Minnətdarlıq
Minilliyin Layihəsi üzrə 29 əlaqə mərkəzlərinin 38 sədr və həm-sədrləri, həmçinin
iştirakçıların seçilməsi, anketlərin tərcümə edilməsi və müsahibələrin aparılması kimi
məsələlərdə yardımçı olmuş və bu qurumların üzvü kimi fəaliyyət göstərmiş şəxslər cari və
əvvəlki illərdə həyata keçirilmiş tədqiqatların həyata keçirilməsində başlıca rol oynamışlar.
Hayato Kobayaşinin tədqiqi və inzibati yardımı ilə Theodor Qordon, Cerom Qlenn və
Elizabet Floresku bu cild üçün həyata keçirilmiş tədqiqatın iştirakçıları olublar. Xüsusi
minnətdarlıq 2-ci Fəsildə Gələcəyin Durumu İndeksinin gələcəkdə inkişafı və
qiymətləndirilməsində kəmiyyət və konseptual liderliyinə görə Teodor Qordona; 1-ci
Fəsildəki 15 Qlobal Çağırış üzrə həyata keçirilmiş müştərək tədqiqat üzərində liderliyinə
görə Cerom Qlennə; və 4-cü Fəsildəki Ekoloji Təhlükəsizlik Məsələlərinin tədqiqi və
təşkilinə görə Elizabet Floreskuya bildirilir. Dünya üzrə 213 iştirakçı “Gələcək Təhsil və
Tədris 2030-cu ildə” mövzusunda aparılmış tədqiqata töhfələrini vermişdirlər. 3-cü Fəsil
Cerom Qlenn tərəfindən aydınlaşdırılmış nəticələrdir; Teodor Qordon tərəfindən edilmiş
tam təhlil 5-ci CD bölməsi və Əlavə E-dədir. 4-cü Fəsildə xülasə edilmiş aylıq hesabatları
hazırlayan Ekoloji Təhlükəsizlik yoxlanış komandasının əsas üzvləri Cerom Qlenn, Elizabet
Floresku, Con Yanq, Teodor Qordon, Rober Caret, Piter Rzesotarski, Qreqor Volbrinq və
Hayato Kobayaşi olublar.
Linda Stark çap bölməsinin redaktəsini həyata keçirib. Con Yanq hər iki, həm çap, həm də
CD bölmələrindəki müxtəlif bölmələrin yoxlama düzəlişlərinə köməklik göstərib. Elizabet
Floresku çox qısa müddət ərzində bu kitabın həm çap, həm də kompakt disk bölmələrinin
hazırlanmasını və tərtibatını həyata keçirib. Kitabın üzlüyü Darvin Foye tərəfindən tərtib
edilib.
Xüsusi minnətdarlıq bildirilir: kompakt diskdəki şərhli ssenari biblioqrafiyasına etdiyi davamlı
əlavələrə görə Suzan Cettə; milli GDİ-nin inkişafına edilmiş köməklərinə görə Xose
Kordeyroya və Quido Nunyez-Muxikaya; layihənin İnternet saytının və daxili elektron poçt
siyahılarının hazırlanmasına görə CİM Enginnering, İnc-in Prezidenti Piter Yimə; və
eksperimental müştərək proqram təminatına görə Frenk Katanzaroya.
Təcrübə keçənlər - Coys M.Albert, Debora Alimi, İvan Faber, Delani Froystad, Layla
Hadad, Ayano Yoroy, Meqan Kim, En-Şarlot Laqrankur, Aniçka Lyuis, Demetrios
Panosakis, Teodora Panosakis, Fuzia Sequer və Felipe A.Zuluaqa Minilliyin Layihəsinə
ümumilikdə kömək göstərmiş və 15 Qlobal Çağırışı yeniləndirmiş və təkmilləşdirmişlər. Biz
onların hamısına gələcək karyeralarında uğurlar arzulayırıq.
15 Qlobal Çağırışa dair məlumatları yeniləndirmək və yaxşılaşdırmaq üçün Janna Kitni
Anderson, Marqairita Arroyo, Dennis Buşnel. Yan Kayrnkros, Ketrin Kozqrov, Korenliya
Dahaym, Franki Demsar, Xuan Eybenşuts, Roberto Eybenşuts, Fenq Hsu, Deyvid Fletçer,
Elizabet Floresku, Nadejda Qaponenko, Teodor Qordon, Migel Qutyeras, Ana Jakil, Zuyinq
Jin, Hayato Kobayaşi, Osmo Kuusi, JP Lendmən, Miriyam Leys, Eleonora Masini, Bernard
Metays, Nikolas Mino, Corc Müler, Tom Mörfi, Konsepsion Olavaryeta, Sten Rozen,
2007 Gələcəyin Durumu
14
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
Qustavo Paz Soldan, Culia Taquyena, Jereon Uers, Tomas Valone, Vanessa Vatkins,
Qreqor Volbrinq, Con Yanq və Cina Zubludovski öz töhfələrini vermişlər.
Meksikada Qlobal Minillik Mükafatının və Minillik Təltifatların sponsorlarına xüsusi
təşəkkürlər: Meksika Təhsil Nazirliyinə, Hyulet-Pakard şirkətinin Meksika filialına, Pfayzer
şirkətinin Meksika filialına, Qrupo Salinasa, Qrupo Nestle Meksikoya, Qrupo İmerə, El
Qallito Kampa, Qobyerno del Estado de Meksikoya, İbope-Agb-yə, Pandilla Telmeksə və
“Once TV”-yə; və Minillik Təltifatların Azərbaycanda keçirilməsinə sponsorluq edən
Azərbaycan Respublikasının Rabitə Nazirliyinə xüsusi minnətdarlıq bildirilir.
2007 Gələcəyin Durumu
15
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
Ön söz
Gələcəyin araşdırılmasının məqsədi qərarları təkmilləşdirmək üçün hər iki, mümkün və
arzuolunan gələcəyi sistematik şəkildə tədqiq etmək, yaratmaq və sınaqdan
keçirməkdir. Qərar qəbul etmə prosesi qloballaşmanın təsirinə məruz qalır; nəticə
etibarilə, fərdlər, qruplar və ya institutlar tərəfindən verilmiş qərarları bildirmək üçün
qlobal gələcək araşdırılmasına ehtiyac duyulacaqdır.
Köhnə dəniz gəmilərində dor ağacının başında yer alıb gəminin naməlum sulardan sakit
şəkildə keçməsi üçün qayaların və təhlükəsiz kanalların olduğunu kapitana çatdıran
adam kimi, dünya üçün proqnozlar verən futurist insan da problemləri və imkanları
dünya liderlərinin diqqətinə çatdıra bilər. Miniliyin Layihəsi bu cür sistemlərdən biridir.
Dövrümüzün məsələləri və onların həlli yolları transmilli, transinstitutsional və
transdissiplinar səciyyə daşıdığı üçün Minilliyin Layihəsi beynəlxalq təşkilatlar,
hökumətlər, korporasiyalar, QHT-lər və universitetlər üçün çalışan futuristlərin, alimlərin,
elm xadimlərinin, biznes planlaşdırıcılarının və siyasət qurucularının müştərək qlobal
elmi mərkəzi kimi təsis edilib.
Gələcəyin araşdırılması bir çox elmi araşdırmalarla qeyri-münasib münasibətlərdə olub.
İrəliyə getdikcə elmi araşdırmalar öz tədqiqat dairələrini daraltmağa meyllənir.
Gələcəyin araşdırılması isə əksinə inkişaf etdikcə gələcək imkanları nəzərə alaraq öz
tədqiqat dairəsini genişləndirməyə çalışır. O, elm deyil; gələcəyin araşdırılmasının
nəticələri istifadə olunmuş üsullardan və mütəxəssislərin bacarıqlarından asılıdır. Onun
metodları yüksək kəmiyyətə (2-ci Fəsildə göstərilmiş Gələcəyin Durumu İndeksi kimi) və
keyfiyyətə (3-cü Fəsildə göstərilmiş 2030-cu ilədək Təhsil və Tədrisin araşdırmasını
həyata keçirən Delphi tədqiqatları kimi) malik ola bilər. O, indiki zamanı daha yaxşı başa
düşmək və əqli üfüqləri (1-ci Fəsildə şərh edilmiş 15 Qlobal Çağırış kimi)
genişləndirmək üçün əsas yaratmağa kömək edir.
2007-ci il üçün Gələcəyin Durumu qlobal dəyişikliyə yeni bir baxışdır. Bu sayca 11-ci
Gələcəyin Durumu hesabatıdır. O, onbirillik müştərək tədqiqatlardan və təqribən 2 400
dərin düşüncəli və yaradıcı insanların mühakimələrindən ibarətdir. Keçən ilki
tədqiqatlarda təqribən 350 insan iştirak edib. İştirakçıların institusional və coğrafi
demoqrafik göstəriciləri Əlavədə göstərilmişdir. İştriakçıların tam siyahısını isə kompakt
disk (CD) versiyasının “A” Əlavəsində tapmaq olar.
İllik Gələcəyin Durumu hesabatı insanların öz nadir tələblərinə uyğun gələn informasiya
və ideyalar əldə edəcəyi bir vəsaitdir. O, ictimai və fərdi siyasət qurucularının öz strateji
qərar qəbul etmə proseslərini və qlobal düşüncələrini inkişaf etdirmək üçün istifadə edə
biləcəkləri qlobal bir görüntüyə malikdir. Biznes icraçıları (idarəçiləri) bu araşdırmadan
öz planlaşdırmalarına bir kömək kimi istifadə edə bilərlər. Universitet professorları,
futuristlər və digər müşavirlər öz təlimlərində və tədqiqatlarında bu məlumatlardan
faydalana bilərlər. Əvvəlki hesabatların bölmələri universitet və orta məktəb
mövzularında istifadə olunmuşdur.
2007 Gələcəyin Durumu
16
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007-ci il üçün Gələcəyin Durumu iki hissədən ibarətdir: Minilliyin Layihəsinin bu il üçün
və keçən bir neçə il üçün həyata keçirdiyi tədqiqatların tam təfərrüatları olan kompakt
disk versiyası və 2006-07-ci il tədqiqatlarının bir sıra saflaşdırılmış versiyalarının bu çap
bölməsi. Çap bölməsinin hər bir fəslini kompakt disk versiyasındaki uyğun fəslin
Xülasəsi hesab edin. Məsələn, 15 Qlobal Çağırış üzrə çap bölməsinin 1-ci Fəsli hər
Çağırışa 2 səhifə ayırır, kompakt versiyası isə onlara 1 000-dən çox səhifə ayırır.
Kompakt disk versiyası həmçinin sifarişlə həyata keçirilən işlərdə lazım olan xüsusi
elementlərin tədqiqi üçün istifadə oluna bilər. 15 Çağırışın hər biri üzrə regional
perspektivlər də həmçinin 1-ci Fəsildə təqdim olunub. Məsələn, 15 Çağırışın hər biri
üzrə Afrikaya dair bütün bölmələr kəsilib yapışdırılmaq yolu ilə (ola bilsin ki, digər
Fəsillərdə Afrika haqqında olan məlumatları da əlavə etməklə) bir kağızda birləşdirilə,
beləliklə də Afrika üçün Qlobal Çağırışlar və Məsələlər haqqında bir hesabat hazırlana
bilər.
Hesabatın təqribən 5 500 səhifədən ibarət olan kompakt disk versiyası istinad sənədi
kimi xidmət göstərmək üçün hazırlanmışdır. İstifadəçilər açar sözlərdən istifadə etməklə
sənədi axtara və ya maraq dairələrinə aid xüsusi bölmələri çap edə bilərlər. Kompakt
disk versiyasında, məsələn, hər bir Çağırış müfəssəl xülasəyə, çağırışlara aid alternativ
qavrayışlara və xülasəyə edilən əlavələrə, regional perspektivlərə, ən son
ədəbiyyatlardan əldə olunmuş müvafiq məlumatlara və əvvəlki Qlobal Müşahidə
Panellərinin həyata keçirdiyi əməliyyatlar toplusuna malikdir. Məlumatlardan bəziləri
qərar qəbul edənlərlə aparılmış əvvəlki müsahibələrdən qaynaqlanır. Çağırışların
şərhləri də həmçinin özlərində ötən illərdə daxil edilmiş ideyaları, əlavə fəaliyyətləri və o
fəaliyyətlər haqqında fikirləri, çağırışa cavab verərkən inkişafı və çatışmamazlıqları
ölçmək üçün təklif olunmuş göstəriciləri əks etdirir.
15 Qlobal Çağırış Fəslindəki bəyanatlar yekdilliklə qəbul olunmur, çünki o bəyanatlar tək
bir müəllifin yox, yüzlərlə iştirakçının saflaşdırılmış fikirləridir. Biz rəylərin müxtəlifliyini
axtarmış və bəyənmişik. Nəticə etibarilə, qarşıya qoyulmuş məsələlərin və tövsiyə
edilmiş fəaliyyətlərin bəziləri təzadlı görünür. Bundan başqa, bəyanatların bəzilərində
səbəb-nəticə əlaqələri nəzərə çarpmır və bəziləri siyasi ifadələr kimi səslənir, lakin
bunlar siyasət prosesində faydalı ola biləcək iştirakçıların fikirləridir. Bununla belə, onlar
qlobal vəziyyətin digər mənbələrdəkindən daha aydın icmalını və proqnozlarını təqdim
edir.
Minilliyin Layihəsinin bölmələri, qlobal və yerli perspektivləri əlaqələndirən fərdlər və
təşkilatlar qrupudur. Onlar iştirakçıları müəyyən edir, müsahibələr həyata keçirir,
anketləri tərcümə edir və paylayır, tədqiqatlar və konfranslar həyata keçirir. Onların
köməyilə dünyanın bu hesabat haqqında təsəvvürləri və həqiqətən Minilliyin Layihəsinin
bütün işləri əmələ gəlir.
Öz tədqiqatları, nəşrləri, konfransları və bölmələri vasitəsilə Minilliyin Layihəsi bəşəri
inkişaf üçün sosial, texniki və ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə kollektiv
məlumatların toplanması istiqamətində edilən sorğular və alınan rəylər sahəsində
2007 Gələcəyin Durumu
17
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
beynəlxalq əməkdaşlıq ruhunun yaradılmasına yardım edir. Bu kitabın hər hansı bir
bölməsi üzrə rəylərin elektron ünvanına göndərilməsi arzuolunandır
və növbəti Gələcəyin Durumunu formalaşdırmağa kömək edə bilər.
Cerom K. Qlenn
Minilliyin Layihəsinin
Direktoru
Teodor C. Qordon
Baş Həmkar
Minilliyin Layihəsi
Elizabet Floresku
Minilliyin Layihəsinin
Tədqiqatlar
üzrə
Direktoru
2007 Gələcəyin Durumu
18
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
Bu İlin Hesabatındakı Yeniliklər
15 Qlobal Çağırışın həm qısa, həm də uzun versiyaları yeniləşdirilmişdir.
Gələcəyin Durumu İndeksi “Real Time Delphi”dən istifadə olunmaqla
icmallaşdırılıb, dəyişkənliklər yenidən qiymətləndirilib və düzəlişlər edilib. Türkiyə və
Koreya Respubliksı üçün GDİ-lər hazırlanıb və milli GDİ-lərin müqayisəsi prosesi
təkmilləşdirilib.
3-cü Fəsildə şərh edilmiş 2030-cu ilədək Təhsil və Tədrisin tədqiqi dünyadan
seçilmiş 200-dən çox iştirakçının fikirlərinin saflaşdırılmış şəklidir. O, 2030-cu ilədək
gələcək Təhsilə və Tədrisə təsir göstərə biləcək 19 imkanı təqdim edir.
Mütəxəssis rəylərini toplamaq üçün istifadə olunan Real Time Delphi prosesi
təkmiləşdirilib və 2030-cu ilədək Təhsil və Tədrisin tədqiqində, GDİ-nin
təkmilləşdirilməsi prosesində və Minilliyin Layihəsi prioritetlərinin
qiymətləndirilməsində və qərar qəbul etmə prosesinin təkmilləşdirilməsində istifadə
olunub; onu CD versiyasının “L” Əlavəsində tapmaq olar.
Ekoloji Təhlükəsizliklə əlaqəli 200-dən çox element araşdırılıb, qiymətləndirilib və
keçən il ərzində təşkil olunub. Saflaşdırılmış versiya 4-cü Fəsildə təqdim olunub və
2002-ci ildən bəri araşdırılan 700 elementin tam mətnlərini kompakt disk
versiyasının 9.1.-ci Fəslində tapmaq olar.
50-yə yaxın ssenari barədə məlumatlar kompakt disk versiyasının 700-dən çox
ssenari və ssenari dəstlərindən ibarət olan Şərhli Ssenarilər Biblioqrafiyasına əlavə
edilib.
kompakt disk versiyasına çap versiyasını dəstəkləyən detallar və araşdırmalar
daxildir; buraya, həmçinin əvvəlki Minilliyin Layihəsi işlərinin tam mətnləri daxildir:
•
Qlobal-tədqiqi və çox uzunmüddətli ssenarilərlə bərabər, onların inkişafını şərh
edən təqdimat hissəsi.
•
Üç-mərhələli Real Time Delphi tədqiqatına əsaslanan Orta Şərqdə Sülhə dair
üç ssenari.
•
Elm və Texnologiya ssenariləri və ikillik köməkçi tədqiqat.
•
4 Qlobal Enerji Ssenarisi və köməkçi tədqiqat.
•
2000-ci il Minillik Sammitində Dünya Liderləri tərəfindən təqdim olunan
bəyanatların təhlilləri.
•
Ekoloji Təhlükəsizlik qərarları, təhlükələri, əlaqədar müqavilələr; BMT-nin ətraf
mühit məsələləri üzrə hərbi doktrinası; potensial hərbi ekoloji cinayətlər və
Beynəlxalq Cinayət Məhkəməsi; 2010-25-ci illərdə dəyişən ekoloji
təhlükəsizliklə bağlı hərbi tələblər.
•
Davamlı inkişafın vəziyyətinə dair göstəriciləri və xəritələri tərtib etmək üçün
Minilliyin Layihəsi iştirakçıları tərəfindən həyata keçirilən 2 araşdırma və
“Davamlı İnkişaf üzrə Əmədaşlığın” təsis edilməsi haqqında konsepsiyasının
2007 Gələcəyin Durumu
19
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
beynəlxalq xülasəsi, Mərkəzi Avropa Bölməsi tərəfindən təşəbbüs edilmiş
araşdırma.
•
Qərar qəbul etmə prosesində gələcəyin araşdırılmasının uğurla həyata keçirilməsi
üçün tələb olunan amillər
2007 Gələcəyin Durumu
20
Xülasə
Dünyadakı insanlar getdikcə daha sağlam, zəngin, təhsilli (savadı), sülhsevər olur,
aralarındakı əlaqələr daha da genişlənir və daha çox yaşayırlar, lakin eyni zamanda
dünya daha da korlanır, əhalisi çoxalır, istiləşir və təhlükə artır. Baxmayaraq ki, texnoloji
bərabərsizlik aradan qalxmağa başlayır, lakin gəlir boşluqları gündən-günə genişlənir və
İşsizlik artmaqda davam edir.
Qlobal iqtisadiyyat 2006-cı ildə 5.4% artaraq 66 trilyon dollara çatıb (alıcılıq qüvvəsinin
pariteti əsasında). Dünya əhalisi 1.1% və dünyada orta hesabla adambaşına düşən gəlir
4.3% artıb. Bu sürətlə 2000-2015-ci illər arasında dünyada yoxsulluq yarıdan çox
azalaraq, aşağı Sahara Afrikası isitisna olmaqla BMT-nin yoxsulluğun azaldılması üzrə
Minilliyin İnkişafı Məqsədinə nail olunacaq. Baxmayaraq ki, dünyanın çox hissəsi iqtisadi
cəhətdən inkişaf edir, gəlir bərabərsizliyi hələ də iri miqyasdadır: dünyadakı varlı
insanların 2%-i dünya sərvətinin 50%-dən çoxuna sahibdirlər, kasıb insanların 50%-i isə
bu sərvətin cəmi 1%-inə yiyələniblər və dünyadakı 225 varlı insanın gəliri 2.7 milyard
kasıb insanın, yəni dünya əhalisinin 40%-nin gəlirindən çoxdu.
Dünya əhalisinin yarıdan çoxu, yəni 6.6 milyardı şəhər mühitində yaşayır. Şəhərləri daha
yaxşı idarə etmək üçün zamanında bilik üsulu vasitəsilə kollektiv məlumatın təkmil
kompüter sistemlərində işlənilməsi yolu ilə şəhər ərazisinin artması üçün yeni sahələrin
təməli qoyulur. Demək olar ki hər şeyin daxilinə yerləşdirilmiş nanosensorlar və
radioqəbuledicilər şəhərin bütünlükdə - nəqliyyatdan tutmuş təhlükəsizliyə qədər - idarə
olunmasını asanlaşdıracaq.
Baxmayaraq ki, İraq və Darfur kimi bəşəri faciələrlə bağlı xəbərlər üstünlük təşkil edir,
dünyanın böyük hissəsi (qismi) sülh içində yaşayır. Son onillikdə münaqişələr artsa da,
fərqli dünya görüşləri arasında dialoqlar çoxalır, ölkədaxili münaqişələrin beynəlxalq
müdaxilələrin köməyilə tənzimlənməsi artır və qaçqınların sayı azalır. 2002-ci ildən 2005-
ci ilə qədər Afrikadakı münaqişələrin sayı özünün ən yüksək nöqtəsindən, 16-dan 5-ə
düşüb.
Afrikada HİV/QİÇS xəstəliyinin səviyyəsi aşağı düşüb və hətta bir neçə il sonra sözün əsl
mənasında azala bilər. Eyni vaxt ərzində xəstəlik Şərqi Avropada və Mərkəzi və Cənubi
Asiyada sürətlə yayılmaqda davam edir. QİÇS hal-hazırda dünyada baş verən ölümlərin
4-cü başlıca səbəbi, aşağı Sahara Afrikasında baş verən ölümlərin isə başlıca səbəbidir.
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, orta həyat davamlılığı 1955-
ci ildə doğulanlar üçün 48 yaşdan, 2025-ci ildə doğulacaqlar üçün 73 yaşa qalxacaq.
Qlobal əhali yüksək ölüm sayından və yüksək doğum sayından aşağı ölüm sayına və
aşağı doğum sayına doğru dəyişib. BMT-nin verdiyi son proqnoza əsasən 2050-ci ilədək
əhalinin səviyyəsi düşməmişdən əvvəl daha 2.8 milyard arta bilər, bu halda 2100-cu
ilədək əhalinin sayı 5.5 milyard ola bilər – bu da bu gün sağ olan insanların sayından 1
milyard azdır. Lakin ehtimal olunur ki, texnoloji irəliləyişlər bu proqnozları növbəti 50 il
ərzində dəyişərək, insanlara bu gün mümkün olan həyatdan daha uzun və daha səmərəli
həyat sürmək imkanı verəcək.
YUNESKO-nun verdiyi məlumatlara əsasən, 1970-ci ildə yaşı 15-dən yuxarı olan bütün
insanların 37%-i savadsız olub. Bu gün bu faiz 18-dən aşağı düşüb. 1999-cu və 2004-cü
illər arasında ibtidai təhsili olmayan uşaqların sayı təqribən 21 milyon azalaraq 77 milyona
çatıb.
Qlobal istiləşmənin artan saysız-hesabsız sübutları, Al Qorun “Narahatedici Həqiqət”
filminin uğuru və Çinin CO
2
(karbon qazının) emissiyasında ABŞ-ı keçməsi qlobal iqlim
dəyişiklikliyini bu gün dünyada mövcud olan başlıca problemlər sirasına çıxarmışdır.
İqlim Dəyişiklikləri üzrə Hökumətlərarası Komissiyanın verdiyi məlumata əsasən CO
2
emissiyaları 2000-04-cü illər ərzində özünün ən pis dövründən daha sürətlə artıb və
hökumət tərəfindən yeni əməliyyatlar həyata keçirilməsə, istixana qazları 2030-cu ilədək
2000-ci ildəkindən 25-90% artacaq.
BP-dən, ABŞ Geoloji Araşdırmalarından və Beynəlxalq Enerji Agentliyindən alınmış
məlumatlar əsasında Niderland Ekoloji Qiymətləndirmə Agentliyi tərəfindən aparılan
hesablamalar Çinin 2006-cı ildə karbon emissiyasında ABŞ-ı 8% ötdüyünü göstərir. Çin
hər il 2 milyard ton kömür istehsal edir, bu da 2016-cı ilədək 4 milyard tona çata bilər.
Çində 28, 000 kömür mədəni var. ABŞ 2006-cı ildə öz CO
2
emissiyasını əvvəlki ilə
nisbətən 1.4% azaldıb. Avropa Birliyinə daxil olan 15 ölkənin mədən CO
2
emissiyası
2006-cı ildə demək olar ki, eyni olaraq qalıb. Nəticə etibarilə yaxşı xəbərlər də
mövcuddur: 2006-cı ildə mədən yanacaqlarının istifadəsi nəticəsində baş vermiş CO
2
emissiyaları 2.6% artıb, baxmayaraq ki, 2005-ci ildə bu faiz 3.3 olub, lakin bu yaxşı
xəbərlərin ömrü qısa ola bilər, çünki Çin günü-gündən daha çox kömür zavodları tikir və
daha çox maşın satın alır.
Dünyada təqribən 800 - 1 000 kömür zavodu planlaşdırılma və ya inşa edilmə
mərhələsindədir. Əgər onlar inşa edilsələr, onların 40 il fəaliyyətdə olacaqları gözlənilir.
Bu zavodların inşası başa çatsa, onda istixana qazları emisiyyasının azaldılması şübhə
altına düşür.
NASA-nın verdiyi məlumata əsasən, davamlı qlobal istiləşmənin təsiri ilə dənizlərin
səviyyəsi qalxır, bu da sahil ərazilərində yaşayan 634 milyondan çox insanın həyatını
təhlükə altına alır. BMT-nin Baş Katibi iqlim dəyişikliyini “bizim eramızın müəyyənedici
məsələsi” adlandırıb. ABŞ vitse-admiralı Riçard H. Truli deyib ki, qlobal istiləşmə nadir
ciddi ekoloji təhlükəsizlik problemidir, çünki bu “ələ almağa çalışdığımız qaynar
nöqtələrdən biri deyil… bu eyni vaxtda bütün ölkələrin və bütün dünyadakı hər bir insanın
başına gələcək”.
İqlim Dəyişiklikləri üzrə Hökumətlərarası Komissiyanın 2007-ci ildə İqlim Dəyişikliyi:
Təsirlər, Uyğunlaşma və Zəiflik adlı hesabatına əsasən iqlim dəyişikliyinin ən kəskin
təsirlərinə istixana qazlarının ən az kəmiyyətdə emissiya etdiyi kasıb regionlarda yaşayan
insanlar məruz qalacaqlar. Riçard Brenson il ərzində Yer kürəsinin atmosferində yığılmış
milyardlarla ton karbon dioksidi təmizləmək üçün 25 milyon dollar təklif edib və o qlobal
istiləşməyə qarşı aparılan mübarizəyə 3 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Uzunmüddətli enerji və iqlim dəyişikliyi problemlərini çözmək üçün Apollo-tipli Tədqiqat və
Təkmilləşdirmə proqramına müraciətlər artır. Dünya ABŞ-a və Çinə daha az istixana
qazları emissiyası olan təhlükəsiz enerji istehsal etmək məqsədilə qlobal strategiya
işləyib-hazırlamaları və ona əməl etmələri üçün təzyiq göstərməlidir. Bu, iqlim dəyişikliyini
azaldacaq və iqtisadi inkişafı davam etdirəcək. İlkin ABŞ-Çin əməkdaşlığı daha təmiz
kömür və bioyanacaqların istehsalı ilə başlayıb. Nüvə sənayesinin tullantılarını və ya CO
2
emissiyalarını buraxanlar üçün alternativ enerji seçimləri günü-gündən geniş
yayılmaqdadır. Qlobal enerji strategiyalarını işləyib-hazırlamaq və yeniləşdirmək imkanları
çox mürəkkəb görünür və qərar qəbul edənlərin ardıcıl siyasət qurmaları üçün sürətlə
dəyişir. Bununla belə, qeyri-ardıcıl siyasətin ekoloji və sosial nəticələri o qədər ciddidir ki,
müəyyənləşdirmə, təhlil, mümkün nəticələrin qiymətləndirilməsi və enerji imkanlarının
sintezi üçün yeni qlobal sistemin qurulmasına ehtiyac duyulur. Elə bir sistem qurulmalıdır
ki, o, ictimaiyyət, siyasətçilər və qeyri-elm adamları, həmçinin dünyanın qabaqcıl alimləri
və mühəndisləri tərəfindən başa düşülə və istifadə oluna bilsin.
Keçmişdə insanlar təbii sərvətləri sərf edib qurtaranda onlar sadəcə daha çox sərvətlərə
malik yeni ərazilərə köçürdülər. Bu strategiya bəşəriyyətin Hindistanda və Çində yaşayan
40%-i üçün effektiv olmayacaq, çünki onların su və torpaq ehtiyatları tükənib. 2025-ci
ilədək 1.8 milyard insan su çatışmayan ərazilərdə yaşayacaq, bu da kütləvi köçlərə səbəb
olacaq. Biz təkcə ehtiyatları yenidən paylaşdırmaq üçün siyasətlər qurmaqla
kifayətlənməyib daha çox su yaratmalıyıq. Bioyanacaqlar, insanlar və heyvanlar üçün
qida, kağız sənayesi üçün xammal istehsal etmək məqsədilə səhra sahil xətlərinin
24,000 kilometri boyunca suyun kütləvi şəkildə şirinləşdirilməsi, həmçinin dəniz suyu ilə
işləyən kənd-təsərrüfatı proqramlarının həyata keçirilməsi zərurəti meydana çıxacaq.
Bunların hamısı CO
2
–ni çəkməklə bərabər, təmiz suyun digər məqsədlər üçün istifadəsinə
imkan verəcək.
Freedom House-un verdiyi məlumata əsasən, son 30 ildə mustəqil ölkələrin sayı 46-dan
90-a qalxaraq dünya əhalisinin 46%-ini əhatə edib və son bir neçə ildə dünya ölkələrinin
64%-i seçki sisteminə malik demokratik ölkələrə çevriliblər. Demokratik ölkələrin bir-birilə
vuruşmaq niyyətləri olmadığı və humanitar böhranlar demokratik rejimlərdən çox avtoritar
rejimlər üçün xarakterik olduğundan, demokratiyaya doğru meyylər milli dövlətlər arasında
daha dinc (sülh dolu) gələcəyə gətirib çıxarmalıdır. Təəssüflər olsun ki, fərdlərin kütləvi
qırğın törətməyə qadir qüvvə əldə etmələri asanlaşacaq.
Gələcək müstəvi molekulyar və farmasevtik istehsalat və mütəşəkkil cinayətkarlığın nüvə
materiallarına olan çıxışı ayrı-ayrı fərdlərə kütləvi qırğın silahları – bioloji silahlardan
tutmuş aşağı səviyyəli nüvə (klaster) bombalarını - düzəltmək və istifadə etmək imkanını
verir. Beynəlxalq Atom Enerjisi Agentliyinin verdiyi məlumata əsasən, 2006-cı ildə
radioaktiv maddələrin qeyri-qanuni istifadəsi ilə bağlı 149 hadisə qeydə alınıb. Dünya
ticarətinin 90%-ini daşıyan 220 milyon dəniz konteynerlərinin cəmi 10%-i yoxlanılır. Bu da
mütəşəkkil cinayətkarlıq və terrorizm üçün təchizat mənbəyinə çevrilib. Müfəssəl vahid
qlobal mübarizə strategiyası olmadığına görə, transmilli mütəşəkkil cinayətkarlıq
artmaqda davam edir. Onun ümumi illik gəliri 2 trilyon dollardan çox ola bilər, bu da
dünyadakı bütün hərbi büdcələrdəki maliyyə resurslarından çoxdur. QİÇS nəticəsində
yetim qalmış 13-15 milyon uşaq, bundan əlavə 2010-cu ilədək QİÇS nəticəsində yetim
qalmaları gözlənilən digər 10 milyon uşaq mütəşəkkil cinayətkarlıq üçün yeni istedadlar
yetişdirən geniş bir bataqlıq əmələ gətirə bilər.
Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Beynəlxalq Federasiyalarının verdiyi
məlumata əsasən, son onillikdə təbii fəlakətlərin təsirinə məruz qalmış insanların ümumi
sayı 2 milyardı ötüb keçib və hər il orta hesabla 211 milyon insan təbii fəlakətlərin təsirinə
məruz qalır. Bu da təqribən son onillik ərzində münaqişələrin təsirinə məruz qaldıqları
ehtimal edilən insanların sayından 5 dəfə çoxdur.
İqlim dəyişikliklərinin və maliyyə əlaqələri və yoluxucu xəstəliklər kimi qlobal asılılıqların
digər formalarının getdikcə daha çox etiraf olunması, davamlılıq üçün qlobal sistemlərə -
sunami kimi təbii fəlakətləri, su çatışmamazlığı səbəbilə baş vermiş kütləvi köçləri,
uzunmüddətli elektrik və ya İnternet kəsilmələrini, maliyyə böhranlarını və münaqişələri
qabaqcadan görmə, onlara cavab vermə və onlardan sonra bərpa qabiliyyətinə ehtiyac
duyulduğunu göstərir. Əgər qlobal çətinliklərin çoxu cari sistemlərin köməyilə lazımi
səviyyədə idarə oluna bilmirsə, onda meydana yeni qərar qəbul etmə sistemləri çıxa bilər.
Beynəlxalq Standartlaşdırma Təşkilatı (16, 000-dən çox İSO standartları ilə) və İnternet
fərdi təşkil edilmiş qərar qəbul etmə prosesinin effektiv vasitələrini sınaqdan keçiriblər.
Nəticə etibarilə davamlılıq üçün fərdi təşkil edilmiş qlobal sistemlər işləyib hazırlamaq
müdrik bir addım olardı. Bəlkə də, ölkələrin təkmilləşdirilmiş milli davamlılığı üçün müxtəlif
amillərin inteqrasiyası üçün mərkəz qismində Milli Davamlılıq İdarələri olmalıdır. 1-ci
Fəsildə göstərilmiş 15 Qlobal Çağırışdan hər biri və ya cəmiyyətin digər ehtiyacları üçün
fərqli təsisatlararası qurum yaradıla bilərdi. Hər bir təsisatlararası qurum milli davamlılıq
məmurlarından və onların korporasiyalarda, QHT-lərdə, universitetlərdə, və beynəlxalq
təşkilatlarda olan həmkarlarından təşkil olunduğu üçün qlobal davamlılığı təkmilləşdirə
bilərdi.
Əgər Mur Qanunu davam etsə, 25 il ərzində kompüter insan beyninin emal etmə gücünə
yiyələnəcək; ondan 25 il sonra, kompüter dünyadakı bütün insanların beyinlərinin emal
etmə gücünə yiyələnəcək. Yer kürəsindəki bütün insanların beyinlərinə bərabər olan
kompüterə sahib hər bir fərdi təsəvvürünüzə gətirin! Eyni vaxtda milyarddan çox insan
(dünyanın 17.5%-i) İnternetə qoşuludurlar. Texnoloji bərabərsizlik aradan qalxır və davam
edə də bilər, çünki 100 dollarlıq (əslində 178 dollar) (XO-1), Massaçusets Texnologiyalar
İnstitutu tərəfindən təlqin edilmiş portativ kompüterlər Argentina, Uruqvay, Braziliya,
Liviya, Pakistan və Tayland kimi ölkələrdə 250,000 nəfərdən çox insan tərəfindən sifariş
olunub. Mobil telefonlar, video və İnternet qoşulmaları artdığı üçün qiymətlər düşərək
qloballaşmanı sürətləndirəcək və insan kütlələrinə cəld bir şəkildə fəaliyyətlər qurmağa və
onları dayandırmağa, əlaqələndirməyə və fond birjasından tutmuş yeni yoluxucu ideyalara
qədər məlumatları paylaşmağa imkan verəcək.
Dünya, zamanında bilik üçün kollektiv məlumatla ümumi hesablamalara doğru irəlilədikcə
qəbul edilən qərarların təkmilləşdirilməsi zərurəti yaranır. Qərar qəbul etmə hər yerdə
mövcud olan sensorların – bizə təkmilləşən qərarları almaq və onlara cavab verməyə
kömək edən daha ağıllı Şəbəkənin və institusional və şəxsi intellekt proqram təminatının -
inteqrasiyası nəticəsində əsaslı şəkildə artacaq. Dünyanın 2007-ci ildə saxlaya
biləcəyindən daha çox məlumat istehsal edəcəyi gözlənilir. İnternetdə Məlumatlar Bazası
Konnektorunun verdiyi məlumata əsasən 2006-cı ildə dünyada 161 eksabayt (milyard
qiqabayt) məlumat emal edilib və 185 eksabayt həcmində saxlama yaddaşına malik olub.
YouTube kimi multimedia sistemlərinin istifadəsinin artması, nəzarət kameralarının və
firmaların məlumat bazaları üçün tənzimləmə qaydalarının çoxalması ilə, 2010-cu ildə 988
eksabayt (təxminən 1 zettabayt (sekstibayt)) məlumat emal oluna bilərdi, lakin 2010-cu
ilədək cəmi 601 eksabayt məlumat saxlama yaddaşının mümkünlüyü gözlənilir.
ÜTT-nin verdiyi məlumatlara əsasən 2006-cı ildə dünya ticarəti 15% artıb. Yüksək neft və
ərzaq qiymətləri az inkişaf etmiş ölkələrdə ticarətin 30% artmasına – dünya rekordunun
vurulmasına - kömək edib və onların iqtisadiyyatları 3 il dalbadal 6% artmaqda davam
edib. Qismən borcun bağışlanmasının köməyilə bütün inkişaf edən regionlarda borcun-
ÜDM-yə olan nisbəti azalıb. Cənubi Afrika istisna olmaqla, aşağı-Saxara Afrikası orta
hesabla 4.5% irəliləyib, lakin yüksək doğum sayları, korrupsiya, silahlı münaqişələr, zəif
idarəçilik, ekoloji tənəzzül, ağır səhiyyə şəraiti və təhsilsizlik (savadsızlıq) nəticəsində
yoxsulluq artmaqda davam edir. ÜST-nin verdiyi məlumatlara əsasən, dünyada 2.4
milyon həkim, tibb bacısı, mama çatışmadığından və insanlar daha çox ömür sürdükləri
üçün, tele-təbabət, özünü-müayinə üçün bioçip sensorları, və digər avtomatlaşdırılmış
sistemlərə olan ehtiyac kəskin şəkildə arta bilər. Ağır Kəskin Respirator Sindromu
təhlükəsi insanların çağırışlara lazımi şəkildə cavab verməsi ilə aradan qaldırılıb. Hal-
hazırda dünya 25 milyon insanın ölümünə səbəb ola biləcək, hava nəqliyyatını
dayandıracaq və dünyanı tənəzzülə sala biləcək H5N1 quş qripi virusu nəticəsində
meydana çıxa biləcək genetik dəyişikliklərə hazırlaşır.
BMT-nin Minilliyin İnkişafı Məqsədlərinə nail olunmasının 135 milyard dollara başa
gələcəyi gözlənilir; müqayisə üçün, İraqdakı müharibə üçün 600 milyard dollar xərclənib
və ABŞ Konqresi tərəfindən təsdiqlənib, və digər 140 milyard dollar isə 2008-ci il üçün
tələb oluna bilər.
BƏT-in verdiyi məlumatlara əsasən, qadınlar tərəfindən tutulan qanunverici, dövlət və ya
rəhbər vəzifələr 1995-ci ildə 25.6%-dən cüzi artaraq bu gün 28.3%-ə çatıb. Baxmayaraq
ki, qadınlara qarşı ayrı-seçkiliyin hər hansı bir forması demək olar ki, bütün dünyada
qəbul olunmur, amma yenə də irəliləyiş çox müxtəlifdir. Təqribən 57% qadın
iqtisadiyyatda çalışır, lakin cəmi 17% isə milli parlamentlərin üzvləridir. Hal-hazırda ibtidai
məktəbdə oxuyan hər 100 oğlana 94 qız düşür. 1999-cu ildə isə bu göstərici 92 olub.
2004-cü ildə əldə olunan məlumata əsasən 181 ölkədən təqribən 2/3-sində ibtidai təhsildə
cinsi bərabərliyə nail olunub, lakin 177 ölkədən cəmi 1/3-ində orta təhsildə cinsi
bərabərliyə nail olunub. 781 milyon yeniyetmə minimal savadlılıq bacarığından
məhrumdur; bunlardan 2/3-si qadınlardır. Qadınların kişilər tərəfindən zorakılığa məruz
qalması dünyada müharibələrin verdiyindən çox tələfatlara səbəb olmaqda davam edir.
Hal-hazırda dünyada Afrika qul ticarətinin kulminasiya nöqtəsindəkindən daha çox qul
var. Ehtimallar 12.3 milyondan 27 milyon arasında dəyişir. Qullar arasında Asiyalı
qadınlar üstünlük təşkil edir. Dünya Bankının verdiyi məlumata əsasən, 1 trilyon dollardan
çox pul hər il siyasi rüşvətlərə sərf edilir, bunlardan 20-40 milyard dolları inkişaf etməkdə
olan və keçid iqtisadiyyatına malik ölkələrdə, 60-80 milyard dolları isə daha inkişaf etmiş
ölkələrdə dövlət məmurları tərəfindən alınır. Lakin, kütləvi informasiya vasitələrinin,
bloqların, mobil telefon kameralarının, etik komissiyaların, və “Transperensi İnterneşnl”
kimi təşkilatların vasitəsilə qeyri-etik qərarlar geniş şəkildə ifşa edilir. Bununla belə,
mənasız xəbərlər və əyləncələr beynimizi əxlaqsız davranışlarla doldurur və insanların
çoxu debatlarda qalib gəlməkdə gələcəyimizi inkişaf etdirmək məqsədilə bütövlüyə nail
olmaq üçün həqiqət axtarışlarına çıxmaqdan daha çox maraqlıdırlar.
Elm və Texnologiyanın son 25 il ərzində müstəsna təsirləri növbəti 25 ildə baş
verəcəklərlə müqayisədə çox cüzi görünəcək. Yeniliklərin sürətini tezləşdirən amillər
özləri yüksək sürətlə dəyişirlər. İndi tranzistorlar işıq dalğalarından daha kiçikdirlər (65
nanometr). “İntel” şirkəti ilk proqramlaşdırıla bilən və saniyədə trilyon əməliyyat həyata
keçirən 1 teraflopluq çiplər işləyib hazırlayıb. Beyin-kompüter əlaqəsi indi fikirləri
proqramlı şəkildə hərəkət etdirir, nanohissəciklər və fibra liflər sinir böyüməsini
stimullaşdırır və mini-biokompüterlər xüsusi fərdi hüceyrələri müalicə etməyə kömək edir.
Fotonlar yavaşıyıb və sürətlənib, yetkin gövdə hüceyrələrin zədələnmiş toxumanı bərpa
etmə qabiliyyəti aşağı düşüb və mikrobial yanacaq elementi meydana çıxıb. Çin bu ilin
sonlarında ay ətrafında dövr etməyi planlaşdıran 4-cü ölkədir (ABŞ, Rusiya və
Yaponiyadan sonra). Bəziləri proqnozlaşdırırlar ki, molekulyar istehsalat və 3-ölçülü çap
vaxt keçdikcə elə inkişaf edəcək ki, insanlar əvvəlcə dünyanın ətrafında dövr etmiş
yüksək texnologiyalı cisimləri əks etdirə biləcəklər. Əgər o gün gəlsə, onda atomların
yerinə baytların yüklənməsi dünya sənaye ticarətini kəskin şəkildə dəyişəcək. “Lux
Research” araşdırma şirkətinin verdiyi məlumata əsasən, 2006-cı ildə nanotexnoloji
Tədqiqat və Təkmilləşdirməyə 12.4 milyard dollar sərmayə qoyulub və nanotexnolji
məhsullar 50 milyard dollardan çox qiymətə satılıb. Dünya - hökümət, korporativ, elmi,
mühəndislik və tibbi resursları Minilliyin 8-ci İnkişaf Məqsədinə nail olmağa və Gələcəyin
Durumunda göstərilmiş 15 Qlobal Çağırışa cavab verməyə yönəldəcək bir prosesə
ehtiyac duyur. Biz təsisatlararası idarəetməyə və mediyanın köməyilə daha ciddi ictimai
təhsilə ehtiyac duyuruq.
Milli səviyyədə qərar qəbul edənlər qərar qəbul etmənin nəzəriyyə və təcrübəsində
püxtələşməyiblər və çox az insan qərar qəbul etməkdə onlara kömək edə biləcək
qabaqcıl proqram təminatları barədə məlumatlıdır. Qərar qəbul edənlər üçün formalaşmış
etik və qərar qəbul etmə təlimləri qlobal qərarların keyfiyyətində əhəmiyyətli inkişafla
nəticələnə bilər. Qərarların necə qəbul etmək lazım olduğu barədə təlim keçməyə ehtiyacı
olan siyasət qurucularından başqa, yerli, milli və beynəlxalq prioritetləri müəyyən edən
proseslərdə də tərəqqiyə ehtiyac duyulur. Bilirik ki, dünya inanılmaz dərəcədə
mürəkkəbdir və bir çox ciddi çağırışlar qlobal səciyyə daşıyır, lakin biz vəziyyəti ələ almaq
üçün İnternet texnologiyalarına əsaslanan idarəetmə sistemlərini və konsepsiyaları kifayət
qədər sürətlə inkişaf etdirməyi və həyata keçirməyi bilmirik.
BMT-nin Baş Katibi olduğu müddətdə Kofi Annan bəşəriyyətin perspektivlərini inkişaf
etdirmək üçün 5 prinsip müəyyən etmişdir: hamının təhlükəsizliyi hər kəsin
təhlükəsizliyidir; biz bir-birimizin rifahı (qlobal həmrəyliyi) üçün məsuliyyət daşıyırıq;
insanların bir-birinə hörməti insan haqları və hüquq normaları ilə möhkəmləndirilməlidir;
hökumətlər həm daxili, həm də beynəlxalq səviyyədə bir-birilərinə hesabat verməlidirlər
(qarşılıqlı məsuliyyət); və bu 4 prinsipə BMT kimi çoxtərəfli təşkilatların vasitəsilə nail
oluna bilər.
Baxmayaraq ki, bir çox insanlar qloballaşmanın potensial mədəni təsirlərini tənqid atəşinə
tuturlar, lakin bu su kimi aydındır ki, qlobal çağırışlara cavab vermək üçün mədəni
dəyişikliklər zəruridir. Həqiqi demokratiyanın inkişafı mədəni dəyişikliyi tələb edir, QİÇS-in
qarşısının alınması mədəni dəyişikliyi tələb edir, sabit inkişaf mədəni dəyişikliyi tələb edir,
qadınlara qarşı zorakılığın sona yetməsi mədəni dəyişikliyi tələb edir və etnik zorakılığın
da başa çatması mədəni dəyişikliyi tələb edir. İnternet, dünya ticarəti, beynəlxalq ticarət
müqavilələri və xarici resursların cəlb olunması kimi qloballaşma alətləri insanların
şəraitini yaxşılaşdırmaqla onların bəşəriyyətə özünəməxsus yardımlarını qoruyub
saxlamaq yolu ilə mədəniyyətlərin uyğunlaşmasına kömək etmək üçün istifadə
olunmalıdır.
Dostları ilə paylaş: |