|
|
səhifə | 84/175 | tarix | 02.01.2022 | ölçüsü | 1,54 Mb. | | #1952 |
|
XANIM ZEYNƏBİN DİLİNDƏN
Bir Nəcəfdən baş götür bax Kərbəlayə ya Əli!
Qaninə qəltan olan oğlun Hüseynə ya Əli!
** ** ** ** ** **
Bəslədiyun peykərun gül cismi parə parədir
Ol qədər oxlar dəyib yeksər bədəni yarədur
Yarəsin yox bağliyan Zeynəb bu gün əvarədir
Gəlmədün bu dəşdidə ahi nəvayə ya Əli!
** ** ** ** ** **
Əkbərin teşnə verib üryan qılınc qabağinə
Saldılar misli uqab ustən oni qabağinə
İçmədi bir qətrə su qani dolub boğazinə
Qaninə qəltan olub ol no cavanun ya Əli!
** ** ** ** ** **
Bu Hüseynin ya Əli ünbət yolunda baş verib
Yari ənsari ölüb bir yari bi yavər qalıb
Əhli Be`yti xeymədə həm dideyi giryan qalıb
Bir nəzər eylə bu gün Kərbibəlayə ya Əli!
** ** ** ** ** **
Rəhm qıl bir Zeynəbin gözdən axan qan yaşına
Yeddi qardaşi ölüb indi olub kül başına
Neyləsin Şümri vurur qəmçi Səkinə başına
Oldananda xeymələr hər dəm deyərdi ya Əli!
** ** ** ** ** **
Nobeyi meydan yetişdi şahi dini məhşərə
Boynuna saldi kəfən baxdi Əliyyi Əkbərə
Mərkəbində əyləşib vurdi özünü leşkərə
Baş açıbdır Fatimə meydan içində ya Əli!
** ** ** ** ** **
Aldi aquşə Hüseyni Fatimə qan ağladi
Bağrına basdı o dəm göydə mələklər ağladi
Qətl edəndə Şümri din xəncər əlində ağladi
Qan yağdi göydən yerə Kərbibəladə ya Əli!
** ** ** ** ** **
Bir tamaşa etginən Kərbibəla meydaninə
Kufə əhli zülm edib axir zaman imaminə
Ol qədər ox vurdular teşnə Hüseynin caninə
Çeşmə-çeşmə qan verir isti qum üstə ya Əli!
** ** ** ** ** **
Neynəmüşdün ya Hüseyn qomi sənə zülm eylədi?
Saldılar üryan yerə qaninə qəltan eylədi
Zeynəbi Gülsüm o gün naleyi əfqan eylədi
Açdı Peyğəmbər başın meydan içində ya Əli!
** ** ** ** ** **
Ya Hüseyn eylə qəbul ağlar əzadə nohəxan
Eyləsən qismət özün qəbrün yanında mən ölüm
Aduvi zikr eylərəm həşri olunca mən qulam
Tut əlindən Nadimun eylə şəfaət ya Əli!
Dostları ilə paylaş: |
|
|