Gələcəyin Durumu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15040
1   2   3   4   5   6   7   8   9   10   ...   15

Ş
İMALİ
  A
MERİKA
:  Biotexnoloji şirkətlər müayinə və müalicə üçün çoxlu yeni mexanizmlər 
işləyib hazırlayırlar; xəstəliklərin kökünün kəsilməsi üçün Tədqiqat və Təkmilləşdirməyə 
qoyulan sərmayələr artacaq. Bu çox da mənfəətli olmasa da, kasıb çoxluq (əhali) üçün 
çox vacibdir. Hal-hazırda ABŞ-da milyondan çox insan, Kanadada isə 58, 000 insan HİV 
virusununun   daşıyıcısıdır.   Antiretrovirus   dərman   preparatları   QİÇS   ölümlərinin   sayını 
aşağı salır. 
Ərzaq idxalının artması xaricdən gələn infeksiyalara qarşı zəifliyi artırır.
Qrafik 8. Terapevtlərin Sayı (hər 1000 adama)
Mənbə: Ümumdünya Səhiyyə Təşkilatı, Sağlamlıq üzrə Əsas Göstəricilər
9. 
Qərar qəbuletmə qabiliyyəti (bacarığı) işin təbiəti və müəssisələr dəyişdikcə 
necə təkmilləşdirilməlidir?
Qərar qəbul etmə prosesi lazımi məlumatın dərhal əldə edilməsi üçün, kollektiv düşüncə 
vasitəsi  ilə  qlobal hesablama sistemi istiqamətində inkişaf edir.Təsdiq  olunmuş   geniş 
məlumat bazası elə qarşılıqlı əlaqələndirilir ki, müxtəlif mənbələrdən əldə edilən kompleks 
məlumatlar  hər hansı bir qərar üçün ən optimal faktlar toplusu kimi istifadə olunsun. Əgər 
əvvəllər   ,müzakirə   edilən   məlumat   ilk   növbədə   ayrı-ayrı   şəxslərin   və   ya     çox   kiçik 
qrupların   fikirlərinə   əsaslanırdısa,   indi   dünyanın   istənilən   yerindən   olan   mütəxəssis 
qrupların   və   fiziki   şəxslərin   birgə   iştirak   etdiyi   geniş   və   şəffaf   ,müzakirə     və     açıq 
sistemlərin   sayının   durmadan   artması   ,qərarqəbuletmə   prosesinin   səmərəliliyini   xeyli 
artırır. 

Eyni   zamanda,   yararsiz   məlumatlarin   qəbulunda   vaxt   itkisinə   yol   verilir.   Qlobal 
hesablamalar   hər   an   daha   üstün,   daha   vacib   qərarları   önə   çəkərək   və   hər   an   qərar 
siyahısında yerdəyişmələr edərək   gün ərzinda daha cox qərar qəbul edilməsinə imkan 
verir. Belə qərarlaşdırmanı çox sadə komputer proqramı vasitəsi ilə də yerinə yetirmək 
olar.  Əgər Mur Qanunu davam etsə, 25 il ərzində kompüter insan beyninin emal etmə 
gücünə yiyələnəcək. Bununla da qərar qəbul etmə prosesi avtomatlaşdırılmış olur.  Sinir 
sistemi insan bədənində baş verən proseslər barədə qərar verdiyi kimi istənilən qərar 
qəbul etmə prosesi avtomatlaşdırıla bilər. Amma seçim variantları hədsiz çoxaldıqca, belə 
mürəkkəb seçimləri təhlil etmək və qərar qəbul etmək olduqca çətinləşir. Açıq sistem, 
demokratiya   və   azad   kütləvi   informasiya   vasitələri   daha   çox   insanı   qərarqəbuletmə 
prosesinə   cəlb   edir.Bu   isə   prosesi   daha   da   mürəkkəbləşdirir,   yekun   nəticəyə   gəlməyi 
çətinləşdirir.    Yeni  sistemlər  təşəkkül tapana  qədər, qərarqəbuletmə  prosesi xaotik  bir 
şəkil almış olur. 
Məlumatın   bir   qismi   məhsullarda,binalarda,   digər   yaşayış   obyektlərində     birləşdirilmiş 
qəbuledicilər   ilə,   həmçinin   sövdələşmə,   komunikasiya   ,   təhlükəsizlik   və   diaqnostika 
sistemi   vasitəsi     ilə   əldə   edilir.   Sonra   bu   məlumat   bazası,   analizin   və   simulyasiyanın 
gələcək   forması   vasitəsi   ilə   sosial   davranış,   epidemiologiya,   nanobiologiya   kimi   fərqli 
sahələr   arasında     qarşılıqlı   əlaqənin   mahiyyətini   aydınlaşdırmaqda   istifadə   olunur. 
Böyükölçülü  cədvəl proqramı  və axtarış mexanizmlərində də olduğu  kimi, daha rahat, 
güclü və dəyişkən simulyasiya və modelləşdirmə proqramları qərarqəbuletmədə istifdə 
edilə bilər.
Qərar qəbul etmə hər yerdə mövcud olan sensorların – bizə təkmilləşən qərarları almaq 
və onlara cavab verməyə kömək edən daha ağıllı şəbəkənin, və institusional və şəxsi 
intellekt   proqram   təminatının   -     inteqrasiyası   nəticəsində   əsaslı   şəkildə   artacaq.  Belə 
potensial imkanlar məsul qərarqəbuletmənin göstəricilərini müəyyənləşdirə bilər və onları 
bir-biri ilə əlaqəli sistemləşdirərək daha mükəmməl qərarların əldə edilməsini reallaşdıra 
bilər.Ən   yeni   versiya   kimi   Real   Taym   Delfi   (Real   Time   Delphy)   proqramını   misal 
göstərmək olar ki, burada qərar qəbul edən tərəflər, ekspertlərin birgə rəylərinə birbaşa və 
sürətli çıxış əldə edirlər. Bu da sürətli əks təsirin əldə edilməsinə imkan verir.  Dünyanın 
istənilən   yerindəki   təşkilat   və   ya   könüllülər   internet   (səhifə)   vasitəsi   ilə   əlaqəsinin 
mümkünlüyü   isə   şəffaflığın   artırılması   və   qərarqəbuletmə   prosesində   iştirakı 
genişləndirmək üçün əldə olunan yeni strategiyalardan biridir.
Rəsmi   şəkildə   avtomatlaşdırımış   Dövlət     Elektron   -   idarəetmə   orqanı(   və   ya   elektron 
hökumət orqanı) kiber-terrorizm, korrupsiya və digər cinayət halları zamanı qərar qəbul 
etmə prosesini avtomatik şəkildə aparır. Hər il 1 trilyon dollara yaxın rüşvət halları siyasi 
qərar qəbul etmə prosesinə təsir edir. BMT-in Korrupsiya əleyhinə Konvensiyası əsasında 
fəaliyyət göstərən işçi qrupları korrupsiyanın qarşısını almaq və onu qeyri qanuni hallar 
kimi   qeydə   almaq   sahəsində   tədbirlər   irəli   sürürlər.   Dünya   Bankının  idarəetmə   üzrə 
müqayisə   əsaslı   göstəricilərinə   mətbuatın   diqqəti   və   Transparency   İnternational 
təşkilatının korrupsiya üzrə göstəriciləri hökumətlərin öz fəaliyyətlərini təkmilləşdirməyə 
doğru   istiqamətləndirməlidir.   Həmçinin,   BMT   ən   etibarlı   qərar   qəbul   etmə   sisteminə 
malikdir ki, bütün dünya əhalisi üçün bu sistem dövlətlərarası qərarqəbuletmə prosesi 
üçün   nəzərdə   tutulub.Bu   tədbirlər   yalnız   ayrı-ayrı   dövlətlər,   korporasiyalar,QHT-
lər,Universitetlər,   dövlətlərarası   rəsmi   orqanlar   tərəfindən   aparılsa   yekun   nəticə   əldə 
etmək çox çətin olar.Bu baxımdan transinstitutsional qərarqəbuletmə inkişaf etdirilir   və 
transinstitutsional   strateji   qərarların   qəbul   edilməsi   və   həyata   keçirilməsi   istiqamətində 
ümumi   müzakirə   platformaları   təşkil   olunur.Ətraf   şəraitin   tədqiq   olunması   və 

proqnozlaşdırılması   bu   gün   hələki   diqqətdən   kənar   qalmış   gələcək   imkanları   diqqət 
mərkəzinə gətirir.
Qərarqəbuletmə üzrə təşkil olunmuş  təlim proqramları aşağıdakı məsələləri əhatə edir: 
qeyrirasional qərarların qəbul edilmə səbəbləri , tarixi baxış, gələcək tədqiqat metodları, 
planlaşdırılmış və planlaşdırılmamış nəticələrin proqnozlaşdırılması, şüurlu elmi metodla 
dəyərləndirmə   ,   məlumatın   etibarlılıqğı,   statistik   göstəricilərin   faydalılığı   ,ənənəvi 
qərarqəbuletmə   metodları   (   məsələn:   xərc/mənfəət;   PERT   proqramı,   və   s.)   ,   etik 
qavrama, məqsədin axtarılması , risk, liderlik rolu , şəffaflıq, təltəlhesablılıq və müştərək 
qərarqəbuletmə. Buraya həmçinin e-hökumətlərin(elektron dövlət idarəetmə sistemlərinin) 
hazırki   vəziyyəti,   təşkilati   təkmilləşdirmə   sistemlərinin   müəyyənləşdirilməsi     və 
yaxşılaşdırması,   qərarqəbuletmə   kompyuter   proqramı,   biliyin   vizual   təsviri, 
prioritetləşdirmə   prosesi,və   digər   təşkilatlarla   kollektiv   qərarqəbuletmə   prosesləri   də 
daxildir.     Sənaye   iqtisadiyyatında   effektivlik   qərarqəbuletmənin   əsas   meyarı   olmaqla, 
qlobal etikaya əsaslanan məqsədyönlülük uğurlu bilik iqtisadiyyatında qərar qəbuletmə 
üçün meyar olmaqla yanaşı, qərar qəbul edənlər və iştirakçılar arasında tərəfdaşlıq və 
iştiraka da diqqət yetirilir.  
9-cu Çağırış yalnız o zaman icra oluna bilər ki, Gələcək Durum İndeksi və ya müvafiq 
sistemlər   Qərarqəbuletmə   prosesində   davamlı   olaraq   istifadə   edilsin,   Milli   korporasiya 
qanunları transinstitutsional təşkilat  formasına keçəndə  uyğunlaşdırılsın   və ən  azı  50 
ölkədə qərarqəbuletmə üzrə hazırlanmış rəsmi nümayəndələrə ehtiyac yaransın.
R
EGİONAL
 M
ÜLAHİZƏLƏR
:
 
A
FRİKA
:  Afrikanın İnkişaf üzrə Yeni  Əməkdaşlıq mğüştərək qərar  qəbul  etmə  prosesini 
təkmilləşdirməyə başlayıb. Afrikada əsas problem yaxşı idaretmənin və hakimiyyəti bir 
liderlərdən   digərinə   ötürmək   qabiliyyətinin   olmamasıdır.   Afrika   vətəndaş   cəmiyyəti 
mətbuat   azadlığı,   hesabatlılıq,   və   hükumətin   şəffaflığını   təmin   etmək   üçün   inkişaf 
etməlidir.   Əgər   beyin   axını   prosesi   geriyə   istiqamətlənməzsə,   vətənini   tərk   etmiş 
miqrantlar   internet   sistemi   vasitəsilə   vətəndə   baş   verən   inkişaf   prosesləri   ilə 
əlaqələndirilməlidirlər.   
 
A
SİYA
 

 O
KEANİYA
Çin kütləvi elektron hökumət sistemləri işləyib hazırlayır. Korea kollektiv 
intellekt  imkanlarını araşdırır. Yaponiyanın  iyerarxik qərar qəbul  etmə prosesi QHT-lər 
tərəfindən təsirə məruz qalgr. Regional inkişaf planı yaratmaq üçün regional dialoq və 
əməkdaşlığın mövcudluğu zəruridir. 
 
A
VROPA
: Bürokratik çətinlik, şəffaflığın kifayət qədər olmaması və qərarların yayılması AB-
də şəffaf qərar qəbul etmə prosesini təhlükə altına alır. AB və onun üzv-ölkələri və etnik 
qruplar arasındakı gərginlik qərar qəbul etməni çətinləşdirir. Qlobal müşahidə stansiyaları 
və   qabaqcıl   informasiya   texnologiyaları   insanların   bilavasitə   demokratiya   prosesində 
iştirakını asanlaşdıra bilər.  
 
L
ATİN
  A
MERİKASI
:  Artırılmış   effektivlik   və   şəffaflıqdan   əlavə   dövlət   qərar   qəbul   etmə 
prosesinin  modernizasiyası   artan   vətəndaş  nəzarətinə  malik  siyasi   strategiyaların   yeni 
məqsədlərinə   nail   olmaq   üçün   yeni   agentliklərin   və   vəzifələrin   planlaşdırılmasını   tələb 
edir. Latın Amerikası siyasi maarifləndirici məlumatlandırmanı və əhalinin cəlb olunmasını 
(iştirakını) təkmilləşdirməli və korrupsiyanı azaltmalıdır.
 

Ş
İMALİ
  A
MERİKA
: Şimali Amerikalılar səbəb-nəticə effektli, tək nəticəli problem təhlilindən, 
gələcəyin   araşdırılmasından,   sistemli   təsəvvürlərdən   və   texnoloji   qiymətləndirmədən 
istifadə edərək daha vahid, daha qlobal yanaşmalara və problemlərin həll olunmasına 
dorru   hərəkət   etməlidirlər.   İnternetdə   yaranan   özünü   təşkil   qrupları   regionda   de-fakto 
qərar qəbul edicilərinə çevrilirlər. Belə verilən qərarlar, problemlərə ən az uyğun gələn 
qərarlardır. Qərar qəbul etmə məsuliyyəti kompleks işçi qüvvəsi vasitəsilə yayılır.
 
Qrafik 9. Beynəlxalq təşkilatların Artımı (QHT-lər və Hökumətlərarası Təşkilatlar)
 
 
Mənbə: Beynəlxalq Assosiasiyalar Birliyi, Minillik Layihəsinin dəyərləndirmələri ilə
10. 
Ortaq dəyərlər və yeni təhlükəsizlik strategiyaları etnik münaqişə, 
terrorizm və kütləvi qırğın silahlarının istifadəsini necə azaltmalı?
 
Münaqişənin təsirinə məruz qalmış dünya ölkələrinin 44%-inin atəşkəs elan olunandan 5 
il ərzində müharibəyə yenidən başladıqları üçün, “müharibədə qalib gəlmək” “sülhə nail 
olmağ”-ın ilkin şərtidir. Bu da zorakılıq strukturlarını aradan qaldırıb sülh strukturları – 
vicdanlı hökumət, sabit iqtisadiyyat, və ədalətli məhkəmə sistemi təsis etməyi tələb edir. 
BMT, bolluca məlumatlardan ibarət Sülh keşikçiləri veb-səhifəsi təsis edib. BMT-nin 83, 
000   uniformalı   heyəti   və   15,   000   mülki   şəxs   bugün   115   ölkədə   BMT-nin   18   sülhün 
qorunması əməliyyatlarında xidmət göstərir.
 
Gələcək müstəvi molekulyar və farmasevtik istehsalat və mütəşəkkil cinayətkarlığın nüvə 
materiallarına   olan   çıxışı   ayrı-ayrı   fərdlərə   kütləvi   qırğın   silahları   –   bioloji   silahlardan 
tutmuş aşağı səviyyəli nüvə (“çirkli”) bombaları - düzəltmək və istifadə etmək bacarığı 
verir.   Beynəlxalq   Atom   Enerjisi   Agentliyinin   verdiyi   məlumata   əsasən   2006-ci   ildə 
radioaktiv   maddələrin   qeyri-qanuni   istifadəsi   ilə   bağlı   149   hadisə   qeydə   alınıb.   Şəhər 
sivilizasiyasının çox hissəsi İnternetdən asılıdır; nəticə etibarilə kiber silahlar da fərdlər 
tərəfindən istifadə oluna biləcək kütləvi qırğın silahları sayıla bilər. Hər yerdə mövcud olan 
sensorlar   və   təhlükəsizlik   sistemləri   ilə   bərabər,   biz,   bu   silahları   istifadə   edə   biləcək 
fərdləri   müəyyən   və   müalicə   etmək   məqsədilə   təhsil   və   psixi   sağlamlıq   sistmlərini 
təkmilləşdirmək və əlaqələndirmək üçün   təfəkkür elmini tətbiq etməliyik. Bir çox terror 
aktları daha Əl-Qaidə kimi qruplar tərəfindən mərkəzləşdirilmiş şəkildə idarə olunmur. Bu 
aktlar   artıq   İnternetdə   yayımlanan   video   yazılardan   ilhamlanan   və   təlim   keçən   fərdlər 

tərəfindən təşkil olunur. Terrorizmlə mübarizəyə dair 13 beynəlxalq razılaşma müvcuddur. 
Bunlara 2007-ci ilin iyul ayında qüvvəyə minmiş Nüvə Terrorizmi Aktlarının Qarşısının 
alınmasına   dair   Beynəlxalq   Konvensiya   da   daxildir.   2006-cı   ildə,   BMT-nin   Baş 
Assambleyası Qlobal Terrorizm Əleyhinə Strategiya qəbul edib. Anti-terrorizm cəhdləri 
diqqəti daha çox bu aktları törədə qüvvələrə quşula biləcək insanları  ideoloji olaraq  ələ 
almaq üzrində fikirni cəmləşdirməlidir. İğtişaşın əsas səbəblərinə həmlə etmək, zorakılıq 
partlaygışlarını dayandırmaqdan daha ucuz və daha effektlidir. Münaqişələr artıq döyüş 
meydanlarında qoşunlardan daha çox şəhər ərazilərində fərdləri və ya kiçik qrupları əhatə 
edir. Müharibə, ictimai iğtişaşlar, terrorizm və cinayət arasındakı fərqlər demək olar ki itib. 
Bu   da   ənənəvi   hərbi   qoşunların   qeyri-effektiv   olmasına   gətirib   çıxarır.   Silahlı 
münaqişələrdə öldürülənlərin və ya yaralananların ən az 75%-i  qeyri- döyüşçülərdir. İqlim 
dəyişikliyi   və   suların   səviyyəsinin   aşağı   enməsi   gələcəkdə   münaqişələrin   meydana 
gəlməsinə səbəb olacaq miqrasiyalarla nəticələnəcəyi gözlənilir.  
 
Müdafiə Məlumatları Mərkəzinin verdiyi məlumata əsasən, 2007-ci ildə də 2006-cı ildə 
olduğu   kimi   15   müharibə   (1000   və   ya   daha   çox   ölümlə   nəticələnən)   baş   verib. 
“Terrorizmlə   qlobal   müharibə”-yə   əlavə   olaraq,   hər   regionda:   Afrikada   5,   Asiyada   4, 
Amerikada   2,   Yaxın   Şərqdə   2   və   Avropada   1   müharibə   baş   verib.   Bununla   bərabər 
dünyada təqribən 1700 ton zənginləşdirilmiş urana malik 30 000-dən çox nüvə silahı və 
100 000-dən çox nüvə silahı hazırlaya bilən 500 ton ayrılmış plutonium müvcuddur. Hərbi 
xərclər ildə təqribən 1.4 trilyon dollara çatır. Bunlardan 30 milyard dolları inkişaf edən 
ölkələrə satış xərcləridir. BMT-nin dəyərləndirmələrinə əsasən, 2006-cı ildə 250,000-dən 
çox   uşaq   30   silahlı   münaqişədə   fəal   iştirak   ediblər.   Hər   gün   xəbərlərdə   münaqişələr 
haqqında eşitəyimizə baxmayaraq, dünyangn büyük əksəriyyəti sülh içində yaşayır. Son 
10   il   ərzində   münaqişələr   azalıb,   müxtəlif   dünyagörüşləri   arasında   dialoqlar   artıb,   və 
ölkədaxili   münaqişələr   beynəlxalq   müdaxilələr   yolu   ilə   tənzimlənir.   Demokratiyanın 
inkişafı,   beynəlxalq   ticarətin,   qlobal   mətbuatın,   İnternetin,   peyklə   müşahidənin,   dünya 
səyahətinin artması, daha yaxşı həyat səviyyəsi və BMT-nin  inkişafı, daha dinc dünyanın 
olması  ehtimalını  artırır.   Müxtəlifliyə,  bərabər  haqlara  və zorakılığa  qarşı  alternativlərə 
hörməti təşviq etmək üçün kütləvi ictimai təhsil proqramlarına ehtiyac var. Yaxın Şərqdə 
olduğu   kimi   müştərək   proseslər   yolu   ilə   sülh   ssenariləri   yaradılmalıdır   (Kompakt   disk 
versiyasının  3.7-ci  Fəslinə   baxın).   BMT-nin  erkən  xəbərdarlıq   sistemləri  QHT-lərin   və 
kütləvi   informasiya   vasitələrinin   iştirakı   ilə   gücləndirilməlidir   ki,   kütləvi   fəlakətlər   baş 
verməmişdən   əvvəl   hərəkətə   keçmək     üçün     siyasi   iradə   meydana   çıxsın;   yerli 
vətəndaölar qabaqcıl kommunikasiya sistemləri ilə təmin olunmalıdırlar ki, yerli reallıqlar 
dünyaya   yayımlansın.   Sanksiyalar   günahsız   insanları   deyil,   elit   cinayətkarları   hədəfə 
almalıdır.   “Təqlidi   zorakılıqlar”-ı   azaltmaq   məqsədilə   kütləvi   informasiya   vasitələrində 
terrorizmin  əks  etdirilməsi  üzrə  yeni  yanaşmalar  zəruridir.   Hökumətlər  bioloji  silahların 
mövcud olan ehtiyatlarını məhv etməli, potensial bioloji silahların aktivlərinin izlənilməsi 
üçün   sistemlər   yaratmalı,   hər   bir   silah   üzrə   beynəlxalq   audit   sistemi   təsis   etməli,   və 
gələcəkdə qisas silsilələrini azaltmaq üçün, ölümlə nəticələnməyən silahların istifadəsini 
artırmalıdır.  “Ekonomist” jurnalının hazırladığı Qlobal Sülh İndeksinə əsasən, 2007-ci ildə 
121 ölkə 24 göstəriciyə əsasən dincölkə olaraq qiymətləndirilib. Bioterrorizmin təsirləri ilə 
mübarizə   aparmaq   üçün   Xəstəliklərə   Nəzarət   və   Ehtiyat   Tədbirləri   Mərkəzi   kimi 
mərkəzlərin şəbəkəsinə ehtiyac olacaq. Biz münaqişələrin həll olunması və diqqəti insan 
müxtəlifliyinin   əsasını   təşkil   edən   ortaq   əxlaqi   dəyərlərdə   və   vahidlikdə   cəmləşdirmə 
konsensusunun qurulması üzrə tədqiqatlarımızı paylaşmalıyıq. 

Müharibə Ümumilikdə
Sosial Müharibə
Ölkələrarası Müharibə
M
üh
ar
ib
əl
ər
in
 h
əc
m
in
in
 c
əm
i
10-cu  Çağırışa o vaxt uğurla cavab veriləcək ki, silah satışları və zorakı cinayətlər 50% 
azaldılacaq.   “Təhlükəsizliyə   yeni   təhlükələr”   müfəssəl,   standartlaşdırılmalı   və   kəmiyyət 
cəhətdən əsaslandırılmış təhlükəsizlik indeksi ətrafında birləşdirilməlidirlər.
 
R
EGİONAL
 M
ÜLAHİZƏLƏR
A
FRİKA
: Darfurda baş verən dəhşətlər Afrika xalqlarını öz regional sülhqurucu qüvvələrini 
yaratmağa vadar edir. QİÇS nəticəsində yetim qalmış milyonlarla uşaq zorakılığın yeni 
mənbəyinəçevrilə   bilərlər.   Asiyanı   mühasirəyə   almış   Əl-Qaidə   təşkilatı   Mavritaniyadan 
tutmuş   Somaliyə   kimi   Müsəlman   ərazilərində   öz   təsirini   artırmağa   çalışır.   Çevrilişlər, 
iğtişaşlar və qiyamlar kontinenti başına alıb,lakin Afrika birliyinin və digərlərinin müştərək 
cəhdləri regionun sabitliyinin artmasına səbəb olur. 
 
A
SİYA
 

  O
KEANİYA
:  İrandan və Şimali Koreyadan qaynaqlanan nüvə silahı təhlükələrinin 
aradan   qaldırılmasının   hələ   ki   heç   bir   həlli   yolu   tapılmayıb.   Hindistanda   marksist   və 
separatçı qüvvələr  iğtişaşlara başlayıb. Çin öz  hərbi bacarıqlarını artırır  və  öz iqtisadi 
gücünü Afrikaya və Latın Amerikasına yönəldir.
A
VROPA
: Əgər münaqişələrin qarşısı alınacaqsa, AB-yə və Rusiyaya axışan çoxlu sayda 
mühacir   özlərinin     cəmiyyətə   inteqrasiyasını   asanlaşdırmaq   üçün   yeni   yanaşmalara 
ehtiyac olacaq. 2006-cı ildə 15 ölkədə terrorizmdə şübhəli 706 şəxs həbs olunub; onların 
yarısı müsəlman ekstremistləri olub. 
 
L
ATİN
 A
MERİKASI
 Venesuela və Kubada solçu rejimlərin üsyana qalxması, narkotika alveri 
ilə   məşğuı   olan   birləşmələrlə   davamlı   mübarizə,   hökumətlər   və   yerli   əhali   arasında 
münaqişəyə   səbəb   olacaq   potensial   səbəblərin   çoxalması   ilə   regionda   gərginlik   artıb. 
ABŞ-ın İraqa soxulması və İsrailin işğal olunmuş ərazilərdə davamlı əməliyyatları kimi 
beynəlxalq   amillərin   təsiri   ilə   Argentina,   Braziliya   və   Paraqvayın   sərhəd   regionlarında 
müsəlman ekstermistlərinin fəaliyyəti artıb. Bütün bunlar regionda yeni silahlı yarışmaya 
səbəb ola bilər.
 
Ş
İMALİ
 A
MERİKA
: Həqiqi mədəniyyətlərarası anlayışlar və daha yaxşı çoxtərəfli əməkdaşlıq 
olmadan,   kəşfiyyat   texnologiyası   və   hərbi   güc   heç   vaxt   assimetrik   müharibədə 
təhlükəsizliyi   təmin   etməyiblər.   Genetik   mühəndislik,   nanotexnologiya   və   süni   intellekt 
kimi   meydana   gələn   mexanizmlərin   köməyilə   kütləvi   qırğınları   necə   həyata   keçirmək 
haqqında   məlumatlara   yiyələnmək,   sivilizasiyanı   məhv   etmək   üçün   nüvə,   bioloji   və 
kimyəvi   silahlardan   daha   çox   potensiala   malik   ola   bilər.   BMT-nin   Minilliyin   İnkişaf 
Məqsədlərinə   nail  olunmasının  135   milyard   dollara  başa  gələcəyi   gözlənilir;   müqayisə 
üçün, İrqadakı müharibə üçün 600 milyard dollar xərclənib və ABŞ Konqresi tərəfindən 
təsdiqlənib, və digər 140 milyard dollar isə 2008-ci il üçün tələb oluna bilər. 
 
Qrafik 10. Silahlı Münaqişələrdə Qlobal Tendensiyalar, 1946-2006

Mənbə: Qlobal Münaqişə Tendensiyaları, Sistemli Sülh Mərkəzi, 2007
 
11. 
Qadınların dəyişən statusunun insanların şəraitinin yaxşılaşdırılmasına 
kömək еtməsinə necə nail olmalı?
BƏT-in verdiyi məlumatlara əsasən, qadınlar tərəfindən tutulan qanunverici, dövlət, və ya 
rəhbər vəzifələr 1995-ci ildə 25.6%-dən çox az artaraq bugün 28.3%-ə çatıb. Baxmayaraq 
ki,   qadınlara  qarşı   ayrı-seçkiliyin   hər   hansı  bir  forması   demək  olar   ki,   bütün   dünyada 
bəyənilmir,   amma   yenə   də   irəliləyiş   çox   müxtəlifdir.   Təqribən   56.6%   qadın   nəğd   pul 
iqtisadiyyatında çalışır. Hal-hazırda ibtidai məktəbdə oxuyan hər 100 oğlana 94 qız düşür. 
1999-cu ildə isə bu göstərici 92 olub. 2004-cü ildə əldə olunan məlumata əsasən 181 
ölkədən təqribən 2/3-sində ibtidai təhsildə cinsi bərabərliyə nail olunub. Lakin 177 ölkədən 
cəmi 1/3-ində orta təhsildə cinsi bərabərliyə nail olunub. 
 
ÜST-nin   verdiyi   məlumata   əsasən   xəstəliklər   və   aclıqdan   sonra   qadınların   arasında 
ölümün əsas səbəbi zorakılıqdır; 5 qadından 1-i həyatı boyu ya zorlanıb ya da zorlanma 
cəhdinə   məruz   qalıb.   İbtidai   və   orta   məktəb   sistemləri,   qızlar   üçün   bədən   tərbiyəsi 
proqramlarında   döyüş   sənətinə   və   özünümüdafiənin   digər   formalarına   xüsusi   yer 
verməlidirlər.   “Plan   International”-ın   verdiyi   məlumata   əsasən,   kiçik   yaşlarında   kifayət 
qədər   qidalanmama   səbəbindən   təqribən   450   milyon   qadın   inkişafdan   geri   qalıb;   62 
milyon ibtidai məktəb yaşına çatmış qız məktəbə getmir; 15 yaşından 24 yaşına qədər 96 
milyon   qadın   savadsızdır   (savadsız   kişilərin   ikiqat   sayı);   təhlükəli   abortlar   və   doğum 
ağırlaşmaları 15-19 yaşlı qızlar arasında ölümün başlıca səbəbidir; və bəzilərinin yaşı 12-
dən də az olan 100 milyondan çox qızın növbəti onillik ərzində ərə getmələri gözlənilir. 
Halbuki beynəlxalq sazişlər erkən evlilikləri qanunla qadağan edir. Hər il “tarixdə ən büyük 
qul ticarəti” sayılan insan alverində alınıb-satılan 600 000-800 000 fərdin 80%-i qadındır. 
Qızların   təhsilə   çıxışında,   qadınlargn   parlamentə   üzv   olmasında,   və   onların   nəğd   pul 
iqtisadiyyatda   iştirakında,   prezervativlərin   istifadəsində   və   qadınların   tibbi   xidmətlərə 
çıxışında irəliləyiş nəzərə çarpır.  2007-ci ilin mayından parlamentə üzv olan qadınlar 17% 
təşkil   edib.   2006-cı   ildə   isə   bu   göstərici   16.6%   faiz   olub.   Məktəbə   yazılan   oğlanların 
sayının   90%-ində   qızlar   məktəbə   yazılır.   Qadınlar   eyni   iş   üçün   kişilərdən   2/3-3/4 
nisbətində çox pul alırlar.  
 
Qadınların siyasi, iqtisadi və təhsili statusunun artırılması bu Fəsildə göstərilmiş digər 14 
Qlobal   Çağırışa   cavab   verməyin   ən   səmərəli   yollarından   biridir.   Bir   çox   ölkələrdə 
universitetlərdə   kişilərdən   çox   qadınlar   oxuyur.   Bu   da   qadınların   peşəkar   işini 
məhdudlaşdırır və Səudiyyə Ərəbistanı və Yaponiya kimi fərqli ölkələrdə “qadın beyinləri 
axını” məsələsini kəskinləşdirir. İnternet vasitəsilə elm və texnologiyaya çıxış və keçmişdə 
əlyetərli olmayan maliyyə məlumatlarının əldə edilməsi ilə qadınlar mədəni iyerarxiyada 
öz   yerlərini   tuta   bilərlər.   Araşdırmaların   kifayət   qədər   olmamasına   baxmayaraq, 
diplomatiya   və   sülh-qurucuları   qəbul   edirlər   ki,   qadınların   dinc   həllər   üçün   qarşılıqlı 
razılığa kişilərdən daha asan gəlirlər. Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının 
Aradan Qaldırılmasına dair Konvensiya, həmçinin BMT Təhlükəsizlik Şurasının 1325 saylı 
qətnaməsi həyata keçirilməli, milli fəaliyyət planları yaradılmalı, geniş miqyasda həyata 

keçirilməlidir. Silahlı münaqişədə qadınlara qarşı zorakılıq əleyhinə etibar və razılaşma 
komissiyaları təsis etmək cəzasızlığa son qoyulmasına kömək edə bilər. Dövlət iştirakı 
olan şirkətlərin idarə heyətinin 30%-ində hər cinsdən ən az 30% olaraq təşkil olunması 
tələb olunmalıdır. 
Cinsi   bərəbərliyə   əsaslanan   Cini   əmsalı   və   digər   cinsi   bərabərlik   indeksləri,   həmçinin 
qadınların siyasi səlahiyyətləri  tutmaq  üçün  maarifləndirilməsi təşviq  olunmalı,   rəqabət 
əvəzinə həmrəylik ideyası inkişaf etdirilməli, qadınların qanuni haqları (kreditə, torpağa, 
texnologiyaya,   təlimlərə,   səhiyyə   xidmətləriə   və   uşağa   baxım   xidmətlərinə   çıxışı   kimi) 
təmin   olunmalg,və   qadgnlargn   siyasi   və   iqtisadi   öəbəkələömə   təökilatlarg   təsis 
olunmalgdgr. Bu, kəndli, miqrant, qaçqın, məcburi köçkün və əlil qadınlar üçün xüsusi 
əhəmiyyət kəsb edir. Bu cəhdlərə həmçinin, kişilərin qadınlara tamamilə hörmət etmələri 
üçün   maarifləndirilmələri   və   çox   tez-tez   zərərli   gender   stereotiplərini   qabardan   kütləvi 
informasiya vasitələri ilə bilavasitə iş aparılması da daxildir.  
 
11-ci çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki, məktəblərə qəbulda, savadlılıqda və 
kapitala çıxışda cinsi bərabərliyə nail olunacaq, ayrı-seçkiliyə səbəb olan qanunlar aradan 
qaldırılacaq   və   parlamentlərdə   və   nazirlər   kabinetində   qadınların   və   kişilərin   sayı 
bərabərləşəcək.
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin