ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ


HƏŞTAD SƏKKİZİNCİ KƏRAMƏT



Yüklə 1,54 Mb.
səhifə113/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   109   110   111   112   113   114   115   116   ...   175

HƏŞTAD SƏKKİZİNCİ KƏRAMƏT

«ARXAYIN OL! BU UŞAQ SAĞALACAQ!»


Cənab höccətul-islam vəl-müslimin hacı seyyid Məhəmməd Təqi Ğərəvi anasından onun uşaqlıqda başına gələn hadisəni belə nəql edir:

1. Seyyid Məhəmməd Təqi anadan olanda ana südü yemir, yə`ni ana döşünü götürməyə qadir olmur. O, yeddi aylığında dünyaya gəlmişdi. Ondan əvvəl bir qardaşı ölmüşdü. Anası onun sağalmasından ötrü həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) pənah aparır. Nəzr edir ki, uşaq sağ qalsa o Həzrətin məqdəminə bir qoyun təqdim edəcək.

Bu nəzirdən sonra bir gecə ana sübh azanına yaxın yuxuda görür ki, bir tülkü bir ağ xoruzu aparır. Bu halda tez-tez çağırır:

Ya Əbul Fəzl Abbas! Ya Əbul Fəzl Abbas!

Həzrət qəməri bəni Haşimə (əleyhissalam) təvəssül etdikdən sonra uca qamətli bir seyyid xoruzu tülküdən alır və anaya verir. Bu səhnəni müşahidə etdikdə ana birdən yuxudan ayılıb uşağın atasını oyadıb deyir: Sən ətir iyini duyursan? Kişi cavab verir ki, bu, səhər yelinin ətridir. Sübh namazını qıldıqdan sonra ana gördüyü yuxusunu ərinə nəql edir. Kişi buyurur: Arxayın ol ki, bu uşaq sağ qalacaq! Həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) bərəkətindən sağ qalacaq.

Kitabın müəllifi yazır: Cənab seyyid Məhəmməd Təqi Ğərəvi bu gün Qur`an və Əhli-Beyt (əleyhimussalam)-ı təbliğ edən ən böyük alimlərdən biridir.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin