Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə159/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   155   156   157   158   159   160   161   162   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

İCTİMAİ ELMLƏR
 
173 
etirazını bildirdi. Əkinçilərin sahib olduğu yer hələ dəqiq bilinmədiyi üçün yer vergisi yığmaq çətin 
olacaqdı.
1919-ci il 22 sentyabr tarixli 76-cı iclasda, 1919-cu il 25 sentyabr 77-ci iclasda, 9 noyabr 
1919-cu il 95-ci iclasda
sosialist fraksiyasının nümayəndəsi Səməd ağa Ağamalıoğlu dövlətin tor-
paq məsələsinin həllində möhkəm siyasətinin olmasının, torpaq məsələsinin geriyə deyil, əksinə 
önə çəkilməsinin əhəmiyyətini bir daha çıxışlarında qeyd etdi. 22sentyabr 1919-cu ildə 76-cı iclasda
Səməd ağa Ağamalığolu çıxışında torpaq məsələsinin gündəliyə salınmamasına etirazını bil-
dirib bunun səhv və ya başqa bir fikirlə edildiyini bilmədiyini qeyd etdi. Bir ay əvvəl proqrama tor-
paq məsələsi salınsa da, iş planının yerinə yetirilməsi yubandığını diqqətə çatdırdı. İclasın sədri Hə-
sən bəy Ağayevin bunun səhvən olduğu cavabını verdi. Səməd ağa Ağamalığoğlu xahiş etmişdi ki, 
torpağı veririk, yaxud vermirik məsələsini birdəfəlik bitirmək üçün torpaq məsələsini üçüncü məsə-
ləyə qoyaq. 
25 sentyabr 1919-cu il 77-ci iclasda Səməd ağa Ağamalıoğlu məruzəçi təyin olunmaqla tor-
paq məsələsi yenidən gündəliyə salındı. Çıxışında Azərbaycan üçün torpaq məsələsindən əhəmiy-
yətli başqa bir məsələnin olmadığını bildirərək, 2 aydır bu məsələnin geriyə salınmasından şikayət-
ləndi. Xahiş etdi ki, torpaq məsələsi əvvələ salınsın. Həmin iclasda Əhrar fraksiyasının nümayəndə-
si Muxtar Əfəndizadə torpaq məsələsinin vacibliyini hökumət məmurlarının maaşlarının artırılması 
ilə müqayisə edərək , torpaq məsələsinin həllinin daha önə çəkilməsini xahiş etdi. Əkin mövsümü 
yaxınlaşsa da, o, nə bəylərin torpaqlardan istifadə etdiyini, nə də kəndlilərin zorla torpaq tutaraq ək-
diyini diqqətə çatdırdı. Təklif etdi ki, torpaq məsələnin müzakirəsi ən son – 17-ci müzakirə ediləcək 
məsələdən önə 3-cü növbəyə salınsın. 
Torpaq qanunun layihəsinin hazırlanması istiqamətində Hökumət səviyyəsində də işlər görü-
lürdü. Bu məqsədlə 1919-cu il iyunun 6-da Əkinçilik Nazirliyinin nəzdində aqrar islahatlar şöbəsi 
yaradıldı. Aqrar islahatlar şöbəsinə tapşırıldı ki, bir ay müddətinə aqrar islahatlar layihəsini Nazirlər 
Şurasına təqdim etsin. [ 4, s.117 ] 
29 sentyabr 1919-cu ildə parlamentin 79-cu iclasında Sosialistlər fraksiyasının nümayəndəsi 
yer məsələsinin qabağa deyil, geriyə düşməsindən şikayətləndi. Sosialistlər fraksiyasının nümayən-
dəsi Əhməd bəy Pepinov çıxışında Azərbaycan xalqını əsas maraqlandıran torpaq məsələsinin va-
cibliyindən danışdı. 1919 – cu ildə Qazaxda bütün qəza kəndlilərinin qurultayı çağırılmışdı. İclasda 
kəndli qurultayından gəldiyini qeyd edən Ə.Pepinov kəndlilərin də yer məsələsinin tezliklə həll 
edilməsi xahişini çatdıraraq, kəndlilərin hökm sürən hərc-mərcliyə dözməyinin mümkünsüzlüyünü 
bildirib yer məsələsini təxirə salmamağı xahiş etdi. 
1919-cu il 2 oktyabr 80-ci iclasda aqrar məsələ yenidən gündəliyə daxil edildi.
 
Aqrar məsələ 
ətrafında geniş müzakirə baş tutdu. Parlamentdə aqrar məsələyə həsr edilən ən geniş iclaslardan biri 
məhz 80-ci iclas oldu. İclasda Əkinçilik nazirinin müavini Hidayət bəy Sultanov torpaq məsələsinin 
çətinliyini vurğulayaraq torpaq məsələninin müzakirəsini gündəlikdən çıxarmağı təklif etdi. Torpaq 
komissiyasının qanun layihəsi ilə bərabər Əkinçilik Nazirliyinin layihəsini təqdim etməsini gözlə-
məyi təklif etdi. Torpaq layihəsinin qəbulunda xarici dövlətlərin təcrübəsindən istifadə etmək də 
əsas şərtlərdən idi. İclasda Sosialist fraksiyasının nümayəndəsi S.Ağamalıoğlu Əkinçilik nazirinin 
müavini H.Sultanovun nitqindən sonra çıxış edərək torpaq məsələsinin nə qədər ümdə və çətin ol-
duğunu qeyd edərək, Əkinçilik Nazirliyinin də torpaq layihəsini gözləməyi təklif etdi. İclasda sosia-
listlər fraksiyasının digər nümayəndəsi Əhməd Pepinov isə Əkinçilik nazirinin müavini Hidayət bəy 
Sultanovun aqrar məsələnin gündəlikdən çıxarılması təklifinə etiraz etdi. Torpaq məsələsinin həll 
edilməsi üçün Avropadan məlumatlanmağın əleyhinə olduğunu, aqrar məsələnin tezliklə həll edil-
məsi zərurətini bildirdi. Sosialistlər fraksiyasının nümayəndəsi Əliheydər Qarayev çıxışında kəndli-
lərin torpaq gözlədiyini, Əkinçilik Nazirliyinin 10 ay müddətində iş görmədiyini qeyd etdi. 
[3,s.187] Səməd ağa Ağamalıoğlu Əkinçilik Nazirliyinə 10 gün vaxt verməyi təklif etdi ki, bu müd-
dət tamam olanda qanun layihəsi hazır olmasa, aqrar komissiyanın layihəsi müzakirə edilsin.İttihad 
raksiyasının nümayəndəsi Qara bəy Qarabəyli çıxışında Əkinçilik nazirliyinin torpaq qanunu layi-
həsini hazırlamaq üçün vaxt istəməsini işə əhəmiyyət verməməklə əlaqəndirərək, aqrar məsələsinin 


GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1 
174 
müzakirəsini bir yox bir neçə dəfə iclasda müzakirə edilməsini məqsədəuyğun hesab etmişdi. Sosia-
listlər fraksiyasının nümayəndəsi İbrahim Əbilov çıxışında parlament iclaslarında 2 aydır torpaq 
məsələsi yubadılır ki, məsələyə baxılmasın fikrini söylədi. Hökumətə 2 həftə vaxt verilməsini təklif 
etmişdi. İclasın sonunda müzakirələrdən sonra Səməd ağa Ağamalıoğlunun 2 həftəlik Hökumətə 
möhlət vermək təklifi səsə qoyulsa da, əksəriyyət səslə təklif qəbul olunmadı. [3,s.194] 
9 noyabr 1919-cu il 95-ci iclasda sosialist fraksiyasının nümayəndəsi Səməd ağa Ağamalıoğlu 
çıxışı zamanı Əkinçilik Nazirliyinin torpaq məsələsinin həllində möhkəm siyasətinin olmamasında 
ittiham edərək əkinçilərin deyil, mülkədarların mənafeyini qorumaqda ittiham etdi. Bunun da böyük 
fəlakətlərə səbəb olacağını diqqətə çatdırdı. 
16 fevral 1920-ci il 125-ci iclasda
 
sosialisitlərlə oxşar mövqedə olan Müsavat fraksiyasının 
nümayəndəsi Həsən bəy Ağayev iclasda partiyanın torpaq qanunu layihəsinin əhəmiyyətindən bəhs 
edib onun torpaq komissiyası tərəfindən yubadılmamasını istədi. Torpaq komissiyasına verilən vax-
tın 10 gün olmasını təklif etdi. Sosialist fraksiyasının nümayəndəsi Hacı Kərim Saniyev 10 günlük 
müddətə etiraz edərək, torpaq qanununun nə dərəcədə əhəmiyyətli olduğunu əsas gətirib müddəti 3 
günə endirmək istədi. Səsvermə nəticəsində torpaq komitəsinə 10 gün vaxt verildi. Müsavat fraksi-
yasının nümayəndəsi Şəfi bəy Rüstəmbəyli müddətin 10 gün olması fikrində fraksiya yoldaşı Həsən 
bəy Ağayevlə razı idi. İclasda Sosialistlər fraksiyasının nümayəndəsi Səməd ağa Ağamalıoğlu tor-
paq komissiyasını sosialistləşdirmək məqsədilə çıxış edərək torpaq komissiyasına sosialist yeni 
üzvlərin seçilməsini təklif etsə də, parlament bununla razılaşmadı. 
Parlamentdə fəaliyyət göstərən fraksiyalar arasında elə ilk vaxtlardan meydana çıxan ixtilaf-
lar səbəbiylə aqrar məsələ haqqında qanun layihəsinin bir iclasdan digər iclasa ötürülməsi və nəticə 
olaraq heç bir qanun layihəsinin qüvvəyə minə bilməməsi Azərbaycan Xalq Cümhuriyyətinin xalq 
içində nüfuzunun, ona olan inamım itirilməsində və sonda onun süqutunda az rol oynamadı. Parla-
ment tərkibində təsis edilən aqrar komissiya üzvlərinin müxtəlif partiyaları ( Müsavat, Əhrar, İtti-
had, Daşnaksütyun, Slavyan-rus cəmiyyəti, Sosialistlər bloku) təmsil etmələri aqrar komissiyanın 
tərkibində fikir müxtəlifliyinə səbəb olmuşdu ki, nəticədə bu da torpaq məsələnin həllində komissi-
ya üzvlərinin ortaq məxrəcə gələ bilməməyə səbəb oldu. Ancaq buna baxmayaraq aqrar məsələnin 
həlli üçün Parlament və Hökumət səviyyəsində işlər görülməsi səyləri də danılmazdır. 

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin