HƏŞTADINCI KƏRAMƏT «BİR ƏLİN MƏNİM DALIMCA GƏLDİYİNİ GÖRDÜM!»
5. Başqa hadisə cənab Həsən Yusifinin anbar sularında batmasından xilas olmasıdır:
Yusifi Nişapurun kəndlərinin birində sakindir. Yol hamarlayan ağır maşının sürücüsüdür. Hadisəni o özü mənə nəql etmişdir. O, əsl macəraya üç il əvvəl sual şəklində işarə etdi. Buyurdu:
Heç özüm də bilmirəm necə oldu ki, həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) adı birdən mənim dilimə gəldi və mən nicat tapdım. Çünki, mən bütün giriftarçılığımda imam Rza (əleyhissalam)-ın adını çağırırdım. Heç vaxt olmamışdı ki, müşkül işimdə həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) adını çəkim. Nəql edəcəyim hadisədə isə həyatdan tamamilə ümüdümi üzən halda, birdən bütün vücudumla həzrət Əbul Fəzl Abbası (əleyhissalam) köməyə çağırdım və nicat tapdım!
Hadisə belə olub:
Cənab Yusifi təxminən, 1995‒96-cı illərdə «Əsfarin» anbar suyunun qarşısındakı səddə işləyirdi. Hərdən bir işinin yanında suya girib çimirdi. Əlbəttə, üzməyi yaxşı bilmədiyinə görə çalışırdı ki, anbarın dərin yerlərinə getməsin. Amma, başqa işçi dostları üzməyi yaxşı bacarırdılar. Bir gün o və işçi dostları çimmək üçün anbar suyuna girirlər. O da səhvən suyun dərin yerinə gedib çıxır. Dostlardan hər birisi nə qədər çalışırsa onu sudan xilas edə bilmirlər. Çalışmaları nəticəsiz qalır. Təkcə bu işi görürlər ki, təzə nəfəs almaqdan ötrü onu suyun üzünə qaldırırlar. Nəhayət, çox çək-çevirdən sonra suyun dibinə gedir. Suyun dibinə çatanda birdən qəlbində bütün vücudu ilə həzrət Əbul Fəzl Abbası(əleyhissalam) çağırır. Bundan sonra gözümü suyun altında açdım. Təəccüblü idi. gördüm ki, dalımca bir əl gəzir. Tez əldən tutdum. O, məni səddin kənarına çəkdi və mən nicat tapdım. Çünki anbarda işləyənlər suyun üzündə əl-ələ verib mənim nicatımdan ötrü çalışırdılar. Elə də oldu. Allah, həzrət Əbul Fəzl Abbsın(əleyhissalam) bərəkətindən qəti ölümdən mənə nicat verdi.
Dostları ilə paylaş: |