilir. Qrenlandiya və Antarktidanın əriyib-
əriməyəcəyini qabaqcadan demək çətin olsa da, tədqiqatçıların fikrinə görə bu ərazilər
dəniz səviyyəsini 70 metrədək qaldırmaq üçün kifayət qədər suya malikdirlər.
Sundarban adaları – Banqladeş və Hindistan sahillərindən aralı – dəniz səviyyəsinin
qalxması və erroziya səbəbindən yoxa çıxmaqda olan ilk insan yaşamayan adalar
sırasındadırlar. Bu, növbəti 10 il ərzində 100, 000 insanın köçürülməsinə (evakuasiya
edilməsinə) səbəb olacaq. Bir çox Tuvalular da öz sakit okeandakı adalarını tərk edir və
Yeni Zelandiya ərazisindəki daha təhlükəsiz ərazilərə köçürlər, və bununla da rəsmo
şəkildə ekoloji qaçqınlara çevrilirlər. 2005-ci ilin sonunda, Sakit okeanda yerləşən
Vanuatunun Tequa adasının 100-dən çox sakini təcavüzkar qasırğalardan və dalğalardan
qorunmaq üçün daha yüksək ərazilərə köçürülüblər. Sakit Okean Ölkələrində
Adaptasiyanın İnkişafı üçün Potensialın Gücləndirilməsi proqramı çərçivəsində həyata
keçirilən bu köçürmə əməliyyatı iqlim dəyişikliyi səbəbindən baş vermiş formal kütləvi
yerdəyişmənin ilk nümunəsi sayıla bilər.
Dəniz suyunun səviyyəsi artdıqca, bütün ada ölkələri – Maldiv adalarından tutmuş Marşal
adalarına kimi – Banqladeşdən, Misirə və Alyaskaya kimi yerləşən ölkələrin ərazilərinin
çox hissəsi, və bir çox sahil şəhərləri risk altına düşürlər. Bu da sakinlərin
mədəniyyətlərini və sağ qalmalarını təhlükə altına alır. Mütəxəssislər xəbərdarlıq edir ki,
Sakit okeanının aşağı səviyyədə yerləşən və artıq təsirə qalmış adalarından əlavə,
Banqladeş və Çinin bir hissəsi, İndoneziya və Vyetnam kimi əhali sıx yerləşmiş ölkələrdə
yaşayan milyonlarla insan dəniz suyu səviyyəsinin qalxması səbəbindən köçürülməyə
vadar edilə bilər.
BMT-nin dəyərləndirmələrinə əsasən, 2012-ci ilədək iqlim dəyişikliyi səbəəbindən
meydana gəlmiş qaçqınların sayı 50 milyon ola bilər. “Krisçen Eyd” təşkilatının verdiyi
məlumata əsasən isə, növbəti 50 il ərzində əsasən ekoloji şərait səbəbindən 1 milyard
insan miqrasiya etməyə məcbur edilə bilər. Bunların çoxu dünyanın ən kasıb ölkələrindən
– Sahara zonası, Cənubi Asiya və Yaxın Şərqdən olacaq. 2007-ci ildə 25 milyon insanın
münaqişə, insan haqları pozuntusu səbəbindən, 25 milyon insanın təbii fəlakətlər
səbəbindən, və 105 milyon insanın böyük inkişaf layihələri səbəbindən yerlərini dəyişdiyi
qeydə aınıb. 8.5 milyon insan isə hal-hazırda rəsmi şəkildə qaçqın kimi tanınıblar. 2050-ci
ilədək, təqribən 250 milyon insanın iqlim dəyişikliyi ilə əlaqədar daimi olaraq yerlərini
dəyişmək ehtimalları var. Birləşmiş Millətlər Universitetinin Ekologiya və İnsanın
Mühafizəsi İnstitutunun Direktoru Yanos Boqardi, BMT-ni gələcək ekoloji qaçqınların
vəziyyətinə yardım etməklə əlaqədar qanuni sistem təsis etməyə çağırıb. O ekoloji
qaçqınları, beynəlxalq qaçqınları mühafizə qanunvericiliyinə daxil etməklə “biz qaçqınları
mühafizə etməyin ən güclü vasitələrindən birini zəiflədirik” qorxusunu da nəzərə alıb.
Nəticə etibarilə, BMT “ekoloji qaçqınlara kömək etməyin digər üsullarını tapmalıdır”. O
həmçinin qeyd edib ki, ekoloji amillər miqrasiyanın daha açıq-aydın səbəblərinin kökündə
yatır.
Arktik dənizinin əriməsi Şimali-Qərb dəhlizini beynəlxalq gəmiçilik yolu kimi açacaq, və
suverenlik və ekoloji nəticələrə dair beynəlxalq müzakirələrə təkan verəcək. Potensial
dənizçilik yolundan əlavə, Şimali-Qərb dəhlizinin açılması, neft də daxil olmaqla zəngin
ehtiyatlardan istifadə imkanını təmin edəcək. Araşdırmanın irəli sürdüyü fikrə əsasən,
dəhliz buzdan azad olmalı və 2015-ci ildən tez olmayaraq dənizçilik üçün açılmalıdır.
Alimlərin, siyasətçilərin və ekoloji aktivistlərin problemin mürəkkəbliyi barədə
xəbərdarlıqlarına baxmayaraq, bu zəif ərazi üçün heç bir beynəlxalq nizamnamə təsis
olunmayıb. Kanadanın regionun suverenliyini tələb etməsi digər ölkələrlə fikir ayrılığına
gətirib çıxarır. Çünki ABŞ, Danimarka və Rusiya da daxil olmaqla bu ölkələr, ərazinin
beynəlxalq sular ya da öz ərazilərinin davamı olmasını iddia edirlər.
Hər qitədə suyun səviyyəsinin aşağı enməsi qeydə alınıb: bəşəriyyətin 40%-i 2 və ya
daha artıq ölkənin idarə etdiyi su qovşaqlarından asılıdır. Vahid sərhəd su idarəetmə
sistemləri təsis edilməyincə münaqişələrin kəskinləşəcəyi gözlənilir. Beynəlxalq Suyun
İdarəedilməsi İnstitutu qeyd edib ki, son 100 il ərzində sudan İstifadə 6 dəfə artıb, və
2050-ci ilədək yenidən artacağı gözlənilir. Bugün su çatışmamazlığından 700 milyon
insan əziyyət çəkir; 2025-ci ilədək, bu göstərici 3 milyarddan artıq ola bilər. İqlim
Dəyişiklikləri üzrə Hökumətlərarası Panelinin Təsirlər, Adaptasiya və Həssaslıq üzrə
hesabatına əsasən proqnozlaşdırır ki “Hal-hazırda suyu olan 100 milyonlarla Afrikalı və
10 milyonlarla Latın Amerikalı 20 ildən də az vaxt ərzində bu sudan məhrum olacaq.
2050-ci ilədək, Asiyada 1 milyarddan çox insan su çatışmamazlığı ilə üzləşəcək”. “Green
Cross İnternational” təşkilatı sudan istifadə hüquqlarına təminat verəcək beynəlxalq
qanuni sənədin qəbul olunması üçün bir daha dünyaya səslənib.
Böyük Britaniyanın Hidrometereoloji Xidmətinin Hadli Mərkəzinin dəyərləndirmələrinə
əsasən, 2050-ci ilədək kəskin quraqlıq şəraiti dünya torpaqlarının 10%-ini – indikindən 5
dəfə çox - təsirə məruz qoya bilər və əsrin sonuna kimi bu göstərici 30% ola bilər. 2006-cı
il Beynəlxalq Səhralar və Səhralaşma ili olub, və YUNEP İdarə Şurası tövsiyyə edib ki,
mübarizə aparmaq, qarşı durmaq və hətta bu fenomeni aradan qaldırmaq yollarını
araşdırmaq məqsədilə 2010-20-ci illər BMT-nin Səhralar və Səhralaşmayla Mübarizə illəri
elan olunsun. Sahara səhrasının cənubdan genişlənməsi aclığı və miqrasiyaları artırır, və
Afrika qitəsi boyunca münaqişə risklərini çoxaldır.
Təbii fəlakətlərin sayının artması və intensivliyi qlobal erkən xəbərdarlıq sisteminin təsis
edilməsinə təkan verib. Hind Okeanı sunami xəbərdarlıq sistemi 2006-cı ilin iyul ayından
işlək elan olunub, lakin hələ yerli koordinasiyaya ehtiyac var. 2006-cı ilin İyul ayında
İndoneziyaya zərbə endirmiş sunami 54, 000 insanı öz təsirinə məruz qoyub (550 nəfər
ölüb), çünki əhaliyə əvvəlcədən heç bir xəbərdarlıq edilməmişdi. BMT-nin Təbii
Fəlakətlərin Azaldılması üzrə Beynəlxalq Strategiya sistemi təbii fəlakətlərin azaldılması
və fəlakətdən sonra bərpa işlərinin aparılması üçün qlobal sistem təqdim edir. Təbii
Fəlakət Riskinin Azaldılması üzrə Çoxtərəfli Qlobal Platformanın 2007-ci ilin İyununda
həyata keçirilmiş ilk sessiyası, diqqəti 2005-2015-ci illər üçün nəzərdə tutulmuş Hyoqo
Fəaliyyət Sisteminin sistemli şəkildə həyata keçirilməsi strategiyalarında cəmləşdirib:
Xalqların və Birliklərin Təbii Fəlakətlərə qarşı Davamlılığını Formalaşdırmaq, Dünya Bankı
ilə əməkdaşlıq nəticəsində təsis edilmiş Fəlakətlərin Azaldılması və Bərpa İşləri üzrə
Qlobal Qurğu təbii fəlakətlərin risklərini və nəticələrini azaltmaq üçün hazırlıq və bərpa
əməliyyatlarını təkmilləşdirməyi planlaşdırır. Bu plan, fəlakətlərin riskinin azaldılmasının,
risk altında olan ölkələrdə həyata keçirilən inkişaf layihələrində əsas məsələ kimi nəzərə
almaqla baş tutacaq. Dünya Bankı Qlobal Qaynar Nöqtələrin Araşdırılması yüksək
ölümlülük risklərinə və iqtisadi tənəzzülə məruz qalmış 86 zəif ölkəni müəyyən edib.
Beynəlxalq Enerji Agentliyinin Dünya Enerji Perspektivləri-2006 növbəti 24 il ərzində
dünyanın üzləşəcəyi 2 əsas məsələni adlandırır: münasib qiymətlərə “təhükəli” və “qeyri-
kafi” enerji təchizatı və artan enerji tələbləri səbəbindən ətraf mühitə dəyən ziyanlar.
Enerjiyə olan tələbatın artması, bəzi ölkələrin beynəlxalq təhlükəsizlik məsələlərinə və
razılaşmalarına məhəl qoymamayaraq beynəlxalq təhlükəsizliyi təhlükə altına salmasının
təkanverici qüvvəsinə çevrilə bilər. Tullatıların idarəedilməsi sadəcə ekoloji bir məsələ
deyil, həmçinn mühüm bir təhlükəsizlik məsələsidir. Kot-Divuarın Abican şəhərində zəhərli
tullantıların axıdılması ətrafında baş vermiş qalmaqal, tullantıların ticarəti və Bazel
Konvensiyasının müvafiqliyinə dair qlobal müzakirələri intensivləşdirib. Bəzi Afrika və
Asiya ölkələri radioaktiv uran, qurğuşun, kadmium, civə, sənaye və tibbi kimyəvi maddələr
kimi təhlükəli tullantıların zibilxanasına çevrilib, və elektronik tullantıların da həcmi artıb.
Bazel Konvensiyası və onun 1995-ci il düzəlişlərinin, zəhərli tullantıların idarə edilməsi
üçün qurğulara malik olmayan ölkələrdə bu tullantıların axıdılmasına qadağa qoymasına
baxmayaraq, bu proses Konvensiyaya üzv olmayan ölkələrdə qeyri-qanuni şəkildə davam
edir. Ekoloji və səhiyyə nəticələrində əlavə olaraq, Seneqal ekoloqu təhlükəsizlik
məsələlərini də diqqətə çatdırır: “Tullantılar əsasən silah almaq üçün pul əldə etmək
istəyən mənəviyyatsız insanlar və ya dəstələr tərəfindən buraxılır”.
Baxmayaraq ki iqlim dəyişikliyi bugün beynəlxalq təhlükəsizliyə ən mühüm təhlükələrdən
biri kimi qəbul olunur, xüsusi olaraq kasıb ölkələrin şəraitə uyğunlaşmaları üçün təsis
edilmiş 2 fonda – Ən Az İnkişaf Etmiş Ölkələr Fonduna və Xüsusi İqlim Dəyişikliyi
Fonduna – edilmiş yardımlar 2005-06-cı illərdə cəmi 43 milyon dollar təşkil edib. Halbuki
nəzərdə tutulmuş iqlim dəyişikliyinə uyğunlaşma ümumi illik xərcləri, il ərzində 10 milyard
dollarla 40 milyard dollar arasında olacağı ehtimal olunurdu. 2006-cı ildə isə, dünyada
silahlara 1.2 trilyon dollar, və neftə isə 1.5 trilyon dollar xərclənib, mədən yanacaqları
sənayesinə ayrılmış pulun məbləği il ərzində 235 milyard dolları öteb keçib.
Özünəməxsus mənəvi dəyərinə görə ətraf mühitin qorunması
Beynəlxalq Təbiəti Mühafizə Fondu və Qlobal İzlər Şəbəkəsinin verdiyi məlumata əsasən,
bəşəriyyətin planetə olan təsiri 1961-ci ildən bəri 3 dəfə artıb və Yerin təbii ehtiyatları,
təbiətin onları bərpa etməsindən daha sürətlə istifadə olunur
23
. Əgər belə davam etsə,
2050-ci ilədək insanlıq planetin təchiz edə bildiyindən 2 dəfə artıq təbii ehtiyatlara tələb
duyacaqlar. Minillik Ekoloji Sistem Dəyərləndirilmələrinin verdiyi məlumata əsasən, Yer
kürəsinin ən mühüm ekoloji sistem xidmətlərinin 60%-i getdikcə pisləşir və ya qeyri-sabit
şəkildə istifadə olunur. Paris Fəaliyyət Çağırışı beynəlxalq Ekoloji Hüquqlar və Vəzifələr
Bəyannaməsini (münasib ekologiya hüququ) və YUNEP-in Birləşmiş Millətlərin Ekoloji
Təşkilatına çevrilməsini irəli sürüb. BMT Baş Katibi Ban-Ki Mun ekoloji tənəzzül “hətta
beynəlxalq sülhü və təhlükəsizliyi təhlükəyə ata bilər” deyə xəbərdarlıq edib, və BMT Baş
Assambleyasının Prezidenti Şeyxa Haya Raşid Əl Xəlifə “aydın məqsədlərə və bizdən
yayınmağa davam edən qlobal səviyyədə güclü ekoloji idarəçiliyə çağırıb”.
700-dən çox ÇEM mövcuddur
24
. Beynəlxalq danışıqların diqqəti yeni müqavilələri
yaratmaqdan mövcud müqavilələri möhkəmləndirməyə və beynəlxalq ekoloji idarəçiliyi
gücləndirməyə yönəlib. Bu müqavilələrin effektiviyinin qiymətləndirilməsi getdikcə
təkmilləşir. Lakin, beynəlxalq müqavilələrə əməl etməmə və beynəlxalq orqanlarla
əməkdaşlığın kifayət qədər olmaması və bir çox beynəlxalq konvensiyalarla əlaqədar
danışıqların durğun vəziyyətə gəlib çıxması ümumi narahatçılığa səbəb olmağa davam
edir.
2007-ci il üzrə BMT-nin Ətraf Mühit Proqramının İdarəetmə Şurası beynəlxalq ekoloji
idarəçiliyin möhkəmlənidirlməsi (2020-ci il üzrə Ekoloji Nəzarət Strategiyasına Baxış
layihəsi və çoxtərəfli ekoloji müqavilələr arasında birgə fəaliyyət və koordinasiya də daxil
olmaqla) və beynəlxalq ekoloji vəziyyətin qiymətləndirilməsi və dəyən ziyanların
23
Canlı Planet Hesabatı 2006. Beynəlxalq Ətraf Mühiti Mühafizə Fondu və Qlobal İzlər Şəbəkəsi, 2006.
24
GEO İllik Kitab 2007, YUNEP, 2007.
azaldılması əməliyyatlarının təkmilləşdirilməsi ilə əlaqədar məsələlərə dair qərarlar qəbul
edib. Tullantılara dair Bazel Konvensiyası və Sabit Üzvi Çirkləndiricilərə dair Stokholm
Konvensiyası kimi əlaqədar məsələləri əhatə edən mövcud ÇEM-lərin daha yaxşı
inteqrasiyası, və tullantıların ekoloji cəhətdən münasib şəkildə təmizlənməsi məqsədilə
sistem işlənib hazırlanması üçün cəhdlər edilir.
Avropa Kommissiyasının - AB qaydalar sistemini sadələşdirmək vəzifəsinin bir hissəsi
kimi - AB qanunvericiliyini müasirləşdirməyə dair üçillik proqramı ekologiyayla əlaqədar
sahəylə işə başlayıb. Çünki ən ağır şəkildə nizama salınan bu sahədir. Avropa
Komissiyası həmçinin, ciddi ekoloji pozuntulara görə cinayət sanksiyaları tətbiq etməklə
ekoloji nizamnamələrin möhkəmləndirilməsini artırmaq niyyətindədir. Avropa Ekoloji
Öhdəliklər Direktivası qüvvəyə minərək, “çirkləndirən ödəyir” prinsipi əsasında
ekologiyaya vurulan zərərə görə öhdəliklər üzrə ümumi sistem təsis edib.
Milli və ekoloji statusu müqayisə etmək üçün güclü analitik modellər və vasitələr yaradılır.
Yeni beynəlxalq təhlükəsizlik orqanları yaradılıb və ekoloji cinayətlərə qarşı aparılan
qanuni əməliyyatlara kömək etmək məqsədilə digərləri irəli sürülüblər. Məsələn Kyoto
Protokolu üzrə Razılaşma Komitəsi öz əməliyyatlarına başlayıb, ekoloji cinayətlərlə
mübarizə aparmaq üçün Asiya Regional Forumu təsis edilib, bio-təhlükələrin öhdəsindən
gəlmək üçün qlobal məşvərət qrupunun yaradılması irəli sürülüb, Şimali Amerika Ekoloji
Əməkdaşlıq Komissiyası ekoloji nizamnamələrin və ictimai iştirakçılığın
möhkəmləndirilməsini artırır, və 2007-ci ildə AB Ekoloji Öhdəliklər Direktivası qüvvəyə
minib.
Son zamanlar qəbul edilmiş və ya gücləndirilmiş və ya danışıqlar mərhələsində olan bəzi
diqqətəlayiq ekoloji müqavilələr və ya qanunlar Cədvəl 4-də təqdim olunub.
Müqavilələrin tam siyahısını və müqavilələrə dair sonrakı təfərrüatları Kompakt Disk
versiyasının 9.1. Fəslində tapmaq olar.
Bazel Konvensiyası ən çox nəzərdən keçirilən müqavilərdəndir, çünki o yeni tullantı
növlərinə və idarəetmənin tələblərinə uyğunlaşdırılıb. İl ərzində dünyada 20-50 milyon ton
arası elektron tullantılar hasil olunur. Təqribən 100 milyon telefon, və 300 milyon fərdi
kompüter 2010-cu ilədək tullantıya çevrilə bilər. Dəyərləndirmələrə əsasən, ABŞ-da hər il
14-20 milyon kompüter tullanılır; inkişaf etməkdə olan ölkələrdə 2010-cu ilədək elektron
tullantıların 3 dəfə artacağı gözlənilir. 2006-cı ilin dekabr ayında BMT-nin tullantılar üzrə
forumu Bazel Konvensiyası üçün Təhlükəli Tullantıların Transsərhəd Daşınması və
Onların Təmizlənməsi üzrə Elektron Tullantılar Bəyannaməsini qəbul edib. Bundan əlavə,
Bazel, Rotterdam və Stokholm Konvensiyaları arasında birgə fəaliyyət və əməkdaşlıq da
daxil olmaqla 30-dan çox qərarlar qəbul edilib. Hesabatlılığı təmin etmək üçün, şəffaf
məlumatlar və monitorin mexanizmləri ilə yanaşı beynəlxalq elektron tullantıların yenidən
emal edilməsi sisteminin yaradılması zəruridir. Regional təşəbbüslərə 2005-ci ilin Avqust
ayında qüvvəyə minmiş AB-nin elektron tullantıların idarə edilməsi üzrə direktivi (Sıradan
çıxmış elektron və elektrik avadanlıqları) və Asiya-Sakt okean üçün Elektron və Elektrik
Tullantıların Ekoloji cəhətdən Münasib şəkildə İdarəetməsi üzrə fəaliyyət proqramı
daxildir.
Avropa Parlamenti daha sərt tullantıların idarəedilməsi strategiyası üçün səs verib. Bu
strategiyanın şərtlərinə əsasən, AB-nin tullantılar hasilatı 2012-ci ildə 2008-ci ildəki
səviyyəyə çatdırılmalı, 2020-ci ilədək şəhər tullantılarının 50%-i və sənaye tullantılarının
70%-i yenidən emal edilərək 2020-ci ilədək azaldılmalıdı. Yeni direktivin üzv-ölkələrin
boynuna qəti öhdəliklər qoymayacağına baxmayaraq, o gələcəkdə tullantıların
idarəetməsinə təsir edəcək “ümumi qayda və ya rəhbər prinsip” təsis edərdi. Hər halda
AB üzv-ölkələri müxtəlif tullantıların idarəedilməsi strategiyalarına və effektivliyə
malikdirlər, və onların Parlamentin təklifinə qarşı mübarizə aparacaqları gözlənilir.
Cədvəl 4.
Danışıqlarda, Təzəcə Qəbul edilmiş, Gücləndirilmiş və ya İrəli sürülmüş Bəzi
Ekoloji Müqavilələr və ya Qanunlara daxildir:
Nüvə Terrorizmi Aktlarının Qadağan olunmasına dair Beynəlxalq Konvensiya
(2007-ci ilin İyul ayında qüvvəyə minib)
Müharibənin Partlayıcı Qalıqlarına dair V Protokol, BMT-nin Bəzi Ənənəvi Silahlara dair
Konvensiyanın bir hissəsi (2006-cı ilin Noyabrında qüvvəyə minib)
BMT-nin Dünya Meşələrinin Qorunmasına dair Müqaviləsi (2007-ci ilin May ayında qəbul
edilib)
Bazel Konvensiyası üçün Təhlükəli Tullantıların Transsərhəd Daşınması və Onların
Təmizlənməsi üzrə Elektron Tullantılar Bəyannaməsi
Stokholm Konvensiyası qiymətləndirmə mexanizmləri (qəbul edilib) və əməl olunmayanlar
(2009-cu ildə gözlənilir)
Civənin qlobal şəkildə qadağası (danışıqlar mərhələsindədir)
2008-ci ilədək təklif olunacaq,qalıq hərbi ehtiyatları qadağan etmək və bu hərbi ehtiyatların
nəticələri ilə işləmək üçün sistem yaratmaq üçün qanuni cəhətdən məcburi beynəlxalq
vasitənin işlənib hazırlanması
2012-ci ilədək qəbul olunacaq, Mühafizə olunan Dəniz Əraziləri Şəbəkəsi
Post-Kyoto danışıqları
Ölkə, regional, yerli səviyyədə məcburi emissiya hədəfləri üçün daha sərt nizamnamələr
2012-ci ilədək dünyanın bir çox hissəsində ənənəvi elektrik lampalarının qadağan olunması
Avropa Ekoloji Öhdəliklər Drektivi (2007-ci ilin Aprel ayında qüvvəyə minib)
Kimyəvi maddələrin Qeydiyyatı, Qiymətləndirilməsi və Avtorizasiyası (REACH)
(2007-ci ilin İyun ayında qüvvəyə minib)
AB-nin Təhlükəli Maddələrin Məhdudlaşdırılması Direktivi (RoHS)
(entered into force in July 2006)
Avropa Gəmidən-qaynaqlanan Çirklənmə üzrə Direktivi (2007-ci ilin aprel ayında qüvvəyə
minib)
Avropanın 2011-ci ildə reaktiv təyyarələrin havanı çirkləndirməsinə görə cərimə tətbiq
etməsi
AB-nin xırda hissələrə parçalanmış toz hissəciklərinin törətdiyi çirklənmənin azaldılması
üzrə havanın keyfiyyəti direktivi
(1 yanvar 2015-ci ildən qüvvəyə minmişdir)
Yerüstü suların çirklənməsi ilə mübarizə üçün AB yeni nizamnamələri
2008, 2012, 2020-ci ilədək azaldılma hədəflərinə malik daha sərt Avropa tullantıların
idaredilməsi strategiyası
Çin elektronik tullantı Nizamnamələri
Zərərli okean səslərinin azaldılması üzrə qanunvericilik (təklif olunmuşdur)
Kommersiya kimyəvi maddələrin sayının növbəti 15 il ərzində 80% artacağı gözlənilir.
Kimyəvi Maddələrin İdaredilməsi üzrə Beynəlxalq Strategiya 2006-cı ilin Fevral ayında
qəbul olunub; orada bio-təhlükəsizlik rekkomendasiyaları və alimlər üçün idarəetmə
kodları mövcuddur. Siyasət qurucuları və mütəxxəssislər, ağır metallara dair
nizamnamələri qlobal şəkildə genişləndirmək və növbəti kiyəvi təhlükəsizlik
strategiyalarında ölkələr arasında genişlənən boşluqları doldurmaq məqsədilə kimyəvi
təhlükəsizlik kontekstində preventivlik prinsipinə müraciət olunması tələbini gücləndirirlər.
Nanotexnologiyanın müxtəlif formalarının ekologiya və sağlamlığa vurduğu təsirlər üzrə
tədqiqatların sayı günü-gündən artır. Bu isə yeni nanotexnoloji standartlara gətirib
çıxaracaq. Çin standartları quran ilk ölkə olub. Beynəlxalq Standartlaşdırma Təşkilatı
standartlarn işlənib hazırlanması prosesindədir, və Amerika Sınaqlar və Materiallar
Cəmiyyəti özünün nanotexnologiya üçün ilk terminologiya üzrə standartını nəşr edib.
BMT-nin Sənaye və Kənd Təsərrüfatı Təşkilatı biotoxnologiya üçün, milli və beynəlxalq
səviyyədə razılaşdırılmış protokollar və metodologiyalarla ekoloji risklərin
qiymətləndirilməsi tədqiqatlarına başlanmasını tələb edib. Bio-təhlükəsizliyə dair Karfagen
Protokoluna müvafiq olaraq müstəqil araşdırıcı beynəlxalq komissiyanın yaradılması və
bio-texnologiya ilə əlaqəli hadisələrin beynəlxalq qeydiyyatının həyata keçirilməsi irəli
sürülüb.
Mühafizə olunan ekoloji sahələr həm torpaq həm də dəniz mühitləri üçün təklif olunublar.
“Qrinpis” təşkilatı dünya okeanlarının 40%-inin təbii ehtiyatlar elan olunmasını və torpaq
ərazilərinin qorunduğu kimi mühafizə olunması təklifini irəli sürüb. BMT-nin verdiyi
məlumata əsasən oekanların 0.6%-i, torpaqların isə 12%-i mühafizə olunmaqdadır.
Çirklənmələr nəticəsində dənizdə 200-ə yaxın “ölü zonalar” və ya oksigenlə az təmin
olunmuş ərazilər meydana gəlib. Bu isə balıq ehtiyatlarını və həyatı balıqçılıqdan asılı
olan insanların güzəranını pisləşdirir. Dünyada olan mərcan riflərinin təqribən 16%-inin
90%-ə qədəri ölü vəziyyətindədir. 2012-ci ilədək dənizdə mühafizə olunan ərazilər
şəbəkəsinin qurulması məqsədinə nail olmaq üçün 2007-ci ildə kompüterləşdirilmiş
qrafikin hazırlanmasına başlanılıb.
Bəzi alimlər belə güman edirlər ki, qlobal istiləşməyə səbəb olan dinamik qüvvələr insanın
iqlim dəyişikliyini dayandırmaq bacarığını ötüb keçiblər. Post-Kyoto strategiyalarını daha
məzmunlu və ədalətli etmək ətrafında müzakirələr artır. Mövcud olan ideyalardan biri
adambaşına düşən qlobal karbon emissiyaları hədəflərinin formalaşdırılmasından
ibarətdir. Böyük Səkkizliyin liderləri istixana qazlarının emissiyasında “əsaslı”
azaldılmasına cəhd etməyə və 2009-cu ilədək BMT-nin rəhbərliyi altında, yeni – daha
məzmunlu – istixana qazlarının emissiyasına dair müqavilədə yekdilliyə nail olunması
üçün razılaşıblar. Bir çox ölkələr 1990-cı ildə mövcud olan emissiyaların 2050-ci ilədək
50%-ini azaltmaq hədəfini dəstəkləyirlər. Avstraliya, Çin və Hindistan kimi yüksək
emissiya buraxanlar da daxil edilməklə yeni Asiya-Sakit okean iqlim müqaviləsi üçün
danışıqların başlanması üçün səylər göstərir. Emissiyaların azaldılması strategiyaları və
hədəfləri üçün yeni təkliflər artçaqdadır. AB-nin yeni Enerji Strategiyasının şərtlərinə
əsasən CO
2
emissiyaları 2020-ci ilədək 1990-cı ildəkindən 20% azaldılmalıdır – əgər
ABŞ, Çin və digər iqtisadi cəhətdən güclü dövlətlər emissiyaların müqayisəli azaldılması
ilə razılaşsalar, bu hədəf 30%-ə də qalxa bilər.
Böyük Britaniya, qanunla istixana qazlarını məhdudlaşdıran ilk ölkə ola bilər. AB və ABŞ
hökuməti iqlim dəyişikliyinin və enerji təhlükəsizliyi məsələlərinin öhdəsindən gəlmək üçün
komitələr yaradıb. Noreç 2050-ci ilədək emissiyalarını sıfıra endirməklə dünyanın ilk
“karbonsuz” ölkəsi olmaq niyyətindədir. Eyni zamanda ölkələr və yerli idarəetmə orqanları
qeyri-effektiv közərmə lampalarının istifadəsinin dayandırılması üçün nizamnamələr qəbul
edirlər.
Kosmik müşahidələr ekoloji dəyişikliklərə nəzarətin həyata keçirilməsi üçün əsas vasitəyə
çevriliblər, və bununla da strategiya qurucularına, tələblərə cavab verən strategiyalar
işləyib hazırlamalarına və ekologiya ilə əlaqəli nizamnamələrin gücləndirilməsinə köməklik
göstərir. Avropa Kosmik Agentliyinin “Qlobvetlend” layihəsi Bataqlıqlaşmış ərazilərə dair
Ramsar Konvensiyasını dəstəkləyir. Ekologiya və Təhlükəsizlik üzrə Qlobal Monitorinq
sistemi ictimaiyyəti, strategiya qurucularını və qərar qəbul ediciləri, operatov və müştərək
kosmik, hava, yer və dəniz müşahidələrinə əsaslanmış əhəmiyyətli strateji ekoloji və mülki
təhlükəsizlik məlumatları ilə təmin edir. Sağlamlıq üzrə Erkən Xəbərdarlıq Sistemi təbii
fəlakət və epidemiya hallarında peyk komunikasiya sistemlərindən istifadə etməklə
xəbərdarlıq və fövqəladə siqnalların verilməsini təkmilləşdirəcək. “Kosmos və Əsas Təbii
Fəlakətlər” Beynəlxaq Çarteri, fövqəladə hallarda dünyanın istənilən yerində təbii
fəlakətlərlə üzləşmiş insanlara pulsuz peyk məlumatlarını təmin etmək məqsədi daşıyan
beynəlxalq, özəl, və dövlət kosmik agentliklərinin şəbəkəsidir. Təqribən 41 dövlət fərdi
peyklərə malikdir. Kosmik çirkləndirmənin öhdəsindən gəlmək üçün mexanizm olmadığı
üçün, 2007-ci ilin yavarında Çində anti-peyk sınaqların, bəzi anti-ASAT (peyk əleyhinə)
qəlpələrinin kimi müqaviələrin həyata keçirilməsini zəruri edən hadisələrin Vyanada
yerləşən Agentliklərarası Kosmik Qəlpələrin Koordinasiyası Komitəsi tərəfindən
layihələşdirilməsi ehtimalı var.
Bir çox sənayelər və yerli özünü idarəetmə orqanları, milli rəhbərliyin yoxluğunda müvafiq
ekoloji və enerji strategiyaları və nizamnamələri işləyib hazırlayırlar. Bir çox hallarda
bunlar beynəlxalq standartlara və ya müqavilələrə əsaslanırlar. Bəzi ölkələrdə vətəndaş
cəmiyyətinin, bəzi hallarda beynəlxalq QHT-lərin köməyilə yerli və regional
nizamnamələrin hazırlanmasına cəlb olunması getdikcə artır.
Lux Research şirkətinin həyata keçirdiyi Klintex Report™-un verdiyi məlumata əsasən,
klintek yeniliklər genişlənməkdədir: 150 klintek layihələri bütün dünyada fəaliyyət göstərir
və 2006-cı ildə 29 874 klintek-əlaqəli elmi jurnal məqalələri nəşr olunub.
Milli və beynəlxalq ekoloji effektivliyi və ekoloji performansı artırmaq üçün özəl şirkətlər,
hökumətlər, QHT-lər və beynəlxalq təşkilatlar arasında ittifaqlar yaranmağa davam edir.
Buna nümunə olaraq ilk ildönümündə 8 trilyon dollara çatan Məsuliyyətli Sərmayə
Prinsiplərini; dövlət səviyyəsində çirklənmə ilə mübarizə aparmaq üçün Amerika Dövlətləri
təşəbbüsünü; Asiya-Sakit okean Əməkdaşlığını; və Şəhər Ekoloji Birliklərini – Kyoto
Protokolunun bələdiyyə versiyasını missal göstərmək olar.
Avropa
Afrika
Lat.
Amerika və
Karib
Asiya və
Okeaniya
Qərb Asiya
Şimali
Amerika
Qrafik 25. Çoxtərəfli Ekoloji Sazişin Tərəflərinin Sayı, 1975–2007
Mənbə: YUNEP GEO Məlumat Portalı, Minillik Layihəsi yeniləndirmələri ilə
Qrafik 26. 2006-cı ilin dekabrından başlayaraq YUNEP GEO Regionu tərəfindən (BMT-
nin Ekoloji Proqramı) 14 Çoxtərəfli Ekoloji Müqavilənin Ratifikasiyası (mötərizədə rgionda
olan ölkələrin sayı)
Mənbə: YUNEP GEO Məlumat Portalı
Ramsar
BMTDHK
Ozon
Bazel
BMK
BMTİDÇ
K
Kyoto
SMK
Rotterdam
Stokholm
Kartaxena
Minilliyin Layihəsinin Bölmələri
Əlavə
Minillik layihəsi İştirakçılarının Demoqrafik Göstəriciləri
Bu il qlobal çağırışlara, Gələcəyin Durumu İndeksi dəyişənlərinin qiymətləndirilməsinə,
2030-cu ilədək təhsil və öyrənməyə (tədrisə), gələcək Beynəlxalq Ekoloji Təhlükəsizlik
məsələlərinin araşdırılmasına 334 futurist, alim, biznes planlayıcıları, elmi işçi və qərar
qəbul edici yardım göstərib. Aşağıdakı qrafiklər regional və sektoral demoqrafik
göstəriciləri əks etdirir.
Qrafik 27. 2008-07 ci il Proqramının İştirakçıları
İştirakçıların ümumi sayı: 334
Sahəvi Demoqrafiya
Regional Demoqrafiya
Son 10 il ərzində 2,375 iştirakçının sayəsində həyata keçirilən bir çox işlər müştərək
xarakter daşıyır. İkinci Qrafiklər onların regional və sektoral demoqrafik göstəricilrini əks
etdirir.
Sahəvi Demoqrafiya
Regional Demoqrafiya
Elmi
Özəl
sektor/
korporasiya
QHT
Digər Hökumət
Şim. Amer. (97) 29%
Lat. Amerikası (56) 17%
Avropa (96)
29%
Cənubi Asiya və
Okeaniya (60) 18%
Yaxın Şərq və
Şim. Afrika (10) 3%
Afrikanın Sub Saxara Regionu (15)
4%
Elmi
Özəl
sektor
QHT
Digər
Hökumət
Afrikanın Sub
Saxara Regionu
(54)
2%
Yaxın Şərq və
Şim. Afrika (131)
6%
Cənubi Asiya və
Okeaniya (583)
25%
Avropa (682)
28%
Lat. Amerikası
(408)
17%
Şim. Amerika (517)
22%
Alan F. Key və Hazel Henderson Foundation for Social Innovation, St. Avqustin, Florida ştatı
(1996–2000)
Amana İnstitutu, San Paulu, Braziliya (2004)
Applied Materials, Santa Klara, Kaliforniya (2002–07)
Ordu Ekoloji Strategiya, Arlinqton, Virciniya (1996–2007)
Dar Almashora for Consulting, Küveyt (Küveyt Neft Şirkəti 2003–04 və Küveyt Petrol
Korporasiyası 2005–06)
Deloyt end Tuş LLP, Klivlend, Ohayo (1998–2007)
Ford Motor Şirkəti, Diyerborn, Miçiqan (1996–97, 2005–06)
Gələcək Fondu, Belvyü, Vaşinqton (1997–98, 1999–2000, 2007)
Ceneral Motors, Uorren, Miçiqan (1998–2003)
Hyuz Kosmos və Kommunikasiya sistemləri, Los Anceles, Kaliforniya (1997–98, 2000)
Rabitə Nazirliyi, Azərbaycan Respublikası (2007)
Təhsil Nazirliyi və Təhsil üzrə Prezident Komissiyası, Koreya Respublikası (2007)
Monsanto Şirkəti, Seynt Luis, Missuri (1996–98)
Motorola Korporasiyası, Şaumburq, İllinoys (1997)
Pioner Hay-Bred Interneyşnl, Uest De Moyn, Ayova (1997)
Təhsil üzrə Prezident Komissiyası, Koreya Respublikası (2007)
Şell İnterneyşnl (Royal Daç Şel Neft Şirkəti), London, Böyük Britaniya (1997)
YUNESKO, Paris, Fransa (1995)
BMT Gələcək Forumu (Koreya Respublikası) (2007)
BMT-nin İnkişaf Proqramı, Nyu York, (1993–94)
Birləşmiş Millətlər Universiteti, Tokyo, Yaponiya (1992–95, 1999–2000)
ABŞ Enerji Departamenti, Vaşinqton, Kolumbiya Dairəsi. (2000–03)
ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi, Vaşinqton, Kolumbiya Dairəsi (1992–93, 1996–
97)
Vudro Vilson Beynəlxalq Alimlər Mərkəzi (Proqnozlaşdırma və İdarəetmə Layihəsi),
Vaşinqton, Kolumbiya Dairəsi (2002)
Akronimlər və Qısaltmalar
TBFA
Türkiyənin Bütün Futuristləri Assosiasiyası
AP
Anti-peyk
ASEAN
Cənubi-Şərqi Asiya Dövlətləri Assosiasiyası
BMK
Bioloji Müxtəlifliyə dair Konvensiya
CO
2
Karbon qazı
KSK
Kimyəvi Silahlar Konvensiyası
İYK
İnkişafa Yardım Komitəsi
AKA
Avropa Kosmik Agentliyi
AB
Avropa Birliyi
ÜDM
Ümumdaxili məhsul
İQ
İstixana qazı
GMO
Genetik cəhətdən modifikasiya edilmiş orqanizm
ÜDG
Ümumdaxili gəlir
BAEA
Beynəlxalq Atom Enerjisi Agentliyi
BCM
Beynəlxalq Cinayət Məhkəməsi
İKT
İnformasiya və kommunikasiya texnologiyaları
BEA
Beynəlxalq Enerji Agentliyi
BƏT
Beynəlxalq Əmək Təşkilatı
ISO
Beynəlxalq Standartlaşdırma Təşkilatı
İT
İnformasiya texnologiyası
AK
Aşağı kvartil
MİM
Minilliyin İnkişafı Məqsədi
ÇEM
Çoxtərəfli ekoloji müqavilə
NASA
Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi
QHT
Qeyri-hökumət təşkilatı
ATƏT
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
PGD
Implantasiya öncəsi Genetik Diaqnoz
PERT
Proqram Qiymətləndirməsi və Baxış Texnikası
POPs
Sabit üzvi çirkləndiricilər
ppm
Milyona düşən hissə
PPP
Alıcılıq Qüvvəsi Pariteti
SIMAD
Kütləvi Dağıdıcı Xüsusi Fərd
GDİ
Gələcəyin Durumu İndeksi
TIA
Tendensiyanın təsirinin təhlili
TMC
Transmilli mütəşəkkil cinayətkarlıq
BMT
Birləşmiş Millətlər Təşkilatı
BMT SMK
BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyası
BMT İDÇK
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası
BMT DHK
BMT-nin Dəniz Hüquqi Konvensiyası
BMTİP
BMT-nin İnkişaf Proqramı
YUNEP
BMT-nin Ətraf Mühit Proqramı
UNFPA
BMT-nin Əhali Fondu
YUNIDO
BMT-nin Sənayenin İnkişafı Təşkilatı
UNODC
BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi
BMTU
BMT Universiteti
YK
Yuxarı kvartil
ABŞ
Amerika Birləşmiş Ştatları
VR
Virtual Reallıq
ÜST
Ümumdünya Səhiyyə Təşkilatı
ÜTT
Ümumdünya Ticarət Təşkilatı
Qrafiklərin və Cədvəllərin Siyahısı
QEYD: bu Siyahılrda göstərilmiş səhifə nömrələri Gələcəyin Durumunun çap bölməsinin
səhifə nömrələrini əks etdirir, bu word-formatlı yazı verisyasının yox.
Qrafiklər
Qrafik 1. GDİ 2007.........................................................................................................6
Qrafik 2. Qlobal Səthi Temperatur Anomaliyaları (0C) ……………………...................13
Qrafik 3. Təmiz su mənbələrindən istifadə imkanı olmayan əhali (əhalinin faizi).…….15
Qrafik 4. Qida ehtiyatı (kalori/həcm)………………………….……………………………17
Qrafik 5.
Azadlıq üzrə Qlobal Tendensiyalar........................................................19
Qrafik 6. Regional İnternet istifadəçilərinin Artımı.........................................................23
Qrafik 7. Gündəlik Adambaşı 1.08 Dollar düşən Əhalinin Hissəsi (%)......................... 25
Qrafik 8. Terapevtlər (hər 1,000 adama).......................................................................27
Qrafik 9. Beynəlxalq təşkilatların Artımı (QHT-lər və Hökümətlərarası Təşkilatlar)…...29
Qrafik 10. Silahlı Münaqişələrdə Qlobal Tendensiyalar, 1946-2006...............................31
Qrafik 11. Milli Parlamentlərdə Qadınlar (faiz)................................................................33
Qrafik 12. Beynəlxalq Qeyri-Qanuni Ticarət................................................................... 35
Qrafik 13. Beynəlxalq Əsas Enerji Təchizatı...................................................................37
Qrafik 14. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında və Əməkdaşlıq edən Qeyri-üzv
Ölkələrdə Gözlənilən Tədqiqat və Təkmilləşdirmə xərcləri (ÜDM-nin faizi)....................39
Qrafik 15. Qlobal Çağırış və GDİ Prosesi………………………………............................42
Qrafik 16. GDİ 2007.........................................................................................................45
Qrafik 17. GDİ 2007 Tendensiyanın Təsirinin Təhlili ilə birgə..........................................46
Qrafik 18. 2005 və 2007-ci illər GDİ-lərinin Müqayisəsi...................................................46
Qrafik 19. Əxlaqi, Fiziki, Təhlükəsizlik, Səhiyyə, İntellektual və Sərvət Gözləntilərinin
Tendensiyaları…………………………………………………………………………………..47
Qrafik 20. Ölkələrin Tənzimlənməyən GDİ Mütləq Dəyərləri…………….........................48
Qrafik 21. Türkiyə GDİ.....................................................................................................49
Qrafik 22. Qlobal və Cənubi Koreya Normallaşdırma Dəyərlərini istifadə edən Cənubi
Koreya üçün Nisbi (müvafiq) GDİ-nin Müqayisəsi...........................................................50
Qrafik 23. Təhsil İmkanları Ehtimalı, 2030.......................................................................55
Qrafik 24. 2070-2100-cu illər və 1961-1990-cı illər arasında HadGEM1 A1B Temperatur
Fərqləri……………………………………………………………………..……………...........81
Qrafik 25. 1975-2007-ci illər, Çoxtərəfli Ekolji Müqavilələrin Tərəflərinin Sayı.................91
Qrafik 26. 2006-cı ilin Dekabrından başlayaraq YUNEP GEO Regionu tərəfindən (BMT-
nin Ətraf MühitProqramı) 14 Çoxtərəfli Ekoloji Müqavilənin Ratifikasiyası.......................91
Qrafik 27. 2006-07-ci il Proqramının İştirakçıları..............................................................93
Qrafik 28. 1996-cı ildən bəri İştirakçılar…………............................................................ .93
Cədvəllər
Cədvəl 1. Bəşəriyyət harada qazanır və harada itirir...................................................6
Cədvəl 2.
GDİ Dəyişənləri………...............................................................................44
Cədvəl 3.
2030-cu ilə görə Təhsilə Təsir İmkanları 2030...........................................54
Cədvəl 4.
Danışıqlarda, Təzəcə Qəbul edilmiş, Gücləndirilmiş və ya İrəli sürülmüş
Bəzi Ekoloji Müqavilələr və ya Qanunlar.....................................................................88
Document Outline - Ön söz
- Xülasə
- 1. Qlobal Çağırışlar
- 4. Meydana çıxan Ekoloji Təhlükəsizlik Məsələləri
- Akronimlər və Qısaltmalar
- Qrafiklərin və Cədvəllərin Siyahısı
Dostları ilə paylaş: |