HƏŞTAD YEDDİNCİ KƏRAMƏT «YA ƏBUL FƏZL! BURA SƏNİN İŞİNDİR!»
Cənab Şeyx Məhəmməd Rza Xurşidi belə nəql edir:
Mənim Qur`an müəllimim pak şəxsiyyətli bir insandır. Təxminən, 40 il Kumeyl, Nüdbə və Səmat dualarında iştirak etdiyim hacı Məhəmməd Hüseyn Məhdəvi Şirvani Babil şəhərinin sakinidir. Bir neçə dəfə bu əhvalatı müxtəlif yerlərdə nəql etmişdir. Mən də ondan eşitmişəm. O buyurur:
Bir gün bazardan gələndə tanışlardan birisi məni çağırıb dedi: Xarici ölkədə oxuyan filankəsin oğlu son vaxtlar İrana Babil şəhərinə ata-anasını görməyə gəlib. Mənə nəql edir ki, bir neçə gün əvvəl Babil şəhərinin ətraf kəndlərindən birində bir kəramətin şahidi olmuşdur. Kəramət belə olub:
İşçilərdən biri özü də bilmədən otruduğu budağı kəsməyə başlayır. Ağac çox hündür, aşağısı isə dərin bir dərə idi. Ona görə də ağacın qırılması ilə işçinin üzü aşağı düşməsi bir oldu. Ondan yalnız Mazandaran ləhcəsi ilə bu səs gəldi:
Ya Əbul Fəzl Abbas! Bura sənin işindir!
Onun yıxıldığı məqama görə göydə bir neçə dəfə mayallaq aşıb dərədə dağa-daşa dəyərək yerə düşməliydi. Öz-özümə dedim ki, gedim bu şəxsin tikələrin dərənin dibindən gedim yığım. Lakin, elə ki, kənardan dərənin dibinə baxdım, gördüm ki, dərənin dibində ayaq üstə durub ətrafına baxır. Sanki kimisə axtarırdı.
Hər halda ip gətirib ucunu dərənin dibinə atıb başqa tərəfini belimə bağlayıb onu çəkməyə başladım və çəkib yuxarı çıxartdım. Çölə çıxdıqdan sonra gördüm ki, həyacanlı halda ətrafa baxıb deyir:
Ağa hanı!? Ağa hanı!? Ağa hanı!?
Soruşdum:
Nə danışırsan? Ağa kimdir?
Dedi: Elə ki, dərənin dərinliyinə düşəcəyimi hiss etdim, bildim ki, burada yalnız Əbul Fəzl Abbası (əleyhissalam) çağırmaq lazımdır. Ona görə də ağanı çağırdım. Daha sonra nə olduğunu bilmədim. Yalnız onu hiss etdim ki, bir ağa gəlib məni götürüb rahatlıqla dərənin dibində bir daşın üstünə qoydu və dərhal yoxa çıxdı.
Dostları ilə paylaş: |