YETMİŞ SƏKKİZİNCİ KƏRAMƏT «HƏZRƏT ƏBUL FƏZL ABBASA PƏNAH APARMAQLA KOR OLMAQDAN NİCAT TAPDIM!»
3.Bu əhvalat çox maraqlıdır. Mən özüm də bu cərəyanda var idim. Cənab Müctehidi hadisəni dəqiqliklə mənə nəql etmişdir. Hadisə Məşhəd sakini Məhəmməd Əli Xacəvinin şəfa tapmasından gedir. O, cənab Müctehidinin uzaq qohumlarından idi. Hadisə təxminən 1990-cı ildə baş vermişdi. Hadisənin xülasəsi belədir:
Cənab Xacəvi əmisi oğlu ilə birlikdə öz sənətində çalışırmış. Əmisi oğlu Təqi Xacəvi onunla şərik idi. İş vaxtı çəkişin altından bir dəmir qırıntısı çıxıb Xacəvinin sağ gözünə batır. Dəmir gözünə düşən kimi gözü kor olur. Dərhal onu imam Rza (əleyhissalam) adına olan xəstəxanaya aparırlar. Xəstəxanada tez dərman vururlar. Lakin bir nəticə alınmır.
Sonra da Xacəvini Tehrandakı «Lebaf Nejad» adına xəstəxanada yatızdırırlar. Qərara alınır ki, onun o biri gözünün də kor olmamasından ötrü sağ gözünü birdəfəlik çıxartsınlar. Bu hadisə elə olur ki, Məhərrəmin doqquzuncu gününə (tasua) düşür. Qərara alınır ki, Məhərrəmin 12-ci günü onu cərrahiyyə əməlinə aparsınlar. Bu vaxt cənab Məhdi Müntəcəb adlı şəxs həzrət Əbul Fəzl Abbasa (əleyhissalam) nəzr etdiyi və ondan gördüyü kəraməti Xacəviyə nəql edir. Onu inandırır ki, bir qoyun nəzin etsin. Cənab Xacəvi öz tərəfindən onu vəkil edir və tapşırır ki, mənim əvəzimdən nə cür məsləhət bilirsə elə də etsin.
Cənab Müntəcəb bu hadisəni Müctehidiyiə nəql edir. O, da tapşırır ki: Üç ədəd qoyun nəzir etsin. Birini imam Hüseyn (əleyhissalam)-a, ikincisin həzrət Əbul Fəzl Abbas (əleyhissalam)-a, üçüncüsünü isə imam Rza (əleyhissalam)-a nəzr etsin. Müntəcəb həmin işi görür. Cənab Müctehidi nəql edir ki, hər bir qoyunu kəsdikcə Xacəvinin gözünün bir qisməti yaxşılaşırdı. Belə ki, üçüncü gün onun gözü tamamilə sağaldı. Bu nəzirlərdən sonra daha cərrahiyyə əməlinə ehtiyac olmadı.
İndi də gözünün sağalmasını cənab Xacəvinin öz dilindən eşidək. O, buyurur: Mən xəstəxanada yatmışdım. Yuxuda gördüm ki, şirin su ilə dolu bir hovuzun içindəyəm. Hovuzun içində televizora bənzər bir şeyin içində gördüm ki, bir dəstə qoyunun içindən üç baş qoyunu qurbanlıqdan ötrü ayırırlar. Həmçinin, həmin yuxuda mənə ilham oldu ki, gözlərim yaxşı oldu. Amma mənə elə gəlirdi ki, bu həmin sağlam gözümün də xarab olmasına işarə idi. Çaharşənbə axşamı «Cəmkəran məscidinə (bu məscid Qum şəhərində 12-ci imamın göstərişi ilə tikilib) getdim. Gün çıxandan sonra hiss etdim ki, sağ gözüm görməyə başlayır. Atama dedim və o da çox xoşhal oldu. Çünki, sabah gözümdə cərrahiyyə əməli edəcəkdilər. Buna görə də əməliyyatdan qabaq doktora bir dəfə də təzədən gözlərimi yoxlatdırmaq istədim. Həkimin yanına getdim. Yoxlanışdan sonra həkim mənə dedi:
Sizin sağ gözünüz sağalmaq üzrədir. Daha əməliyyata ehtiyac yoxdur.
Beləliklə cənab Xacəvi, həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) pənah aparmaqla kor olmaqdan nicat tapdı. O, bu hadisəni maşında oturub sürücülük edən halda danışırdı. Allaha şükr edirdi ki, Əhli-Beyt (əleyhissalam) və o cümlədən həzrət Əbul Fəzl Abbas (əleyhimussalam)-ın bərəkətindən korluqdan nicat tapıb.
Dostları ilə paylaş: |