İCTİMAİ ELMLƏR
177
Formalaşan yeni mədəniyyət ən ezoterik şeylərdən, yeraltı sərvətlərə qədər dünya sərvətinin
mövcud olan bütün nemətləri mənimsəyirdi. Böyük Britaniya Amerikadan Uzaq şərqə qədər dünya
iqtisadiyatının ehtiyacı olduğu demək olar ki, hər şeyə nəzarət edirdi. Bu nəzarət mexanizmi Böyük
Britaniyanın siyasi varlığının başlıca səbəbi idi. Əvvəllər çox böyük əhəmiyyət kəs etməyən mallar
indi sürətlə böyük tələbatın mərkəzində yer alırdı. Dəmir və polada olan tələbatı 1870-ci illərdən
sonra inanılmaz dərəcədə artırdı. Tələbat sadəcə xammallara deyildi, lüks mallar hesab edilən çay,
şəkər, kakao, qəhvə və digər malların ticarəti yüksələn bir xətt üzrə yuxarıya doğru çıxırdı. 1840-cı
illərin əvvəllərində 1,5 mln.pud, 1860-cı illərdə 3,26 mln.pud çay istehlak edən britanyalılar, 1890-
cı illərdə 5,7 mln.pud çay istehlak etməyə başladılar [3,s.136]. Dünya miqyasında isə bu 1840-cı
illərdə 40 milyon pud, 1860-cı illərdə 98 milyon pud, daha sonra isə 224 milyon puda çatmışdı.
Çaya olan tələbat Böyük Britaniyanı çay əkilən torpaqlara siyasi müdaxilə etməyə məcbur edirdi.
1858-cı ildə bütün Hindistanı işğal edən İngiltərə Hindistanda geniş çay plantasiyalarının
salınmasına başladı.
Hindistan və Şir-Lanka avropalıların hafizəsində çay ölkəsi kimi tanınırdı. Eyni prossesi
avropalılar Afrikada qəhvə əldə etmək məqsədilə icra etməyə başladılar. Yəni dünyanın Avropa
xaricində qalan ölkələri bir malın adı ilə tanınmağa başlandı. İşğal edilən həmin ölkələr geniş plan-
tasiyalara, oranın xalqları o plantasiyalarda işləyən işçilərə çevrildi və orada Birləşmiş Krallığı
təmsil edən malikanələr salan və orada ailələri ilə birlikdə yaşayan ingilis əsilzadələri formalaşmağa
başladı. Həmin əsilzadələr özlərinin əldə etdiyi sərmayənin kiçik bir hissəsinə yerli idari qrupları da
ortaq edərək istismar güclərini artırdılar. Qarşı çıxanları isə Afrikada olduğu kimi amansızlıqla yox
edirdilər. Dünya bazarında olduğu kimi istismar olunan ölkələrin daxili bazarlarında da Böyük
Britaniya təyin edici idi. Bü ölkələrin bəziləri müstəmləkədən xilas olduqları halda 1950-ci illərdə
İngiltərənin iqtisadi əsarətindən azad ola bilmədilər.XIX əsrdə Böyük Britaniya da daxil olmaqla
Avropanın başlıca problemi püxtələşmək idi. Avropa 1815-ci ildən etibarən bu problemi hiss
etməyə başladı. Ticari olduğu qədər siyasi olaraqda ixtisaslaşmamış bir Avropa apardığı siyasətdə
böyük problemlər yaşayırdı. Henri Seenin də qeyd etdiyi kimi, dünyaya
sahib olmaq coğrafi ix-
tisaslaşma, ixracat dünyasında söz sahibi olmaq iqtisadi ixtisaslaşma, sərmayənin idarə olunmasıda
da siyasi-iqtisadi mütəxəssislik tələb edirdi [3 s.147]. Böyük sərmayədarların universitetlər, tədqiqat
mərkəzləri, araşdırma mərkəzləri, institutlar və akademiyaların yayılmasında və inkişafında bu amil
mühüm rol oynayırdı.
Dənizə yaxın bölgələrdə, həm daş kömürü, həm də dəmir
mədənləri birlikdə mövcud
olduğundan İngiltərə mədən sənayesində də seçilməyə başladı. Bir çox sahədə həm iqtisadi, həm də
siyasi maraqlar paralel olaraq hərəkət edirdi, lakin bunun ciddi riskləri vardı. XIX əsrdə mədən
sənayesində İngiltərə böyük irəliləmə və uğur əldə etmişdi. Afrika və Asiyanın
müxtəlif
bölgələrində ticari güc olaraq ortaya çıxmağa həmin yerlərdə coğrafiyaları, insanları, dilləri və
xalqları tanımağı tələb edirdi. İngiltərə də daxil olmaqla Avropanın bir çox ölkəsi bu zamana qədər
bu işi kortəbii, güc icra etsələr də XIX əsrdə bu anlayışı davam etdirmənin çətinliyi anladılar. Eyni
zamanda hər sahədə mütəxəssis yetişdirmə İngiltərənin elmi gücünü də artırmağa başladı.
İxtisaslaşdırma ticarət planı və proqramının yaranmasına da səbəb olurdu. 1806-cı ildə York-
shiredə emal olunan 466 min yun məmulatın sadəcə 8 mini fabrik məhsulu idi. XIX əsrin sonunda
isə İngiltərə nəyinki yun, hətta süd və pendir məhsullarını belə kənardan idxal edirdi. Bu artıq ba-
zarın tədrici şəkildə nəzarət altına alındığı göstərir. 1815-ci ildə İngiltərənin qarşılaşdığı ilk böyük
və ağır infilasiya ticarət ilə bank sistemi arasında güclü bağların yaradılmasının vacibliyini ortaya
çıxartdı. Bu dövrdə hökümət tərəfindən verilən qanuna görə sərmayədarın sənaye sərbəstliyi
tanındı. 1813-cü ildə sülh hakimlərinə qiymətləri müəyyən edən qanunnamə, 1814-cü ildə işçi ni-
zamnaməsi qəbul olundu. 1836-cı ildə İngiltərənin dəmiryolunu başlıca vasitə olaraq görməsi,
kömür ticarətini artırdı. 1828-ci ildə 250 min tonu keçməyən kömür ticarəti 1845-ci ildə 2.100.000
tona çıxdı. Proses liberal sərmayənin güclü təsiri ilə İngiltərəni sürətlə ixrac edən ölkədən idxal
edən ölkəyə çevirdi. 1813-cü ildə İngiltərə 51 milyon ton idxal edərkən, 1814- ci ildə bu rəqəm 490
milyon tona çıxmışdı. Başlıca yun ixrac edən ölkə kimi İngiltərə 1800-cü ilin əvvəllərindən etibarən