ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə32/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   28   29   30   31   32   33   34   35   ...   175

ON DÖRDÜNCÜ KƏRAMƏT

«İŞIĞI SİZ YANDIRDINIZMI?»


Bu kəraməti hacı Nəsrullah Mədədi məktub vasitəsi ilə bizim ünvana göndərmişdir.

«Mən 1330-cu il 9-cu ay, 29 tarixdə (şəmsi ili ilə) ailə həyatı qurmuşam. 1332-ci ilə həzrət Zəhra (s.ə) ilə əhd etmişəm ki, onun eşqində halva bişirəcəm. Hər il halva bişirib ehsan etməkdən ötrü 45 kq undan istifadə edirdim. Bu iş 1348-ci ilə kimi davam etdi. Günlərin birində halva bişirməyi əmim arvadının öhdəsinə qoydum və ona inanıb öz işimin ardınca getdim. Saat 11 radələrində gecə iş yerindən evə döndüm. Əmim arvadına müraciət edib dedim: Əmi arvadı, halva yaxşıdır, ya yox? Halvanı xarab etmişdilər. Amma cavabında mənə dedilər ki, Çox yaxşı bişib. Mən qazanın altını söndürüb üstünə bir dəstmal sərdim. Sonra bir az qazanın suyundan süzüb qazanın altını təzədən yandırdım.

Çox iş görəndən sonra yorulub sobanın ətrafında istirahət etməyə başladım. Bir neçə dəqiqə sonra həyətimiz işıqlı oldu (gecə yarı). Fikirləşdim ki, əmim arvadı həyətin işıqlarını yandırdı. Bir neçə dəfə soruşdum: Əmi arvadı! İşığı sizmi yandırdınız? Cavab verdi: Xeyr! Biz hamımız otaqda yatmışıq. Bir azdan sonra yuxudan oyandım. Yuxulu olmayan halda canamızımın üstünə gəldim. Gördüm canamazım açıqdır, «Məfatihül-cinan» kitabıda onun yanında açıq idi. Əmim arvadı narahat olub ağlamağa başladı: Ax! Anam Zəhra yenə də gəlibmiş. Mən ki, halvanı yaxşı bişirmişdim.

İkinci dəfə yuxuya getdim. Səhər saat beşdə yuxudan ayıldım. Halvanı böldüm. Bölə-bölə öz-özümə dedim: Ya Fatimeyi-Zəhra! Bu gündən sonra icazə ver (halva yerinə) «Tasua» günü Əbül Fəzl Abbasının(əleyhissalam) adına düyü bişirim. O gündən sonra 1359-cu ilə qədər hər il düyü bişirdim. 1359-cu ildə əlim atəşə düşüb yandı. Mən narahatçılıqdan əlimi suya salmaq əvəzinə neft olan qaba saldım. 40 dəqiqədən sonra əlim şişdi. Məni xəstəxanaya apardılar. Xəstəxanada dedilər ki, bunun əli dərin yanıb. Mən qorxumdan demədim ki, əlimi neft olan qaba salmışam. Təxminən, 50 gün məni o xəstəxanadan bu xəstəxanaya göndərdilər. Nəhayət, bir gün məni «Çəmran» adlı xəstəxanadan «Səvaneh» yanığ xəstəxanasına e`zam etdilər. Bu xəstəxanada da bir həftə yatdım. Bir həftədən sonra qərara aldılar ki, əlimi biləkdən kəssinlər. Sonra «Çəmran» adlı xəstəxanaya məktub yazıb məsləhətləşdilər ki, mənim əlimi kəssinlər, ya yox? Məktubu həmin xəstəxanaya özüm apardım. «Çəmran» xəstəxanası belə cavab verdi ki, siz nə məsləhət bilirsinizsə bizim üçün möhtərəmdir. Təzədən həmin xəstəxanaya qayıtdım. Buranın həkimləri mənim əlim barəsində məşvərətə başladılar. Onlardan biri dedi: Əlinin sümüyü qaralıb. İstəyirik əlini kəsək. Razısanmı? Mən dedim: Sizin nəzəriniz nədir? Həkimlər bir-birinin üzünə baxdılar. Sonra onlardan biri dedi: Siz çölə çıxın. Təzə hava alın!

Mən xəstəxananın salonuna çıxdım və üzümü göyə tutub dedim: Ya Əbül Fəzl Abbas!. Əgər mən doğrudanda sizə aşpazlıq edirəmsə, əlimi səndən istəyirəm!. Ağlaya-ağlaya əlavə etdim:

Ya Əbül Fəzl Abbas, mən kimə deyəcəyəm ki, bu qazanı ocağın üstündən götür yerə qoy? Mən əlimi səndən istəyirəm!. Sonra həmin vəziyyətdə xəstəxananın içinə qayıtdım.Həkim mənə baxıb dedi: Biz sənin əlini kəsməyəcəyik. Səni başqa bir yerə göndərəcəyik. Məni «Bazarqanan» xəstəxanasına göndərdilər. Orada həkim əlimə baxıb tibb bacısına müraciət etdi: Bir qab su və bir geyilməmiş əlcək gətir. Tibb bacısı gəldi. Həkim ona baxıb dedi: Bu şəxsin əlini təmizlə! Tibb bacısı təzə əlcəyə əl atıb mənim üfunət etmiş ətimi qopartmağa başladı. Sonra bir qədər əlimə dərman sürtüb dedi: Siz gedin. Uşaqlarınızın dəftərçəsin (həkim dəftəri) gətirin.

48 saatdan sonra dörd ədəd «həkim xidməti» dəftərçəsini həkimin xidmətinə çatdırdım. Həkim hər dəftərçəyə üç dərman yazıb tapşırdı ki, hər bir nüsxəni bir aptekdən yox, hamısını bir aptekdən al. Bu əhvalat iki ay davam etdi. Mən sağ əlimi həzrət Əbül Fəzl Abbasdan( əleyhissalam) aldım.

Bir müddət sonra Tehrandan düyü bişirməkdən ötrü bir maşın odun apardım. Maşın yolda sürüşdü və on beş dəfə fırlandı. Başım dörd yerdən yarıldı. Sol əlim maşının altında qalıb sıxıldı. Çox yaralandım............. Yol polisi məni avtomaşının sükanı arxasından çıxarıb dedi: Ölməmisən? Dedim: Cənab rəis mən güclüyəm. Xeyr! Polis dedi: Bu ağacları nədən ötrü aparırsan? Cavab verdim: Məhərrəm ayında ehsan verib düyü bişirməkdən ötrü aparıram. Polis dedi: Əlini yaxşı kəslərin ətəyindən tutmusan. Heç vaxtı əl çəkmə!

Mən yeddi kiloqram düyü bişirməkdən başlamışdım. Hazırda 1376-cı şəmsi ilidir. Yetmiş kiloqram düyü bişirib ehsan verirəm. ümidvaram ki, həzrət Əbül Fəzl Abbasın (əleyhissalam) bu məhəbbəti müqabilində öz xırda vəzifəmin öhdəsindən gəlim.»


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin