HƏŞTAD BİRİNCİ KƏRAMƏT BİRDƏN DAĞ TƏRƏFDƏN İKİ CANAVAR GÖRÜNDÜ!
Höccətül-islam Seyyid Əli Musəvi, Məhəmməd Babainin dilindən belə nəql edir:
1995-ci ilin Məhərrəm ayının doqquzuncu günü əhalidən bir nəfərinin həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) nəzr etdiyi qurbanlıq qoyunu qaçır. Mən və qardaşım qoyunun dalınca getdik. Nə qədər çalışdıqsa onu tutmağa müvəffəq olmadıq. Birdən dağ tərəfdən iki canavar çıxıb qoyunun dalınca getdilər. Biz də canavarların qoyunu parçalamasının qarşısını almaqdan ötrü tələsdik. Təxminən, qoyunun on metrliyində o iki canavar qoyunu tutdular. Onlardan biri qoyunun boğazından tutmuş, ikincisi isə tamaşa edirdi. Elə ki, qoyuna yaxınlaşdım. Canavar qoyunun boğazını buraxdı. Mö`cüzəli idi qoyunun boğazında heç bir cızıq yeri də yox idi. Bundan əlavə qoyunun belində canavarın caynaqlarının yeri qalmışdı. Lakin, heç bir caynaq qoyunun dərisini də cızmamışdır!
Dostları ilə paylaş: |