ALTMIŞ BİRİNCİ KƏRAMƏT «ƏTİ BİŞİRMƏK ÜÇÜN HAZIRLADIQ!»
Cənab höccətullah Ləcrimi Brucuni, mərhum höccətül-islam hacı seyyid Rəhim Mirfuruğidən belə nəql edir:
Xətib və möhtərəm alim, məşhur vaiz mərhum höccətul-islam vəl-müslümin hacı seyyid Rəhim Mirfuruği Qəhfərxi «Çahar məhal Bəxtiyari» və başqa məktəblərdə təbliğçi olmuşdu. Bir müddət İsfahanda olmuşdu. O, mənim yaxın dostlarımdan idi. Belə nəql edirdi:
On bir dəfə Kərbəlaya ziyarətə getmişəm. Hər dəfə iki ya üç ay orada sakin olmuşam və bütün yerlərini tanıyıram. Günlərin birində qardaşım hacı seyyid Əhməd Mirfuruqi ilə birlikdə Kərbəla bazarına getmişdik. Qayıdanda tanış qəssabdan bir kiloqram qoyun əti aldıq və evə gəldik. Yol arasında o gün ikinci dəfə olaraq həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) hərəmilə rastlaşdıq. Mən qardaşıma dedim:
Mənim ürəyim gəlmir ki, həzrətin hərəmini ziyarət etməmiş bir başa evə gedək. Təxminən sübh saat doqquz olardı. Hər halda həzrət Əbul Fəzl Abbas(əleyhissalam) hərəminə daxil olduq.
Hərəmdə ziyarət, rövzə və müsibət dedikdən sonra mənzilimizə sarı getdik. Evə çatan kimi əti bişirmək üçün hazırladıq. Amma elə ki, yeməyə yaxınlaşdıq gördük qazan tam qaynayır, amma ət qazanın içində bişməmiş halda qırmızıdır. Təəccübləndik. Əti təzədən axşama bişmək üçün ocaq üstə qoyduq. Gecə də qazanı ortalığa gətirəndə təəccüblə gördük ki, ət heç bişməmişdir. Səhər sübh qəssabın yanına gedib dedik: Dünən sizdən aldığımız ət dünəndən bəri ocağın üstündə bişməmişdir. Bu nədəndir? Bizimlə dost olan qəssab dedi:
Bizim ətimiz pis deyildi! Biz bu ətdən hamıya satmışıq, kimsə gəlib şikayətlənməyib. Təkcə sizsiz ki, bunu idda edirsiniz.
Biz qazanla birlikdə əti ona göstərdikdə doğrusu qəssab özü də təəccüb etdi və dedi:
Bu işdə nəsə bir sirr var.
Fikrə getdim ki, görəsən nə sirridi? Sonradan başa düşdüm ki, qəssabdan əti alandan sonra hərəmə girmişdik. Ət həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəminə daxil olduğuna görə dünya atəşi ona tə`sir etməyib. Həzrətin hörmətinə atəşin ona əsəri dəymir. Biz bu işi O həzrətin kəramətindən hesab etdik və əti aparıb çöldə basdırdıq.
Beləliklə əgər insan xalis niyyətlə və arif halda hərəmə girsə cəhənnəm odundan amanda qalar. Axında Allahdan o mərhumdan ötrü bağışlanmaq istəyirik.
Dostları ilə paylaş: |