İCTİMAİ ELMLƏR
179
Bir çox ölkələrdə tətbiq olunan “açıq qapı” siyasəti, güclü olmayan ölkələr öz maraqlarına
görə parçalamaq arzusunun həyasızlıqla aparılmasında siyasi
dairələri hər zaman böyük
sərmayədarlar dəstəkləyirlər. Bu mənada o,dövrün müasir iqtisadi sistemi qanlı bir rəng almışdır.
Beləliklə XIX əsrin İngiltərəsi bütün cəhətləri ilə,başda da siyasəti olmaqla liberal bir iqtisadi
dünya sisteminin tərəfdaşı,hətta onun müdafiəçisi idi.1897-ci ildə İngiltərə baş nazirinin Fransa
elçisini qəbul edərkən dediyi sözləri də bu mənada başa düşməliyik: “Əgər siz bu qədər sərtliklə
qorunan iqtisadiyyat tərəfdarı olmasaydınız ,biz bu qədər çox torpaq işğal etməyə məcbur qal-
mazdıq” [7, s.355-356].
1870-ci ildə Almaniya və İtaliyanın
birliklərini təsis etməsi,Çar Rusiyasının Orta Asiya
istiqamətində işğalçı siyasətini artırması,ABŞ-ın yeni iqtisadi bir guc kimi çıxması, İspan Ameri-
kasının (Braziliya, Argentina, Uruqvay) iqtisadi balansları İngiltərənin maraqları əleyhinə
dəyişməsi, Osmanlı və Qacar İranında rəqabət gücü bir çox dövlətlərin mübarizə aparması, Çin və
Afrikada çox sayda gücün öz mənfəətləri hesabına siyasi təsirlərini artırmaları Britaniyanı dərindən
sarsıtdı.Xüsusilə
də Almaniya, Fransa və İtaliya kimi milli iqtisadi siyasətlərə sahib ölkələrin
İngiltərənin iqtisadi maraqlarını təhdid edən siyasəti dünyanın siyasi xəritəsini yenidən paylaşmaq
ehtiyacını yaratdı.Vəziyyət o dərəcəyə çatdı ki, Afrikada heç bir iqtisadi gəlir olmayan çöllərin,
səhraların belə bölüşdürülməsi uğrunda kəskin mübarizə başladı. Sadəcə İngiltərəyə qarşı deyil,
digər güclər arasında da gedən mübarizə 1815-ci il Napolion hökmranlığı sonrası yaranan balansları
dəyişməyə məcbur edirdi.1898-ci ildə cərəyan edən ABŞ-İspaniya müharibəsi bu iki güc arasında
Atlantik okeanda balansları dəyişməklə qalmadı, digər dövlətlərin də maraq istiqamətlərini
dəyişdirdi. Cənubi- Şərqi Asiyada Hollandiya, Konqoda Belçika ilə üzləşən İngiltərə özünün iqtisa-
di planeti olaraq gördüyü dünyada təkləndiyini hiss etməyə başladı. Bu mənada XIX əsrin axırların-
da nə qədər güclü olsalar da dövlətlər ittifaq anlayışları içinə sürüklənməyə başladılar.
İngiltərə hələ XVI əsrin sonlarında Cənub-Şərqi Asiya və Uzaq Şərqin zəngin ölkələrinə sox-
ulmağa çalışmaq, xüsusilə də Afrika və Ərəbistan sahillərində möhkəmlənməyə başlamışdı. 1588-ci
ildə T.Kavandiş, 1591-ci ildə kapitan Kendel, 1593-cü ildə C.Lankaster Müqəddəs Yelena Adasına
gəldilər. 1612-ci ildə Ost-Hind şirkətinin gəmiləri ilk dəfə adada göründülər. Eyni tarixdə İngiltərə
Madaqasqarda da özünə yer tapmağa başladı [8, s.151].
Təqribən 2-3 əsrlik dövrdə İnigiltərə mərhələli şəkildə dünyanın ağası halına gəlmiş,
ancaq
1890-cı ildə onu yeni rəqibləri küncə sıxışdırmağa başlamışdılar. Erix Hobsbavmın qeyd etdiyi
kimi, burada 1860-cı ildən sonra dünya kapitalizminin sürətlə şəkil və forma dəyişdirməsinin də
təsirləri böyükdür. Belə ki, XIX əsrin axırları, XX əsrin əvvəllərində dünya kapitalizmi 1860-cı
illərin kapitalist anlayışından açıq şəkildə fərqli idi. “Dünya artıq özlərini bir-birinə qarşı qoruyan
çox sayda milli iqtisadiyyatlardan meydana gəlirdi”. Kapitalist bir cəmiyyətdə siyasət və iqtisadiy-
yatı bir-birindən ayırmaq çətin olduğundan 1880-ci ildən etibarən Avropanın kapitalist kimliyində
meydana gələn dəyişmənin dünya səviyyəsində təsir yaratdığını qeyd etməliyik [9, s.81].
Almaniyanın yaratdığı təhdid artıq 1890-cı illərin İngiltərəsində açıq bir dillər “Günəş imper-
iyasınınn sonu” şəklində təbliğat kampaniyasının aparılmasına səbəb olmuşdu.
Beləliklə, Birinci Dünya müharibəsinə yol açacaq böhran kapitalist münasibətlər sisteminin
yaratdığı böhran olmaqla yanaşı, Avropa dövlətlərinin dünyanı “dostca” paylaşmaq istəməməsindən
irəli gəlirdi. İngiltərə özünün dünya siyasətini hər zaman öz mənfəətləri hesabına təyin etmək istədiyi
üçün bu dostluğun yaranması çox çətin idi. Buna görə də, XIX sonu və XXəsrin əvvəlirndə böyük
dövlətlər dostluq yerinə ittifaqları, yəni bəzi dövlətlər öz aralarında dostluqları üstün tuturdular.
Dostları ilə paylaş: