ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə31/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   27   28   29   30   31   32   33   34   ...   175

ON ÜÇÜNCÜ KƏRAMƏT

«İNDİYƏ KİMİ O HƏZRƏTİ ÇAĞIRMIRDI!»


1375-ci ilin qışında (günəş ili ilə) həzrət Əbül Fəzl Abbasın (əleyhissalam) anadan olduğu gün «Şəhid Qüreyş» adına məktəbin təqvalı və mö`minə müəllimlərindən biri üçün hadisə baş vermişdi. Hadisə eşitməlidir. Bu müəllimə hadisəni öz qələmi ilə yazıb bizə göndərmişdir.

«Salam olsun şəhidlərin və pak Mə`sum İmamların (əleyhimussalam) ruhlarına! Salam olsun bizim namaz camaatı bərpa edən şəxsə (müəllifə). Ümidvaram ki, həmişə on ikinci imamımız həzrət Vəliyyi Əsrin (ə.c) sayəsində müvəffəq olasınız.

Doqquz ay olardı ki, mənim həyatımda bir çətinlik qarşıya çıxmışdı. Mən və ailəm nə qədər çalışırdıqsa da bu müşkülü həll edə bilmirdik. Çətinlik maddi çətinlik idi. Qərara alınmışdı ki, bir yerdən üç milyon pul mənim və ailəmin hesabına köçürülsün. Biz də bu pulla özümüzə ev tikək. Lakin bütün sə`ylərə baxmayaraq bu iş baş tutmurdu. Daha naümid olmuşdum. Həyat hər tərəfdən bizi sıxırdı. O qədər naümid olmuşdum ki, çox ibadət edə bilmirdim. Gündə bir dəfə oxuduğum «Vaqeə» surəsini və «Aşura» ziyarətini oxuya bilmirdim. Öz-özümə fikirləşirdim ki, daha faydası yoxdur. Birdəfəlik bədbəxt olmuşam. Daha ömrüm boyu kirayə sahibinin danlağı altında yaşamalı olacağam.

Günlərin birində həzrət Əbül Fəzl Abbasın (əleyhissalam) mövlud günü oldu. Namazxanaya daxil olan vaxtı «İmam camaatın» səsini eşitdim. Söhbət edirdi. Söhbət həzrət Əbül Fəzl Abbasın (əleyhissalam) kəramətlərindən gedirdi. Özümdən asılı olmayaraq qəlbim tutuldu və gözlərim yaşla doldu. Uca səslə ağlamağa başladım. Öz-özümü məzəmmət etdim ki, niyə görə bu vaxta qədər o Həzrəti yada salmamışam? Niyə görə bu qədər günahkar olan halda həzrət Əbül Fəzl Abbası(əleyhissalam) şəfaətçi qərar verib, onun vasitəsi ilə Allahdan hacətimi istəməmişəm?

«İmam camaat» söhbətlərinin arasında belə buyurdu: «Qəməri bəni Haşimin həzrət Əbül Fəzl Abbasın(əleyhissalam) nurlu çörhəsi» adlı kitab var. Həzrət Əbül Fəzl Abbasın(əleyhissalam) kəramətləri o kitabda cəm olunmuşdur. Ağladığım halda öz-özümə dedim: Bu «imam camaata» söyləyəcəm ki, mən üzü qara günahkaram. Siz mənim niyyətimlə həzrət Əbül Fəzl Abbasa (əleyhissalam) nəzr edin, bəlkə mənim hacətimi versin. Əgər müşkülüm həll olsa o kitabları sizdən alacağam. İnanın ki, axşam üstü evə qayıdanda heç bir söz danışmadan narahat idim. Mənə dedilər ki, xanım nə iş görmüsən? Muştuluğumu verin! Hazırlaş sabah Tehrana yola düşəcəksən. Üç milyon pulu almaqdan ötrü hazırlıq işləri görməliyik!

Bu vaxt göz yaşlarımı saxlaya bilmədim. Bir müddət öz-özümə ağlaya-ağlaya qaldım!



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin