ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə87/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   83   84   85   86   87   88   89   90   ...   175

ALTIMIŞ İKİNCİ KƏRAMƏT

«MAZANDARANLI TƏLƏBƏYƏ KÖMƏK!»


Cənab Höccətül-islam vəl-müslümin hacı şeyx Əbdülvəhhab Sultani yazır:

O gecənin əhvalatı unudulmazdır. Bir dəstə əzadar Hüseyn(əleyhissalam) məclisinə daxil olurlar. O məhəllənin ruhanisi mənbərdə 15 dəqiqəyə yaxın həzrət Əbul Fəzl Abbas (əleyhissalam) barəsində və onun əzəmətindən söhbət etdi. Məhəllənin möhtərəm şəxslərindən biri yerindən durur. Bir nəfər 24 yaşlı cavan onun yanında dayandı. Möhtərəm şəxs cavanı tanıtdırmağa başladı: Bu şəxs tələbədir. Bir neçə ildir ki, Tehranda tələbəliklə məşğuldur. Sonra o, cavanın tə`lim vaxtı bədəninə kimyəvi maddələrin sirayət etməsini izah edir. Mə`lum olur ki, kimyəvi maddələr cavanın əlində imiş. Sonra qaşınma nəticəsində onun bədəni dəri xəstəliyinə tutulur. Tehran həkimlərinin müayinəsindən sonra mə`lum olmuşdu ki, bu cavan əlac olunmaz xərçəng xəstəliyinə tutulmuşdur. Dərhal müalicə və dərman üçün xaricə getməlidir. Cavanın ailəsi imkan həddində onun xaricə getməsinə şərait yaratdılar. Çoxlu pul dəyişib ailəsilə birlikdə Tehranı müalicə niyyəti ilə tərk etmişdi.

O getdikdən sonra cavanın bacısı və anası boş dayanmayıblar. Yaxın qohumları ilə birlikdə tanınmış yer olan «Əbul Fəzl Abbas» adına məkana gəlib nəzir-niyaz etmişlər. Cavanın salamat və sağlam qayıtmasından ötrü burada dua ilə məşğul olublar. Cavan öz müalicəsindən ötrü xaricdəki bir çox həkimlərə müraciət edir. Həkimlər şurası nəzər verirlər ki, İran həkimlərinin tə`yin etdikləri bu xəstəlikdən səndə əsər-əlamət yoxdur. Cavan bir müddət qalıb bu xəstəliyi həkimlərdən də İran həkimlərinin bu xəstəliyi tə`yin etmələrinin tamamilə olmamasını məktub şəkilində ələ gətirir. Bəli! Cavan şəfa üçün xaricə səfərə çıxmışdı. Amma cavanın ana və bacısı «Babul-həvaic» həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) məqamına pənah apardılar. Cavan qayıdarkən gecə ilə məclis təşkil olundu. Qoyun qurban kəsildi. Camaatdan xahiş olundu ki, bir saat gözləsinlər. Tezliklə yemək hazırlanıb «Babul-həvaic. eşqində ehsan verildi. Mazandaranlı cavan şəfa tapmışdı.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin