R
EGİONAL
M
ÜLAHİZƏLƏR
A
FRİKA
: 2006-cı ildə Afrikada internet istifadəçilərinin sayı 41% artıb, lakin penetrasiya
cəmi 3.6%-dir və Misir, Mərakeş, Nigeriya və Cənubi Afrika ümumilikdə 59% təşkil edirlər.
Nigeriya havaya kommunikasiya peyki buraxıb və tezliklə Cənubi Afrikadan da bir peyk
buraxılacaq. “E-tədris Afrika 2007“ Keniyada keçirilib, və keçən ilki görüşdən 4 dəfə artıq
iştirakçıları özünə cəlb edib. Tele-təhsil, tele-tibb və elektron hökumət tezliklə böyük
əhəmiyyətə malik olacaq, çünki QİÇS-dən ölən Afrika mütəxəssislərinin sayı günü-
gündən artır.
A
SİYA
VƏ
O
KEANİYA
: Dünyada ən çox İnternet istifadəçisi Asiyadadır, lakin burada da
penetrasiya cəmi 11% təşkil edir; nəticə etibarilə İnternetdən istifadənin artması burada
hələ təzə başlayıb. Çin dili İnternetdə istifadə olunan ikinci ən ümumi dildir, və 11%
penetrasiyaya malikdir (2007-ci ilin Aprelinədək 144 milyon istifadəçi). Çin 20 milyon
bloqa və 843, 000 internet-səhifəyə malikdir. Çin, televiziyanı, telefoniyanı və tək bir
şəbəkə hesabına geniş diapazonlu İnternetə çıxışı özündə birləşdirən dünyanın ən böyük
kabel-TV-şəbəkəsinə malikdir. Çin hökuməti „zərərli“ məlumatların qəbulunun qarşısını
almaq məqsədilə güclü nəzarət həyata keçirməyə davam edir və xarici şirkətlərin onlarla
əməkdaşlıq etikası üzrə mübahisələr yaranmışdır. 2007-cil ildə Hindistanda proqram
təminatı və xidmətlərinin ixracının 31 milyard dollara çatacağı gözlənilir. Bu göstərici
2006-cı ildəkindən 33% yuxarıdır, və 2010-cu ilədək 60 milyard dollara çatması gözlənilir.
Yapon dili bloqosferanın istifadə olunmasında ingilis dili ilə əlaqəlidir. Qlobal hesablamalar
Cənubi Koreya üçün milli məqsədə çevrilib, bu da dünyada geniş diapazonlu
penetrasiyanın mövcudluğuna gətirib çıxaracaq.
A
VROPA
: Avropada 319 milyon İnternet istifadəçisi var, penetrasiya səviyyəsi isə 39.4%
təşkil edir. Fransız namizədləri “İkinci Həyat” adlı virtual reallıq sistemində seçki
kampaniyası həyata keçiriblər. Estoniya bütün millətlərə qarşı yönəlmiş ilk kiber-
müharibənin obyekti olmuşdur. Rusiya öz KİV və telekomunikasiya xətləri/İnternet/Şəbəkə
dövlət idarəetmə orqanlarını birləşdirib.
Kanada və ABŞ
Avropa
Asiya və Okeaniya
Latin Amerikası və Karib regionu
Afrika
Yaxın Şərq
m
ily
on
ə
h
al
i
L
ATİN
A
MERİKASI
: Yalnız Argentina və Çili 30%-dən çox penetrasiyaya malikdirlər, halbuki
qitədə olan ölkələrin çoxunda bu göstərici cəm 10-20%-dir. Braziliya Amazon
regionundakı 150 icmanı İnternetlə təmin edir. İnternet vasitəsilə həyata keçirilən
müştərək əməkdaşlıqlar regionun inkişafı üçün həyati əhəmiyyətə malikdir.
Ş
İMALİ
A
MERİKA
: Massaçusets Texnologiya İnstitutu Kollektiv İntellekt Mərkəzi açıb. Tibbi
fəlakət planlaşdırması, ekoloji monitorinq, təhsilin inkişafı, enerjinin idarəolunması və
digər qlobal çağırışlara tətbiq olunan kollektiv intellekt üçün məlumat infrastrukturu
yaradır. ABŞ Senatı Avropa Şurasının Kibercinayətlər üzrə Konvensiyasını ratifikasiya
etmişdir. Şəbəkənin 2008-ci il ABŞ Prezident seçkilərinə gətirib çıxaran siyasətdə mühüm
rol oynayacağı gözlənilir.
Qrafik 6. Regional İnternet istifadəçilərinin Artımı
Mənbə:
internetworldstats.com
7.
Etik bazar iqtisadiyyatını varlı və kasıb arasında fərqin аrаdаn
qаldırılmаsınа yardım etməyə necə vadar etməli?
2006-cı ildə Qlobal iqtisadiyyat 5.4% artaraq 66 trilyon dollara (PPP) çatıb. Əhalinin 1.1%
artması orta hesabla adambaşına düşən gəliri 4.3% artırıb. Belə halda 2000-2015-ci illlər
arasında dünyada yoxsulluq yarıdan çox azalacaq, bununla da BMT-nin MİM-inə nail
olunacaq. Baxmayaraq, ola bilsin ki, sub-Sahara Afrikasında buna nail olunmayacaq.
Baxmayaraq ki, dünyanın illik iqtisadi artımı inkişaf edən ölkələrin payına düşür və 2006-
cı ildə iqtisadiyyatda 7% artım qeydə alınıb, gəlir bərabərsizlikləri hələ də böyük
miqyasdadır: dünyanın ən varlı insanlarının 2%-i dünya sərvətlərinin yarıdan çoxuna
sahibdir, kasıb insanların hamısı isə bu sərvətin sadəcə 1%-inə yiyələnib. Dünya
Bankının verdiyi məlumatlara əsasən 2004-cü il ilk il idi ki, gün ərzində adambaşı 1%
dollara yaşayan insanların sayı 1 milyarddan aşağı düşüb, və 2015-ci ilədək dünyanın
son dərəcədə yoxsulluq içində yaşayan insanlarının sayı 10% azalacaq. Dünya əhalisinin
demək olar ki yarısına gün ərzində adambaşı 2 dollardan az düşür, və bu məbləğin 2015-
ci ilədək 1/3 nisbətdə azalacağı gözlənilir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin üzvlərinin rəsmi
inkişafa yardımı 2006-cı ildə 5.1% düşərək 103.9 milyard dollar olub. Halbuki inkişaf edən
ölkələrə göstərilən fərdi maliyyə vasitələri 647 milyard dollara çatıb. BMT-nin İnkişaf
Proqramına əsasən sənaye ölkələri tərəfindən kənd-təsərrüfatına ayrılan subsidiyalar
inkişaf edən ölkələrə ildə 72 milyard dollara başa gəlir. ÜTT kənd-təsəsrrüfatı ixrac
subsidiyalarını 2013-cü ilədək azaltmağa razılaşıb. Bunun və əlavə olaraq qarşılıqlı
mənfəətə əsaslanan ticarətin, artan iqtisadi azadlığın və uğurlu Doha Raund
danışıqlarının inkişaf edən ölkələrdə iqtisadi artımını əhəmiyyətli şəkildə irəli çəkəcəyi
gözlənilir. Karbon emissiyaları ticarəti tezliklə ildə 200 milyard dollara çatacaq. Bunun
yarısı inkişaf edən ölkələrə doğru yönəlir. İqtisadi Azadlıq İndeksi, Korruspiyanın
Qavranılması İndeksi, və Rüşvət Verənlərin İndeksi göstərir ki, korrupsiyanın azaldılması
və artan azadlıq təkmilləşmiş iqtisadi inkişafla əlaqəlidir. Dünya Bankının həyata keçirdiyi
araşdırmaya əsasən 2006-cı ildə rüşvətxorluq 1 trilyon dollara çatıb. BMT-nin Korrupsiya
əleyhinə Konvensiyası 2005-ci ilin Dekabrında qüvvəyə minib.
ÜTT-nin verdiyi məlumata əsasən, 2006-cı ildə Çinin ixracatı 969 milyard dollara, ABŞ-ın
ixracatı isə 1,037 dollara milyarda çatıb. Belə getsə Çin 2007-ci ildə ABŞ-ı keçəcək. Onun
yüksək texnologiyaya və aşağı əmək haqqıya malik şəraiti, və əlavə olaraq Hindistanın
günü-gündən artan inkişafı digər inkişaf edən ölkələrin onlarla rəqabətə girməsini
çətinləşdirəcək. Nəticə etibarilə bir çox inkişaf edən ölkələr üçün ixracat-yönümlü artım
strategiyalarını yenidən nəzərdən keçirmək və təkcə onların kənd-təsərrüfatı və daxili
sənaye bazarlarına əsaslanmaqla kifayətlənməyib, məlumat, xidmət və bilik
təsərrüfatlarının istehsal vasitəsi olan İnternet vasitəsilə yeni fəaliyyətlərə təkan verən
alternativ inkişaf stretagiyaları yaratmaları ağıllı bir iş olardı. Strategiyalar mövcud
olmayan işləri axtarmaqdansa, İnternet vasitəsilə bazarlar axtaran fərdləri
dəstəkləməlidirlər. İşgüzar Faəliyyət hesabatlarına əsasən 2005-06-cı illərdə 43 ölkədə
fərdlərin biznesə başlaması asanlaşıb.
Varlılar və kasıblar arasında, azad bazarların gücündən istifadə edən və qlobal əxlaqa
əsasən qeyri-bərabərlikləri azaltmaq üçün idarə həyata keçirən qlobal əməkdaşlıq üzrə
strateji plan yaradılmalı və həyata keçirilməlidir. Əks halda bu qeyri-bərabərliklər kifayət
qədər arta və kasıbların varlı regionlara miqrasiya etməsi və nəticə etibarilə münaqişələrin
artmasına səbəb ola bilər. Strategiyaya həmçinin tele-təhsilə və tele-işlərə qoyulmuş
kütləvi sərmayələr daxil edilməli və beləliklə, rifah mövqeləri sahibikarlıq ruhu ilə
əvəzlənməli və bu da öz növbəsində texniki yardımla kombinə edilmiş, geniş mikrokredit
mexanizmləri ilə gücləndirilməklə yanaşı, geniş özəl sektora malik olmayan ölkələrdə
dövlər rifahından istifadə edilməlidir. Etik bazar iqtisadiyyatları ədalətli məhkəmə sistemi
və siyasi sabitliyi olan, yerli inkişaf qərarlarında iştirak etmə şansı verən, sosial və ekoloji
məqsədlərə əməl edən biznes vasitələrinə, qarşılıqlı mənfəətə əsaslanan ticarətə, sağlam
sərmaye atmosferinə və torpağa, kapitala məlumata çıxışı təmin edən hökumətlər
tərəfindən təmin edilən “hamı üçün bərabər imkanlar” tələb edir.
7-ci Çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki, bazar iqtisadiyyatından sui-istifadə edən
və korrupsiya ilə məşğul olan şirkətlər və hökumətlər intensiv şəkildə məhkəməyə cəlb
olunacaq və inkişafdan qalma – bütün mənalarda – yaxın 10 ilin 8-ində azalacaq.
R
EGİONAL
M
ÜLAHİZƏLƏR
A
FRİKA
: 1997-ci ildə ancaq 1 Afrika ölkəsi ən yüksək kredit ödəmə qabiliyyətinə malik olub;
indi isə bu göstərici 20-dir. Bu da Afrikaya, məhsul ixracına deyil, gələcək-yönümlü
fəaliyyətlərə sərmayə qoymaq üçün daha yaxşı kredit əldə etmə imkanı verir. Cənubi
Afrika istisna olmaqla, sub-Sahara Afrikasında orta hesabla 4.5% artım qeydə alınıb, lakin
yüksək doğum sayları, korrupsiya, silahlı münaqişələr, kasıb hökumət, ekoloji tənəzzül,
zəif səhiyyə xidmətləri və savadsızlıq ucbatından yoxsulluq artmağa davam edir. Hal-
hazırda dünyadakı ən kasıb insanların 30%-i Afrikadadır. 1990-cı ildə bu göstərici 19%,
1981-ci ildə isə cəmi 11% olub. Afrikanın İnkişafı üzrə Yeni Əməkdaşlığın məqsədi özəl
sektoru inkişaf etdirmək, informasiya və kommunikasiya texnologiyalarını təkmilləşdirmək,
istehsalatı və ixracatı müxtəlifləşdirmək (diversifikasiya etmək), ekoloji idarəetməyə imkan
yaratmaq, kiçik biznesləri təşviq etmək və korrupsiya ilə mübarizə aparmaqdır. Dövlət
büdcələri Misirdə olduğu kimi yerli özünəyardımla əlaqələndirilməlidirlər; mədəniyyətlər
daha elm və sahibkarlıq yönümlü olmalıdırlar.
A
SİYA
VƏ
O
KEANİYA
: Su və enerji çatışmamazlığı, kənd-şəhər gəlirləri arasındakı uçurumun
genişlənməsi, və ümumi ekoloji şərait Çin və Hindistanın müstəsna şəkildə iqtisadi
inkişafını – 200 milyon sahibkarın millyonlarla insanı yoxsulluqdan çıxarmasını – təhlükə
altına salır. Region dünya istehsalatının təqribən 1/3 hissəsini hasil edir və dünyadakı
yoxsul əhalinin 2/3-si bu regionun payına düşür. ASEAN öz üzvləri arasında inteqrasiyanı
sürətləndirməyi və 2015-ci ilədək ASEAN Birliyini təsis etməyi planlaşdırır. Yaxın Şərqdə
iqtisadi inkişaf üçün əsas amillər daha geniş iqtisadi azadlıq, İsrail-Fələstin münaqişəsinin
həll olunması, qanunun aliliyi, savadlılığın artması, cinsi bərabərlik və kiçik biznesin
inkişafıdır.
A
VROPA
: Yüksək dərəcədə işsizliyin, yaşlanan əhalinin və baha ictimai xidmətlərin
kombinasiyası mühacirlərin sayının artması, və təqaüdə çıxmış Avropalıların yeni nəsli
arasında daha çox tele-sahibkarların mövcudluğu olmadan tab gətirə bilməz. AB-nin
genişlənməsi əxlaqi bazarı böyütməyə və qanuni sistemləri tarazlaşdırmağa davam edir.
Lakin varlı-kasıb bərabərsizliyi günü-gündən artır, sosial xidmətlər azaldılır, və əmək
aşağı məvacibə malik ölkələrə doğru miqrasiya edir.
L
ATİN
A
MERİKASI
: Latin Amerikası və Karib dənizi hövzəsindəki ölkələrin iqtisadiyyatı 2006-
cı ildə 5.6% artıb, və 2007-ci ildə bu artımın 4.7%-ə düşəcəyi gözlənilir. Dünyada varlılar
və kasıblar arasında ən böyük uçurum bu regioda mövcuddur və regionda bu uçurumun
aradan qalxmasına və 100 milyon insanın yoxsulluqdan çıxmasına hələ çox var. Bəzi
azad bazar liderlərinin iqtisadi inkişafı artırmasında və kasıb əhali üçün sosial ədalətin
təmin olunmasında ciddi səyləri nəzərə çarpmır. Bu, solçu hökumətlər üçün milliləşdirici
Orta Şərq və Şimali Afrika
Avropa və Mərkəzi Asiya
Cənubi Asiya
Şərqi Asiya və Okeaniya
Afrikanın Sub Saxara regionu
Latın Amerikası və Karib regionu
Dünya
ehtiyatlara malik daha mərkəzləşmiş straetigaylara doğru hərəkət etməyə yeni bir yol
açıb. İstehsalat vasitələrinin və torpaqların bölüşdürülməsi dəyişdirilməli, aşağı məvacibə
malik insanların, təhsilli orta təbəqə və aktiv vətəndaş cəmiyyəti tərəfindən gücləndirilimiş
inkişaf layihələrinin bütün mərhələlərində iştirakına doğru dəyişməlidir.
Ş
İMALİ
A
MERİKA
: ABŞ-da ticarətin passiv balansı – xaricdə işsizliyə kömək etməklə özünün
daxilindəki iqtisadiyyatı təhlükəyə ataraq - özünün ən yüksək dərəcəsinə çatıb. ABŞ-ın
dövlət borcları 9 trilyon dollara çatır və bu da gələcək inflyasiyanın xəbərdarçısıdır. Özəl
sektorda işçilərini yarısını işlədən və ABŞ-dakı yeni işlərin 2/3-ni yaradan kiçik bizneslər
bu dəyişkən iqtisadi şəraitə hazırlaşmalıdırlar. ABŞ-da isə gəlir boşluğu genişlənməkdə
davam edir: belə ki, ən yüksək pillədə dayanan 300 000 amerikalının 2005-ci ildəki gəliri
an aşağı pillədə yer alan 150 milyonun gəlirinə bərabərdir. 2004-cü ildə, Kanadadakı varlı
ailələrin 10%-i kasıb ailələrin 10%-indən 82 dəfə çox pul qazanıb.
Qrafik 7. Gündəlik Adambaşına 1.08 Dollar düşən Əhalinin Payı (%)
Mənbə: Qlobal Monitorinq Hesabatı 2007, Dünya Bankı
8.
Yeni və yenidən baş qaldıran xəstəlik və immun mikroorqanizmlərin
təhlükəsi necə azaldılmalıdır?
ÜST-nin verdiyi məlumatlara əsasən dünyada 2.4 milyon həkimin, tibb bacılarının,
mamaların kifayət etmədiyi və insanlar daha çox ömür sürdükləri şəraitdə, tele-səhiyyə,
özünümüayinə üçün bioçip sensorlarına, və digər avtomatlaşdırılmış sistemlərə olan
ehtiyac kəskin şəkildə arta bilər. Ağır Kəskin Respirator Sindromu (SARS) təhlükəsi
insanların çağırışlara lazımi şəkildə cavab verməsi ilə aradan qaldırılıb. Hal-hazırda
dünya 25 milyon insanın ölümünə səbəb ola biləcək, hava yolları şirkətlərinə, turizmə və
digər iqtisadi sektorlara saysız-hesabsız zərbə vuracaq H5N1 quş qripi virusu nəticəsində
meydana çıxa biləcək irsi dəyişkənliklər üçün hazırlaşır.
Bu günə kimi davamlı insandan-insana ötürülmə faktı qeydə alınmayıb. Asiya
quşçuluqfermaları öz canlı-bazar bizneslərini donmuş məhsullar bazarına çevirmək üçün
vasitələr əldə etməlidirlər. 63-dən çox ölkədə quşlar arasında yayılmış quş qripi Avropa və
bir neçə hallar qeydə alınan ABŞ-da daxil olmaqla qərbə doğru hərəkət edib. ÜST 13
ölkədə 317 insanın quş qripinə yoluxduğunu, və 191 insanın ölüm hallarını təsdiqləyib.
2005-2006-cı illər arasında xəstəlik 15%, 2004-2005-ci illər arasında isə 55% artıb.
Ölümlərin təqribən 30%-i yoluxucu xəstəliklər səbəbindən baş verib. Bu gün dünyada ən
geniş yayılmış yoluxucu xəstəlik 2 milyon insana yoluxmuş Hepatit B virusudur. QİÇS hal-
hazırda dünyada baş verən ölümlərin 4-cü başlıca səbəbidir: 25 milyon insan QİÇS-dən
ölüb. Bu ölümlərin 2.9 milyonu 2006-cı ildə baş verib; 34.1-47.1 milyon insanda HİV
virusu var, bunlardan 3.6-6.6 milyonu bu virusa 2006-cı ildə yoluxub. Təqribən 7.3 milyon
qız və 4.5 milyon oğlan HİV/QİÇS virusunun daşıyıcılarıdır. Aşağı və orta gəlirə malik
ölkələrdə yaşayan, QİÇS virusu daşıyıcısı olan insanların təqribən 28%-i dərman qəbul
edir – 2005-ci il ərzində 54% artıb – lakin bir insanın müalicəyə başladığı vaxt ərzində
daha 6 insan HİV/QİÇS virusuna yoluxur. Klinton Fondu QİÇS dərmanlarının illik həddini
təqribən 100 dollara və gündə bir dəfə qəbul edilən həbləri isə gündə 1 dollara endirməyə
kömək edib. Baxmayaraq ki QİÇS sub-Sahara Afrikasında baş verən ölümlərin birinci
səbəbidir, lakin Şərqi Avropada və Mərkəzi və Cənubi Asiyada bu xəstəlik daha sürətlə
yayılır. 2006-cı ildə qlobal sərmayələr 12 milyard dollara çatıb və QİÇS sınaqlarının
qiyməti bir sınağa 15 dollar olmaqla aşağı düşüb. Hələ ki, müsbət vaksin nəticələri əldə
olunmayıb, lakin tədqiqatlar göstərir ki, kişilərdə sünnət olunmaq yolu ilə HİV virusunun
50%-ə qədərindən yaxa qurtarmaq olar.
Quş qripinə və SARS virusuna qarşı qarşı həyata keçirilən tədbirlər göstərib ki, hətta
vaksin olmadan belə xəstəliyi erkən mərhələsində müəyyən və dəqiq məruzə etməklə,
təcili təcrid və davamlı qlobal məlumatlandırma yolu ilə nəzarət altında saxlamaq olar.
ÜST hər il orta hesabla 200 elmi tədqiqat həyata keçirir, və təqribən 50-sinə beynəlxalq
cavab tələb olunacaq. Son 20 ildə 30-dan çox yeni və yüksək yoluxuculuğa malik
xəstəliklər müəyyən olunub. Bundan əlavə 20 məlum xəstəlik növü antibiotiklərə qarşı
müqavimət göstərib, xolera, sarı qızdırma, vəba, tropic qızdırma, meningit, hemmoraqik
qızdırma və difteriya kimi köhnə xəstəliklər yenidən meydana gəlib. Afrikada, Çində və
Cənubi Asiyada heyvanlar arasında yayılmış yoluxucu viruslar müəyyən olunur ki.
epidemiya insanlara çatmamış onun qarşısı alınsın. Genetik məlumatın, proqram
təminatının və nanotexnologiyanın gələcəkdə istifadəsi xəstəlikləri genetik və ya
molekulyar səviyyədə müəyyən və müalicə edəcək. Eyni zamanda əllərin yuyulması
yoluxucu xəstəliklərin azaldılmasının ən münasib yolu ola bilər.
Qlobal sağlamlığa yoxsulluq, miqrasiya, ticarət, insanların təbii mühitə zorla girməsi,
ekoloji ziyan, meşəsizləşdirmə, beynəlxalq səyahət, silahlı münaqişələr və şəhərlərdə
çoxlu sayda insanın anti-sanitariya mühitində cəmləşməsi təsir göstərir.Bio-terrorizm bio
sensorlar və yanğın söndürənlər kimi bütün dünyada yerləşdirilə bilən əsas vaksinlər üçün
Tədqiqat və Təkmilləşdirməni artırıb. Qida və ya heyvanlardan törəyən xəstəliklərin
qarşısını almaq üçün daha yaxşı ticari təhlükəsizlik zəruri olacaq. Digər problemlər gen
laboratroiyalarından və naməlum nano-orqanizmlərdə olan süni bakteriyalardan törəyə
bilər.
ÜST-nin elektron-sağlamlıq sistemləri, SARS virusu kimi təhlükələrə cavab vermək üçün
yeni qaydalar, immunizasiya prqoramları və Qlobal Epidemiya Həyəcanı və Tədbirlər
Şəbəkəsi bu çağırış üzrə qlobal cavablar olmaqla yanaşı, Qlobal Fond vasitəsilə QİÇS,
vərəm və malyariya xəstəlikləri ilə mübarizə üçün 7 milyard vəsait xərclənmiş və bu da öz
növbəsində dərman preparatlarının qiymətinin daha aşağı olması ilə nəticələnərək
malyariyanın qarşısının alınması üçün 30 milyon insektisid (çarpayı torluqları ilə birgə)
təmin etmişdir. Alimlər malyariya paraziti daşımayacaq genetik cəhətdən modifikasiya
edilmiş elə bir ağcaqanadın düzəldilməsi üzərində iş aparırlar. Nə vaxtsa dərmanlar
məlum və naməlum səbəblərdən meydana gəlmiş infeksiyaların qarşısını alması üçün
immun sistemimizi inkişaf etdirə bilər, və edilmiş bir vaaksinasiya daimi ola və gələcək
nəsillərə irsən keçə bilər.
R
EGİONAL
M
ÜLAHİZƏLƏR
:
A
FRİKA
: Qlobal xəstəliklərin 24%-ini daşıyan Afrika dünyanın cəmi 3% sağlam işçisinə və
dünyadakı tibbi xərclərinin 1%-dən də azına malikdir. HİV/QİÇS-in sub-Sahara
Afrikasında yayılması getdikcə azalır: 2004-cü ildə yayılma faizi 5.3-6.8%, 2006-cı ildə isə
5.2-6.7% olub. Lakin bu dövr ərzində daha 2 milyon insan HİV virusuna yoluxub və bu
virusa yoluxanların ümumi sayını 21.8-27.7 milyona çatdırıb. Bu da Cənubi Afrikada həyat
davamlılığını təqribən 15 il azaldıb. Bir çox ölkələrdə QİÇS virusu mütəxəssislər arasında
ölümlərin baş verməsinə səbəb olaraq ölkənin inkişafını təhlükə altında qoyub. Burada
illik 1 milyon ölümün 90%-i Sub-Sahara Afrikasında malyariya nəticəsində baş verir, və bu
da regiona ildə 12 milyard dollara başa gəlir. Yaxın 2 ildə malyariya əleyhinə təcrübi
vaksinanın sınaqdan keçirilməsi nəzərdə tutulub.
A
SİYA
VƏ
O
KEANİYA
: Regionda təqribən 8.6 milyon insan HİV virusuna yoluxub. Bunların 5
milyonu Hindistanda, 2 milyonu isə Çindədir. Yaxın 5 il ərzində regionda bu virusa
yoluxmuşların sayı 20 milyona çatacaq. Malyariya endemikdir, adi qızdırma verir və hətta
müasir, dezinfeksiya olunmuş Sinqapurda vərəm çöpləri yenidən meydana çıxıb.
Dünyada Vərəm xəstəliyinin ən yüksək dərəcəsi Cənubi Asiyadadır. Hər il burada 3
milyon yeni hal qeydə alınır. Hal-hazırda dünyada quş qripi səbəbindən ən çox itki verən
ölkə İndoneziyadır. Karaçidə az təmin olunmuş uşaqlar arasında əl yumanın təşviq
olunması impetiqo xəstəliyini 34%, ishalı 53% və sətəlcəmi (pnevmaniya) 50% azaldıb.
A
VROPA
: 2006-cı il ərzində təqribən 84 000 Avropalı QİÇS səbəbindən dünyasını dəyişib.
Avropada ən yüksək HİV/QİÇS əmsalı Rusiyadadır və Rusiya onun yayılmasının qarşısını
almaq üçün təşəbbüs irəli sürüb. Vərəm də həmçinin Şərqi Avropada geniş yayılan
xəstəliklərdəndir. HİV-in Qərbi və Mərkəzi Avropada yayılması təqribən 0,3%
stabilləşdirilib. Burada ildə 22, 000 insan yeni HİV infeksiyalarına yoluxur və 12, 000 insan
QİÇS-dən vəfat edir.
Latin Amerikası
Şimali Amerika
Yaxın Şərq və Şimali
Afrika
Cənubi-Şərqi Asiya
Qərbi Sakit Okean
Regionu (Asiya)
Avropa və MDB
Sub Saxara Regionu
L
ATİN
A
MERİKASI
: Braziliya 1996-cı ildə QİÇS virusuna yoluxmuş bütün vətəndaşlarına
antiretrovirus terapiyası təklif edib. Bu da 1996-2004-cü illər arasında xəstəxana
xərclərində 2.2 milyard dollar qənaət olunmasına və başqa yerlərdə də oxşar cəhdlərin
həyata keçirilməsini ruhlandırmağa səbəb oldu. Argentina, Braziliya, Çili və Kuba kimi
ölkələrdə müalicənin miqyası 80%-i ötüb keçib. Latın Amerikasında yaşayan HİV/QİÇS
viruslu 1.8 milyon insanın çoxu Argentina, Braziliya və Kolumbiyada yaşayır. Latın
Amerikası müalicəyə ehtiyacı olan insanların 72%-ini müalicə ilə təmin edir.
Dostları ilə paylaş: |