Gələcəyin Durumu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15040
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

R
EGİONAL
 M
ÜLAHİZƏLƏR
 
 
A
FRİKA
: Sub-Sahara Afrikası parlamentlərindəki qadınların faizi 17.5%-dir. Bu da dünyada 
orta   hesabdan   yuxarıdır.   Dünyada   parlamentdə   olan   qadınların   ən   çox   sayına   görə 
Ruanda  birincidir  (49%).  Sub-Sahara Afrikasında  6  qadından  1-i  hamiləlik  nəticəsində 
ölür. Müqayisə üçün deyək ki, sənaye ölkələrində 2800 qadından 1-i hamiləlik nəticəsində 
həyatını itirir. Afrikada yeniyetmə qızların təhsilini başa vurmaması çox yüksək səviyyəyə 
çatıb.   Uqanda   təhsildə   cinsi   boşluğu   aradan   qaldırmaq   üçün   məktəb   ödənişlərini 
yığışdırıb.
 
A
SİYA
 

  O
KEANİYA
:  Asiyada   qanunverici  vəzifələrdə  çalışan   şəxslərin   16.4%-i  qadındır. 
Tailandda cinsi partnyorlara göstərilən zorakılıq 15-24 yaşlı qadınlar və qızların ölməsinin 
başlıca   səbəbidir.   Asiyada   qız   uşaqlarının   doğulmadan   öncə   və   doğulduqdan   sonra 
valideynlər   tərəfindən   öldürülməsi,   qız   uşaqlarına   qəsdən   qayğı   göstərilməməsi   və   ac 
qoyulması nəticəsində ən az 60 milyon qız uşağı “itirilir”. Oğlan uşaqlarına üstünlük verən 
ailələrlə   mübarizə   aparmaq   üçün   Çin   qızları   olan   valideynlər   üçün   təqaüd   planlarını 
maliyyələşdirir.   Çində   İnternet   istifadəçilərinin   40%-i   qadınlardır.   Yaxın   Şərq 
universitetlərində   oxuyan   tələbələrin   çoxu   ərəb   qadınlarıdır,   lakin   ərəb   ölkələrinin 
parlamentlərinin cəmi 8.9%-i qadınlardan təşkil olunub.
 
A
VROPA
: AB-də qanunverici və rəhbər vəzifələrin 30.6%-i, ATƏT-ə daxil olan ölkələrdə isə 
qanunvericilərin   19.2%-i   qadınlardan   təşkil   olunub   (AB-yə   daxil   olan   ölkələrdə   orta 
hesabla 24%). Norveç tələb edir ki fond birjasında qeydiyyatdan keçmiş bütün şirkətlərin 
idarə heyəti hər cinsdən ən azı 40% olaraq təşkil olunmalıdır. AB-də qadınların təqribən 
57%-i işləyir, lakin orta hesabla 15%-i eyni işə görə kişilərdən daha az pul alırlar. Çox az 
kişilər   ailədə   daha   çox   məsuliyyəti   üzərlərinə   götürdükləri   üçün   qadınlar   analara   üz 
peşəkar karyeralarını davam etdirməyə imkan verən inkişaf etmiş ictimaiyyət və şəxsi 
(özəl) infrastrukturların olmasını istəyirlər. Lakin onlar ailə həyatına həsr etmək üçün boş 
vaxtın   azalmasından   da   narahatlıq   keçirirlər.   Təqribən   700   000   Şərqi   Avropalı   qadın 
Qərbi   Avropada   cinsi   qullardır.   Avropa   Komissiyası   tərəfindən   maliyyələşdirilən   yeni 

Gender Bərabərliyi üzrə Avropa İnstitutu qadınların cəmiyyətin bütün sahələrinə yardım 
etdikləri və bununla da daha yaxşə strategiyaların işlənib-hazırlanmasına səbəb olduqları 
haqqgnda kişiləri maarifləndirməlidirlər. Bosniyada baş vermiş müharibə zamanı 50 000-
dən çox qadın zorlanmışdır.
 
L
ATİN
  A
MERİKASI
:  Regionda   qanunverici   və   rəhbər   vəzifələrin   35%-i   qadınlardan   təşkil 
olunub. Son bir neçə il ərzində Latın Amerika və Karib dənizi hövzəsi ölkələrində yaşayan 
qadınlar öz insan haqlarının qorunmasında böyük irəliləyişlərin şahidi olsalar da, təhlükəli 
abort mühüm ictimai səhiyyə problemidir və regionda ana ölümlərinin başlıca səbəbidir. 
Meksikanın bəzi ştatlarında ilk 12 həftədə abort elətdirmək istəyən qadına himayədarlıq 
edirlər. Hökumətlər zorlama, cinsi təzyiqlər və qadınlara və qadınlara zəhmət haqqının 
ödənilməsinə   dair   qanunları   dəyişməlidirlər.   Regionda   müşahidə   olunan   ən   büyük 
irəliləyişlərdən biri kişilərin öz “kişilik” mövqelərində dəyişiklik etmələridir. 
 
Ş
İMALİ
  A
MERİKA
:  Şimali Amerikada qanunverici və rəhbər vəzifələrin 41.2%-i qadınlardan 
təşkil   olunub.   ABŞ-da   xüsusilə   qadınların   təhsildə   nailiyyətləri   ürəkaçandır   və   ancaq 
iqtisadiyyatda   və   siyasi   səlahiyyətlərin   tutulmasında   qadınların   iştirakı   nisbətən   azdır. 
Lakin   hamiləliyə   gürə   məzuniyyət,   analığa   görə   maddi   yardım   və   uşaqların   sosial 
müdafiəsi   məsələlərində   ABŞ   zəifdir.   Kanada   Beynəlxalq   İqtisadi   Forumun   Qadınlara 
Səlahiyyətlərin Verilməsi ölçülərinə əsasən dünyada yeddinci, ABŞ isə 17-cidir. ABŞ hələ 
Qadınlara   Qarşı   Ayrı-Seçkiliyin   Bütün   Formalarının   Aradan   Qaldırılmasına   dair 
Konvensiyanı ratifikasiya etməyib. Qvebekdə qəbul olunan qanuna əsasən 2012-ci ilədək 
dövlət korporativ təşkilatlarının idarə heyətlərinin 50%-i qadınlardan ibarət olmalıdır. 
 
Qrafik 11. Parlamentlərdə Qadınlar (faiz)
 
 
Mənbə: Parlamentlərarası Birlik 
 
 
12. 
Transmilli mütəşəkkil cinayətkarlıq şəbəkələrini daha güclü və mürəkkəb 
qlobal təsisаtа çеvrilmədən necə dayandırmalı?
Transmilli  mütəşəkkil  cinayətkarlıq  müfəssəl,  müştərək qlobal  mübarizə  strategiyasının 
yoxluğunda inkişaf etməyə davam edir. Havocscope.com-un dəyərləndirmələrinə əsasən 
dünyada qeyri-qanuni ticarət 1 trilyon dollara, saxtalaşdırma və piratçılıq 521.6 milyard 
dollara, qlobal narkotika alveri 321.6 milyard dollara, ekoloji məhsullar alveri 55.7 dollara, 
Skandin. ölkələri
Amerika
Asiya
Avropa-ATƏT
Sub Saxara Regionu 
Sakit Okean regionu
Ərəb ölkələri
   Dünya

insan alveri 43.8 milyard dollara, istehlak malları 37.5 milyard dollara və silah alveri 10.1 
milyard dollara gəlib çatır. Əsasən qeyri-qanuni narkotika və silah alveri yüksək dərəcəyə 
çatıb.   Dünya   Bankının   dəyərləndirmələrinə   əsasən,   keçən   il   ərzində   verilən   rüşvət   1 
trilyon dollar, “yuyulmuş pullar” isə 1.5-6.5 trilyon dollar təşkil edib. Nəticə etibarilə, ümumi 
məbləğ 2 trilyon dollarg ötüb keçir və bu da dünyadakı bütün hərbi büdcələrdən 2 dəfə 
çoxdur. Transmilli mütəşəkkil cinayətkarlıq üçün də hesablamalar aparmaq çox çətindir, 
çünki nəğd pul daşıyan qaçaqmalçı kuryerlərin, brilyantların geniş şəkildə istifadəsi və 
anonim İnternet bankçılıq onun əsl qazancını gizlədir. 
 
BMT-nin verdiyi məlumata əsasən, hal-hazırda dünyada 27 milyon insan qul kimi saxlanır. 
Bu da o deməkdir ki, butün dünyada Afrika qul ticarətinin kulminasiya nöqtəsində olduğu 
zaman mövcud olan saydan daha çox qul var. Bunların çoxu Asiyadadır. İnsan Alveri ilə 
Mübarizə üzrə Qlobal Təşəbbüs bu il təsis olunub və BMT-nin İnsan Alveri ilə Mübarizə 
Protokolu 110-dan çox ölkə tərəfindən ratifikasiya edilib, lakin arzuolunan nəticə hələ əldə 
olunmayıb. Dünya Bankının dəyərləndirmələrinə əsasən verilən rüşvətlərin cəmi 20-40 
milyard dolları inkişaf etməkdə olan və keçid iqtisadiyyatına malik ölkələrə gedibsə, onda 
rüşvətlərin büyük əksəriyyəti daha varlı ölkələrdəki insanlara ödənilib. Bu, həmin ölkələrdə 
qərar qəbul etmə prosesinin çox böyük məbləğdə pullara qarşı zəiflik göstərməsi ilə izah 
olunur. Qərarlar da heroin kimi alınıb-satla bilir və bununla da demokratiyanı bir xəyala 
çevirirlər. 
Şimali Koreya hökumətinin verdiyi məlumata əsasən, ölkə il ərzində 500 milyon dollardan 
1 milyard dollara qədər məbləğdə pulu  cinayətkar  qruplaşmalardan  xilas edir.  Bir çox 
əfqan dövlət məmurları qeyri-qanuni narkotika alveri ilə məşğul olurlar. Gün ərzində 2 
trilyon   dollar   məbləğində   pulların   kompüter   komunikasiyaları   vasitəsilə   beynəlxalq 
köçürmələri şirnikdirici bir hədəfdir. Şəxsiyyətin kütləvi şəkildə oğurlanması kimi İnternet 
cinayətləri   transmilli   mütəşəkkil   cinayətkarlığın   əsas   fəaliyyətinə   çevrilib.   QİÇS 
nəticəsində   yetim   qalmış   13-15   milyon   uşaq,   bundan   savayı,   2010-cu   ilədək   QİÇS 
nəticəsində   yetim   qalmaları   gözlənilən   digər   10   milyon   uşaq,   transmilli   mütəşəkkil 
cinayətkarlıq üçün yeni istedadlar yetişdirən geniş bir bataqlıq əmələ gətirə bilər. Bir çox 
ölkələrdə   reseptlər   vasitəsilə   narkotiklərin   istifadəsi,   narkotiklərin   ənənəvi   qeyri-qanuni 
istifadəsini ötüb keçib. Və dərmanların tərkibinin saxtalaşdırılması transmilli mütəşəkkil 
cinayətkarlıq üçün yeni biznes sahəsidir. 
 
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Əməliyyatları Operativ Qrupu pulların 
yuyulması   ilə   mübarizə   üçün   40   tövsiyyə   işləyib-hazırlayıb,   BMT-nin   Narkotiklər   və 
Cinayətkarlıqla   Mübarizə   İdarəsi   Çirkli   Pulların   Yuyulması   əleyhinə   Qlobal   Proqram 
yaradıb.  Bundan  əlavə,  Narkotiklərə  Nəzarət  Beynəlxalq  Heyəti,  Ümumdünya  Gömrük 
Təşkilatı,  Beynəlxalq Anti-Korrupsiya Koordinasiya Qrupu, İnterpol və Beynəlxalq Cinayət 
Məhkəməsi   də   mövcuddur.   Lakin   bütün   bunlara   baxmayaraq   Transmilli   Mütəşəkkil 
Cinayətkarlıq artmaqda davam edir və yoxulluğun, suyun və sabit inkişafın daxil edildiyi 
kimi beynəlxalq gündəliyə daxil olunmayıb. Transmilli Mütəşəkkil Cinayətkarlıq əleyhinə 
qlobal yekdilliklə əməliyyatlara başlanılması üçün cəmiyyətin bütün sahələrinin beynəlxalq 
kampaniyaya başlaması vaxtıdır. Çünki, transmilli mütəşəkkil cinayətkarlıq elə bir nöqtəyə 
gəlib   çıxıb   ki,   dövlətlərin   onunla   mübarizə   aparması   günü-gündən   çətinləşir.   BMT-nin 
Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi bütün ölkələri bu problemi dəf etmək üçün 
müştərək strategiya işləyib hazırlamağa dəvət edib. Bir neçə Avropa və Latın Amerikası 
ölkəsi qeyri-rəsmi şəkildə bir qlobal strategiya qəbul ediblər. Beynəlxalq orqan cinayətlərin 
kateqoriyalarını müəyyənləşdirməkdənsə yuyulmuş çirkli pulların həcmi əsasında   eyni 

vaxtda 1 transmilli mütəşəkkil cinayətkarlıq liderinin həbs olunması və məhkəməyə cəlb 
olunması məqsədilə əməkdaşlıq üçün prioritetlər sistemi istifadə edəcək.  
 
BMT-nin   Transmilli   Mütəşəkkil   Cinayətkarlıq   Əleyhinə   Konvensiyası   2003-cü   ilin 
sentyabrında qüvvəyə minib. Bu konvensiya ölkələri mütəşəkkil cinayətkarlıqla mübarizə 
üçün   beynəlxalq   əməkdaşlığa   çağırır.   Ola   bilsin   ki,   bu   konvensiyaya   edilmiş   əlavə 
transmilli   mütəşəkkil   cinayətkarlığın   müxtəlif   sahələrinə   qarşı   yönəlmiş   əlaqədar 
təşkilatları tamamlamaq üçün yeni bir orqan kimi maliyyə təqibatı sistemi təsis edə bilər. 
Bu təşkilatlarla əməkdaşlıq etməklə bu yeni sistem, yuyulmuş pulların məbləğinə əsasən 
əsas   cinayətkarları   müəyyən   edəcək,   məhkəmə   prosesinə   başlayacaq,   şübhəli   şəxsin 
dondurula  biləcək  aktivlərini   müəyyən  edəcək,   şübhəli  şəxsin   cari  yerini   hazırlayacaq, 
yerli   hökumət   orqanlarının   həbs   etmə   bacarığını   qiymətləndirəcək   və   dərhal   tədbir 
görülməsi   üçün   məsələni   müvafiq   məhkəməyə   göndərəcək.   Hər   şey   hazır   olanda, 
cinayətkarı həbs etmək, aktivləri və çıxışı dondurmaq, məhkəmə işi açmaq və prioritet 
siyahısında olan digər cinayətkara keçmək üçün bütün əmrlər eyni vaxtda icra olunacaq. 
Məhkəmələr BMT-nin sülh məramlı hərbi qüvvələri kimi, lottereya sistemi yolu ilə könüllü 
ölkələr arasından təmsil oluna bilərlər. Ölkələr hakimiyyət hüquqlarından qismən imtina 
etməlidirlər, çünki qlobal sistem əsasən cinayətdə günahlandırılan ölkədən kənarda təqib 
üçün yer müəyyənləşdirəcək (cinayətkarın qaytarılması BMT-nin Mütəşəkkil Cinayətkarlıq 
Əleyhinə   Konvensiyası   tərəfindən   qəbul   olunub).   Hökumət   tərəfindən   ilkin 
maliyyələşdirilmədən sonra, sistem, davamlı əməliyyatlar üçün maliyyə dəstəyini hökumət 
yardımlarından yox, təqsirli bilinən cinayətkarların dondurulmuş aktivlərindən alacaq.
 
12-ci Çağırışa o vaxt uğurla cavab veriləcək ki, pulların yuyulması və cinayətlərin gəlir 
mənbələri 75% azalacaq və hüquq-mühafizə orqanları bütün ölkələrdə effektiv şəkildə 
təşkil olunacaq. 
 
R
EGİONAL
 M
ÜLAHİZƏLƏR
 
A
FRİKA
:   Mərakeşdə   həşiş   ticarəti   həm   Avropada   həm   də   Şimali   Afrikada   terrorizmi 
dəstəkləmək üçün istifadə olunur. Afrikadakı üsyankar kütlələr, mütəşəkkil cinayətkarlıq 
və terrorizm arasındakı bağlar genişlənə və yaşamaq üçün çox az qanuni vasitələri olan, 
QİÇS nəticəsində yetim qalmış milyonlarla uşaq tərəfindən gücləndirilə bilər. Korrupsiya 
Afrika cəmiyyətinin çox hissəsinə nüfuz edib və hal-hazırda bəlkə də bir çox ölkələrdə 
inkişafı məhdudlaşdıran ən böyük amildir.
 
A
SİYA
 

 O
KEANİYA
Heroin istehsalı və insan alveri region üçün əsas gəlir mənbələrindən 
biridir. Məlumatlara əsasən Çində mütəşəkkil cinayətkar qruplaşmalar öz fəaliyyətlərini 
Rusiyada da həyata keçirirlər. Çin yeni güclü pulların yuyulması əleyhinə qanun qəbul 
edib. 
 
A
VROPA
:   Milli   siyasətə   əsaslanan   Avropa   koalisiyaları   qlobal   mütəşəkkil   cinayətkarlığa 
cavab   verə   bilmirlər.   Hal-hazırda   Rusiyanın   məsaməli   sərhəddi,   AB-nin   vahid   iqtisadi 
ərazisi səbəbindən törənmiş təhlükəsizlik problemlərinə bir əlavə olacaq və Şərqi Avropa 
ölkələrində   insan   alveri   problemi   açıq   sərhədlər   sayəsində   güclənəcək.   Avropanın   və 
Mərkəzi Asiyanın keçid iqtisadiyyatına malik ölkələrində korrupsiyanın səviyyəsi azalıb. 
 
L
ATİN
  A
MERİKASI
:  BMT-nin   Narkotiklər   və   Cinayətkarlıqla   Mübarizə   İdarəsinin   verdiyi 
məlumata   əsasən,   cinayətkarlıq   narkotiklərlə   əlaqəli   zorakılığın   kəskin   şəkildə   artdığı 
Mərkəzi Amerikanın sabitliyinə əngəl törədən yeganə böyük məsələdir. ABŞ-ın 6 il davam 

edən   və   demək   olar   ki,   5   milyard   dollara   başa   gələn   Kolumbiya   Planı   kokainin   əldə 
olunmasında,   qiymətində   və   keyfiyyətində   heç   bir   dəyişikliyə   nail   olmayıb. 
Dəyərləndirmələrə əsasən, Meksika ÜDM-sinin 5%-i “yuyulur” və onun narkotika birlikləri 
Peruya köçür. Çünki, orada kokainin hasil olunması 40%-ə bərabərdir.  
 
Ş
İMALİ
  A
MERİKA
:  ABŞ   Milli   Təhlükəsizlik   Departamenti   İnsan   Qaçaqmalçılığı   və   Alveri 
Mərkəzi   açıb.   Mütəşəkkil   cinayətkarlıq   və   onun   terrorizmlə   əlaqəsi   milli   təhlükəsizliyə 
təhlükə  kimi  qiymətləndirilməlidir. Ölkələr, öz  ölkələrində və  digər ölkələrdə baş  verən 
cinayətkar   fəaliyyətlərə   cəlb   olunmuş   birliklər   üçün   məsuliyyət   daşımalıdırlar.   Əqli 
mülkiyyət itkisi təkcə ABŞ-da 200-250 milyard dollar dəyərindədir. Radio tezliklərinin və 
digər   müəyyən   etmə   üsulları   qanuni   materialların   qeyri-qanuni   sövdələşmələrə   cəlb 
olunmalarını izləməyə imkan verəcək. 2006-cı ildə ABŞ-a aparılan 17000 əcnəbi qurbanın 
yarısı kommersiya məqsədi daşıyan cinsi biznes üçün buraya gətirilmiş və təqribən 200 
000-i isə ABŞ-da köləlik etmək üçün nəzərdə tutulublar.
 
Qrafik 12. Beynəlxalq Qeyri-Qanuni Ticarət
 
Mənbə: Havocscope.com
 
13. 
Enerjiyə artan tələbat necə təhlükəsiz və səmərəli şəkildə təmin 
оlunmаlıdır?
Qlobal enerji strategiyalarını işləyib-hazırlamaq və yeniləşdirmək imkanları çox mürəkkəb 
görünür və qərar qəbul edənlərin səlis siyasət qurmaları üçün sürətlə dəyişir. Bununla 
belə qeyri-səlis siyasətin ekoloji və sosial nəticələri o qədər ciddidirlər ki, tanıma, təhlil, 
mümkün   nəticələrin   qiymətləndirilməsi   və   enerji   imkanlarının   sintezi   üçün   yeni   qlobal 
sistemin   qurulması   bir   daha   təsdiqlənir.   Elə   bir   sistem   qurulmalıdır   ki,   o   ictimaiyyət, 
siyasətçilər və qeyri-elm adamları, həmçinin dünyanın qabaqcıl alimləri və mühəndisləri 
tərəfindən başa düşülə və istifadə oluna bilinsin. 
İki böyük enerji istehlakçısı və CO
2  
istehsalçısı kimi ABŞ və Çin, həm yerdə, həm də 
kosmosda   təsis   edilmiş   günəş-elektrik   enerjisi   iqtisadiyyatından   tutmuş,   kütləvi   bioloji 
yanacaqlar   və   uzaqdan   idarə   olunan   işlərə   qədər   çoxlu   imkanlara   malik   “Apollo-like” 
(“Apolloya   bənzər”)   qlobal   enerji   Tədqiqat   və   Təkmilləşdirmə   proqramı   həyata 
keçirməlidirlər. İlkin ABŞ-Çin əməkdaşlığı daha təmiz kömür və bioyanacaqların istehsalı 
ilə başlayıb. Enerjidən istifadənin effektivliyi daha zəngin ərazilərdə tələbatı artıracaq və 
azaldacaq – bugün, 1973-cü ildə Beynəlxalq Enerji Agentliyinə daxil olan ölkələrdə ÜDM-
İstehlak 
Məhsulları
Silah
İnsan Alveri
Saxtalaşdırma və 
piratçılıq
Narkotik Alveri
Ətraf Mühit 
Məhsulları

nin vahidini istehsal etmək üçün sərf etdiyi enerjidən 33% az enerji sərf olunur. Lakin Çin 
və   Hindistan   kimi   digər   ərazilərdə   mövcud   olan   tələbat   2003-cü   ildən   2030-cu   ilədək 
qlobal   tələbatı   50%-dən   çox   artıracaq   və   bu   da   alternativlər   uğurlu   nəticə   verənədək 
mədən yanacaqlarının istehlakını enerjiyə olan ilkin tələbatın 81%-nə qədər artırır. Eyni 
zamanda karbonun geniş miqyasda sorulması, saxlanılması və yenidən istifadəsi də əsas 
prioritetlərdən biri olmalıdır. 2006-cı ildə bərpa olunan və az karbonlu texnologiyaya 70 
milyard dollardan çox pul qoyulub. 2005-ci ildəkindən 43% çox;   1500 təmiz texnoloji 
(klintek) şirkət açılıb və ABŞ-da 4093 patent günəş və bioloji yanacaqların üstünlük təşkil 
etdiyi təmiz texnologiyaya əsaslanır. 
Tədqiqatlar göstərir ki, günəş enerjisi elektrik enerjisinin əsas mənbəyinə çevrilə bilər və 
əgər ətraf mühitin çirklənməsi artmasa və ərzaq qiymətləri çox qalxmasa, biomassa nefti 
geniş şəkildə əvəz edə bilər. Hallofit bitkilərindən və yosunlardan istifadə etməklə sahildə 
yerləşən səhralıqları dəniz suyuyla kütləvi şəkildə suvarmaqla ildə hər hektara 190 000 litr 
bioyanacaq istehsal etmək olar. İstifadə olunmuş istini bir daha istifadə etməklə müştərək 
enerji   istehsalı   enerji   istehsalına   böyük   yardım   göstərə   bilər.   Bundan   əlavə,   fəaliyyət 
müddətinin   40   il   olacağı   gözlənilən   təqribən   1000   kömür   zavodu   CO
2  
–nin   sorulması 
nəzərdə tutulmadan planlaşdırılma və ya inşa edilmə mərhələlərindədirlər. Növbəti 25 il 
ərzində   tikilmələri   layihələşdirilən   kömürlə   işləyən   elektrik   stansiyalarından   buraxılan 
emissiyalar, ötən 250 il ərzində havaya buraxılmış emissiyalardan çoxdur. Ətraf mühitin 
qorunması hərəkatları mədən yanacağı sənayelərini bağlamağa cəhd edə bilər, necə ki, 
30 il bundan qabaq bu cür hərəkatlar atom (nüvə) enerjisinin inkşafını dayandırmışdır. 
Atom   (nüvə)   enerjisinin   mədən   yanacaqlarından   emissiya   olunan   istixana   effektini 
yaradan qazların əvəz etməsi üçün təqribən 2000 atom elektrik stansiyası tikilməlidir – 15 
ildə   həftəyə   2   və   ya   3   stansiya.   Daha   bir   Çernobl   hadisəsinə   bənzər   hadisənin   baş 
verməsi atom (nüvə) enerjisinin genişlənməsini dayandıra bilər. 
 
Daha yaxşı elektrik keçiriciliyi üçün naqillər nanoborucuqlarla əvəz oluna bilər. Günəş 
fermaları   gümüş   və   digər   generatorların   köməyilə   günəş   işığını   qüllələrin   təpəsində 
cəmləşdirə bilər. Binalara və digər səthlərə yapışdırılan plastik nanotex fotoqalvaniklər 
xərcləri   azalda   və   effektivliyi   artıra   bilərlər.   Külək   enerjisinin   potensialının 
dəyərləndirilməsi günü-gündən artmağa davam edir. Hidrogen infrastrukturuna keçid çox 
baha başa gələ və iqlim dəyişikliyinə gec təsir edə bilər. Qoşula bilən hibridlər və elastik 
yanacaqla  işləyən  nəqliyyat  vasitələri,  batareyaların  qiymətinin  düşməsi  və preslənmiş 
havayla işləyən avtomobillər teziklə yalnız neftlə işləyən nəqliyyat vasitələrinə alternativ 
olacaqlar.  “C   hydrogenoforman”  bakteriyalarının   suyu   və   dəm   qazını   hidrogenə   necə 
çevirməsini öyrənmək davamlı hidrogen istehsalında irəliləyişlərə səbəb ola bilər. Günəş 
enerjisi ilə işləyən kosmik peyklər baza-əsaslı elektrik enerjisi qlobal əsasda idarə edə 
bilər   və   bununla   da   effektliliyi   artıra   və   enerjini   elektrik   şəbəkəsinə   doğru   yönəldə   və 
dünyanı   davamlı   zəngin   elektrik   enerjisiylə   təmin   edə   bilərlər.   Enerji   istehsalının   və 
istifadəsinin   təsirlərini   əks   etdirmək   məqsədi   daşıyan,   enerjinin   dəyərləndirilməsi 
strategiyaları və karbon vergiləri üçün elmi ölçülər üzrə razılaşmalar zəruri olacaq. Bütün 
bunlar Beynəlxalq Enerji Təşkilatının yaranmasını tələb edə bilər.
 
13-cü   Çağırışa   o   vaxt   ciddiliklə   cavab   veriləcək   ki,   ekoloji   cəhətdən   zərərsiz   olan 
proseslərdən   istehsal   olunan   enerji   5   il   dalbadal   digər   enerji   mənbələriniüstələyəcək, 
atmosferik CO

aşqarları ən az 5 il ərzində azalacaq və bu 5 illik amil sayəsində dünyada 
enerji tədqiqat və təkmilləşdirmə xərcləri artacaq.   
 

R
EGİONAL
 M
ÜLAHİZƏLƏR
 
A
FRİKA
: Afrika Çinə idxal olunan neftin 30%-ini istehsal edir. Afrika çox davamlı bərpa edilə 
bilən   enerji   mənbələrinə   saatda   3140   teravatdan   çox   tükənən   texniki   hidroenergetika 
potensialına, 9000 meqavatdan çox geotermal potensialına, zəngin biomas potensialına, 
davamlı   günəş   potensialına   və   bəzi   ölkələrdə   əhəmiyyətli   külək   potensialına   malikdir. 
Bununla   belə   bərpa  oluna  bilən  mənbələr   regionun  ilkin  enerji  təchizatına  1%-dən  az 
yardım göstərir. 
 
A
SİYA
 

  O
KEANİYA
:  Çin istehsalı olan ucuz batareyalar tezliklə elektrik enerjisiylə işləyən 
maşınların tezliklə meydana çıxmasına səbəb ola bilər. Baxmayaraq ki, Çin 1991-ci ildən 
bu yana ÜDM-yə görə enerjini 50% azaldıb, onun CO
2
emissiyalarI 2008-cİ ildə ABŞ-ı 
ötüb   keçib.   Çin   dünyada   ikinci   böyük   neft   istehlakçısıdır   və   2020-ci   ilədək   öz   nüvə 
imkanlarını 4 dəfə artırmağı planlaşdırır. Çində istehsal olunan enerjinin 2/3-si kömürdən 
əldə olunur – bu da Çini hər hansı bir istixana effekti yaradan qazların qarşısının alınması 
strategiyasında  tənqidçi  oyunçuya  çevirir.  Filippində istehsal  olunan elektrik enerjisinin 
27%-i geotermal mənbələrdən əldə olunur. Yaponiya və Cənubi Koreya enerjinin demək 
olar ki, hamısını idxal edirlər. Yaponiya orbitdə günəş enerjisini necə emal etməyin və o 
enerjini Yer kürəsindəki elektrik stansiyaları şəbəkəsinə yönləndirməyin yollarını araşdırır 
və   2020-ci   ilədək   yanacaq   elementləri   ilə   işləyən   5   milyon   maşına   malik   olmağı 
planlaşdırır. Avstraliya 2010-cu ilədək közərmə lampalarının istifadəsini qadağan edərək 
yığcam flüoresent lampaların istifadəsinə keçməyi planlaşdırır. 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin