ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə51/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   47   48   49   50   51   52   53   54   ...   175

OTUZUNCU KƏRAMƏT

«YAŞIL İPİ BİLƏNGİNDƏN AÇMA!»


Höccətül-islam Xətib Fərzanə və hacı seyyid Hüseyn Mö`təmidi Kaşani, Ne`mətullah Əşhəri Qumsəri oğlu Möhsindən belə nəql edirlər:

Əsgərliyimin son vaxtında Tehran dəmir yol vağzalına gətirilmişdik. Mənim ora çatmağım İraq əsirlərinin və yaralılarının qatarla gətirilməsi gününə təsadüf etmişdir.

Ordan bir əsiri xaric etdilər. Biləklərinə yaşıl ip bağlamışdı. Onunla müsahibə apardılar. Müsahibə arasında ondan soruşdular: Bilənginizdə yaşıl ip bağlamaqda seyyidsinizmi? Xeyr ‒ deyə cavab verdi.

Bir neçə gün bundan əvvəl Səddamın əmrilə məni zorla iranlılara qarşı döyüşə aparırdılar. Döyüşə yola düşməmişdən əvvəl anam məni həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) hərəminə apardı. Oranın xidmətçilərindən birindən yaşıl rəngli ip alıb bir ucunu mənim qoluma digər ucunu həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam) zirehinə bağlayıb ağlamağa başladı. Ağlaya-ağlaya həzrətə and verib dedi: Bu uşağımı zorla cəbhyə aparmaq istəyirlər. Mən onun yaralanmasından və əsir olmağından qorxmuram. Amma, istəmirəm ki, öldürsünlər. Ya Əbul-Fəzl Abbas! Buna bir nəzər sal! Uşağımın başına nə gəlirsə gəlsin, lakin ölməsin, mənim yanıma qayıtsın. Sonra mənə dedi: İpi qolundan açma. Mən həzrət Əbul-Fəzl Abbasdan(əleyhissalam) istəmişəm ki, səni mənə qaytarsın. Cəbhəyə gələndə bir neçə nəfərlə iranlılara hücum etdik. İranlılar bizi mühasirəyə aldılar. Çox çətin vəziyyətdə idik. Dörd tərəfdən atəşə tutulmuşduq. Dostlarımdan bir neçəsi yanımdaca öldülər. Lakin mən əllərimi başıma qoyub həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) köməyi ilə iranlılara təslim oldum və sağ qaldım.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin