R
EGİONAL
M
ÜLAHİZƏLƏR
A
FRİKA
: Afrika problemə ən az yardım edən qitə olsa da, ən çox zərbə alan da o, olacaq.
Konqo Çayının Hövzəsindəki meşələrin 2/3-si 50 il ərzində yoxa çıxa bilər. Meşə itkisi
sərhalaşmanı və torpaq erroziyasını sürətləndirir və bununla qitəni iqlim dəyişikliyinə qarşı
daha da zəiflədir. Sabit infrastruktura qoyulmuş böyük sərmayələr və məhsuldarlıq Afrika
üçün çox zəruridir. Təbii resursların idarə olunmasının planlaşdırılması və təlimi ümumqitə
boyu əlaqələndirilməlidir.
A
SİYA
VƏ
O
KEANİYA
: Çin CO
2
emissiyalarında ABŞ-ı ötüb keçib. Asiyanın üzərində olan ozon
qatı və his səbəbindən havanın çirklənməsi qlobal orta hesabdan iki dəfə artıqdır. Çin SO
2
çirklənməsi səbəbindən ÜDM-nin 12%-ini və kənd təsərrüfatı torpaqlarının çirklənməsi
səbəbindən 2.6 milyard dollar itirib. Hindistan il ərzində korlanmış ekologiyası səbəbindən
il ərzində ÜDM-nin 10%-ini itirir. Etil spirti və heyvanların qidalanması üçün lazım olan
taxıl istehsalının artması kənd-təsərrüfatı torpaqlarını məhdudlaşdıra bilər. Halbuki, Çin
dünya əhalisinin 22%-ini dünyanın 7%-dən az əkin üçün yararlı torpağının hesabına
qidalandırmalıdır.
A
VROPA
: AB istixana qazlarının emmisiyasını cəmi 0.9% azaldıb, halbuki, 2012-ci ilədək
12% azaltmağı hədəfə almışdı. Lakin bununla belə o, binalar üçün enerji pasportları,
məhsullar/ekodizayn direktivi, bir maşında havaya buraxılan qazların həcmini 130g
CO
2
/km səviyyəsinə qədər aşağı salmaq (2012-ci ilə qədər) və bir çox ekoloji müqavilələr
və təşəbbüslərdə öz liderliyini saxlayır. İslandiya 2025-ci ilədək karbon qazı məsələlərində
neytral olmağı planlaşdırır. İqlim dəyişikliyi növbəti 20 il ərzində Rusiya kənd təsərrüfatına
fayda verə bilər.
L
ATİN
A
MERİKASI
: Latın Amerikasında və Karib dənizi hövzəsi ölkələrində illik meşə itkilərinin
sürəti dünyada ən yüksək həddə çatmışdır. Baxmayaraq ki, etil spirti neftdən daha təmiz
bir yanacaqdır, onun Braziliyadakı genişləndirilmiş şəkər qamışı tarlalarından sürətlə
istehsalı torpağı korlayır və Amazon tropik meşələrinin tələf olması ilə nəticələnir.
Torpaqların ələ keçirilməsi və fermaların kiçik hissələrə bölünməsi bir çox ölkələrə bərpası
mümkün olmayan ekoloji ziyanlar vurur. Transmilli şirkətlər ekologiyaya ziyan vuran
qısamüddətli gəlirlərin axtarışında olduqları üçün, təkcə xarici sərmayəyə deyil, həm də
ədalətlilik prinsipinə əsaslanan yeni model axtarılır.
Ş
İMALİ
A
MERİKA
: Al-Qoranın “Narahatedici Həqiqət” filminin uğuru iqlim dəyişikliyini BMT-nin
gündəliyinin əsas məsələsinə çevirməyə kömək etdi. ABŞ Ali Məhkəməsi CO
2-
nin
çirkləndirici maddə oludğunu təsbit etdi. Yerli hökumətlər və korporasiyalar istixana
qazlarının emissiyasını dayandırmaq üçün öz strategiyalarını işləyib hazırlayırlar;
Kaliforniya ştatı 2020-ci ilədək emissiyaları 25% azaltmağı vəd edib. Kanadanın CO
2
emissiyaları indi 1990-cı ildəkindən 30% artıqdır. Bu regionda nanotexnologiyanın və
günəşin tədqiqində əldə olunan texnoloji nəticələr dünyada davamlı inkişafa kömək
göstərməlidir.
Qrafik 2. Qlobal Səthi Temperatur Anomaliyaları (0C)
Mənbə: NOAA Milli İqlim Məlumaları Mərkəzi Minilliyin Layihəsi dəyərləndirmələri ilə
Baza
YK
AK
D
ə
rə
c
ə
C
2.
Hər kəs üçün kifayət qədər təmiz suyu münaqişəsiz necə əldə etməli?
2025-ci ilədək 1.8 milyard insan su az olan ərazilərdə yaşaya bilər, bu da kütləvi köçlərin
başlaması üçün kifayətdir. Digər 3 milyard insan isə su çatışmayan ərazilərdə yaşaya
bilər. Bu gün 750 milyon insan il ərzində adambaşına düşən 1 700 kub metr su payından
çox aşağı miqdarda su əldə edir və 1 milyard insanın təhlükəsiz içməli su mənbələrinə
çıxışı yoxdur. Hər qitədə suyun səviyyəsinin aşağı enməsi qeydə alınıb: bəşəriyyətin
40%-i beynəlxalq su qovşaqlarından asılıdır; kənd təsərrüfatı torpaqları şorlaşır; yeraltı
suların su saxlayan təbəqələri çirklənir; və urbanizasiya suya olan tələbatı bir çox
sistemlərin təchiz edə biləcəyindən daha sürətlə artırır. Göllərdən və çaylardan suyun
arıdılması son 40 ildə ikiqat artıb. İnsanın təmiz sudan istifadəsinin 70 %-i artmaqda olan
əhalini qidalandırmaq üçün bundan da daha çoxuna ehtiyac duyan kənd təsərrüfatının
payına düşür. Təbiətə də həyat üçün kifayət qədər su lazımdır. Nəticə etibarilə təkcə
paylaşdırma müqavilələrinə yox, daha çox təmiz suya ehtiyac var. Çirklənmənin daha
ucuz şəkildə aradan qaldırılması ilə yanaşı buxar şırnaqları istehsal etmək üçün dəniz
suyunun daxili təzyiqinin artırılması, karbon nanoboruları vasitəsilə suyun filtrasiyası və
suyun əks-sızması kimi suyun şirinləşdirilməsi prosesində irəliləyişərə də ehtiyac duyulur.
Səhra sahil xətləri boyu dəniz suyu ilə işləyən kənd təsərrüfatı proqramlarının həyata
keçirilməsi kənd təsərrüfatının təmiz suya olan tələbatını azalda bilər.
Bizə müştərək qlobal su strategiyası, planı və bu çağırışa cavab vermək üçün biliklərimizi,
maliyyəmizi və siyasi iradəmizi cəmləşdirmək üçün idarəetmə sistemi lazımdır. Ərimiş
sularla suvarma və müəyyən kənd-təsərrüfatı vasitəsilə az suyla çox qida istehsalı, yağış
suyunun toplanılması və süni suvarma, su qovşağının idarəolunması, su qiymətlərinin
seçim əsaslı müəyyən edilməsi və dünyada uğurlu ictimai miqyaslı layihələrin
çoxaldılmasından əldə olunmuş təcrübələr tətbiq olunmalıdır. Plan, həmçinin, korlanmış
və baxımsız vəziyyətə düşmüş əkin torpaqlarının meşələrə və otlaqlara çevrilməsinə;
məişət sanitariyasına, meşə salınmasına, su anbarlarına və çoxməqsədli su sxemlərində
sənaye çirkab sularının emalına (təmizlənməsinə); suyun, su bol olan ərazilərdən su
çatışmayan ərazilərə köçürülməsini təmin etmək üçün ətraf mühitə ziyan vurmayan torpaq
bəndlərinin, boru kəmərlərinin və su kəmərlərinin inşasına kömək etməlidir. Təmiz suyun
və elementar sanitariyanın əldə olunması insan haqlarına çevrilməlidir. Həmçinin,
heyvanların gövdə hüceyrələrindən istifadə etməklə ət toxumalarının istehsal edilməsi
(heyvanın yaradılması zərurəti olmadan) və dünyada vegeterianlığın artırılması yolu ilə
suya qənaət edilə bilər.
İnkişaf edən dünyada mövcud olan xəstəliklərin 80%-i su ilə əlaqəlidir. Onların çoxu insan
ifrazatının aşağı səviyyədə idarə olunmasından qaynaqlanır. Təqribən 2.6 milyard insan
sanitar xidmətlərin çatışmamazlığından əziyyət çəkir. Bir çox böyük çaylar okeana
çatmamışdan əvvəl ilin bir hissəsi ərzində quru axırlar. YUNİCEF və ÜST-nin
dəyərləndirmələrinə görə, inkişaf edən ölkələrə 2015-ci ilədək həm ən ucuz içməli su və
həm də ən ucuz elementar sanitar xidmətləri qarşılamaq üçün il ərzində ən azı 11.3
milyard dollar lazım olacaq. Halbuki, inkişaf məqsədilə göstərilən yardımdan cəmi 5%-i su
sahəsinin payına düşür. Əgər dünya MİM-in su üzrə məqsədinə nail olsa, ümumi iqtisadi
mənfəət çəkilən xərcləri ötərək ildə 38 milyard dollar olacaq. Böyük siyasi və texnoloji
dəyişikliklər baş verməyincə, suyun kənd təsərrüfatı, şəhər üçün və ekololoji məqsədlərlə
istifadəsində güzəştlər ətrafında münaqişələr qaçılmazdır. Su bölüşdürücü müqavilələr
hətta münaqişədə olan insanlar arasında meydana gəlib və digər sahələrdə əməkdaşlığa
gətirib çıxarıb.
2-ci Çağırışa o vaxt ciddi cavab veriləcək ki, təmiz su əldə edə bilməyən insanların və su
ilə əlaqəli xəstəliklərdən əziyyət çəkənlərin sayı yarıbayarı azalacaq və kənd təsərrüfatına
sərf edilən suyun faizi 5 il dalbadal azalacaq.
R
EGİONAL
M
ÜLAHİZƏLƏR
A
FRİKA
: aşağı Sahara Afrikası 2015-ci ilədək su üzrə MİM-nə nail olmaq üçün təmiz suya
olan çıxışını 3 dəfə artırmalıdır, lakin çox az sayda Afrika hökumətləri ÜDM-nin 0.5%-
indən çoxunu suya və sanitar xidmətlərə sərf edirlər. İqlim Dəyişiklikləri üzrə
Hökumətlərarası Komissiya xəbərdarlıq edir ki, orta temperaturun 1-2°C artması 250-600
milyon afrikalını su çatışmayan şəraitdə qoya bilər. Afrika dünyanın ən böyük beynəlxalq
su hövzələrinin 1/3-nə malik olsa da, öz bərpa olunan su mənbələrinin 6%-dən azını
istifadə edir. Afrikanın çox hissəsi yağış suyu ilə işləyən kənd-təsərrüfatından asılı olduğu
üçün, təkmiləşdirilmiş yağış-suyu ilə işləyən sistemlər və artan kənd təsərrüfatı
məhsuldarlığı bilavasitə milyonlarla afrikalının həyatını yaxşılaşdıracaq.
A
SİYA
VƏ
O
KEANİYA
: Yantszı, Mekonq, Saluin, Qanqa, və Hind çayları dünyanın 10 ən
çirklənmiş çayları arasındadır və onların bəziləri zaman keçdikcə quruya bilər. Hadisələrin
ən yaxşı gedişatına görə Çində suyun vəziyyətinin növbəti 8 il ərzində pisləşməsi
gözlənilir. Çin dünya əhalisinin 22%-inin ehtiyaclarını qarşılamaq üçün dünyanın təmiz
suyunun cəmi 8%-inə malikdir. 12 milyondan çox Çinli içməli su azlığından əziyyət çəkir
və içməli suyun 75%-i çirklidir. Çinin 2010-cu ilədək günbəgün 800 000-dən 1 milyon
kubmetrədək dəniz suyunu şirinləşdirməsi gözlənilir. Qeyd edək ki, bu göstərici 2005-ci
ildə gün ərzində 120 000 kub metr olub. Çin, həmçinin suyu Tibet dağlarından daha
inkişaf etmiş şimali-şərq hissəsinə köçürməyi planlaşdırır. Çində su çatışamamazlığı
səbəbindən məcburi köçmələr başlayıb, Hindistan isə bu vəziyyətlə üzləşəcək növbəti
ölkə olmalıdır. Hindistanda 2025-ci ilədək şəhərin suya olan tələbatının ikiqat artması və
sənayenin suya olan tələbatının üçqat artması gözlənilir. İshal Hindistanda il ərzində 450
000 insanın ölümünə səbəb olur.
A
VROPA
: Kipr, Bolqarıstan, Belçika, İspaniya, Malta, Keçmiş Yuqoslaviya Respublikası
Makedoniya, İtaliya, Birləşmiş Krallıq və Almaniya da su çatışmayan ölkələrdən sayıla
bilər; AB əhalisinin 14%-i su çatışmamazlığının təsirinə məruz qalıb. Dunay çayı boyu
əsas subasar ərazilərin 80%-dən çoxu və onun əsas qolları su bəndləri, çirklənmə və
iqlim dəyişikliyi səbəbindən itib batıb. Belçika hökuməti suyu insan haqqı kimi tanıyır və
onun inkişaf məqsədilə göstərəcəyi yardım suyun üzərində cəmləşəcək. Almaniyada su
kəməri təsərrüfatı fermerlərə üzvi (orqanik) əməliyyatlara keçmələri üçün pul ödəyir, çünki
bu, kənd təsərrüfatında istifadə olunan kimyəvi preparatların su resurslarından
ayrılmasından daha ucuz başa gəlir. Rusiya Çin və Mərkəzi Asiyanı suyla təchiz edə bilər.
L
ATİN
A
MERİKASI
: Regionun dünya su ehtiyatının 28%-nə malik olmasına baxmayaraq
demək olar ki, 80 milyon insanın təhlükəsiz içməli su mənbələrinə çıxışı yoxdur və 120
milyon insan çirkab suların təmizlənməsinə ehtiyac duyur. Yeni su ehtiyatları yaradılmasa,
suyun idarə edilməsi mədəniyyətinə nail olunmazsa, özəlləşdirməyə yönəlmiş həm
uğurlu, həm də uğursuz yanaşmalardan əldə olunmuş təcrübələr tətbiq olunmasa və
həmçinin qanunvericilik institutlar və ölkələr arasında su ehtiyatlarının daha etibarlı, şəffaf
və sabit idarə olunması siyasətlərinin tətbiqinə doğru təkmilləşdirilməsə, su böhranı yaxın
zamanda böyük şəhərlərdə də meydana gələcək. Su və sanitar xidmətlərdə problemlər
regiona ildə təqribən 29 milyon dollara başa gəlir. Siyasət qurucuları özəlləşdirmə
prosesindən əldə olunmuş təcrübələrə və keçmişdə baş vermiş uğursuzluqlardan alınmış
dərslərə daha çox diqqət ayırmalıdırlar.
Ş
İMALİ
A
MERİKA
: ABŞ-da elektrikin hər kilovatt/saatına soyudulma üçün 25 qallon su tələb
olunur, bu da elektrik stansiyasını kənd təsərrüfatından sonra ölkədə ikinci ən böyük su
istehlakçısına çevirir. Son 5 il ərzində şəhərin suya olan tələbatı ABŞ-da orta hesabla
27% və Kanadada 58% artıb. Son 20 il ərzində adambaşına düşən su istehlakı aşağı
düşüb, amma hələ də 16 milyon amerikalıya su norma ilə verilir. Su ictimai problemə
çevrilə bilərdi; kasıb insanlar azad bazar paylaşdırmasının ilk qurbanları olacaqlar. Ekoloji
Mühafizə Agentliyi aşkar edib ki, ABŞ-dakı çayların yarısı çirklənib. Hökumətin kənd-
təsərrüfatının su tələbatına ayırdığı subsidiyalar mühafizəni təşviq etmək üçün
dəyişdirilməlidir. Atmosferdən su ayrılmasından tutmuş nanofiltrasiya və suyun
saflaşdırılması üçün istifadə olunan paketlərəcən yeniliklər artır.
Qrafik 3. Təmiz su mənbələrindən istifadə imkanı olmayan əhali (əhalinin faizi)
Mənbə: Beynəlxalq Səhiyyə Təşkilatı və YUNİSEF, MİM-in İçməli Su və Sanitariya
Məqsədinə nail olunması və Minilliyin Layihəsi tərəfindən dəyərləndirmə
Baza
YK
AK
Əh
alin
in
Fai
zi
3.
Əhali artımını və resursları (ehtiyatları) necə tarazlaşdırmalı
Dünya əhalisi yüksək ölüm sayından və yüksək doğum sayından aşağı ölüm sayına və
aşağı doğum sayına doğru dəyişir. Bu gün 6.6 milyard insanın yarısı şəhərlidir; 2050-ci
iləcən isə 2/3-si şəhərli ola bilər. Şəhər əhalisinin təqribən 1/3 hissəsi xarabalıqlarda
yaşayır və 2030-cu iləcən xarabalıq sakinlərinin sayı ikiqat artacaq. Dünyadakı uşaqların
25%-i protein-enerji çatışmamazlığından əziyyət çəkir, bu da əqli inkişafın zəifləməsiə
səbəb olur. 2050-ci ildə dünya əhalisinin ¼-nin (Afrika istisna olmaqla) yaşı 6-dan yuxarı
olacaq. BMT-nin orta proqnozuna əsasən 2045-ci ildə yaşı 60-dan yuxarı olanların sayı
yaşı 15-dən aşağı olanların sayından çox olacaq. Bu gün yaşlı insanların təqribən 65%-i
inkişaf etməkdə olan ölkələrdə yaşayır; 2050-ci ilədək bu göstərici təqribən 80% olacaq.
Dünya ilk olaraq varlandı, sonra yaşlandı, lakin inkişaf etməkdə olan ölkələr vaxtın idarə
olunmasında daha çox çətinliklərlə üzləşəcəklər. Baxmayaraq ki, onlar o qədər də sürətlə
yaşlanmırlar. Təqaüd, səhiyyə sistemləri və mədəniyyət dəyişməyə məcburdur. BMT-nin
aşağı proqnozuna əsasən, 2050-ci ilədək əhalinin sayı düşməyə başlamamışdan daha
2.8 milyard nəfər arta və 2100-cü ilədək 5.5 milyarda çata bilər, lakin texnoloji
irəliləyişlərin bu proqnozları növbəti 50 il ərzində dəyişərək insanlara bu gün mümkün
olan həyatdan daha uzun və daha səmərəli həyat sürmək imkanı verəcəyi ehtimal olunur.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəyərləndirmələrinə əsasən aclıq üzrə
MİM-nə nail oluna bilər, lakin bu bilavasitə ac insanların azaldılması ilə yox, əhalinin
artması ilə şərtənir. Doyunca qidalanmayan insanların mütləq sayı 90-cı illərin
əvvəllərindən bu yana cəmi 3 milyon azalıb, halbuki 70-ci illərdə 37 milyon, 80-cı illərdə
isə 100 milyon azalmışdı. 2001-2003-cü illərdə onların sayı 90-cı illərdəkinin əvəzini
çıxmaqla 23 milyon çoxalıb. Dünyada hələ də 854 milyon doyunca qidalanmayan insan
var. İqlim dəyişikliyi və monokulturalar kənd-təsərrüfatının yaşaması üçün çox mühüm
olan biomüxtəlifliyi korlayır. Əhali artımını azaldan amillərin hələ də gücləndirilməyə
ehtiyacı vardır. Gəlirlərin artması, savadlılığın artırılması, uşaq ölümü hallarının azalması,
qadınların təhsil alması və onlara səlahiyyələrin verilməsi, urbanizasiya və ailə
planlaşdırması bu amillərə aiddir.
Bütün balıq ehtiyatlarının ¼-i tükənib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
dəyərləndirmələrinə əsasən şəhərin su ilə bağlı tələbləri artdığı halda kənd təsərrüfatına
2030-cu ilədək əlavə 2 milyard nəfəri qidalandırmaq üçün tələb olunan suyun miqdarı
60% artırılmalıdır. Kənd təsərrüfatı torpaqlarının təqribən 40%-i orta və 9%-i isə yüksək
dərəcədə korlanıb və ümumi məhsuldarlıq 13% azalıb. Daha düzgün insan-təbiət vəhdəti
sayəsində kifayət qədər qidalanma, sığınacaq, su və sanitar xidmətlər olmadan,
miqrasiyalar, münaqişələr və xəstəliklər qaçılmaz görünür. “UN-HABITAT”-ın verdiyi
məlumata əsasən şəhər yoxsullarının 1/3-i iqlim dəyişikliyi səbəbindən meydana gəlmiş
“ekoloji qaçqınlardır”.
Problem olduğu zənn edilən urbanizasiya öz əlverişliliyinə və miqyasın müsbət effektinə
görə insan şəraitini yaxşılaşdıran başlıca amillərdən biridir. Şəhərlərdə mənzillə, suyla,
sanitar xidmətlər və yaxın zamanda ikiqat artacaq digər şəhər infrastruktur tələblərilə
təmin olunma üçün yaradıcı maliyyə modelləri işlənib hazırlanır. Gənc nəslin çiyinlərində
olan iqtisadi yükü azaltmaq və həyat səviyyəsinə dəstək vermək üçün insanlar daha uzun
müddət işləyəcək və uzaqdan idarə olunan işlərin, natamam işlərin və iş yerlərinin
rotasiyasının bir çox formalarını yaradacaqlar. Nanotexnologiyalar məhsul buraxılışının
hər vahidi üzrə material sərfiyyatını azaldır, lakin məhsulun faydasını və davamlılığını
artırır. İKT dünya miqyasında real zaman məkanında tələb və resurslar arasında optimal
tarazlığın tapılması üçün yararlıdır. Yağış suları ilə suvarılan kənd təsərrüfatına,
suvarmanın idarə edilməsinə, məhsul göstəricisinin artması, quraqlığa dözümlü olan bitki
sortlarının yetişdirilməsi üçün genetik mühəndisliyə ehtiyac duyulacaq. Hal-hazırda,
inkişaf edən ölkələrdə kənd təsərrüfatı şumluq torpaqların 80%-indən istifadə edir. Bu
torpaqların 20%-i suvarılır. Məhsuldar şumluq torpaqları əldə saxlamaq üçün kütləvi
səylərə ehtiyac var. Heyvani zülala olan tələbat 2020-ci ilədək 50% arta bilər və bu da
genetik cəhətdən şəklini dəyişmiş ərzağa, akva-mədəniyyətə (insan istehlakı üçün
müxtəlif heyvan və bitkilərin yetişdirilməsi) və heyvanın böyüdülməsi zərurəti olmadan
heyvanların gövdə hüceyrələrindən istifadə etməklə ət toxumalarının istehsal edilməsinə
kütləvi sərmayələrin qoyulmasına təkan verə bilər. Səhra sahil xətləri boyunca dəniz suyu
ilə işləyən kənd təsərrüfatı proqramlarının həyata keçirilməsi bioyanacaqlar, kağız
sənayesi üçün maddə, insanlar və heyvanlar üçün qida istehsal olunmasını təmin etməklə
yanaşı, həmçinin karbonun sorulmasına səbəb ola və təmiz suyun istifadəsini azalda
bilər.
3-cü Çağırışa o vaxt ciddi cavab veriləcək ki, dünya əhalisinin illik artımı 30 milyondan
aşağı düşəcək, ac insanların sayı yarıbayarı azalacaq, körpə ölümü yarıbayarı azalacaq
və yaşlanmaya doğru yönələn yeni yanaşmalar iqtisadi cəhətdən yaşamağa qabil olacaq.
R
EGİONAL
M
ÜLAHİZƏLƏR
:
A
FRİKA
: Afrika bu gün yaş medianı 20-dən aşağı olan yeganə regiondur və 2050-ci ilədək
60 və 60-dan daha çox yaşı olan əhalinin faizi 10%-dən bir az çox olacaq. Şəhər
ərazilərinin idarə olunması keyfiyyətini xeyli azaldan amillərdən biri QİÇS-dir. Bu xəstəlik
Botsvanada həyat davamlılığını 35 yaşa endirib. Halbuki, 1985-ci ildə bu göstərici 67
olub. Münaqişələr hələ də inkişaf məqsədilə qoyulan sərmayələrin qarşısını alır,
məhsuldar şumluq torpaqları korlayır, qaçqınların meydana gəlməsinə, qitə boyu ərzaq
böhranlarının baş verməsinə səbəb olur və təbii resursların daha yaxşı idarə olunmasının
qarşısını alır.
A
SİYA
VƏ
O
KEANİYA
: Çində 2005-ci ildə 60 və 60-dan daha yuxarı yaşı olan 144 milyon
insanın 2050-ci ildə 438 milyona çatacağı gözlənilir. Ultrasəsli müayinənin geniş
yayılması, abortların asanlıqla başa gəlməsi və adət üzrə oğlanlara üstünlük verilməsi
səbəbindən Çində hər doğulan 118 oğlana 100 qız düşürdü. Çin ən tez 2010-cu ildə işçi
qüvvəsinin çatışmamazlığı ilə üzləşə bilər. 2050-ci ilədək Hindistanda Çindən daha çox
insan olacaq və bu gün Hindistanda aşağı-Sahara Afrikasındakından daha çox ac uşaq
var. Dünyada ən çox yaşlı əhaliyə malik ölkə Yaponiyadır. Yaponiyada hal-hazırda 43
olan yaş medianı 2050-ci ilədək 55-ə çata bilər. Bu, Yaponiyanın öz mühacir işçi
siyasətlərini dəyişməyə və robotlaşdırılmış işçi qüvvəsi cəlb etməyə vadar edəcək. İl
ərzində 7 000 dollardan çox qazanan asiyalılar sayca ABŞ-ın, Kanadanın və Avropanın
ümumi əhalisini ötüb keçir. Bu da tayı-bərabəri olmayan bir istehlak üçün özül deməkdir.
Yeni məşğullluq konsepsiyaları hal-hazırda yaşları 25-dən aşağı olan və ənənəvi
məşğuliyyət axtarışında çətinliklə üzləşən ərəblərin 60%-i arasında hökm sürən siyasi
səbatsızlığın qarşısının alınması üçün gərəkli ola bilər.
Sinqapur növbəti 40-50 il ərzində yaşlanma tendensiyaları ilə mübarizə aparmaq
məqsədilə 2 milyon mühacir toplamağı planlaşdırır.
A
VROPA
: Avropanın yaşlanan əhalisi, durğun artım, 2050-ci ilədək əhalinin layihələşdirilmiş
şəkildə 70 milyon azaldılması və gənc əhalinin azlığı təqaüd və sosial sığorta
sistemlərində, daha çox uşaq üçün təşviqedici vasitələrdə və mühacir əməyində baş
verən artımlarda dəyişikliklərin meydana gəlməsinə təkan verərək, beynəlxalq
münasibətlərə, mədəniyyətə və sosial quruluşa təsir göstərəcək.
Birləşmiş Krallığın əhalisi yeni AB ölkələrindən miqrasiya və yaşlanma səbəbindən 2005-
ci ildə 0.6% artıb. Proqnozlara görə Rusiyanın əmək qabiliyyəti yaşında olan əhalisinin
sayı yaxın 10 il ərzində 50% aşağı düşə bilər və 2050-ci ilədək onun ümumi əhalisinin
1/3-ini təşkil edə bilər. Bu, Rusiyada doğulan hər ikinci uşağa görə 10 000 dollar
məbləğində müavinətin verilməsinə və analıqla bağlı səhiyyə xidmətinin
təkmilləşdirilməsinə səbəb olmuşdur. Əgər adambaşına düşən sərfiyyat artmaqda davam
etsə, azalan əhali avtomatik şəkildə resurslardan daha az istifadəyə gətirib
çıxarmayacaq. BSE (“dəli dana”) kimi heyvan xəstəlikləri və müxtəlif ərzaq qalmaqalları
üzvi qidalara olan istehlak tələbatının artmasına təkan verdi.
Dostları ilə paylaş: |