Atamdır şahi mərdan, bil ey qövi şərarət
Hüseynə məni nökər, verib ol şahi izzət
Ağamdür mənim Əbbas, əya əhli şərafət
Mənəm naibi Heydər, mənəm miri şücaət
Mənəm sədd çəkən oğlu, mənəm babi kəramət
Atam fatehi Xeybər, özüm mayeyi qüdərt
Ələmdari Hüseynəm, mənəm kani səxavət
Qərəz kimdür ki, gəlsün, edib ərşinə cür`ət
Onu göndərə ol dəm, be suyi səqir Əbbas!
* * * * * * * * * *
Çu Əbbasi dilavər, edib ərsədə cövlan
Görüb qövmi sitəmgər, olub xeyli hərasan
Qədəm qoymadı bi kəs, qalıb cümləsi heyran
O dəm Maridi bi din, olub azimi meydan
Vurub lafi kəzafi, o bi ari bəd ərkan
Yolun tutdu o dəmdə, çu ibni şahi Mərdan
Yetim Marid əlində, gəlib xəncəri bürran
Dostları ilə paylaş: |