Hansı mənfi nəticələr ola bilər?
Virtual reallıqlar şəxsiyyətin parçalanmasına – birinin diqqətinin kiber dünyada, digərinin
isə ənənəvi dünyada cəmləşməsinə - gətirib çıxara bilər. Bu isə insan cəmiyyətinin
təkamülünə zidd ola bilər. “İkinci həyat” mədəniyyət, əxlaqi prinsiplər, mənəviyyat və digər
aspektlərdə real həyatla münaqişəyə girə bilər.
9. Elmin arxasınca qaçmağı gücləndirən ictimai əlaqələr sistemi
2030-cu ildə öyrənmə konsepsiyalarının və ya stereotiplərinin sosial marketinqi geniş
şəkildə yayılmış olacaq. Mövzulardan bəziləri artıq yayılıb: İntellekt Cazibədardır, Bilik
Gözəldir, Bilik Əhəmiyyətlidir, və Cəhalət Yoxsulluğa Bərabərdir. İctimai KİV rəhbərləri
tez-tez təhsil rəhbərləri, təfəkkür alimləri, və artistlərlə görüşür ki, öyrənmənin həyatın
əsas işi olduğunu yaymaq üçün müzakirələr aparsınlar.
9
Bunun baş verməsinə nə səbəb ola bilər?
Qarşıdan gələn elm-tutumlu iqtisadiyyatlar sayəsində biliyin (elmin) və intellektin
əhəmiyyəti xüsusi olaraq nəzərə çarpacaq, KİV və əyləncə sənayeləri biliyin arxasınca
gedən yolda, məsələn QİÇS əlayehinə “Yu-tu” qrupunun iştirakı ilə həyata keçirilən
“Qırmızı Layihə” kimi proqramlarda mühüm bir rol oynamaq üçün cəlb oluna bilərlər. Bu
kimi qeyri-rəsmi görüşlər ABŞ-ın Reklam Şurasında baş verir. Buna görə ehtimal var ki,
yaxın 25 ildə ictimai komunnikasiya vasitələri daha da yayılsın.
Hansı müsbət nəticələr ola bilər?
Bu sistem insanların fantaziyalarını, yaradıcılığını və yenilikləri inkişaf etdirə; əhalinin
daha təhsilli olmasına səbəb ola və bilik iqtisadiyyatını təkmilləşdirə; demokratik dövlətləri
9
möhkəmləndirə və cəmiyyətlərin ümumi rifahını artıra; və yoxsulluğun azaldılmasında,
sosial ədalətin artırılmasında və proqressin sürətləndirilməsində əsas rol oynaya bilər.
Bunun baş verməsinə nə mane olur?
KİV daxilində fikir ayrılığı, ictimai mühafizəkarlıq və ictimai KİV daxilində peşəkar əxlaqın
kifayət qədər olmaması bu ideyanın həyata keçməsinə mane ola bilər. Lakin əvvəlcə
cəmiyyətlər təhsilə daha çox tərəfdar olmalıdırlar. Fərdiləşdirilmiş öyrənmənin uğuru ilə
ictimai KİV-ə çox da ehtiyac qalmaya bilər və bu daha az maariflənmiş hökumətlər
tərəfindən yaradılmış sosial mühəndisliyin yeni bir forması kimi nəzərdən keçirilə və
nəticə etibarilə azad cəmiyyətlər tərəfindən inkar oluna bilər.
Hansı mənfi nəticələr ola bilər?
Verilən ideyalar cansıxıcı ola bilər və onlardan sui-istifadə oluna bilər, bu da təhsilə mənfi
təsir göstərə bilər.
10. Portativ süni intellekt cihazları
2030-cu ildə bir çox insanlar özlərilə geniş şəxsi yaddaşa malik və öz sahiblərilə insan
kimi qarşılıqlı əlaqədə olan kiçik kompüterlər daşıyacaq. Küçədə bir insanlar rastlaşırsız
və üz cizgilərinin tanınması əsasında qulaqcıqlarınız sizə pıçıldayır: “Bu Billi Consondur.
Sən onunla 3 il bundan qabaq əyləncə gecəsində tanış olmusan. O pilotdur və onun
arvadının adı Encidir”. Daha ciddi desək, mexanizm həmçininin şəxsi qərar qəbul etmə
prosesində və informasiyaya olan bilavasitə ehtiyacların qarşılanmasında iştirak edər.
Bəzi fərdlər nanobotlar, beyin çipləri və paltara bərkidilir, nanotexnoloji qəbuledicilər
sayəsində bir çoc texnoloji nailiyyətlər əldə ediblər
10
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
Çox varlı insanlar tərəfindən istifadə olunan tanıma texnologiyasının (səs, üz və gözün
torlu qişası və s.), nanobotların, beyin çiplərinin və nanotexnoloji qəbuledicilərin digər
növlərinin inkişafı bunun baş verməsinə səbəb ola bilər.
Hansı müsbət nəticələr ola bilər?
Bu cihazlar yaddaşın təhlilini və qərar qəbul etmə prosesini təkmilləşdirəcək və insan
bacarıqlarını sürətlə artıracaq. Təbii olaraq, daha varlı dövlətlər bunu birinci əldə
edəcəklər, lakin cib kalkulyatoru kimi qiymətlər aşağı düşən zaman onlar bütün dünyada
geniş şəkildə istifadə olunacaq. İnsanların həyatları və təcrübələri yazıya alınacaq və bu
da onlara öz həyatlarını daha yaxşı idarə etməyə, öz təcrüəbələrindən bəhrələnməyə, və
yaşlandıqca öz xoşbəxt anlarını yenidən yaşamağa imkan verəcək. Şəxsi Süni İntellekt
həmçinin cinayətkarlığı əhəmiyyətli dərəcədə azalda bilər. Təsəvvür edin ki, cibinizdə çox
təkmilləşdirilmiş bir Quql chiazı daşıyırsız və o sizə küçədən keçən bir nəfəri müəyyən
etməyə imkan verir və ya ərazidə eyni maraqlara malik digərl insanları göstərir. Süni
İntellekt cihazları həmçinin sizə kiminlə əlaqə saxlamığınızı deyə və onlarla əlaqə
saxlamağa kömək edə bilər.
Bunun baş verməsinə nə mane olur?
10
RT Delphi istinadları: Süni İntellekt Mərkəzi, SRI International, www.ai.sri.com; Massaçusets Texnologiya
İnstitutu, Kompüter Texnikası və Süni İntellekt Laboratoriyası, www.csail.mit.edu/index.php; Süni İntellektin Tədqiqi
Jurnalı, www.jair.org.
Üz tanınmasına daxil olan üz cizgilərinin tanınmasının çətinliyi, məxfilik məsələləri və
qərar qəbul etmə prosesi üçün lazım olan digər informasiya tələbləri bunun baş
verməsinə əngəl törədə bilər. Cihazların müəyyən (bəzi) istifadələri müdafiə və kəşfiyyat
mülahizələri səbəbindən məhdudlaşdırıla bilər.
Hansı mənfi nəticələr ola bilər?
Məxfiliyin itməsi, davamlı şəkildə meydana çıxan əxlaqi məsələlər, varlı-kasıb fərqlərinin
artması, cinayətkarlar tərəfindən istifadə və məxfiliyi qorumaq üçün portativ “anti-süni
intellekt cihazları” inşa etmək üçün yarışma və bu cihazlardan asılı hala gəlmiş insanların
intellektual və emosional bacarıqlarının azalması potensial mənfi nəticələrdəndir.
11. Öyrənmənin necə meydana çıxdığını aşkar etmək və bunun vasitəsilə
öyrənməni təkmilləşdirmək üçün strategiyalar işləyib hazırlamaq məqsədilə insanın
sinir hüceyrələrinin əlaqələrinin tam şəkildə xəritələşdirilməsi
Genlərin şifrələri açıldığı kimi insan beynindəki sinapsların birləşmə sxeminin də şifrələri
açılaraq oxunub. Bu mürəkkəb xəritədən idraki inkişaf, intellekt və emosiyalar barədə,
süni intellekt cihazlarını necə inşa etmək haqqında və nəticə etibarilə öyrənmənin sürətini
və intensivliyini artırmaq haqqında məlumatlar əldə olunub.
11
Bunun baş verməsinə nə səbəb ola bilər?
Artırılmış intellektin bilik iqtisadiyyatında rəqabət aparmaq bacarığına malik əsas
üstünlüyə malik olduğunun dərk edilməsi, irəliləyişə nail olmaq üçün uzun müddət ərzində
tədqiqatlara pul ayıracaq bəzi ölkələr tərəfindən beynin kütləvi şəkildə araşdırılmasına
təkan verəcək. Allen Beyin Atlası Layihəsi (siçan beynində gen ekspresiyyasının
interaktiv, bütün genləri əhatə edən təsvirlər bazası) nevrologiyada sürətlə baş verən
irəliləyişlərin bariz nümunəsidir. Əqli fəaliyyətin tamamilə başa düşülməsi, dinamik
skanerləşdirmə üsullarında (imkanların yayılması və funksional Maqnetik Rezonans
Təsvirlərdə mövcud olan texniki üsullara icazə verilməsi kimi), məlumat bazasının idarə
olunmasında, təsvirlərin hazır şəklə salınmasında, hesablayıcı nevrologiyada və
avtomatlaşdırılmış tədqiqatlarda təkmilləşmələrin olmasını tələb edir. Çünki bu gedişlə
2030-cu ilədək bu iş başa çatdırılmaya bilər. Hər halda, hətta cüzi nəticələrin belə
öyrənmə haqqında mühüm nevrologiya anlayışlarını meydana gətirəcəyi ehtimalı var.
Hesablamaların çətinliyi nəzəriyyəsində irəliləyişlər, bu prosesə nail olmaq üçün
irəliləyişlərin tədricən baş verməsini qəbul etmək və böyük nailiyyətlər əldə etmə zərurəti
də bu prosesin əmələ gətirilməsinə kömək edə bilər.
Hansı müsbət nəticələr ola bilər?
Nevrologiyanın daha da tam şəkildə başa düşülməsi robot texnikasının müstəsna
proqresi ilə nəticələnə bilər və Süni İntellektdən tutmuş öyrənmənin keyfiyyətini artıran
kimyəvi preparatlara kimi təfəkkürün bir çox sahələrinə yardım göstərə bilər. Bu, bioloji
elmlərdə böyük irəliləyişlərin baş verməsinə, öyrənmə nəzəriyyəsində və insan
intellektində, həmçinin süni intellektdə sıçrayışın baş verməsinə və bəşər tarixində
mühüm bir hadisənin başlanğıcının qoyulmasına səbəb ola bilər.
11
RT Delphi istinadları: T. H. Mörfi, J. M. Baraban, və U. G. Viyer, “Kalsium Təsvirindən istifadə etməklə Miniatür
Sinaptik Axınlarının Vahid Sinaptiklərlə Cədvəlləşdirilməsi Sinaptikdən sonrakı Nəticədə Heterogenliyi aşkara
çıxarır”, Neyron 15 (1995), 159–68 səhifələr; Nevrologiya üçün Cəmiyyət, “Alimlərin insan beyninin İnkişafını
xəritələşdirməsi”; Stressin davamlı Təsirlərinin Başa düşülməsində İrəliləyişlər etmək, Nikotin və Alkoqol,” pres reliz,
8 Noyaber 2003; Beyn elmləri Allen İnstitutu, www.alleninstitute/content/about_the_institute.htm.
Bunun baş verməsinə nə mane olur?
Bu, prosesin çox çətin olduğunu və 25 il ərzində başa vurmaq üçün çox bahalı olduğunu
düşünməklə qarşısı alına bilən çox mürəkkəb bir tapşırıqdır. Digər əngəl törədici amillərə
intellektin və emosiyaların sinaps formalarını ötüb keçməsi və ya bu tədqiqatın
nəticələrinin, öyrənmə prosesinin fərd üçün şəxsi səviyyədə meydana gəlməsinin başa
düşülməsində çox da köməyi olmayacağı fikri daxildir. İnsanlar üzərində sınaqların
aparılması üzrə əsas təhsil təsisatları və əxlaqi məsələlər də bu prosesin qarşısını ala
bilər.
Hansı mənfi nəticələr ola bilər?
Əgər bu baş versə, alimlər və həkimlərin hakimiyyətdən və nüfuzdan sui-istifadə etməsi,
və insanlar, heyvanlar üzərində sınaqların aparılması ilə bağlı bir sıra problemlərin
meydana çıxması ilə nəticələnə bilər. Bu, həmçinin insan emosiyalarını sadələşdirə bilər
və o zaman belə bir sual meydana çıxa bilər: məgər Sevgi sadəcə kimyəvi reaksiyalar
məcmusudurmu?
12. Yetkin şəxslərin beyinlərini uzun müddət daha sağlam saxlamaq üçün vasitələr
2030-cu ildə yaşlanma prosesində yetkin şəxslərin beyinlərini daha sağlam şəkildə
saxlamaq üçün texniki üsulların olması nəzərdə tutulub. Məsələn, yetkin şəxslərin sinir-
gövdə hüceyrələri klonlaşdırılacaq və onların əvvəl mümkün olduğundan daha uzun
müddət ərzində sağlam qalmaları üçün yetkin şəxslərin beyinlərinə yeridiləcək. Bu da
qoca yaşda öyrənməyə və daha yaşlı elm-tutumlu işçi qüvvəsinin olmasına imkan
verəcək
12
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
Həyat səviyyəsinin artırılması, artan siyasi hakimiyyətə malik yaşlanan əhali və azalan
nəsil vermə əmsalı tibb elminin buna nail olmasını sürətləndirəcək. İnsanlar həmişə
fikirləşiblər ki, yaşlıların beyni daha yeni sinir hüceyrələri emal edə bilməz. Lakin tədqiatlar
göstərir ki, hər gün yeni beyin hüceyrələri yaranır. Hər gün əmələ gələn yeni hüceyrələrin
çoxu ölür, lakin məşqlər və daha stimullaşdırıcı mühit hüceyrələrin ölüm dərəcəsini
azaldır. Bəzi tədqiatlar göstərir ki, yaşlıların davamlı şəkildə tədqiqi yeni beyin
hüceyrələrinin artması ilə əlaqəli ola bilər. Sinir hüceyrəsinin inkişafının (yeni beyin
hüceyrələrinin artması) tədqiqi yəqin ki, 2030-cu ilədək beyinləri daha uzun müddət
sağlam saxlamağa nail olacaq və bu tədqiqatın sadəcə bir xəttidir. Yaşlıların beyinləri
məşğələlər, bioloji əks-əlaqələr, davranış dəyişiklikləri, müalicələr və digər stimulyantlar
sayəsində daha uzun müddət sağlam qalacaq. Bu proseslər insanları “yaxşıdan da yaxşı”
edəcək.
Hansı müsbət nəticələr ola bilər?
Bu vasitələr ruhi xəstəliklər və Alsqeymer və Parkinson xəstəlikləri də daxil olmaqla, beyin
xəstəliklərini aradan qaldıra, nəticə etibarilə ağıl azlığı olan yaşlıların sayının artmasının
12
RT Delphi istinadları: Monika Qutman, “Yaşlanan Beyin”, USC Health, yaz 2001; Beynin Yaşlanması Beynəlxalq
Jirnalı, www.brainaging.ro/Pub-BAJ.htm; “ Bəzi Amillər sayəsində, Embrionik gövdə hüceyələrinin səciyyəvi
xüsusiyyətləri ilə mübarizəyə girən yetişkin hüceyrələr”, Medikal Nyus Tudey, 14 Avqust, 2006.
qarşısını ala və yaşlıları işçi qüvvəsinə çevirə bilər. Bu isə azalan nəsil vermə əmsalı-nın
iqtisadi təsirlərinin azalması ilə nəticələnə bilər.
Bunun baş verməsinə nə mane olur?
Təfəkkür elmlərində bəzi irəliləyişlər, bunun baş verəcəyinə inanmayan insanların, və
nəticə etibarilə zəruri tədqiqatlara, əxlaqi məsələlərə pul ayırmama, yaşlılaırın tənəzzülün
qaçılmaz olduğu haqqında fikirləri, və “təbiətin qanuna” və bu dünyada ən mürəkkəb
struktur olan beyinə müdaxilə etmək qorxusu sayəsində ləngiyə bilər. Bu vasitələrin
potensial xərcləri, beynin fəaliyyətini genişləndirmək üçün müvafiq texniki üsulların bütün
dünyada istifadəsini məhdudlaşdıra bilər. Funksional Maqnit Rezonans Təsvirləri kimi
texniki üsulların nəticələri hasil etməsi gözləndiyindən də çox vaxt apara bilər.
Hansı mənfi nəticələr ola bilər?
Bu proqram bir qrup müalicə olumayan yaşlı insanı diqqətdən kənarda qoya bilər. Həyat
dolu yaşlılar isə özlərini gəncliyə-istiqamətlənmiş cəmiyyətlərdən təcrid olunmuş hiss
eləyə və bundan narazılıq duya, təcrid olunmuş sub-mədəniyyətlər yarada və ya həyat
keyfiyyətində digər tarazlıqların pozulmasına səbəb ola bilərlər.
13. Beynin genişləndirilməsi üçün Kimya
Beyin kimyasının araşdırılması intellekti artıran, yaddaşı genişləndirən, diqqətin həcmini
artıran və görmə qabiliyyətini və görmə-hərəki koordinasiyasını təkmilləşdirən təhlükəsiz
dərman preparatlarının meydana gəlməsinə səbəb olub.
13
Bunun baş verməsinə nə səbəb ola bilər?
Bunun baş verməsi üçün beynin genişləndirilməsinin dərk edilməsində dəyişikliklərə
ehtiyac var, və dərmanların istifadəyə uyğun olub olmadığı haqda sosial normalar
yaratmaq üçün insanlar arasında “genişləndirmə mədəniyyətinin” inkişafı zəruridir. Əxlaqi
nəticələrin müsbət təkamülü, Müdafiə Nazirliyinin Perspektiv Tədqiqatlar və Layihələr
İdarəsi tərəfindən həyata keçirilən cari araşdırmanın mülki tətbiqatları genişləndirməsi, və
M. Pardricin yazdığı “Beyin Dərmanlarının Hazırlanması: Beyin Dərmanlarının Gələcək
İnkişafı” kimi mənbələr haqqında məlumatlılğın artması bu proqramın həyata keçməsi
ehtimalını artıracaq. Ritilin, Valium və Prozak, insan intelektini “genişləndirməyən”, lakin
əqli problemlərə baxmayaraq insana normal fəaliyyət göstərməyə imkan verən yeni
psixotrop dərman nümunələridir. Adrenalin travmatik yaddaşları silmək üçün istifadə
olunmuşdur.
Hansı müsbət nəticələr ola bilər?
Bu, insanın intellektinin və fiziki fəaliyyətinin artmasına, bundan əlavə yaşlıların beyinlərini
daha uzun müddətə sağlam saxlamaq üçün şərh edilmiş müsbət nəticələrə gətirib çıxara
bilər.
Bunun baş verməsinə nə mane olur?
13
RT Delphi istinadları: “Psixotrop Dərman”, Wikipedia; “Psixotrop Dərmanlar”, Beynəlxalq Səhiyyə Təşkilatı,
www.who.int/topics/psychotropic_drugs/en; “Psixotrop Dərmanlar və Uşaqlar: Məktəblər üçün İstifadəsi, Meylləri, və
Nəticələri”, Məktəblərdə Səhiyyə və Səhiyyə Xidmətləri Mərkəzi, Corc Vaşinqton Universitetu, Vaşinqton,
Kolumbiya Dairəsi, Dekabr 2004.
Sınaqdankeçirmə və marketinq üzrə tibbi təlimatlar, İstifadənin əxlaqi prinsipləri,
dərmanlardan çəkinmə, “təbii” vasitələrə verilən yüksək qiymət, tibbi inhisarlar, və
“möcüzəli dərmanların” naməlum təsirlərindən qorxma bu imkanın həyata keçməsinə
mane olacaq.
Hansı mənfi nəticələr ola bilər?
“Möcüzəli dərmanların” insanların bütün problemlərini həll edəcəyi haqqında düşüncələr
təhlükəli nəticələrə gətirib çıxaracaq. Məsələn insanları rəqabətli dərman yarışına, izafi
dozalara cəlb etmək, və insan psixikasının mürəkkəbliyinə etinasız yanaşmaq kimi
nəticələrə.
14. Veb 17.0
2030-cu ilədək, əsrin dönüşündə başlamış Şəbəkədə məlumatların inteqrasiyasına doğru
meyllər (Quql Örs, Vikipediya, Masaçuset Texnologiya İnstitutunun kurs materialları) elə
bir nöqtəyə çatıb ki, dünya biliyinin çox hissəsi – məlumatlar, təhlillər, müzakirələr –
Semantik Veb 17.0-a daxil olub. Bu struktur konsepsiyaların (həm dəqiq və həm də qeyri-
dəqiq) məntiqi bünövrəsinə əsaslanaraq təşkil olunub, təbii dil interfeysinə malikdir,
dinamikk şəkidlə saxlanılır, və obyektlərin qaşılıqlı əlaqəsini idarə edən məntiqi qaydaları
“bşa düşən” ağıllı sub-sistemdən ibarətdir. İnterfeys, bilikləri və prosesləri ifadə etmək
üçün virtual reallıq kimi qrafiki texniki üsullardan intensiv şəkildə istifadə edir
14
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
Uşaqları tədris etməkdən, böyükləri tədris etməyə və sonra özünütədrisə doğru proqress,
semantik təhlilin inkişafı və biliklər üzərində müştərək şəkildə işləməyin lazım olduğunun
başa düşülməsi, Web 17.0-ı insanların istədiyi vaxt və istədikləri kimi öyrənməyə
getdikləri bir yerə çevirəcək.
Hansı müsbət nəticələr ola bilər?
Veb 17.0 şəbəkələri daha ağıllı etməli, soğuları və təhlilləri daha dəqiq aparmalı, bilik
əməkdaşlığının qarşısında duran maneələri aradan qaldırmalı, kütləvi birgə inkişaf üçün
birgə imkanların yaradılmasını stimullaşdırmalı, mürəkkəbliyi, qarışıqlığı, xaosu və
xətaları azaltmalıdır. O, eyni zamanda əqli mülkiyyətə çıxış üzrə ödənişin iqtisadi
paradiqmasını hər hansı birgə mülkiyyətlə “işləməklə əlaqədar bilik hərəkəti”ndən irəli
gələn gəlir paradiqmasına dəyişə bilər. Duqlas Enqlbartın Açıq Hipertekstdokyument
Sistemi və Pyer Levinin İnformasiya İqtisadiyayatının Meta Dili, XML Geo ilə və digər açıq
yeniliklərlə birləşə və insanlara özlərini tarixi məlumatlar da daxil olmaqla informasiya
müxtəlifliyinə, çoxmədəniyyətli və alternativ perspektivlərə, real-vaxt ciddi
oyunlarda/dəyişiklik oyunlarına, və praktiki əsaslı dialoqlara və konsensusun qurulmasına
baş vurmağa imkan verə bilər. Şəbəkələşmiş intellektin həmişə mövcudluğu və dərhal
istifadəsinin mümkünlüyü, və nəyisə bilmək üsullarının artıq mübarizə olmaması, kollektiv
insan şüurunun xeyli irəliləməsin səbəb olacaq.
Bunun baş verməsinə nə mane olur?
14
RT Delphi istinadları: Ulliam E. Halal, “Ağıllı İnternet”, Dövlət Kompüter Xəbərləri, 23 JBMTe 2004; Bill Qeyts,
“Ağıllı İnternetə doğru”, Ekonomist Qrup, Maykrosoft-dan yenidən çap olunub, Noyabr 2000; Süni İntellekt Fondu,
alice.pandorabots.com.
Əgər daha çox əxlaqi vasitələr həyata keçirilməsə, İnternetdən qeyri-qanuni və qeyri-
əxlaqi şəkildə istifadə getdikcə artacaq. Bəzi məhdudiyyətlər təkmilləşdirilmiş semantik
təhlil, “fərdiyyətçi həllərə qarşı qrup həlləri”, və açıq-mənbəli proqram təminatı
təşəbbüsləri ilə mübarizə aparan sənayelərə gətirib çıxaracaq.
Hansı mənfi nəticələr ola bilər?
Yeni virus növləri və informasiya çatdırılmasının idarə olunması üsullarının yeni bilikləri
sevməyənlər tərəfindən istifadə olunması, Semantik Şəbəkə üzrə bilikləri təhrif edə bilər.
Keçmişdə, siqaret istehsal edən şirkətlər xərçəng xəstəliyi araşdırmalarını təhrif edirdilər,
bu gün neft şirkətləri qlobal istiləşmə araşdırmalarını təhrif edirlər, və gələcəkdə bəzi
qruplar onların ideologiyalarına qarşı çıxan araşdırmaları təhrif etmək istəyə bilərlər.
İdeoloji müharibələrə qarşı Koreya və Vyetnamın sənaye vasitələri ilə mübarizə aparıldığı
üçün, gələcəkdə ideoloji müharibələrə qarşı hələ ixtira olunmaqda olan informasiya
müharibəsi vasitələri ilə mübarizə aparıla bilər. Bu da Semantik Şəbəkəni döyüş zonasına
və nəticə etibarilə az etibar olunan bir yerə çevirəcək. Əsas geosiyasi problemlər,
terrorizm, ideoloji münaqişələr və hətta açıq mənbəli müzakirələr informasiya
müharibəsinin mərkəzinə və ya versiyasına çevrilə bilər.
15. Vahid ömürlük öyrənmə sistemləri
2030-cu ildə təhsil – körpə doğulmadan öncə həyata keçirilən proqramlardan tutmuş,
yaşlıları bilik, iş və asudə vaxtda əyləncə ilə təmin edən proqramlara qədər bütün yaş
qruplarını əhatə edəcək
15
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
Ömürlük öyrənmə artıq uzunömürlülük, və həmçinin biliyin gələcək inkişafı və cəmiyyətin
tədqiqi ilə möhkəmləndirilmiş bir tendensiyadır; Yaşlılar yataqxanası bunun müasir bir
nümunəsidir. Hal-hazırda İnternet ömürlük öyrənməni qismən də olsa təmin edir, lakin
bunu çox az insanlar dərk edir. Tarixdə ilk dəfə bu qədər insan özünü uzun müddətə
təhsilə (təhsil və öyrənməyə) həsr edib. Bütün yaş qruları üçün müxtəlif peşələrin tələb
etdiyi səlahiyyətlərin təkmilləşdirilmiş təsnifatı, öyrənmə prosesinin başlanğıcını ibtidai
məktəbdən qoyulduğunu daha yaxşı anlamaq, və daha humanist təhsil konsepsiyaları ilə
insanların mənəvi tələblərinə diqqətin artırılması bu imkanın meydana gəlməsi ehtimalını
artıra bilər.
Hansı müsbət nəticələr ola bilər?
Müsbət nəticələrə təhsilin islahatlaşması, marağın artması, özünütəkmil, öyrənmənin
həyatın daha çox hissəsinə çevrilməsi və cəmiyyətin təkamülünə kömək daxildir. Körpə
doğulmadan öncə onun qayğısına qalınmasına xüsusi diqqət yetiriləcək ki o doğulandan
sonra daha yaxşı fiziki və əqli bacarıqlar nümayiş etdirsin.
Bunun baş verməsinə nə mane olur?
15
RT Delphi istinadları: “Yaşlılar yataqxanas: Ömürlük Öyrənmə Macəraları”, www.elderhostel.org; Baş
Strategiyalar: STEP (Tələbələr, Müəllimlər, Yaşlılar, Valideynlər, Tələbə Nailiyyətləri) Proqramı, Ev və Məktəb
İnstitutu, Vaşinqton, Kolumbiya Dairəsi, 1983; “ABŞ-da Həyat: Yeni peşələr və Təhsil”,
www.lifeintheusa.com/aging.careers.htm
İqtisadi və mədəni tənəzzül, nəsillər arasında artan fərqlər və varlı və kasıblar arasındakı
fərqlərin genişlənməsi bu təhsil proqramının təkamülünə əngəl törədəcək münaqişələri
çoxalda bilər.
Dostları ilə paylaş: |