«YEDDİNCİ İMAM MUSA İBNİ CƏ`FƏR (KAZİM(Ə)) VƏ HƏZRƏT ƏBUL-FƏZL ABBAS(Ə) BEŞ AYLIQ UŞAĞA ŞƏFA VERDİ!»
Höccətül-islam vəl-müslimin seyyid Məhəmməd Fəllahzadə nəql edir:
1354-cü ilin mahi mübarək Ramazan ayında beş aylıq Seyyid Məhəmməd oğlum bağırsaq xəstəliyinə tutuldu. Uşağı Qum şəhərindəki Nikuyui xəstəxanasına aparıb uşaq bölməsində yatızdırdıq.
O gündən sonra mən və uşağın anası hər gün xəstəxanaya gedir, uşağın dindar həkimi Sadiqdən uşağın halını soruşurduq.
Bütün xəstəxana həkimlərinin və bizlərin sə`yinə baxmayaraq uşağın halı gündən-günə pisləşirdi. Belə ki, irəliləyişdən əsər-əlamət görünmürdü.
Gecələrin birində uşağın müayinəsi üçün gəlmiş həkim mənə dedi: Seyyidcan! Sizin uşağınızın halı gündən-günə pisləşir. Mən də əlimdən gələni onun üçün etmişəm. Bundan sonra sizin uşağınızın şəfası Allahladır. Elə ki, həkimin pərdəsiz söhbətin eşitdim, ürəyim qırıldı, çox narahat oldum. Sonra öz-özümə dedim: Məgər biz sahibsizikmi? Bizim sahibimiz var! Əsl həkimin ətəyindən yapışmaq lazımdır!
Həmin gecə uşağın gözü yaşlı anası ilə birlikdə xəstəxananın həyətində qəlbiqırılmış halda imam Kazim (ə) və həzrət Əbul-Fəzl Abbası(əleyhissalam) şəfaətə çağırdıq. Nəzr etdik ki, əgər uşaq sağalsa imam Kazim (ə) və həzrət Əbul-Fəzl Abbasa(əleyhissalam) hər ayın əvvəlində on gün rövzə oxudarıq. O gecə sübhə qədər dua etməklə məşğul olduq. Belə ki, vaxtın necə keçməsini bilmədik. Sübh gəlib uşağın halını soruşduq. Qəribə mənzərə ilə rastlaşdıq. Gecədən xəstəxanada halsız vəziyyətdə qalan uşaq indi tənəffüs boruları vasitəsilə nəfəs almağa başlamışdır. Bunu görüncə tez həkimə xəbər verdik. O da tez gəlib uşağı müayinə etdi. Müayinədən sonra gülümsündü. Mənə üz tutub dedi: Cənab Fəllahzadə de görüm gecə nə etmisən? Çünki mö`cüzə olub. Daha bu uşağın bağırsaqlarında üfunətdən xəbər yoxdur. Rahatlıqla nəfəs alır.
Bu sözləri eşidəndə sevincdən qəhr boğazımı tutdu və həkimin cavabını verə bilmədim. Bir müddət sükutdan sonra özümə gəlib dua etmək əhvalatını həkimə nəql etdim. Belə ki, o da çox pərişan olub ağlamağa başladı.Həzrət imam Kazim (əleyhissalam) və həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) kəraməti bu idi. Beş aylıq uşağa Allah dərgahında şəfa verdilər. Ondan sonra bu günə qədər Allahın köməyi ilə bizim uşaqda bağırsaq xəstəliyi yoxdur. Bu macəranın sonunda onu da qeyd etmək istəyirəm ki, qəlbini sındırmasan «dua» qəbul olmayacaq. Lazımdır ki, Allahla xalis şəkildə rabitə yaradıb Onun dərgahında ağlayasan.
Dostları ilə paylaş: |