Hansı mənfi nəticələr ola bilər?
Əgər insanlar mühafizəkardırlarsa və təhsil rəhbərləri özlərindən razıdırlarsa,
kompüterlərdən və öyrənmə sistemlərindən ifrat asılılıq mənfi nəticə ola bilər. Bu proqram
həmçinin sistemləri istifadə edən və etməyənlər arasında boşluq yarada bilər.
16. Xürafatı və nifrəti aradan qaldırmağa yönəldilmiş proqramlar
Psixoloqlar güman edirlər ki 2030-cu ildə bir çoxmüharibələr və ekstremist fəaliyyətlər
valideynlərin, həmyaşıdların və ya müəllimlərin açıq və gizli öyrədilmələrindən
qaynaqlanacaq. Gənclərin maarifləndirilməsində bu təsirləri azaltmaq üçün mühüm
addımlar atılıb
16
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
YUNESKO və ya Vikipedia 8.0. kimi beynəlxalq səviyyədə qəbul olunmuş orqanları
tərəfindən yaradılmış tədris planının beynəlxalq səviyyədə qəbul olunması və təhsil
müqaviləsinin tərəfləri tərəfindən istifadə olunması ehtimalı daha çoxdur. Bu proqramlar
həm Çikaqoda həm də Ciddədə tədris olunmaları firkri ilə işlənib hazırlanmalıdırlar. Tədris
planına həm emosional həm də intellektual inkişaf, və fərdin cəmiyyətə yardım etmə
potensialının olduğunu dərk etmək, həmçinin mədəni müxtəlifliyə, “yumşaq” biliyin
dəyərlərinə hörmət, və daha dəqiq tarix daxil edilməlidir. Bundan əlavə, psixoloji
tedensiyaların daha yaxşı inteqrasiyası biliklərin itirilməsi prosesinin, tanınmanın və
fikirlərin yeni əqidələrə və emosional dəyişikliklərə olan ehtiyacının dərk edilməsinə
kömək edə bilər. Gənclik dövründə meydana çıxan öyrənmə prosesinə xüsusi diqqət
yetirilməlidir. Çünki məhz bu dövrdə tələbələr öz şəxsi fəlsəfələrini və dünya görüşlərini
formalaşdırırlar. KİV-də və əyləncə fəaliyyətlərində zorakılğın azaldılması, tədris planının
effektivliyini daha da artırmağa yardım göstərəcək.
Hansı müsbət nəticələr ola bilər?
Cəmiyyət daha yararlı, hörmətcil, demokratik, azad, ədalətli, sülh dolu və sabit ola bilər.
Bu cür proqramlar bəşəriyyətin yaşaması üçün həyati əhəmiyyətə malikdir. Çünki gün
keçdikcə kiçik qruplar və fərdlər məhvedici bacarıqlara daha çox yiyələnirlər.
Bunun baş verməsinə nə mane olur?
Əgər bu proqram “Sizə uşaqlarınızı necə öyrətmək lazım olduğunu deyəcəm” şəklində
hazırlansa, onda o iflasa uğrayacaq. Hələ ki varlılar və kasıblar və məhdud ehtiyatlar
arasında böyük fərqlər mövcuddur, xürafat və nifrət ekstermistlər tərəfindən
alovlandırılmağa davam edəcək. Bəzi hökumətlər insanların davranışına müdaxilə və
idarə etmək istəyəcəklər. “Dövlət hər şeydən üstündür” fikrinin hamılıqla qəbul olunması
üçün ən az bir nəslin gəlib keçməsi lazımdır; nəticə etibarilə, cəmiyyətdə ziddiyətləri daha
16
RT Delphi istinadları: ABŞ Təhsil Departmenti, Gənclərin Nifrət səbəbilə Törətdikləri Cinayətlərin qarşısının alınması:
Məktəblər və Birliklər üçün Dərsliklər, Vaşinqton, Kolumbiya Dairəsi, tarixsiz; Ketlin Kotton, “Məktəblərdə Mədəniyyətlərarası
Ahəngdarlığa Şəraitin yaradılması: Araşdırmanın Nəticələri, Şimali-qərbi Regional Təhsil Laboratoriyası, Portlend, Oreqona ştatı,
Noyabr 1993; Kanadanın İrsi Departamenti, Kanadanın Vətəndaş və Siyasi Hüquqlarına dair Beynəlxalq Müqaviləyə müvafiq
Dördüncü Hesabatı, Qatino, Kvebek Əyaləti, Kanada Noyabr 2003
.
az vurğulayan təhsil vasitələri yaratmaq və təklif etmək məqsədilə ciddi səylər göstərmək
üçün “fasilə” meydana gələ bilər.
Hansı mənfi nəticələr ola bilər?
Nifrəti və xürafatı azaltmaq və ya aradan qaldırmaq mümkün olsa, onda bu o demək
olacaq ki insanların ağıllarının digərləri tərəfindən mənfi istiqamətdə idarə edilməsi də
mümkün olacaq. Məsələn, etiqad rəhbərləri, totalitar hökumətlər, və ya ideoloji siyasi
düzgünlüyün yeni formaları bu üsullardan və texnologiyalardan istifadə edərək ictimaiyyəti
idarə edə bilər. Xürafatı və nifrəti aradan qaldırmaq üçün təkcə təhsil kifayət olmayacaq;
proqramlara, sosial ədalətə nail olunması üçün xüsusi vasitələr daxil edilməlidir.
17. E-Tədris
2030-cu ildə nisbətən kasıb ərazilərin, həmçinin varlı ərazilərin çoxu elektron-müəllimlərə
olan tələbatı qarşılamaq üçün xaricdən vəsaitlər cəlb edəcək. Bu elektron-müəllimlər canlı
insanlardan çox süni intellektdən istifadə edən süni konstruksiyalardır.
17
Bunun baş verməsinə nə səbəb ola bilər?
Elektron-təlimin həm zəngin, həm də nisbətən kasıb regionlar üçün faydalı olduğunu,
olduğu yerdən asılı olmayaraq bir çox insanları daha yaxşı müəllimlərlə təmin edə
biləcəyini və daha səmərəli ola biləcəyini dərk etmək bu proqrama təkan verə bilər. Bu
proqram diqqəti həm təhsil sistemlərində bilik səviyəllərinin müxtəlifliyi və biliyi əldə etmə
imkanının qeyri-müntəzəmliyinə yönəldə bilər. Ən yaxşı elektron-müəllimlərin xaricdən
cəlb olunması bu regionların mədaxilini artıracaq, və onlara dünyada daha çox insanı
əhatə edən möhtəşəm proqramlar hazırlamaq üçün kompüter proqramistləri, təfəkkür
alimləri və digər mütəxəssisləri işə götürməyə imkan verəcək. Təhsil müəssisələri,
hökumətlər, kommersiya fəliyyətləri və QHT-lər arasında virtual reallıq, avtonom kompüter
proqramları və tele-təhsil üzrə əməkdaşlıqda davamlı təkmilləşmələr və xərclərin
azaldılması da buna yardım ola bilər. Bu gün Hindistandan Homework Help adlı
proqramla istənilən fənn üzrə xüsusi dərslərin keçirilməsi saatda 18 dollara başa gəlir.
Biliklər pulsuz payaşıla və qurula bilər. Komunikasiya sistemləri xərcləri sıfıra yaxın
olacaq və hamı elektron-təlimlərin xərclərini ödəmək iqtidarında olacaq, xüsusən əgər
hökumət elektron-öyrənməyə pul ayırsa. Xüsusi maraqlar, sabit və müdrik hökumət
strategiyaları vasitəsilə məğlub edilməli olacaq.
Hansı müsbət nəticələr ola bilər?
Elektron-təlimlər təhsilin daha da demokratikləşməsinə kömək edəcək, daha çox insanın
ondan istifadə etmək imkanı olacaq, hər tələbəyə düşən maliyyə və ekoloji xərcləri və
nəticə etibarilə yoxsulluğu azaldacaq, elm və mədəniyyəti populyarlaşdıracaq,
öyrənmənin ləzzətini artıracaq, təhsil müəssisələri arasında informasiya mübadiləsini
asanlaşdıracaq, və yeni təhsil metdodları açacaq. O həmçinin sifarişlə iki nəfərlik şəxsi
təlimlərin keçirilməsinə gətirib çıxaracaq və biliklərin əldə olunmasını asanlaşdıracaq,
sürətləndirəcək, daha fərdiləşdirəcək, virtulallaşdıracaq və qloballaşdıracaq. Ehtimal var
ki, virtual və süni dünyalarda təhsil imkanları, həmçinn tədris vasitələri davamlı şəkildə
17
17 RT Delphi istinadları: Con M. Harris, Jr., “Niyə daha yaxşı elektron-öyrənməyə deyil, elektron-təlimə ehtiyac
duyuruq?”, MELD (E-Tədris Diskursu), 6 May 2005; “e- tədri”, Vikipediya; “Təkmil Paylanmış Tədris”, Vikipediya.
təkmilləşdiriləcək. İnteraktiv obyektlər və ya 3-ölçülü holoqrafik video yazılar müəllimlərə
dərsləri kasıblar da daxil olmaqla hamıya göndərməyə imkan verəcək.
Maliyyələşdirmələrin müvafiq səviyyələri və Tədqiqat və Təkmilləşdirmənin təhsilə xüsusi
əhəmiyyət verməsi (təkcə “oynamaq” yox) bu proqramın irəliləməsinə səbəb ola bilər. Ola
bilsin ki 2030-cu ilədək texnologiyaların sürətləndirilməsi elə bir nöqtəyə çatacaq ki,
seçilmiş insanlar beyinlərinə bilavasitə yükləmələr edilməklə və ya yeni nanotexnoloji
tətbiqatların köməyilə təhsil alacaqlar, və kasıb ərazilərdə yaşayan insanlar 3-ölçülü
virtual reallıq müəllimlər və “köhnə üsulla” – qulaq asmaq və yadda saxlamağa çalışmaqla
razılaşmalı olacaqlar. Canlı müəllimlər ən qeyri-effektiv və bəlkə də ən qeyri-səmərəli
tədris vasitələridir; süni konstruksiyaların mövcudluğu günü-gündən daha da normal hala
çevriləcək.
Bunun baş verməsinə nə mane olur?
Kök salmış inhisarlar, təhsil sisteminin ətalətliliyi, yüksək sürətli İnternetə malik
kompüterlərdən istifadənin olmaması, təhsilə kifəyət qədər dəyər verməyən hökumətlər
və digər institutların mövcudluğu, və informasiya mübadiləsində əməkdaşlığın azlığı
elektron-təlimlərin həyata keçirilməsinə əngəl törədə bilər.
Hansı mənfi nəticələr ola bilər?
Bu proqram uzaq ictimaiyyətlər üçün faydalı bir vasitə olsa da, insanla üz-üzə təhsilin
əvəzini verməyə bilər. Müəllimlərin şəxsiyyəti və şəxsiyyətlərarası əlaqələr təhsil prossinin
mühüm bir hissəsidir; elektron-tədris şəxsi fərqləri nəzərə almaya bilər. Təhsil təkcə
informasiya mübadiləsindən ibarət deyil. Kasıb ərazilər elektron-müəllimləri əldə etmək
imkanı olmaya bilər, bu isə bilik fərqlərini əbədiləşdirər.
18. İnsanlardan ağıllı kompüterlər
2030-cu ildə mexanizmlər hər mənada insanlardan “ağıllı” olacaq. Bu başlanğıcla təhsil
və öyrənmənin rolu və metodları hər yerdə yenidən qiymətləndiriləcək
18
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
Rey Kursveylin proqnozlarına görə, Mur Qanunu, 2029-cu ilədək süni intellektin insan
intellektinə çatacağının bir göstəricisidir. Əslində, İnternet artıq insandan “daha ağıllı” bir
kompüterdir; əlbəttə ki bu “ağıllılığın” hansı məna daşıdığından asılıdır. Əgər “daha ağıllı”
sözü xüsusi funksiyalar yaddaşına aiddirsə, onda İnternet artıq fərdi insan beynini ötüb
keçib. Süni həyat və nanotexnologiya sahələrində baş verən irəliləyişlər davam edəcək,
və ehtimal var ki kompüterlər Türinq sınağından keçəcək və sadə informasiya emalından
daha çox şeylərə nail olacaq. 2030-cu ilədək bu və digər ssenarilərin həyata keçirilməsi
ənənəvi məktəblərə və insan müəllimlərə olan tələbi aradan qaldıracaq. Əgər fövqəl-
insan, yəno Süni İntellekt meydana gəlsə, bu obyektlər də təhsilin bəzi formalarına
ehtiyac duyacaq, lakin çox güman ki bu, öyrənmə faktları, sosial qarşılıqlı əlaqələr, fiziki
dünyayla əlaqələr, və uşaqlıqdan yetkinliyə doğru böyümək şərtləri altında öyrənmədən
kəskin şəkildə fərqlənəcək.
Hansı müsbət nəticələr ola bilər?
18
RT Delphi istinadları: Süni İntellekt Spesifiklik İnstitutu, www.singinst.org/overview/whatisthesingularity; Nik
Bostrom, “Kompüterlər İnsanlara Kələk Gələndə”, Fyuçers 35(7) (2000), səhifələr: 759–64; Reymond Kursveyl,
“Şəxsi Kompüterim məndən ağıllı mı olacaq?” Time, 19 İyun 2000.
Bu proqram insan inkişafını artıra və bəşəriyyət tərəfindən yaradılmış ən yaxşı alət vasitə
və ya birgə vasitə kimi nəzərdən keçirilə bilər. Süni İntellektin və insan intellektinin mikro-
qurğulara doğru inteqrasiyası öyrənmənin effektivliyini və işin xassəsini artıracaq, və
təhsil və öyrənmə metodlarını əsaslı şəkildə dəyişəcək. Bu emaletmə gücü
insanlarınkından daha fərqli “düşünmə” tərzləri hasil edə və reallığı dərk etmək üçün
müxtəlif amillərin müştərək şəkildə nəzərdən keçirilməsini təmin edə bilər.
Bunun baş verməsinə nə mane olur?
Kompüterlər “ağlımızı” ancaq bir mənda ötüb keçə bilərlər. Lakin onlar heç vaxt fərdlərin
digər öyrənmə sahələri ilə rəqabət aparmağa qadir ola bilməzlər. Məsələn fərdlərin
maraqlarının məskən saldığı emosional və sosial sahələrlə.
Bizim idarə etmək bacarığımıza üstün gələcək robotlar və kompüterlərdən qorxan, və ya
belə kompüterlərin güclü şər qüvvələr tərəfindən istifadə olunacağına inanan insanlar
tərəfindən buna əks reaksiya verilə bilər. Bu məqsədə nail olmaq istəyinin puça çıxması
proqramın gələcək inkişafına əngəl törədə bilər. Çünki bəziləri güman edirlər ki istənilən
halda insanlardan daha ağıllı kompüterlər düzəltmək mümkün deyil. Fiziki, psixoloji, sosial
və emosional sahələrin bilikləri və intellekti təqlid oluna bilər, düşünmə intellkti isə təqlid
oluna bilməz. Və əgər olunsaydı, buna kim inanardı?
Hansı mənfi nəticələr ola bilər?
Bu İşsizliyi artıra və bəşəriyyətin 2 hissəyə - “texnoloji cəhətdən irəliləmişlər” və “təbiilər”-ə
bölünməsinə gətirib çıxara bilər. Bu isə süni intellektin inkişafında və onun bilavasitə
insanlara tətbiq olunmasında daimi bir narahatçılıq deməkdir. Gələcək “qeyri-bərabər
şəkildə paylaşdırılılması” – bəzi seçilmiş insanların digərlərindən qabaq faydalanması
davam etsə də, nəticələr texnologiyanın idarə olunmasında iştirak edən insanların
xeyirxahlığından asılı olacaq. Biz fövqəl-insan intellektini olduğu kimi qəbul eləməyə
bilərik, xüsusilə ona görə ki, o paylana bilər və tədricən insanlar özləri dərk etməzdən
əvvəl bəşəriyyəti idarə edən intellekt maşınlarının elmi fantaziya təsvirinə aparıb çıxaran
vahid qavranılan məfhumda əks olunmaya bilər.
19. İntellekti artıran süni mikroblar
Beyində birgə yaşayan və sinir fəaliyyətini artıran yeni mikrobların genetik kodları
yazılıb
19
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
Kreyq Venterin nadir həyat formaları yaratmaq üçün genetik kodların yaradılması
üzərində işləri 2010-cu ilədək yeni həyat formalarının yaranmasına gətirib çıxara bilər.
Sonra beyində yaşayan və ona köməklik göstərən mikrobların yaradılması üçün növbəti
10 il, və sonra bunların digər məməlilər üzərində sınaqdan keçirilməsinə daha 10 il lazım
olacaq. Nəticə etibarilə, 2030-cu ilədək beyinə sinir hüceyrələrini (neyronları) sağlam
saxlamağa kömək edən təhlükəsiz mikroblar mövcud olacaq. Tədqiqatlara ayrılmış
pulların bir hissəsini dövlət təhsilinə ayırmaq ağıllı bir iş olardı. Genom Layihəsində məhz
belə edilmişdi ki tədqiqatın irəliləyişi ilə bərabər ictimaiyyətin dərk etməsi də təkmilləşsin.
19
RT Delphi istinadları: Antonio Reqalado, “Bioloqun Məqsədi Ekskoriasiyadan Həyat Yaratmaqdır”, Wall Street
Jurnalı, 29 İyun 2005; Deyvid A. Relman, “İnsan Bədəni Mikrobial Müşahidə Məntəqəsi kimi”, Neyçr Genetiks 30
(2002), səhifələr: 131–33; Maykl Pardi, “Bağırsaq Mikroblarının Əməkdaşlığı Bədənə Qidadan Enerji Hasil etməyə,
və Onu Piy kimi Saxlamağa Kömək edir”, press reliz, Tibb Məktəbi, Vaşinqton Uiversiteti, Seyn Luis, 12 İyun 2006.
Nouveau-super-riche (ən yeni zəngin) tərtibatında vasitəsilə maliyyələşdirilən Qeyts-tipli
fondlar Hindistan, Rusiya və Çin kimi ölkələrdə tədqiqatları sürətləndirə bilər.
Simbiotik orqanizmlər gen terapiyasından daha üstün cəhətlərə malikdirlər, lakin onlar
immune sistemininə üstün gəlmə üsularını tələb edirlər. Simbiotik bağırsaq bakteriyaları
həqiqi dərmanlara bənzər dərmanlar istehsal edir, və çox güman ki beynin
genişləndirilməsi üçün istifadə oluna bilərlər. Anti-kaverna ağız bakteriyaları artıq nümayiş
olunub. Psixpandemikarmologiya, nanobotlar və kompüter-beyin interfeysləri də həmçinin
insan intellektini artıra bilər.
Hansı müsbət nəticələr ola bilər?
Bu, həyat haqqında elmləri inqilabiləşdirəcək. Beyinlər daha uzun müddət sağlam
qalacaq, tibbi xərclər azalacaq, və bu da daha müdrik sivilizasiyanın meydana gəlməsinə
səbəb olacaq.
Bunun baş verməsinə nə mane olur?
İnsanların naməlumluqlara qarşı qorxusu normaldır; bir çox insanlar süni mikroblardan,
yeni bakteriyalardan və nanobotlardan qorxacaqlar. Anti-GMO normalarının arxasında
duranlarla bərabər insan bilogiyasını dəyişməyin əxlaqsızlıq olduğunu hesab edənlər belə
buna qarşı çıxa bilər (bunun qarşısının alınması üçün qlobal insanı müşahidə şurası
yaradıla bilər).
Hansı mənfi nəticələr ola bilər?
Mikroblar mutasiya edə və psixi xətsəliklərə və ya digər naməlum əlavə təsirlərə səbəb
ola bilərlər; buna görə illər ərzində bir sıra tədqiqat sınaqları həyata keçirilməlidir.
Növbəti onilliklərdə ətraf mühitdə baş verən – və quraqlıqdan tutmuş, sahil ərazilərinin
subasmasına qədər geoloji çevrilişlərlə nəticələnən - dəyişikliklər, çox güman ki müharibə
və münqaişələrin əsas təkanverici qüvvəsinə çevriləcək.
BMT Baş Katibi Ban Ki-Mun
“Qlobal İstiləşmə: Böhranla Üzbəüz” Konfransı
Nyu York, Mart 1, 2007
BMT, NASA və AFA tərəfindən təmin edilmiş şəkillər
4. Meydana çıxan Ekoloji Təhlükəsizlik Məsələləri
Bu il dünyanın iqlim dəyişikliyinə verdiyi diqqət xeyli şəkildə artıb, və milli və beynəlxalq
təhlükəsizlik və sabitlik üçün potensial nəticələr haqqında məlumatlılıq çoxalıb. Qlobal
istiləşmənin artan və saysız-hesabsız sübutları, Al Qoranın “Narahat Həqiqət” filminin
uğuru, və Çinin CO
2
(karbon qazının) emissiyasında ABŞ-ı keçməsi qlobal iqlim
dəyişikliyini Dünya Liderlərinin gündəliyində ən birinci sıraya salıb. Nəticə etibarilə, ətraf
mühit və təhlükəsizlik vətəndaşların, siyasi liderlərin və KİV-in beyinlərində əlaqələnirlər.
BMT-nin Baş Katibi iqlim dəyişikliyini “bizim eramızın müəyyənedici məsələsi” adlandırıb.
BMT Baş Assambleyasında bir çox Dünya Liderləri iqlim dəyişikliyini və ekoloji tənəzzülü,
həmçinin terrorizmi, qarşılıqlı mənfəətə əsaslanan ticarəti, QİÇS-i, və insan haqlarını
beynəlxalq birliyin öhdəsindən gəlməli olduğu əsas məsələlər kimi qeyd edibər. BMT-nin
Təhlükəsizlik Şuradı iqlim dəyişikliyinin təhlükəsizlik cəhətdən nəticələri haqqında ilk
debatını (müzakirələrini) həyata keçirib. Və bir çox Şura üzvləri bu məsələni öz dövlətləri
üçün ən mühüm məsələ olduğunu bildiriblər. “Dünya bir zamanlar Soyuq Müharibə
adlandırılan qlobal təhlükədən çıxdı, və indi İstiləşmə Müharibəsinə girdi” – Tuvalunun
BMT-dəki Səfiri Afili Pita deyib.
Beynəlxalq ekoloji idarəetmə getdikcə təkmilləşir. Ekoloji təhlükələri və cinayətləri
müəyyən etmək üçün texnoloji bacarıqlar yeni sensorlar və komunikasiya sistemləri
vasitəsilə daha da səmərəli olurlar. Keçmişdə insanların və təşkilatların yan keçdiyi ekoloji
ziyanlar çox güman ki gələcəkdə aşkar olunacaq və qarşıları alınacaqdır. Ekoloji
diplomatiya münaqişələrin qarşısının alınması cəhdlərinə və beynəlxalq etibarlılıq
qurmağa dəstək vermək üçün geniş şəkildə istifadə olunur, və eyni zamanda Ekoloji
Təhlükəsizlik getdikcə həm hərbi həm də diplomatik çevrədə tanınmağa nail olur.
Minillik Layihəsi, Ekoloji Təhlükəsizliyi 3 sub-elementə malik həyati təminat kimi müəyyən
edir:
• ekologiyaya dəyən hərbi ziyanın qarşısının alınması və ya təmir edilməsi,
• ekoloji səbəbdən meydana gələn münaqişələrin qarşısısının alınması və ya onlara
cavab verilməsi, və
• özünəməxsus mənəvi dəyərinə görə ətraf mühitin qorunması.
Bu Fəsil, bu anlayış ətrafında təşkil olunmuş tədbirlər və ekoloji təhlükəsizliklə əlaqədar
meydana çıxan məsələlərin xülasəsini təqdim edir. Təfərrüatlar və Ekoloji Təhlükəsizliklə
bağlı digər Minillik layihəsi tədqiqatları kompakt disk versiyasının 9-cu Fəslinə daxil edilib
və onları www.acunu.org saytında, “Kitablar və Hesabatlar” bölməsində tapmaq olar
(“Xüsusi Tədqiqatlar”-ı seçin).
Son bir neçə il ərzində, ABŞ Ordusu Ekoloji Strategiya İnstitutunun köməyilə, Minillik
Layihəsi meydana çıxan və potensial təhlükəsizlik və sazişlə nəticələnən ekoloji
məsələlərin aylıq hesabatlarını hazırlamaq üçün müxtəlif mənbələri tədqiq ediblər. Keçən
il ərzində 200-dən çox məsələ, və ümumilikdə bu işin başlandığı 2002-ci ilin Avqustundan
bugünə qədər 900 məsələ tədqiq olunub.
Məsələlərin tam mətni və onların mənbələri kompakt disk versiyasının 9.1.-ci “Meydana
çıxan Ekoloji Təhlükəsizlik Məsələləri” Fəslində, aylıq yenilənmiş hesabatları isə Minillik
Layihəsinin İnternet saytında tapmaq olar, www.acunu.org (“Yeniliklər” bölməsindən
“Beynəlxalq Ekoloji Təhlükəsizlik Məsələləri”-ni seçin).
Ümumi Nümunələr və Qiymətləndirmələr
İqlim dəyişikliyinin milli və beynəlxalq təhlükəsizlik nəticələri və ekoloji tənəzzül
münaqişələrin qarşısının alınması üçün strateji müdaxilələrə ehtiyac duyan məsələlər kimi
hökumətlər, korporasiyalar, QHT-lər, akademik institutlar, və beynəlxalq təşkilatlar
tərəfindən rəsmi forumlarda geniş şəkildə təsdiqlənir.
Qlobal istiləşmənin artan elmi sübutları, fövqəladə hava halları, və təbii fəalkətlərin sayı
və intensivliyi, istixana qazlarını azaltmaq, daha yaxşı nəzarət sistemləri və modellərinin
qurulması, və iqlim dəyişikliyinin təsirlərinin öhdəsindən gəlmək məqsədilə erkən
xəbərdarlıq, zəiflətmə, və uyğunlaşma sistemlərinin işlənib hazırlanması strategiyaları
üçün yeni qaydaların meydana gəlməsinə təkan verib. Daha ciddi zəiflətmə və
uyğunlaşma tədbirləri görülməsə, iqlim dəyişikliyi, suyun səviyyəsinin düşməsi və digər
ekoloji amillər səbəbindən kütləvi miqrasiyalar və münaqişələr qaçılmaz olacaq. Hal-
hazırda, sayları 2010-cu ilədək 50 milyonu, 2050-ci ilədək isə 200 milyonu keçəcəyi
gözlənilən Ekoloji qaçqınların öhdəsindən gələcək adekvat beynəlxalq sistem və ya
struktur mövcud deyil.
Ekolji məsələlər “təhlükə çoxaldıcılarıdır”. Bir çox münaqişələr ekoloji cəhətdən ən qeyri-
sabit regionlarda meydana çıxır, və bununla da belə fikir meydana çıxır ki ətraf mühit və
münaqişələrə eyni vaxtda cavab vermək lazımdır və onlardan biri digərinin pisləşməsinə
səbəb olur.
Çoxtərəfli ekolji müqavlələrin ratifikasiyasının getdikcə artması və İSO 14001
standartlarının qəbul olunması ekolji idarəetməni qlobal şəkildə inkişaf etdirir. ÇEM-in
hazırlanması və onun qüvvəyə minməsi arasındakı vaxt və həmçinin onun yüksək
dərəcəli ratifkasiya olunmasına qədər keçən vaxt əhəmiyyətli dərəcədə qısalır.
Beynəlxalq diqqət mövcud olan müqavilələrin effektivliyini artıran yeni ÇEM-lərin
hazırlanmasına yönəlib.
ÇEM-lər çox vatx milli iqtisadi və ya siyasi maraqlarla münaqişəyə girir. bu da beynəlxalq
konvensyalara uyğun gəlməməyə, beynəlxalq orqanlarla əməkdaşlığın kifayət qədər
olmamasına və bir çox beynəlxalq konvensiyalarla əlaqədar danışıqların durğun vəziyyətə
gəlib çıxmasına səbəb olur. İxtilaflar əsasən istixana qazlarının emissiyasının
dayandırılması strategiyaları, nüvə silahının yayılmaması, ekoloji dəyişikliyin təhlükəsizlik
aspektləri və kosmik təhlükəsizlik məsələləri ilə əlaqədar olur.
İnstitusional strukturları, sazişlər arasındakı əlaqələri, həyata keçirməni təkmilləşdirmək
üsullarının vasitəsilə beynəlxalq ekoloji idarəetməni və ekoloji cəhətdən doğru idarəetmə
məqsədilə beynəlxalq prinsipləri və sistemləri möhəkmləndirmək cəhdləri günü-gündən
artır. Ekoloji dəyişiklikləri ölçmək məqsədi daşıyan analitik vasitələrin sayı, dəqiqliyi və
həcmi sürətlə artır.
Yeni beynəlxalq təhlükəsizlik orqanları yaradılıb və digərləri ekoloji cinayətlərə qarşı
aparılan qanuni əməliyyatlara kömək etmək təklifini irəli sürüblər.
Bəzi varlı ölkələr çirkləndirici sənayeləri kasıb ölkələrə ixrac edirlər, yəni ekoloji
strategiyaları dəyişməmək üçün iqtisadi səbəblər mövcuddur; nəticə etibarilə inkişaf
etməkdə olan ölkələri ekologiyaya zərər vurmayan fəaliyyətlər həyata keçirməyə
meylləndirmək üçün dah ciddi səbəblər lazımdır. Hər halda Hindistan və Çin kimi ölkələrin
ölçüsünü və təsirini nəzərə alsaq strategiyaların dəyişilməsi üçün ölkələrə beynəlxalq
təzyiqin göstərilməsi qaçılmazdır.
Daha yaxşı, müştərək ekoloji strategiyaların və fəaliyyətlərin həyata keçirilməsi üzrə
müxtəlif institutlar arasında əməkdaşlıqlar meydana gəlir. Bu isə fəaliyyətdə olan
subyektlər və ictimaiyyət arasında ekoloji mülahizələrin fəaliyyət dairəsini genişləndirir.
Reaktiv fəaliyyətlərə qarşı ehtiyat prinsipinin qəbul olunmasında doğru tendensiyalar
mövcuddur.
Ekoloji cəhətdən mühafizə olunan dəniz və quru ərazilərinin sayı, ölçüsüü və əhatə
dairəsi genişlənməkdədir.
Təhlükəli tullantıların qeyri-qanuni ticarəti, qeyri-qanuni təhlükəli maddələrin
kontrabandası, və mühafizə olunan təbii resursların istismarı və alqı-satqısı kimi qlobal
ekoloji cinayətlərlə mübarizə aparmaq üçün daha güclü beynəlxalq və transinstitusional
kolasiyilar və sistemlərə ehtiyac var.
Texnoloji dəyişikliklərin sürətlə artması, elektron tullantılar, nanotexnologiya və
biotexnologiyadan istifadənin mümkün riskləri, kimyəvi preparatların istifadəsi, və nüvə
(atom), kimyəvi və biotexnoloji laboratoriyaların yayılması kimi ekologiyaya və insan
sağlamlığına yönəlmiş təhlükələrin spektrini əsaslı şəkildə dəyişib.
Kosmik texnologiyanın Yer kürəsinə müşahidəni artırması, təbii fəlakətlərin erkən
xəbərdarlığını verməsi, razılaşma mexanizmlərini təkmilləşdirməsi, və kosmik və Yer
fenomenlərinin dərk edilməsini artırmasına baxmayaraq, yerli yerdən koordinasiya və
tətbiqatlar hələ də qeyri-mükəmməldir.
Ya təbii ya da terrorçu fəaliyyət səbəbindən yayılmış epidemiyalarla mübarizə aparmaq
məqsədilə qlobal sistem işlənib hazırlanmaqdadır.
Peyk vasitəsilə qlobal informasiya sistemlərinə qoşula bilən, və ətraf mühitə zərər vuran
fəaliyyətlərin dərhal və beynəlxalq səviyyədə bilnməsinə imkan verən natotexnoloji ekolji
sensorların qiyməti düşür.
İKT və robot texnikası, yeni aşkarlayıcı və təmizləyici texnikalar, və ekologiyaya daha az
ziyan vuran hərbi əməliyyatlar, hərbin ekologiyada qoyduğu izləri azaltmağa kömək edir.
Hərbi qüvvələr, ekoloji səbəblərən meydana gəlmş təbii fəlakətlər və ya münaqişələr və
ya onların ekologiyaya təsiri, ÇEM-lərin həyata keçirilməsi, və öz ekoloji təsirlərini
azaltmaq kimi ekoloji məsələlərdə köməklik göstərməyə çağırılıblar. Avropa ekolgiyayla
bağlı nizamnamələrin həyata keçirilməsinə və yenilərinin hazırlanmasına davam edir.
Onların həyata keçirilməsini asanladşırmaq üçün ekoloji nizamnamələrin təftişi həyata
keçirilməyə başlanıb. Avropa Komissiyası ciddi ekoloji pozuntulara görə cinayət
sanksiyaları tətbiq etmək niyyətindədir.
* * *
Ekoloji Təhlükəsizlik təhlilinə yeni növ silahların; assimetrik münaqişələrin; təbi resurlara
qarşı artan tələbin; urbanizasiyanın (daha çox insanları zəif kommunal xidmətlərdən asılı
edən); ekoloji tənəzzülün və iqlim dəyişikliyinin təsirlərini; kəskinləşən ekoloji iddialara
malik ekoloji qanunda irəliləyişləri; və qarşılıqlı asılılğı artıran qlobalizasiyanı özündə əks
etdirməlidir.
Qrafik 24. 2070-2100-cu illər və 1961-1990-cı illər arasında HadGEM1 A1B Temperatur
Fərqləri (qlobal mean=3.40C)
Mənbə: Met Office tərəfindən təmin edilmiş bütün hüquqların qorunduğu Crown məlumat
bazasından götürülərək adaptasiya edilmişdir.
(təsvir ağ-qara versiyada düzəldilib)
|