Gələcəyin Durumu


Hansı mənfi nəticələr ola bilər?



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/15
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15040
1   ...   7   8   9   10   11   12   13   14   15

Hansı mənfi nəticələr ola bilər?
Əgər   insanlar   mühafizəkardırlarsa   və   təhsil   rəhbərləri   özlərindən   razıdırlarsa, 
kompüterlərdən və öyrənmə sistemlərindən ifrat asılılıq mənfi nəticə ola bilər. Bu proqram 
həmçinin sistemləri istifadə edən və etməyənlər arasında boşluq yarada bilər.
16. Xürafatı və nifrəti aradan qaldırmağa yönəldilmiş proqramlar
Psixoloqlar güman edirlər ki 2030-cu ildə bir çoxmüharibələr və ekstremist fəaliyyətlər 
valideynlərin,   həmyaşıdların   və   ya   müəllimlərin   açıq   və   gizli   öyrədilmələrindən 
qaynaqlanacaq.   Gənclərin   maarifləndirilməsində   bu   təsirləri   azaltmaq   üçün   mühüm 
addımlar atılıb
16
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
YUNESKO   və   ya   Vikipedia   8.0.   kimi   beynəlxalq   səviyyədə   qəbul   olunmuş   orqanları 
tərəfindən   yaradılmış   tədris   planının   beynəlxalq   səviyyədə   qəbul   olunması   və   təhsil 
müqaviləsinin tərəfləri tərəfindən istifadə olunması ehtimalı daha çoxdur. Bu proqramlar 
həm Çikaqoda həm də Ciddədə tədris olunmaları firkri ilə işlənib hazırlanmalıdırlar. Tədris 
planına   həm   emosional   həm   də   intellektual   inkişaf,   və   fərdin   cəmiyyətə   yardım   etmə 
potensialının   olduğunu   dərk   etmək,   həmçinin   mədəni   müxtəlifliyə,   “yumşaq”   biliyin 
dəyərlərinə   hörmət,   və   daha   dəqiq   tarix   daxil   edilməlidir.   Bundan   əlavə,   psixoloji 
tedensiyaların   daha   yaxşı   inteqrasiyası   biliklərin   itirilməsi   prosesinin,   tanınmanın   və 
fikirlərin   yeni   əqidələrə   və   emosional   dəyişikliklərə   olan   ehtiyacının  dərk   edilməsinə 
kömək   edə   bilər.   Gənclik   dövründə   meydana   çıxan   öyrənmə   prosesinə   xüsusi   diqqət 
yetirilməlidir. Çünki məhz bu dövrdə tələbələr öz şəxsi fəlsəfələrini və dünya görüşlərini 
formalaşdırırlar. KİV-də və əyləncə fəaliyyətlərində zorakılğın azaldılması, tədris planının 
effektivliyini daha da artırmağa yardım göstərəcək. 
Hansı müsbət nəticələr ola bilər?
Cəmiyyət daha yararlı, hörmətcil, demokratik, azad, ədalətli, sülh dolu və sabit ola bilər. 
Bu cür proqramlar bəşəriyyətin yaşaması üçün həyati əhəmiyyətə malikdir. Çünki gün 
keçdikcə kiçik qruplar və fərdlər məhvedici bacarıqlara daha çox yiyələnirlər.  
Bunun baş verməsinə nə mane olur?
Əgər bu proqram “Sizə uşaqlarınızı necə öyrətmək lazım olduğunu deyəcəm” şəklində 
hazırlansa, onda o iflasa uğrayacaq. Hələ ki varlılar və kasıblar və məhdud ehtiyatlar 
arasında   böyük   fərqlər   mövcuddur,   xürafat   və   nifrət   ekstermistlər   tərəfindən 
alovlandırılmağa   davam   edəcək.   Bəzi   hökumətlər   insanların   davranışına   müdaxilə   və 
idarə etmək istəyəcəklər. “Dövlət hər şeydən üstündür” fikrinin hamılıqla qəbul olunması 
üçün ən az bir nəslin gəlib keçməsi lazımdır; nəticə etibarilə, cəmiyyətdə ziddiyətləri daha 
16
  RT   Delphi   istinadları:   ABŞ   Təhsil   Departmenti,   Gənclərin   Nifrət   səbəbilə   Törətdikləri   Cinayətlərin   qarşısının   alınması: 
Məktəblər və Birliklər üçün Dərsliklər, Vaşinqton, Kolumbiya Dairəsi, tarixsiz; Ketlin Kotton, “Məktəblərdə Mədəniyyətlərarası 
Ahəngdarlığa Şəraitin yaradılması: Araşdırmanın Nəticələri, Şimali-qərbi Regional Təhsil Laboratoriyası, Portlend, Oreqona ştatı, 
Noyabr 1993; Kanadanın İrsi Departamenti, Kanadanın Vətəndaş və Siyasi Hüquqlarına dair Beynəlxalq Müqaviləyə müvafiq  
Dördüncü Hesabatı, Qatino, Kvebek Əyaləti, Kanada Noyabr 2003
.

az vurğulayan təhsil vasitələri yaratmaq və təklif etmək məqsədilə ciddi səylər göstərmək 
üçün “fasilə” meydana gələ bilər. 
Hansı mənfi nəticələr ola bilər?
Nifrəti və xürafatı azaltmaq və ya aradan qaldırmaq mümkün olsa, onda bu o demək 
olacaq ki insanların ağıllarının digərləri tərəfindən mənfi istiqamətdə idarə edilməsi də 
mümkün   olacaq.   Məsələn,  etiqad   rəhbərləri,   totalitar   hökumətlər,   və   ya   ideoloji   siyasi 
düzgünlüyün yeni formaları bu üsullardan və texnologiyalardan istifadə edərək ictimaiyyəti 
idarə edə bilər. Xürafatı və nifrəti aradan qaldırmaq üçün təkcə təhsil kifayət olmayacaq; 
proqramlara, sosial ədalətə nail olunması üçün xüsusi vasitələr daxil edilməlidir.  
17. E-Tədris 
2030-cu ildə nisbətən kasıb ərazilərin, həmçinin varlı ərazilərin çoxu elektron-müəllimlərə 
olan tələbatı qarşılamaq üçün xaricdən vəsaitlər cəlb edəcək. Bu elektron-müəllimlər canlı 
insanlardan çox süni intellektdən istifadə edən süni konstruksiyalardır.
17
Bunun baş verməsinə nə səbəb ola bilər?
Elektron-təlimin  həm   zəngin,   həm   də  nisbətən   kasıb  regionlar  üçün  faydalı   olduğunu, 
olduğu   yerdən   asılı   olmayaraq   bir   çox   insanları   daha   yaxşı   müəllimlərlə   təmin   edə 
biləcəyini və daha səmərəli ola biləcəyini dərk etmək bu proqrama təkan verə bilər. Bu 
proqram diqqəti həm təhsil sistemlərində bilik səviyəllərinin müxtəlifliyi və biliyi əldə etmə 
imkanının   qeyri-müntəzəmliyinə   yönəldə   bilər.   Ən   yaxşı   elektron-müəllimlərin   xaricdən 
cəlb olunması bu regionların mədaxilini artıracaq, və onlara dünyada daha çox insanı 
əhatə   edən   möhtəşəm   proqramlar   hazırlamaq   üçün   kompüter   proqramistləri,   təfəkkür 
alimləri   və   digər   mütəxəssisləri   işə   götürməyə   imkan   verəcək.   Təhsil   müəssisələri, 
hökumətlər, kommersiya fəliyyətləri və QHT-lər arasında virtual reallıq, avtonom kompüter 
proqramları   və   tele-təhsil   üzrə   əməkdaşlıqda   davamlı   təkmilləşmələr   və   xərclərin 
azaldılması   da   buna   yardım   ola   bilər.   Bu   gün   Hindistandan   Homework   Help   adlı 
proqramla istənilən fənn üzrə xüsusi dərslərin keçirilməsi saatda 18 dollara başa gəlir. 
Biliklər   pulsuz     payaşıla   və   qurula   bilər.   Komunikasiya   sistemləri   xərcləri   sıfıra   yaxın 
olacaq  və  hamı   elektron-təlimlərin  xərclərini  ödəmək  iqtidarında  olacaq,  xüsusən  əgər 
hökumət   elektron-öyrənməyə   pul   ayırsa.   Xüsusi   maraqlar,   sabit   və   müdrik   hökumət 
strategiyaları vasitəsilə məğlub edilməli olacaq. 
Hansı müsbət nəticələr ola bilər?
Elektron-təlimlər təhsilin daha da demokratikləşməsinə kömək edəcək, daha çox insanın 
ondan istifadə etmək imkanı olacaq, hər tələbəyə düşən maliyyə və ekoloji xərcləri və 
nəticə   etibarilə   yoxsulluğu   azaldacaq,   elm   və   mədəniyyəti   populyarlaşdıracaq, 
öyrənmənin   ləzzətini   artıracaq,   təhsil   müəssisələri   arasında   informasiya   mübadiləsini 
asanlaşdıracaq, və yeni təhsil metdodları açacaq. O həmçinin sifarişlə iki nəfərlik şəxsi 
təlimlərin   keçirilməsinə   gətirib   çıxaracaq   və   biliklərin   əldə   olunmasını   asanlaşdıracaq, 
sürətləndirəcək, daha fərdiləşdirəcək, virtulallaşdıracaq və qloballaşdıracaq. Ehtimal var 
ki, virtual və süni dünyalarda təhsil imkanları, həmçinn tədris vasitələri davamlı şəkildə 
17
 17 RT Delphi istinadları: Con M. Harris, Jr., “Niyə daha yaxşı elektron-öyrənməyə deyil, elektron-təlimə ehtiyac 
duyuruq?”, MELD (E-Tədris Diskursu), 6 May 2005; “e- tədri”, Vikipediya; “Təkmil Paylanmış Tədris”, Vikipediya.

təkmilləşdiriləcək. İnteraktiv obyektlər və ya 3-ölçülü holoqrafik video yazılar müəllimlərə 
dərsləri   kasıblar   da   daxil   olmaqla   hamıya   göndərməyə   imkan   verəcək. 
Maliyyələşdirmələrin müvafiq səviyyələri və Tədqiqat və Təkmilləşdirmənin təhsilə xüsusi 
əhəmiyyət verməsi (təkcə “oynamaq” yox) bu proqramın irəliləməsinə səbəb ola bilər. Ola 
bilsin   ki   2030-cu   ilədək   texnologiyaların   sürətləndirilməsi   elə   bir   nöqtəyə   çatacaq   ki, 
seçilmiş   insanlar   beyinlərinə   bilavasitə   yükləmələr   edilməklə   və   ya   yeni   nanotexnoloji 
tətbiqatların   köməyilə   təhsil   alacaqlar,   və   kasıb   ərazilərdə   yaşayan   insanlar   3-ölçülü 
virtual reallıq müəllimlər və “köhnə üsulla” – qulaq asmaq və yadda saxlamağa çalışmaqla 
razılaşmalı  olacaqlar.  Canlı  müəllimlər  ən  qeyri-effektiv  və  bəlkə  də  ən qeyri-səmərəli 
tədris vasitələridir; süni konstruksiyaların mövcudluğu günü-gündən daha da normal hala 
çevriləcək. 
Bunun baş verməsinə nə mane olur?
Kök   salmış   inhisarlar,   təhsil   sisteminin   ətalətliliyi,   yüksək   sürətli   İnternetə   malik 
kompüterlərdən istifadənin olmaması, təhsilə kifəyət qədər dəyər verməyən hökumətlər 
və digər institutların mövcudluğu, və informasiya mübadiləsində əməkdaşlığın azlığı 
elektron-təlimlərin həyata keçirilməsinə əngəl törədə bilər. 
Hansı mənfi nəticələr ola bilər?
Bu proqram uzaq ictimaiyyətlər üçün faydalı bir vasitə olsa da, insanla üz-üzə təhsilin 
əvəzini verməyə bilər. Müəllimlərin şəxsiyyəti və şəxsiyyətlərarası əlaqələr təhsil prossinin 
mühüm   bir   hissəsidir;   elektron-tədris   şəxsi   fərqləri   nəzərə   almaya   bilər.   Təhsil   təkcə 
informasiya mübadiləsindən ibarət deyil. Kasıb ərazilər elektron-müəllimləri əldə etmək 
imkanı olmaya bilər, bu isə bilik fərqlərini əbədiləşdirər. 
18. İnsanlardan ağıllı kompüterlər
2030-cu ildə mexanizmlər hər mənada insanlardan “ağıllı” olacaq. Bu başlanğıcla təhsil 
və öyrənmənin rolu və metodları hər yerdə yenidən qiymətləndiriləcək
18
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
Rey Kursveylin proqnozlarına görə, Mur Qanunu, 2029-cu ilədək süni intellektin insan 
intellektinə çatacağının bir göstəricisidir. Əslində, İnternet artıq insandan “daha ağıllı” bir 
kompüterdir; əlbəttə ki bu “ağıllılığın” hansı məna daşıdığından asılıdır. Əgər “daha ağıllı” 
sözü xüsusi funksiyalar yaddaşına aiddirsə, onda İnternet artıq fərdi insan beynini ötüb 
keçib. Süni həyat və nanotexnologiya sahələrində baş verən irəliləyişlər davam edəcək, 
və ehtimal var ki kompüterlər Türinq sınağından keçəcək və sadə informasiya emalından 
daha çox şeylərə nail olacaq. 2030-cu ilədək bu və digər ssenarilərin həyata keçirilməsi 
ənənəvi   məktəblərə   və   insan   müəllimlərə   olan   tələbi   aradan   qaldıracaq.   Əgər   fövqəl-
insan,   yəno   Süni   İntellekt   meydana   gəlsə,   bu   obyektlər   də   təhsilin   bəzi   formalarına 
ehtiyac duyacaq, lakin çox güman ki bu, öyrənmə faktları, sosial qarşılıqlı əlaqələr, fiziki 
dünyayla əlaqələr, və uşaqlıqdan yetkinliyə doğru böyümək şərtləri altında öyrənmədən 
kəskin şəkildə fərqlənəcək. 
Hansı müsbət nəticələr ola bilər?
18
  RT   Delphi   istinadları:   Süni   İntellekt   Spesifiklik   İnstitutu,   www.singinst.org/overview/whatisthesingularity;   Nik 
Bostrom,   “Kompüterlər   İnsanlara   Kələk   Gələndə”,   Fyuçers   35(7)   (2000),   səhifələr:   759–64;   Reymond   Kursveyl, 
“Şəxsi Kompüterim məndən ağıllı mı olacaq?” Time, 19 İyun 2000.

Bu proqram insan inkişafını artıra və bəşəriyyət tərəfindən yaradılmış ən yaxşı alət vasitə 
və ya birgə vasitə kimi nəzərdən keçirilə bilər. Süni İntellektin və insan intellektinin mikro-
qurğulara   doğru   inteqrasiyası   öyrənmənin   effektivliyini   və   işin   xassəsini   artıracaq,   və 
təhsil   və   öyrənmə   metodlarını   əsaslı   şəkildə   dəyişəcək.   Bu   emaletmə   gücü 
insanlarınkından   daha   fərqli   “düşünmə”   tərzləri   hasil   edə   və   reallığı   dərk   etmək   üçün 
müxtəlif amillərin müştərək şəkildə nəzərdən keçirilməsini təmin edə bilər.
Bunun baş verməsinə nə mane olur?
Kompüterlər “ağlımızı” ancaq bir mənda ötüb keçə bilərlər. Lakin onlar heç vaxt fərdlərin 
digər   öyrənmə   sahələri   ilə   rəqabət   aparmağa   qadir   ola   bilməzlər.   Məsələn   fərdlərin 
maraqlarının məskən saldığı emosional və sosial sahələrlə.
Bizim idarə etmək bacarığımıza üstün gələcək robotlar və kompüterlərdən qorxan, və ya 
belə   kompüterlərin   güclü   şər   qüvvələr   tərəfindən   istifadə   olunacağına   inanan   insanlar 
tərəfindən buna əks reaksiya verilə bilər. Bu məqsədə nail olmaq istəyinin puça çıxması 
proqramın gələcək inkişafına əngəl törədə bilər. Çünki bəziləri güman edirlər ki istənilən 
halda insanlardan daha ağıllı kompüterlər düzəltmək mümkün deyil. Fiziki, psixoloji, sosial 
və emosional sahələrin bilikləri və intellekti təqlid oluna bilər, düşünmə intellkti isə təqlid 
oluna bilməz. Və əgər olunsaydı, buna kim inanardı?
Hansı mənfi nəticələr ola bilər?
Bu İşsizliyi artıra və bəşəriyyətin 2 hissəyə - “texnoloji cəhətdən irəliləmişlər” və “təbiilər”-ə 
bölünməsinə   gətirib   çıxara   bilər.   Bu   isə   süni   intellektin   inkişafında   və   onun   bilavasitə 
insanlara   tətbiq   olunmasında   daimi   bir   narahatçılıq   deməkdir.   Gələcək   “qeyri-bərabər 
şəkildə   paylaşdırılılması”   –   bəzi   seçilmiş   insanların   digərlərindən   qabaq   faydalanması 
davam   etsə   də,   nəticələr   texnologiyanın   idarə   olunmasında   iştirak   edən   insanların 
xeyirxahlığından   asılı   olacaq.   Biz   fövqəl-insan   intellektini   olduğu   kimi   qəbul   eləməyə 
bilərik, xüsusilə ona görə ki, o paylana bilər və tədricən insanlar özləri dərk etməzdən 
əvvəl bəşəriyyəti idarə edən intellekt maşınlarının elmi fantaziya təsvirinə aparıb çıxaran 
vahid qavranılan məfhumda əks olunmaya bilər.   
19. İntellekti artıran süni mikroblar
Beyində   birgə   yaşayan   və   sinir   fəaliyyətini   artıran   yeni   mikrobların   genetik   kodları 
yazılıb
19
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
Kreyq   Venterin   nadir   həyat   formaları   yaratmaq   üçün   genetik   kodların   yaradılması 
üzərində işləri 2010-cu ilədək yeni həyat formalarının yaranmasına gətirib çıxara bilər. 
Sonra beyində yaşayan və ona köməklik göstərən mikrobların yaradılması üçün növbəti 
10 il, və sonra bunların digər məməlilər üzərində sınaqdan keçirilməsinə daha 10 il lazım 
olacaq.   Nəticə   etibarilə,   2030-cu   ilədək   beyinə   sinir   hüceyrələrini   (neyronları)   sağlam 
saxlamağa   kömək   edən   təhlükəsiz   mikroblar   mövcud   olacaq.   Tədqiqatlara   ayrılmış 
pulların bir hissəsini dövlət təhsilinə ayırmaq ağıllı bir iş olardı. Genom Layihəsində məhz 
belə edilmişdi ki tədqiqatın irəliləyişi ilə bərabər ictimaiyyətin dərk etməsi də təkmilləşsin. 
19
  RT Delphi istinadları: Antonio Reqalado, “Bioloqun Məqsədi Ekskoriasiyadan Həyat Yaratmaqdır”, Wall Street 
Jurnalı, 29 İyun 2005; Deyvid A. Relman, “İnsan Bədəni Mikrobial Müşahidə Məntəqəsi kimi”, Neyçr Genetiks 30  
(2002), səhifələr: 131–33; Maykl Pardi, “Bağırsaq Mikroblarının Əməkdaşlığı Bədənə Qidadan Enerji Hasil etməyə, 
və Onu Piy kimi Saxlamağa Kömək edir”, press reliz, Tibb Məktəbi, Vaşinqton Uiversiteti, Seyn Luis, 12 İyun 2006. 

Nouveau-super-riche (ən yeni zəngin) tərtibatında  vasitəsilə maliyyələşdirilən Qeyts-tipli 
fondlar Hindistan, Rusiya və Çin kimi ölkələrdə tədqiqatları sürətləndirə bilər.  
Simbiotik orqanizmlər gen terapiyasından daha üstün cəhətlərə malikdirlər, lakin onlar 
immune sistemininə üstün gəlmə üsularını tələb edirlər. Simbiotik bağırsaq bakteriyaları 
həqiqi   dərmanlara   bənzər   dərmanlar   istehsal   edir,   və   çox   güman   ki   beynin 
genişləndirilməsi üçün istifadə oluna bilərlər. Anti-kaverna ağız bakteriyaları artıq nümayiş 
olunub. Psixpandemikarmologiya, nanobotlar və kompüter-beyin interfeysləri də həmçinin 
insan intellektini artıra bilər. 
Hansı müsbət nəticələr ola bilər?
Bu,   həyat   haqqında   elmləri   inqilabiləşdirəcək.   Beyinlər   daha   uzun   müddət   sağlam 
qalacaq, tibbi xərclər azalacaq, və bu da daha müdrik sivilizasiyanın meydana gəlməsinə 
səbəb olacaq.
Bunun baş verməsinə nə mane olur?
İnsanların naməlumluqlara qarşı qorxusu normaldır; bir çox insanlar süni mikroblardan, 
yeni   bakteriyalardan   və   nanobotlardan   qorxacaqlar.   Anti-GMO   normalarının   arxasında 
duranlarla bərabər insan bilogiyasını dəyişməyin əxlaqsızlıq olduğunu hesab edənlər belə 
buna   qarşı   çıxa   bilər   (bunun   qarşısının   alınması   üçün   qlobal   insanı   müşahidə   şurası 
yaradıla bilər). 
Hansı mənfi nəticələr ola bilər?
Mikroblar mutasiya edə və psixi xətsəliklərə və ya digər naməlum əlavə təsirlərə səbəb 
ola bilərlər; buna görə illər ərzində bir sıra tədqiqat sınaqları həyata keçirilməlidir.
Növbəti onilliklərdə ətraf mühitdə baş verən – və quraqlıqdan tutmuş, sahil ərazilərinin  
subasmasına qədər geoloji çevrilişlərlə nəticələnən - dəyişikliklər, çox güman ki müharibə  
və münqaişələrin əsas təkanverici qüvvəsinə çevriləcək. 
BMT Baş Katibi Ban Ki-Mun
“Qlobal İstiləşmə: Böhranla Üzbəüz” Konfransı
Nyu York, Mart 1, 2007

BMT, NASA və AFA tərəfindən  təmin edilmiş şəkillər 
4. Meydana çıxan Ekoloji Təhlükəsizlik Məsələləri
Bu il dünyanın iqlim dəyişikliyinə verdiyi diqqət xeyli şəkildə artıb, və milli və beynəlxalq 
təhlükəsizlik  və sabitlik üçün potensial nəticələr  haqqında  məlumatlılıq  çoxalıb. Qlobal 
istiləşmənin   artan   və   saysız-hesabsız   sübutları,   Al   Qoranın   “Narahat   Həqiqət”   filminin 
uğuru,   və   Çinin   CO
2  
(karbon   qazının)   emissiyasında   ABŞ-ı   keçməsi   qlobal   iqlim 
dəyişikliyini Dünya Liderlərinin gündəliyində ən birinci sıraya salıb. Nəticə etibarilə, ətraf 
mühit və təhlükəsizlik vətəndaşların, siyasi liderlərin və KİV-in beyinlərində əlaqələnirlər. 
BMT-nin Baş Katibi iqlim dəyişikliyini “bizim eramızın müəyyənedici məsələsi” adlandırıb. 
BMT Baş Assambleyasında bir çox Dünya Liderləri iqlim dəyişikliyini və ekoloji tənəzzülü, 
həmçinin   terrorizmi,   qarşılıqlı   mənfəətə   əsaslanan   ticarəti,   QİÇS-i,   və   insan   haqlarını 

beynəlxalq birliyin öhdəsindən gəlməli olduğu əsas məsələlər kimi qeyd edibər. BMT-nin 
Təhlükəsizlik   Şuradı   iqlim   dəyişikliyinin   təhlükəsizlik   cəhətdən   nəticələri   haqqında   ilk 
debatını (müzakirələrini) həyata keçirib. Və bir çox Şura üzvləri bu məsələni öz dövlətləri 
üçün   ən   mühüm   məsələ   olduğunu   bildiriblər.   “Dünya   bir   zamanlar   Soyuq   Müharibə 
adlandırılan qlobal təhlükədən çıxdı, və indi İstiləşmə Müharibəsinə girdi” – Tuvalunun 
BMT-dəki Səfiri Afili Pita deyib.   
Beynəlxalq   ekoloji   idarəetmə   getdikcə   təkmilləşir.   Ekoloji   təhlükələri   və   cinayətləri 
müəyyən   etmək   üçün   texnoloji   bacarıqlar   yeni   sensorlar   və   komunikasiya   sistemləri 
vasitəsilə daha da səmərəli olurlar. Keçmişdə insanların və təşkilatların yan keçdiyi ekoloji 
ziyanlar   çox   güman   ki   gələcəkdə   aşkar   olunacaq   və   qarşıları   alınacaqdır.   Ekoloji 
diplomatiya   münaqişələrin   qarşısının   alınması   cəhdlərinə   və   beynəlxalq   etibarlılıq 
qurmağa   dəstək   vermək   üçün   geniş   şəkildə   istifadə   olunur,   və   eyni   zamanda   Ekoloji 
Təhlükəsizlik getdikcə həm hərbi həm də diplomatik çevrədə tanınmağa nail olur.  
Minillik Layihəsi, Ekoloji Təhlükəsizliyi 3 sub-elementə malik həyati təminat kimi müəyyən 
edir:
• ekologiyaya dəyən hərbi ziyanın qarşısının alınması və ya təmir edilməsi, 
• ekoloji səbəbdən meydana gələn münaqişələrin qarşısısının alınması və ya onlara 
cavab verilməsi, və 
• özünəməxsus mənəvi dəyərinə görə ətraf mühitin qorunması.
Bu Fəsil, bu anlayış ətrafında təşkil olunmuş tədbirlər və ekoloji təhlükəsizliklə əlaqədar 
meydana çıxan məsələlərin xülasəsini təqdim edir. Təfərrüatlar və Ekoloji Təhlükəsizliklə 
bağlı digər Minillik layihəsi tədqiqatları kompakt disk versiyasının 9-cu Fəslinə daxil edilib 
və   onları  www.acunu.org  saytında,   “Kitablar   və   Hesabatlar”   bölməsində   tapmaq   olar 
(“Xüsusi Tədqiqatlar”-ı seçin).
Son   bir  neçə  il  ərzində,   ABŞ   Ordusu  Ekoloji   Strategiya   İnstitutunun  köməyilə,   Minillik 
Layihəsi   meydana   çıxan   və   potensial   təhlükəsizlik   və   sazişlə   nəticələnən   ekoloji 
məsələlərin aylıq hesabatlarını hazırlamaq üçün müxtəlif mənbələri tədqiq ediblər. Keçən 
il ərzində 200-dən çox məsələ, və ümumilikdə bu işin başlandığı 2002-ci ilin Avqustundan 
bugünə qədər 900 məsələ tədqiq olunub.
Məsələlərin tam mətni və onların mənbələri kompakt disk versiyasının 9.1.-ci “Meydana 
çıxan Ekoloji Təhlükəsizlik Məsələləri” Fəslində, aylıq yenilənmiş hesabatları isə Minillik 
Layihəsinin   İnternet   saytında   tapmaq   olar,  www.acunu.org  (“Yeniliklər”   bölməsindən 
“Beynəlxalq Ekoloji Təhlükəsizlik Məsələləri”-ni seçin). 
Ümumi Nümunələr və Qiymətləndirmələr 
İqlim   dəyişikliyinin   milli   və   beynəlxalq   təhlükəsizlik   nəticələri   və   ekoloji   tənəzzül 
münaqişələrin qarşısının alınması üçün strateji müdaxilələrə ehtiyac duyan məsələlər kimi 
hökumətlər,   korporasiyalar,   QHT-lər,   akademik   institutlar,   və   beynəlxalq   təşkilatlar 
tərəfindən rəsmi forumlarda geniş şəkildə təsdiqlənir. 
Qlobal istiləşmənin artan elmi sübutları, fövqəladə hava halları, və təbii fəalkətlərin sayı 
və intensivliyi, istixana qazlarını azaltmaq, daha yaxşı nəzarət sistemləri və modellərinin 
qurulması,   və   iqlim   dəyişikliyinin   təsirlərinin   öhdəsindən   gəlmək   məqsədilə   erkən 

xəbərdarlıq,   zəiflətmə,   və   uyğunlaşma   sistemlərinin   işlənib   hazırlanması   strategiyaları 
üçün   yeni   qaydaların   meydana   gəlməsinə   təkan   verib.   Daha   ciddi   zəiflətmə   və 
uyğunlaşma tədbirləri görülməsə, iqlim dəyişikliyi, suyun səviyyəsinin düşməsi və digər 
ekoloji   amillər   səbəbindən   kütləvi   miqrasiyalar   və   münaqişələr   qaçılmaz   olacaq.   Hal-
hazırda,   sayları   2010-cu   ilədək   50   milyonu,   2050-ci   ilədək   isə   200   milyonu   keçəcəyi 
gözlənilən   Ekoloji   qaçqınların   öhdəsindən   gələcək   adekvat   beynəlxalq   sistem   və   ya 
struktur mövcud deyil. 
Ekolji məsələlər “təhlükə çoxaldıcılarıdır”. Bir çox münaqişələr ekoloji cəhətdən ən qeyri-
sabit regionlarda meydana çıxır, və bununla da belə fikir meydana çıxır ki ətraf mühit və 
münaqişələrə eyni vaxtda cavab vermək lazımdır və onlardan biri digərinin pisləşməsinə 
səbəb olur.
 
Çoxtərəfli   ekolji   müqavlələrin   ratifikasiyasının   getdikcə   artması   və   İSO   14001 
standartlarının   qəbul   olunması   ekolji   idarəetməni   qlobal   şəkildə   inkişaf   etdirir.   ÇEM-in 
hazırlanması   və   onun   qüvvəyə   minməsi   arasındakı   vaxt   və   həmçinin   onun   yüksək 
dərəcəli   ratifkasiya   olunmasına   qədər   keçən   vaxt   əhəmiyyətli   dərəcədə   qısalır. 
Beynəlxalq   diqqət   mövcud   olan   müqavilələrin   effektivliyini   artıran   yeni   ÇEM-lərin 
hazırlanmasına yönəlib. 
ÇEM-lər çox vatx milli iqtisadi və ya siyasi maraqlarla münaqişəyə girir. bu da beynəlxalq 
konvensyalara   uyğun   gəlməməyə,   beynəlxalq   orqanlarla   əməkdaşlığın   kifayət   qədər 
olmamasına və bir çox beynəlxalq konvensiyalarla əlaqədar danışıqların durğun vəziyyətə 
gəlib   çıxmasına   səbəb   olur.   İxtilaflar   əsasən   istixana   qazlarının   emissiyasının 
dayandırılması strategiyaları, nüvə silahının yayılmaması, ekoloji dəyişikliyin təhlükəsizlik 
aspektləri və kosmik təhlükəsizlik məsələləri ilə əlaqədar olur.
İnstitusional strukturları, sazişlər arasındakı əlaqələri, həyata keçirməni təkmilləşdirmək 
üsullarının vasitəsilə beynəlxalq ekoloji idarəetməni və ekoloji cəhətdən doğru idarəetmə 
məqsədilə beynəlxalq prinsipləri və sistemləri möhəkmləndirmək cəhdləri günü-gündən 
artır. Ekoloji dəyişiklikləri ölçmək məqsədi daşıyan analitik vasitələrin sayı, dəqiqliyi və 
həcmi sürətlə artır. 
Yeni   beynəlxalq   təhlükəsizlik   orqanları   yaradılıb   və   digərləri   ekoloji   cinayətlərə   qarşı 
aparılan qanuni əməliyyatlara kömək etmək təklifini irəli sürüblər. 
Bəzi   varlı   ölkələr   çirkləndirici   sənayeləri   kasıb   ölkələrə   ixrac   edirlər,   yəni   ekoloji 
strategiyaları   dəyişməmək   üçün   iqtisadi   səbəblər   mövcuddur;   nəticə   etibarilə   inkişaf 
etməkdə   olan   ölkələri   ekologiyaya   zərər   vurmayan   fəaliyyətlər   həyata   keçirməyə 
meylləndirmək üçün dah ciddi səbəblər lazımdır. Hər halda Hindistan və Çin kimi ölkələrin 
ölçüsünü   və   təsirini   nəzərə   alsaq   strategiyaların   dəyişilməsi   üçün   ölkələrə   beynəlxalq 
təzyiqin göstərilməsi qaçılmazdır.
Daha   yaxşı,   müştərək   ekoloji   strategiyaların   və   fəaliyyətlərin   həyata   keçirilməsi   üzrə 
müxtəlif   institutlar   arasında   əməkdaşlıqlar   meydana   gəlir.   Bu   isə   fəaliyyətdə   olan 
subyektlər və ictimaiyyət arasında ekoloji mülahizələrin fəaliyyət dairəsini genişləndirir. 
Reaktiv   fəaliyyətlərə   qarşı   ehtiyat   prinsipinin   qəbul   olunmasında   doğru   tendensiyalar 
mövcuddur.
Ekoloji   cəhətdən   mühafizə   olunan   dəniz   və   quru   ərazilərinin   sayı,   ölçüsüü   və   əhatə 
dairəsi genişlənməkdədir. 

Təhlükəli   tullantıların   qeyri-qanuni   ticarəti,   qeyri-qanuni   təhlükəli   maddələrin 
kontrabandası, və mühafizə olunan təbii resursların istismarı və alqı-satqısı kimi qlobal 
ekoloji cinayətlərlə mübarizə aparmaq üçün daha güclü beynəlxalq və transinstitusional 
kolasiyilar və sistemlərə ehtiyac var.
Texnoloji   dəyişikliklərin   sürətlə   artması,   elektron   tullantılar,   nanotexnologiya   və 
biotexnologiyadan istifadənin mümkün riskləri, kimyəvi preparatların istifadəsi, və nüvə 
(atom),   kimyəvi   və   biotexnoloji   laboratoriyaların   yayılması   kimi   ekologiyaya   və   insan 
sağlamlığına yönəlmiş təhlükələrin spektrini əsaslı şəkildə dəyişib.
Kosmik   texnologiyanın   Yer   kürəsinə   müşahidəni   artırması,   təbii   fəlakətlərin   erkən 
xəbərdarlığını   verməsi,   razılaşma   mexanizmlərini   təkmilləşdirməsi,   və   kosmik   və   Yer 
fenomenlərinin   dərk   edilməsini   artırmasına   baxmayaraq,   yerli   yerdən   koordinasiya   və 
tətbiqatlar hələ də qeyri-mükəmməldir. 
Ya təbii ya da terrorçu fəaliyyət səbəbindən yayılmış epidemiyalarla mübarizə aparmaq 
məqsədilə qlobal sistem işlənib hazırlanmaqdadır.
Peyk vasitəsilə qlobal informasiya sistemlərinə qoşula bilən, və ətraf mühitə zərər vuran 
fəaliyyətlərin dərhal və beynəlxalq səviyyədə bilnməsinə imkan verən natotexnoloji ekolji 
sensorların qiyməti düşür.  
İKT və robot texnikası, yeni aşkarlayıcı və təmizləyici texnikalar, və ekologiyaya daha az 
ziyan vuran hərbi əməliyyatlar, hərbin ekologiyada qoyduğu izləri azaltmağa kömək edir. 
Hərbi qüvvələr, ekoloji səbəblərən meydana gəlmş təbii fəlakətlər və ya münaqişələr və 
ya   onların   ekologiyaya   təsiri,   ÇEM-lərin   həyata   keçirilməsi,   və   öz   ekoloji   təsirlərini 
azaltmaq kimi ekoloji məsələlərdə köməklik göstərməyə çağırılıblar. Avropa ekolgiyayla 
bağlı   nizamnamələrin   həyata   keçirilməsinə   və   yenilərinin   hazırlanmasına   davam   edir. 
Onların   həyata   keçirilməsini   asanladşırmaq   üçün   ekoloji   nizamnamələrin   təftişi   həyata 
keçirilməyə   başlanıb.   Avropa   Komissiyası   ciddi   ekoloji   pozuntulara   görə   cinayət 
sanksiyaları tətbiq etmək niyyətindədir.
*  *  *
Ekoloji Təhlükəsizlik təhlilinə yeni növ silahların; assimetrik münaqişələrin; təbi resurlara 
qarşı artan tələbin; urbanizasiyanın (daha çox insanları zəif kommunal xidmətlərdən asılı 
edən);  ekoloji  tənəzzülün və  iqlim  dəyişikliyinin təsirlərini;  kəskinləşən  ekoloji  iddialara 
malik ekoloji qanunda irəliləyişləri; və qarşılıqlı asılılğı artıran qlobalizasiyanı özündə əks 
etdirməlidir.  
Qrafik 24. 2070-2100-cu illər və 1961-1990-cı illər arasında HadGEM1 A1B Temperatur 
Fərqləri (qlobal mean=3.40C)

Mənbə: Met Office tərəfindən təmin edilmiş bütün hüquqların qorunduğu Crown məlumat 
bazasından götürülərək adaptasiya edilmişdir.  
(təsvir ağ-qara versiyada düzəldilib)

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin