“Gənc nəsil həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən sağlam olsun”



Yüklə 461,08 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix21.04.2017
ölçüsü461,08 Kb.
#15095
1   2   3   4   5   6   7

13

tarixində Azərbaycan Res publikası Prezidentinin 488 N-li Fərmanina əsasən yaradılmışdır. 

Narkomanlığa  və  Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı  Mübarizə  Üzrə  Döv-

lət  Komissiyasının  nəzdində  İşci  Qrupu  fəaliyyət  göstərir.  İşçi  Qrupunun  əsas  məqsədi  Döv-

lət Komissiyasına daxil olan strukturların fəaliyyətinə, həmçinin ”Narkotik Vasitələrin, Psixotrop 

Maddələrin və On ların Prekursorlarinin Dövriyyəsi və Narkomanlığın Yayılması ilə Mübarizə Üzrə 

Milli Proqram»ların həyata keçirilməsinə nəzarəti təmin etmək və dövlət qurumlarının fəaliyyətini 

əlaqələndirməkdən iba rətdir.

Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2009-cu il tarixli, 429 sayli Sə rən ca mı na əsasən 

Narkomanlığa  və  Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı  Mübarizə  Üz rə  Dövlət 

Komissiyasının tərkibi dəyişdirilərək, yeni tərkibdə təsdiq edilmişdir. Dövlət Ko mis si ya sı na Baş 

Nazirin müavini rəhbərlik edir və tərkibinə aşağıdakı qurumlar daxildir:

- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə 

İş şöbəsi

- Azərbaycan Respublikası Milli Məclisinin Sosial Siyasət Komitəsi

- Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hərbi və Inzibati Orqanlar şöbəsi

- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

- Azərbaycan Respublikası Baş Prokurorluğu

- Azərbaycan Respublikası Maliyyə Nazirliyi

- Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi

- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

- Azərbaycan Respublikası Təhsil Nazirliyi

- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

- Azərbaycan Respublikası Müdafiə Nazirliyi

- Azərbaycan Respublikası Gənclər və Idman Nazirliyi

- Azərbaycan Respublikası Xarici Işlər Nazirliyi

- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 

- Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi 

- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti 

- Azərbaycan Milli Elmlər Akademiyası

- Bakı Şəhər İcra Hakimiyyəti 

- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 

Digər  ixtisaslaşdırılmış  institusional  struktur  Azərbaycan  Respublikası  Nazirlər  Ka bi ne ti nin  17 

aprel 2000-ci il tarixli 71 saylı Qərarına əsasən Daxili İşlər Nazirliyinin Baş Nar ko tik lər lə Mübarizə 

İdarəsinin nəzdində yaradılmış Ümummilli Məlumat Bankıdır. Həmin Ümum mi l li Bankda dövlətin 

8 strukturundan narkotiklərlə bağlı məlumatlar toplanılıb ümumiləşdirilir.



14

NARKOTİKLƏRƏ QARŞI MİLLİ TƏBLİĞAT OFİSİ

2005-ci ildə quvvəyə minmiş «Narkotik vasitələrin, psixotrop maddələrin və onların pre kursorlarının 

dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu narkotiklərlə bağ lı fəaliyyətin təşkili, 

məlumatların toplanması, təhlili və mübadiləsi sahəsində yeni ins ti tu sional vahidlərin yaradılması 

üçün  hüquqi  zəmin  yaratmışdır.  Qanunun  9-cu  maddəsi  «Nar kotik  vasitələrin  və  psixotrop 

maddələrin sui-istifadəsinə dair Milli İnformasiya Mər kə zi nin yaradılması»nı nəzərdə tutur. Qanun 

bu Mərkəzin əsas məqsəd və vəzifələrini də açıqlayır. Qanuna görə Milli İnformasiya Mərkəzinin 

əsas məqsədi narkotik vasitələrin və psi xotrop maddələrin dövriyyəsinə dair şəxsi həyat sirri ol-

mayan və obyektiv məlumatların məc musunu təşkil etməkdir. (maddə 9.2) 

Qanun Milli İnformasiya Mərkəzinin hansı məlumatları özündə əks etdirəcəyini də mü əyyən edir:

· Narkotik vasitələrin və psixotrop maddələrin qeyri-tibbi və tibbi istifadəsi, onların tib bi, iqti-

sadi və digər nəticələri haqqında; 

· Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və onun nəticələri haq-

qında; 


· Narkotik vasitələrə və psixotrop maddələrə olan tibbi və qeyri-tibbi tələbat haqqında; 

· Narkotik vasitələrin və psixotrop maddələrin insanlara və cəmiyyətə vura biləcəyi zə rə rin 

və onlara olan qeyri-tibbi məqsədlərlə təklifin azaldılmasına yönəlmiş tədbirlər haq qında; 

· Narkomanlıq  xəstəliyinə  düçar  olan  şəxslərin  müalijəsi  və  reabilitasiyası  ilə  bağlı  şəx si 

həyat sirri olmayan məlumatlar; 

· Narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına qarşı mübarizə sahəsində qey ri-

hökumət təşkilatlarının həyata keçirdikləri tədbirlər haqqında; 

· Narkotik vasitələrə və psixotrop maddələrə dair ölkədə aparılan epidemioloji təd qi qat ların 

yekunları və ölkədə mövcud epidemioloji vəziyyətin qiymətləndirilməsi haqqında; 

· Narkotik vasitələrə dair dövlət siyasətini və normativ hüquqi məsələləri əhatə edən mə-

lumatlar.

Narkotik  vasitələrin  qanunsuz  dövriyyəsi  ilə  bağlı  neqativ  tendensiyaların,  dinamika  və  struk-

turunda  olan  təhlükəli  meyllərin  müəyyən  edilməsi  məqsədilə  ölkəmizdə  narkomaniya  ilə  mü-

barizə  siyasətinin  təhlili  onu  göstərir  ki,  narkotik  vasitələrin  qanunsuz  dövriyyəsi  ilə  mü ba ri-

zə  dövlətin  siyasətində,  yanaşmasında  ifadə  olunur.  Dövlət  siyasəti  narkotik  vasitə  və  on la rın 

prekursorlarının qanunsuz dövriyyəsinin dayandırılması, aşkara çıxarılması, narkotik va si tələrin 

qeyri-tibbi qəbulunun profilaktikası, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxs lə rin müalicəsi 

və reabilitasiyası fəaliyyətinə yönəlmiş və dövlət orqanları tərəfindən həyata ke çi ri lən strateji sis-

temdir.

Ölkəmizdə  narkotiklərin  qanunsuz  dövriyyəsi  və  narkomanlıqla  mübarizə  sahəsində  döv-



lət  siyasətinin  strateji  istiqamətləri  müəyyən  olunmuş,  təşkilati-hüquqi,  institusional  və  prak tiki 

tədbirlər  həyata  keçirilməkdədir.  Narkotik  vasitələrin,  psixotrop  maddələrin  və  onların  pre kur-

sor la rının  qanunsuz  dövriyyəsi  və  narkomanlığın  yayılması  ilə  mübarizə  sahəsini  tənzimləyən 

nor mativ hüquqi baza təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılması isti qa mə tin də 

müvafiq işlər görülmüş, ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iş tirakı 

daha intensiv xarakter almaqdadır.



15

XƏBƏRDARLIQ TƏDBİRLƏRİ

Ölkədə müxtəlif dövlət və qeyri hökumət qurumları tərəfindən narkotiklərin qəbulunun qarşısını 

almağa yönəlmiş tədbirlər sistemi mövcuddur. Hər bir qurum öz illik fəaliyyət planında nəzərdə 

tutulan  tədbirləri  həyata  keçirir.  Tədbirlər  planı  əsasən  məktəbdaxili  fəaliyyətə  və  layihələrə 

istiqamətlənib. Bu tədbirlərlə əhatə olunan əhalinin, xüsusən də gənclərin sayı 17%-i  keçmir. 

Narkotiklərə  tələbatın  azaldılması  sahəsində  fəaliyyətin  qurulmasında  nazirlik  və  qurumlar 

tərəfindən əsasən Milli Proqramda əksini tapmış və ənənəvi metodlardan istifadə olunur.  Tədbiq 

olunan yeni yanaşmalar böyük metodoloji əhəmiyyət kəsb etmir. Əsasən profilaktik maarifləndirici 

layihələrin işlənilməsində və tədbiqində müxtəlif yeniliklər  tədbiq olunur.  

Əhali, xüsusən də gənclərimiz arasında sağlam həyat tərzinin təbliğ olunması gü nü mü zün ən vacib 

və aktual məsələlərindəndir. Belə ki, son illər ərzində yeniyetmə və gənc lər arasında siqaretə, 

spirtli içkilərə, toksiki və narkotik maddələrə alüdəçilik meylləri art mış dır. Eyni zamanda, gənclər 

tərəfindən törədilən hüquq pozuntuları halları da artmışdır. Bu na şərait yaradan müxtəlif sosial, 

iqtisadi və psixoloji səbəblər mövcuddur. Tütün məh sul la rının, alkoqollu içkilərin və hətta narko-

tik maddələrin müxtəlif üsul və yollarla təbliğ olun ma sı, gənclərin problemin mahiyyəti haqqında 

məlumatsızlığı, mənfi sosial çevrənin təsiri və s. kimi səbəblər də problemi gərginləşdirir. 

Bu səbəblərin təsiri altında yeniyetmə və gənclərdə yalnış düşüncə və davranış ste re o tip modelləri 

yaranmaqdadır. Bu stereotip modellərinə görə siqaret çəkmək, spirtli içki iç mək və hətta narko-

tik qəbul edərək azad seksual həyat tərzi sürmək - normal, ultra müasir hal kimi indiki gənclərin 

şüurunda formalaşmaqdadır. 

Daha bir təhlükə ondadır ki, siqaret çəkmək, spirtli içki içmək, narkotiklərdən istifadə et mək və 

erkən seksual həyata başlamaq müasir yeniyetmələr tərəfindən böyük həyata ad dım atmaq, azad 

olmaq rəmzi kimi qəbul olunaraq şüurlarda bərkiyir. Bütün bu de yi lən lər son illər keçirilmiş sosi-

oloji və sosial-psixoloji tədqiqatların nəticələri ilə dəfələrlə təs diq lən mişdir.

Müasir gənclərin bu kimi qeyri-sağlam həyat tərzi, düşüncə və davranış stere o tip lə ri ni alt-üst etmək 

və əvəzinə sağlam həyat tərzli mədəniyyəti aşılamaq üçün təbliğat me xa niz mi nə və düşünülmüş 

strategiyaya ehtiyac duyulur. Belə olmayan halda görülən işlər kifayət qə dər səmərəli olmur. 

2012-ci  ildə  ümumi  profilaktika  sahəsində  aidiyyatı  dövlət  qurumları  tərəfindən  cari  təd birlər 

planında nəzərdə tutulan işlərlə yanaşı, qeyri-hökumət təşkilatları tərəfindən bir sıra layihələr də 

həyata keçirilmişdir. Profilaktika işinə cavabdeh təşkilatlardan biri olan Gənclər və İdman Nazirliyi 

tərəfindən keçirilmiş tədbirlər və sorğular ümumi profilaktik təd bir lər fonunda bir qədər daha ak-

tiv olmuşdur. Keçirilmiş sorğular profilaktika işində mövcud boş luqları və çatışmamazlıqları üzə 

çıxarmış və müəyyən təkliflərin hazırlanmasına şərait ya ratmışdır.


16

NARKOTİKLƏRƏ QARŞI MİLLİ TƏBLİĞAT OFİSİ

ÜMUMİ PROFİLAKTİKA

Ölkənin sərhədyanı bölgələrində narkomanlıqla bağlı yaranmış real vəziyyəti nəzərə al maq la bu 

inzibati ərazilərdə narkomaniyaya qarşı mübarizə, antinarkotik tərbiyə, təbliğat və ma arifləndirmə 

işləri genişləndirilmişdir. Bu məqsədlə Gənclər və İdman Nazirliyi Təhsil Na zir li yi ilə birgə tədbirlər 

planı  hazırlayıb  həyata  keçirmişdir.  Plana  uyğun  olaraq  şagird  və  tə lə bə lər  arasında  birgə 

müsabiqələr, görüşlər və konfranslar təşkil edilmişdir.

Gənclər və İdman Nazirliyi tərəfindən 2012-ci ildə planlı tədbirlər çərçivəsində 3 əsas isti qamətdə 

tədbirlər həyata keçirilmişdir: 

1.  Gənclərin iştirakı ilə kütləfi tədbirlər, aksiyalar;

2.  Gənclərin iştirakı ilə seminarlar, görüşlər, maarifləndirici tədbirlər;

3.  Nazirliyin əməkdaşları üçün treninqlər və müşavirələr;

4.  Gənclər arasında təbliğat işlərində əyaniliyi və interaktivliyi təmin etmək məqsədi ilə    

     narkomaniya, alkoqol və tütünün ziyanı haqqında təqdimat olmuşdur.

Gəncə şəhərində, Qobustan, Salyan rayonlarında «Zərərli vərdişlərə yox deyək» devizi al tında 

seminarlar keçirilmişdir.

Seminarlarda gənclər qarşısında çıxışlar edilmiş, əyani və sa it lər paylanmış və QİÇS-lə bağlı qısa 

metrajlı filmlər nümayiş etdirmişlər.

Azərbaycan  Respublikası  Gənclər  və  İdman  Nazirliyi  tərəfindən  150  orta  və  ali  mək təb lər də 

təhsil alan gənclərin iştirakı ilə musiqi festivalı keçirilmişdir. Musiqi festivalı zamanı apa rı cı, gənc 

tanınmış  müğənnilər  iştirakçı  və  tamaşaçı  gənclərə  yönəlmiş  narkomaniyanın  pro fi lak ti kası  ilə 

bağlı müxtəlif mesajlar çatdırmışlar. Bu tədbir televiziya vasitəsi ilə geniş işıq lan dı rı la raq geniş 

ictimaiyyəti əhatə etmişdir.

Bundan  əlavə,  Gənclər  və  İdman  Nazirliyi,  Gənclər  Təşkilatlarının  Milli  Şurası  və  UNİCEF 

tərəfindən Quba rayonunda «Sağlam düşün. Sağlam Yaşa. Sağlam ol.» adlı yay mək təbi layihəsi 

həyata  keçirilmişdir.  Layihə  çərçvəsində Azərbaycanın  25  bölgəsindən  120  nə fər  gənc  iştirak 

etmişdir. Yay məktəbinin təşkilində əsas məqsəd gənclər arasında sağlam hə yat tərzinin təbliği, 

liderlik bacarıqlarının aşılanması və bir çox mənfi halların qarşısının alın ması olmuşdur. Həmçinin, 

2012-ci ildə Nazirlik tərəfindən Lənkəran, Astara, Yardımlı, Ma sallı, Neftçala, Salyan, Biləsuvar 

və Cəlilabad rayonlarında «Gənclər zərərli vərdişlərə qarşı bir ləşir» devizi altında mədəni-kütləvi 

aksiyalar keçirilmişdir. Ümumilikdə aksiyalar 2000-dən artıq yeniyetmə və gənci əhatə etmişdir.

Təhsil Nazirliyi tərəfindən müxtəlif beynəlxalq humanitar təşkilatların maddi və təşkilati dəs təyi 

ilə uşaq və gənclərimizə sağlam həyat tərzinin aşılanması istiqamətində geniş miqyaslı təd birlər 

həyata keçirilməkdədir. Bu təşkilatlarla müxtəlif dərs vəsaitləri, xüsusi kurrikulumlar ha zırlanmış 

və ümumtəhsil məktəblərində, məktəbdənkənar müəssisələrdə xüsusi kurslar təd ris olunmuşdur. 

Bir neçə ildir ki, BMT-nin Qlobal Fondunun maliyyə və UNİCEF-in texniki dəstəyi ilə ümum təhsil 


17

məktəblərinin  I-XI  siniflərində  fakültativ  məşğələlər  üçün  nəzərdə  tutulmuş  saatlar  he sabına 

həftədə  1  saat  olmaqla  “Həyati  bacarıqlara  əsaslanan  təhsil”  adlı  fakültativ  kurs  təd ris  olunur. 

Həmin  kursun  dərs  vəsaitinə  hər  sinif  üzrə  narkomaniyanın  zərəri,  sağlam  həyat  tər zi,  zərərli 

vərdişlər və s. barədə mövzular daxil edilmişdir.

Həmçinin, Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  tərəfindən  öz  səla-

hiyyətləri  çərçivəsində  bölgələrdə  bir  sıra  tədbirlər  həyata  keçirilmişdir.  Bu  tədbirlər  ara sın da 

bölgələrdə  təbliğat  və  maarifləndirmə  işləri  də  aparılmışdır.  Belə  ki, Azərbaycan  Res publ i ka sı 

«Narkotik  Vasitələrin,  Psixotrop  Maddələrin  və  Onların  Prekursorlarının  Dövriyyəsi  və  Nar ko-

manlığın Yayılması İlə Mübarizə Üzrə Milli Proqram»ı (2007-2012) çərçivəsində Nazirliyin mü-

vafiq  qurumları  tərəfindən  2012-ci  il  ərzində  bölgələrdə  kompleks  profilaktik  tədbirlərin  həyata 

keçirilməsi  məqsədilə  rayon  icra  hakimiyyətlərinin,  icra  nümayəndələrinin,  bələ diy yə lə rin  və 

əhalinin  iştirakı  ilə  təbliğat  xarakterli  yığıncaqlar  keçirilmiş,  narkomanlığın  yayılması,  nar kotik 

vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağ lı ətraflı fikir 

mübadiləsi aparılmışdır.

Ümumiyyətlə, meşə fondu ərazisində və xüsusi mühafizə olunan təbiət ərazilərində nar ko xassəli 

bitkilər  aşkar  edildikdə  qabaqlayıcı  tədbirlərin  görülməsi  istiqamətində  Nazirliyin  bü tün  tabeli 

qurumları tərəfindən bölgələrdə monitorinqlərin, reydlərin keçirilməsi davam etdirilir. 

Həmcinin, cari ildə də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata əsasən, ye-

rli  qurumların  əməkdaşları  tərəfindən  meşələrdə,  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərində 

narkotiklərin qanunsuz becərilməsi ilə mübarizə məqsədilə mütəmadi olaraq nəzarət, eləcə də 

yerli icra nümayəndələrinin, bələdiyyələrin, əhalinin iştirakı ilə maarifləndirmə və təbliğat xarakterli 

görüşlər, dəyirmi masalar təşkil edilmişdir.

Kənd Təsərrüfatı Nazirliyi “Tərkibində narkotik maddələr olan, yabanı halda bitən və qanunsuz 

əkilən bitkilərin məhv edilməsi üzrə tədbirlərin gücləndirilməsi” məqsədilə mütəmadi olaraq Nazirli-

yin Lənkəran, Ucar, Şəki, Quba, Şamaxı və Bərdə Ərazi Kənd Təsərrüfatı İdarələrinin əhatə etdiyi 

rayonlarda yerli mütəxəssislər tərəfindən ictimaiyyət arasında, məktəblərdə və ictimai yerlərdə 

izahat işləri aparılmış, torpaq mülkiyyətçiləri ilə görüşlər keçirilmiş, yabanı halda bitən narkotik 

bitkilər  və  onların  respublikada  yayılma  arealı  barədə  məlumatlar  verilmişdir.  Narkotik  tərkibli 

bitkilərin bitdiyi ərazilərin xəritəsinin tərtib edilməsi, onların yayılmasının qarşısının alınması və 

müvafiq elmi-tədqiqat işlərinin aparılması məqsədilə Azərbaycanda bitən narkotik xassəli bitkilərin 

xaş-xaş,  çətənə  barədə  mütəmadi  olaraq  Azərbaycan  Elmi-Tədqiqat  Yemçilik,  Çəmənçilik  və 

Otlaqlar İnstitutu tərəfindən bu bitkilərin mədəni və yabanı növləri, onların vegetasiya dövrləri, 

toxumların forması və digər məlumatlar maarifləndirici vasitələr kimi yerli mütəxəssislərə tövsiyə 

şəklində çatdırılır.


18

NARKOTİKLƏRƏ QARŞI MİLLİ TƏBLİĞAT OFİSİ

NARKOTİKLƏRƏ ALÜDƏ OLMUŞ XƏSTƏLƏRİN 

MÜALİCƏSİ VƏ MÜALİCƏ SİSTEMİ

Azərbaycan Respublikası ərazisində narkoloji xəstələrin müalicəsi Azərbaycan Res pub li kası Prezi-

dentinin 29 iyun 2002-ci il tarixində imzaladığı «Narkoloji Xidmət və Nəzarət Haq qın da» Qanunla 

tənzimlənir.  Qanun  narkomaniyanın  profilaktikası,  tibbi  müayinə,  müalicə  və  nar komaniyadan 

əziyyət  çəkən  şəxslərin  reabilitasiyası  üçün  əsas  hüquqi  sənəddir.  Bu  Qa nu na  əsasən  dövlət 

narkomaniyadan əziyyət çəkən bütün şəxslərə narkoloji xidmətin gös tə ril mə si nə zəmanət ver-

ir. Azərbaycan  Respublikası  ərazisində  narkoloji  xəstələrin  müaliçəsi  yal nız  ixtisaslaşmış  tibbi 

müəssisələrdə narkoloqlar, psixiatrlar, psixoloqlar tərəfindən həyata ke çirilir. Yalnız cəzaçəkmə 

müəssisələrində yerləşən tibbi müəssisələr istisna hal kimi qə bul edilir ki, bu kimi müəssisələrdə 

də həmçinin müalicə həyata keçirilir. İxtisaslaşmış dövlət tibbi mü əssisələrindən başqa, narkoloji 

xəstələrin müalicəsi üçün Azərbaycan Respublikası Sə hiy yə Nazirliyinin tibb fəaliyyətinə icazə 

verdiyi müvafiq özəl klinikalar yoxdur. Nar ko ma ni ya nın müalicəsi sahəsində hər hansı bir digər 

özəl tibbi təcrübə qeyri qanuni he sab edilir.

Ədliyyə Nazirliyi tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi üzrə görülmüş tədbirlər çərçivəsində 

“Narkoloji  xidmət  və  nəzarət  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  dəyişikliklər 

edilməsi barədə” 07.03.2012-ci il tarixli Qanunun tətbiqi haqqında ölkə başçısının 25.04.2012-

ci  il  tarixli  Fərmanının  icrası  məqsədi  ilə  qüvvədə  olan  qanunvericilik  aktlarının  bu  sənədə 

uyğunlaşdırılması aparılmış və bununla bağlı müvafiq məlumat 21.06.2012-ci il tarixli məktubla 

Nazirlər Kabinetinə göndərilmişdir.

Respublika  ərazisində  bir  sıra  ixtisaslaşmış  tibbi  müəssisələr  mövcuddur.  Bundan  əlavə,  res-

publikanın  bir  çox  xəstəxana  və  poliklinikalarında  anonim  narkoloji  və  məsləhət  otaqları  möv-

cuddur.


Azərbaycan ərazisində narkomaniyaya düçar olmuş xəstələrin müaliçəsi bir qayda ola raq könüllü 

əsaslarla həyata keçirilir. 18 yaşına çatmamış şəxs narkoloji tibb müəssisəsinə va lideynlərin və 

ya onun qanuni nümayəndəsinin razılığı ilə yerləşdirilir. Narkoloji xəstələrin məc buri müalicəsinə 

və ya məcburi müayinəsinə Azərbaycan Respublikasının qa nun ve ri ci li yi nə müvafiq olaraq yalnız 

məhkəmənin  qərarı  əsasında  yol  verilir.  Narkomanların  qey diy ya tı  Narkoloji  xidmət  tərəfindən 

aparılır. Respublikada iki əsas qeydiyyat siyahısı vardır:

- Dispanser qeydiyyatında olan narkomanlar - bu narkomanlar sta si o nar və ya ambulator 

müalicə alan narkomanlardır;

- Profilaktik (epizodik istifadəçilər) qeydiyyatda olan narkotikistifadəçilər - bu ka te qo ri ya dan 

olan xəstələr kurs müalicəsi almış və qanunvericiliyə əsasən 5 il müddətində vaxtaşırı mü-

alicə kursları keçən narkotiklərdən istifadə edənlərdir.

Qanuna  əsasən  tam  müalicə  kursu  keçmiş  xəstə  5  il  ərzində  profilaktik  qeydiyyatda  olur  və 

vaxtaşırı ixtisaslaşdırılmış tibb müəssisələrində müayinədən keçirlər. Həmin müddət ərzində xəs-

tələrdə təkrar istifadə faktı qeydə alınmırsa, xəstə profilaktik qeydiyyatdan çıxarılır.



19

HAL-HAZIRDA QEYDİYYATDA OLAN 

NARKOTİKLƏRDƏN ƏZİYYƏT ÇƏKƏN XƏSTƏLƏR

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən ve rilən rəsmi 

məlumatlara  əsasən  2012-ci  ildə  respublika  narkoloji  xidmət  tərəfindən  yeni  qeydə  alı nan 

istifadəçilərin sayı 1878 nəfər təşkil edir ki, onlardan 1374 nəfər dispanser, 504 nəfər isə pro-

filaktik qeydiyyatda olanlardır. (2011-ci ildə yeni qeydiyyata alınanlar 1 999 nəfər - 1 566 nəfəri 

dispanser, 433 nəfəri isə profilaktik qey diy ya ta alınanlar).

2012-ci ildə ölkə üzrə Respublika narkoloji xidməti tərəfindən qeydiyyatda olan nar ko tik lərə düçar 

olmuş xəstələrin ümumi sayı 27 910 nəfər, onlardan 21 999 dispanser, 5911 nəfəri isə profilak-

tik qeydiyyatda olanlardır. (2011-ci ildə 26 717 nəfərə - onlardan 20 861 nəfəri dis panser, 5 601 

nəfəri isə profilaktik qeydiyyatda olan xəstələr). Anonim qeydiyyata alı nan ların sayı isə 567 nəfər 

təşkil edir (2011-ci ildə 254 nəfər).

Qeydiyyatda olan narkoloji xəstələrin ümumi sayının 528 nəfərini qadınlar təşkil edir ki, on ların da 

362 nəfəri dispanser, 166 nəfəri profilaktik qeydiyyatda olanlardır. (2011-ci ildə 511 qadın - 350 

nəfəri dispanser, 161 nəfəri isə profilaktik qeydiyyatda olanlar). 

Yaş qruplarına dair bölgüyə gəldikdə isə qeydiyyatda olan narkoloji xəstələrin ümumi sa yından 

14-17 yaşında olanların sayı 4 nəfər - onlardan 2-si dispanser, 2-si profilaktik qeydiyyatda olanlar 

(2011-ci ildə 2 nəfər profilaktik qey diy yat da), 18-29 yaşında olanların sayı 5010 nəfər olmuşdur 

ki, onlardan 3699 nəfəri dispanser, 1311 nəfəri profilaktik qeydiyyatda olanlar, (2011-ci ildə 4979 

nəfər - 3499 nəfər dispanser, 1480 nəfər pro fi lak tik qeydiyyatda), 30-39 yaşında olanların sayı 

8134 nəfər olmuşdur ki, onlardan 6094 nəfəri dispanser, 2040 nəfəri profilaktik qeydiyyatda olan-

lar (2011-ci ildə 8304 nəfər  - 6218 nəfər dispanser, 2086 nə fəri profilaktik qeydiyyatda), 40-59 

yaşında olanların sayı 11 088 nəfər təşkil edir ki, onlardan 8698 nəfəri dispanser, 1593 nəfəri 

profilaktik qeydiyyatda olanlar (2011-ci ildə 13 175 nəfərdir ( 11 143 nəfəri dis panser, 2032 nəfəri 

profilaktik qeydiyyatda), 60-65 yaş və daha yuxarı olanların sayı 3674 nəfər təşkil edir ki, onlardan 

3506 nəfər dispanser, 168  nəfəri profilaktik qeydiyyatda olanlardır.

2012-cu  ildə  Respublika  Narkoloji  Mərkəzii  tərəfindən  qeydiyyatdan  çı xa rı lan la rın  ümu mi  sayı 

430 nəfər - 236 nəfər dispanser, 194 nəfəri profilaktik qeydiyyatdan çixarılanlar təşkil edir (2011-ci 

ildə 408 nəfər - 253 nəfəri dispanser, 155 nə fəri isə profilaktik qeydiyyatdan çıxarılanlar). Statistik 

rəqəmlərdən göründüyü kimi, öl kə də nar koloji xəstələrin sayı ildən ilə artmaqdadır. 

 Respublikada narkomaniyanın müalicəsi sahəsində əldə olunan ən böyük uğurlardan biri xarici 

ölkələrdə mövcud olan inyeksiyon narkotik istifadəçilər arasında tətbiq olunan əvəzedici müalicənin 

respublikamızda həyata keçirilməsidir. Bir çox xarici ölkələrdən fərqli olaraq, Azərbaycanda bu 

proqram  dövlət  xətti  ilə  həyata  keçirilir.  Bu  məqsədlə Azərbaycan  Respublikası  Nazirlər  Kabi-


20

NARKOTİKLƏRƏ QARŞI MİLLİ TƏBLİĞAT OFİSİ

netinin 11 sentyabr 2000-ci il tarixli 165N-li qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixo-

trop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkoloji xəstələr 

barəsində  tibbi  tədbirlərin  tətbiq  edilməsi  qaydası”na  uyğun  olaraq  2004-cü  ildən  Respubli-

ka  Narkoloji  Dispanserinin  nəzdində  yalnız  damardaxili  və  opium  qrupuna  daxil  olan  narkotik 

vasitələrdən qeyri-tibbi məqsədlə istifadə edən şəxslərə istifadəsinə icazə verilmiş, tibb sənayesi 

tərəfindən istehsal olunan sintetik opium preparatlarının tətbiqi ilə metadonla əvəzedici müalicə 

proqramı bu günə kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 

Respublika Narkoloji Mərkəzində bu proqramın həyata keçirilməsi haqqında 14.08.201-ci il tarixli 

83  N-li  əmr  verilmişdir. Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  021  saylı  26.01.2006-cı 

il tarixli qərarı ilə respublikamızda “Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində 

istifadə olunan əvəzedici müalicə proqramının tətbiqinin şərtləri və qaydaları” təsdiq edilmişdir. 

Qeyd  etmək  lazımdır  ki,  əvəzedici  müalicə  proqramlarının  tətbiq  olunmasının  əsas  prinsipləri 

inyeksion yolla narkotik maddələr istifadə edənlər arasında HİV\QİÇS-in yayılmasının qarşısını 

almağa və onların profilaktikasının təmin olunmasına yönəlmişdir.

Hal-hazırda  metadonla  əvəzedici  müalicə  proqramı  üzrə  iki  məntəqə  -  Respublika  Narkoloji 

Mərkəzi fəaliyyət göstərir və QİÇS-lə Mübarizə Mərkəzində. Respublika Narkoloji Dispanserində 

hal-hazırda 88 nəfər (2011-ci ildə 107 nəfər), QİÇS-lə Mübarizə Mərkəzində isə 45 nəfər bu pro-

qramda iştirak edir (2011-ci ildə 44 nəfər). 

2012-ci il ərzində proqram iştirakşılarından 6 nəfəri dünyasını dəyişib, 6 nəfər həbs olunub, 8 

nəfər detoksikasiya edilib, 9 nəfər isə naməlum səbıblərə görə proqramı tərk ediblər. 

Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin  “Respublika  Narkoloji  Mərkəzində  insan 

immunçatışmamazlığı  virusunun  infeksiyası  üzrə  könüllü  məsləhət  və  müayinə  məntəqəsinin 

yaradılması barədə” 22\I-ŞH saylı 16.07.2011-ci il tarixli əmrinə əsasən 14.07.2011-ci il tarixdən 

Respublika Narkoloji Mərkəzində insan immunçatışmamazlığı virusunun infeksiyası üzrə könül-

lü məsləhət və müayinə məntəqəsinin yaradılmışdır. 2012-ci il ərzində müayinədən 1642 nəfər 

keçmişdir. Onlardan 64 nəfərdə İİV yoluxması aşkar olunmuşdur.

Bundan əlavə 2012-ci ildə Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirli-

yinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması 

təmin olunmuşdur. Cəmi ekspertizadan 1901 nəfər keçmişdir. Onlardan 1411 nəfər ilkin yoxlama-

dan, 490 nəfər isə təkrar yoxlamadan keçənlərdir (2011-ci ildə 2092 nəfər - onlardan 1484 nəfər il-

kin, 608 nəfəri isə təkrar yoxlama). Ümumi ekspertizadan keçənlərin sayından məcburi müalicəyə 

ehtiyacı olanlar 1239 nəfər, məcburi müalicəyə ehtiyacı olmayanlar isə 254 nəfərdir (2011-ciildə 

1441 nəfər məcburi müalicəyə ehtiyacı olanlar, 285 nəfər məcburi müalicəyə ehtiyacı olmayanlar).



Yüklə 461,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin