ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə109/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   105   106   107   108   109   110   111   112   ...   175

HƏŞTAD DÖRDÜNCÜ KƏRAMƏT

«HƏZRƏT BUYURDU: BU BAŞI TÜKLÜNÜ O KEÇƏLLƏ DƏYİŞİB HƏCCƏ GÖNDƏRİN!»


3. Kərəc şəhərinin seyyidlərindən birisi gözü yaşlı halda həzrət Əbul Fəzl Abbasdan(əleyhissalam) belə bir kəramət nəql edir:

Həcc karvanının müdüriyyəti mənim öhdəmdə olan vaxtı günlərin birində Yəzd sakinlərindən biri karivanda xadim işləməkdən ötrü adının yazılmasını xahiş etdi. Mən ona dedim:

Sizin «Beytullahil-hərama» getməyinizə heç bir imkan yoxdur. Çünki, «Hacılara xidmət» işlərini tamamlayıb həcc idarəsinə təhvil vermişəm. Bir neçə gündən sonra hacıların uçuşu başlayır. Şəxs cavabında dedi:

Mən sizə bir nişanə verəcəyəm. Əgər həqiqət olsa sizinlə həccə gedəcəyəm, əgər həqiqət olmasa, Yəzd şəhərinə qayıdıb bir daha sizə mane olmayacağam.

Dedim: Nə nişanən var?

Dedi: Sizdən mə`yus olan vaxt bilet alıb gecəynən Yəzdə qayıtmaq istədim. Avtobusun işıqları sönəndən və səfər həyatından sonra özümdə yaxşı hal bilib həzrət Əbul Fəzl Abbasa (əleyhissalam) təvəssül etdim. O Həzrətdən həcc səfərinə nail olmaq istədim. Birdən mənə elə gəldi ki, həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) müqabilindəyəm və siz də onun kənarındasınız. Həcc istəyimi ona ərz etdim. Həzrət sizə buyurdu:

Xəlilullah! Bu şəxsi də özünüzlə həccə aparın.

Siz dediniz ki, heç bir yol yoxdur. Sənədləşmənin sona yetməsinə görə həcc idarəsi qəbul etmir. Tezliklə hərəkət başlanır. Təzədən o həzrətdən xahiş etdim. Yenə də həzrət sizə tərəf buyurdu:

Bu şəxsi də özünüzlə həccə aparın.

Siz yenə də heç bir imkanın olmadığını söylədiniz. Bu halda həzrət buyurdu:

«Bu başı tüklünü o keçəllə əvəz edib həccə aparın».

İtaət olunar ‒ deyə buyurdunuz.

Bu halda yuxudan oyandım. Gördüm ki, Yəzdə yaxınlaşmışıq. Arxayın oldum ki, bu il həccə gedəcəm.

Yol tədarükünü hazırlayıb ailə-uşaqla vidalaşdım. Bu həmin əlamətlərdir ki, həzrət Əbul Fəzl Abbas (əleyhissalam) sizə buyurmuşdur. İndi özünüz bilərsiniz. Mən gəlmişəm.»

Mən öz-özümə fikirləşdim ki, başında tük olmayan yalnız bir nəfərdir. O da həmişə başına papaq qoyur ki, başqaları onun keçəl olmasını bilməsinlər. Yaxınlıqdakı göyərti satan dükançının yanında löməkçi işləyirdi. Bu il hacılara xidmət etməkdən ötrü ad yazdırmışdı. Sənədlərini də artıq həcc idarəsinə göndərmişəm. Düşünürdüm ki, həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) əlamətləri əsasında bu şəxsin sənədlərini hansı yolla dəyişmək olar? Elə bu anda həmin keçəl şəxs idarəyə daxil olub bu il həccə getməsinin ləğv olunmasını israr etdi.

Dedi: Nə qədər xərc etmişəmsə istəmirəm, yalnız adımı siyahıdan pozun! Soruşdum: Səbəbi nədir? Cavab verdi ki, mağaza sahibi eşidəndə ki, mən həccə gedirəm mənə dedi ki, daha həccdən qayıdandan sonra başına bir çarə qıl. Mənim dərdimə yaramazsan. Çünki siz həccə gedib-gəlincə mən dükanı bağlı saxlaya bilmərəm. Axı sənə həcc vacib deyil, yalnız xidmət üçün gedirsən!

Qısası nə qədər israr etdimsə faydası olmadı. Ona görə də sizdən xahiş edirəm ki, mənim adımı pozasınız. Onun bu tə`kidini gördükdə, dedim: Bu şərtlə ki, öz e`tirazını mənə yazılı şəkildə yazasan. Onu da qəbul etdi. Mən Yəzdən olan şəxsə dedim ki, keçəl öz e`tirazını yazıb, daha həccə getmir. Siz sənədlərinizi hazırlayın həcc idarəsinə gedəcəyik. Xoşbəxtçilikdən o gün həcc işlərini aparan bizim köhnə qonşumuz və dostumuz idi. Hadisəni ona nəql etdim. O da tam ehtiramla keçəl şəxsin sənədlərini ləğv edib, mənim sənədlərimi onun əvəzində təşkil etdi. Başqa sənədləşmələr də qeyri-adi halda öz yoluna düşdü. Nəhayət, həzrət Əbul Fəzl Abbas (əleyhissalam)-ın tapşırdığı şəxsi özümlə həccə apardım.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin