«NAQİS UŞAĞA ŞƏFAƏT VERİLDİ».
Seyyid Ətaullah Şəms Dövlətabadi yazır:
Alimlərdən biri hacət almaqdan ötrü on gecə Əmirəl-mö`minin Əli (əleyhissalam)-ın pak hərəmində qalır. Lakin bir nəticə almır. Sonra həzrət imam Hüseyn (əleyhissalam)-ın hərəmində on gecə qalır. Yenə də nəticə almır.
Həmçinin həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) hərəmində on gecə qalmalı olur. Burda da məqsədinə çata bilmir. Həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) hərəmində qaldığı günlərin sonuncusunda görür ki, bir qadın ziyarətgaha daxil oldu. Çolaq bir uşağı zirehin yanına atıb dedi: «Ya Əbul Fəzl Abbas! Mən sizdən övlad istəmişdim. İndi Allah mənə bir naqis övlad verib. Mən buradan getməyəcəyəm. O vaxta qədər ki, mö`cüzə edəsən və mənim naqis uşağımı sağlam edəsən! Birdən hay-küy qopdu. Dedilər naqis uşaq sağlam oldu. Qadın uşağı qucağına alıb çölə çıxdı.
Bunu görən alim çox kədərləndi. Zirehin kənarına gəlib dedi: «Ya Əbul-Fəzl Abbas! Bir gör mən bir aydır atanın, qardaşının və sənin yanında hacət istəyirəm, lakin hacətim qəbul olmayıb. Amma köçəri ərəb qadın gələn kimi birbaşa hacətini verdin.»
Bir neçə an sonra alim zirehin yanında yuxuya gedir. Röya aləmində Həzrət ona deyir: Hər kəs öz mə`rifətinə görə hacət istəyir. Və Allah hər kəsə səlah bilsə onun hacətin qəbul edir. O qadın bizə aşina olduğu qədər hacətin verdik. Amma hesabı başqadır. Biz sənə lütf nəzəri ilə baxırıq. Və sizin salahınızı bunda görürük! (Kəramat Hüseyniyyə, səh.156).
Dostları ilə paylaş: |