Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə58/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   54   55   56   57   58   59   60   61   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

 
Şəkil 5.
Nümunələr üzrə “Əsas komponentlər modeli”. 
Bütün bu nəticələri əldə etdikdən sonra sahə üzrə paylanmış filiz əmələ gətirən elementlərin 
histoqramlarını və nümunələrin götürüldüyü koordinatlara əsasən “Surfer 15” proqramında 3D mo-
delləri qurulmuşdur. 
Histoqramlardan aydın görünür ki, nümunələrin coxunda – 65%-də misin, 43%-də sinkin, 
81%-də qurguşunun, 48%-də nikelin, 80%-də molibdenin, 82%-də qızılın, 80%-də gümüşün və 
70%-də titanın miqdarı gil şistləri üçün müəyyənləşdirilən klarkdan yüksəkdir (şəkil 6). 
Tərtib olunmuş modellərin köməyi ilə elementlərin daha cox toplanaraq konsentrasiya əmələ 
gətirdiyi sahələr müəyyən edilmişdir (şəkil 6). 


YER 
ELMLƏRİ
 
69 


GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1 
70 
Şəkil 6.
Kimyəvi elementlərin sahə üzrə paylanmalarının histoqram 
və 3D modelləri. 
Sonda yuxarıdakı məlumatlar cəmləsdirilərək Qızılqaya filiz sahəsində kimyəvi elementlərin 
məhsuldar horizont əmələ gətirmə yerlərini əks etdirən 3D modeli tərtib olunmuşdur (şəkil 7). 
Qızılqaya filiz sahəsində kimyəvi elementlərin 
paylanmasının 3D modeli 


YER 
ELMLƏRİ
 
71 
Nəticə. 
Kimyəvi elementlərlə bağlı əlaqənin araşdırılması göstərir ki, Cu və Mo, Cu və Ag, Ni və La, 
Zn və Pb arasında müsbət korrelyasiya vardır. Ehtimal olunur ki, Cu, Mo və Ag filiz mineral mad-
dəsinin mənbələri eynidir. 
 
Element qrupları, həmçinin qruplar arasındakı asılılığı öyrənmək üçün istifadə edilmiş Klastr 
analizinin nəticələri Cu və Mo, Zn və Pb, Ni və La arasında güclü asılılığın olmasını və onların qrup 
təşkil etməsini göstərmişdir. Nisbətən zəif asılılıq Ti və Ag arasında mövcuddur. Cu, Mo, Ti, Ag 
Zn, Pb və Au daha bir qrup əmələ gətirir.
Əsas (faydalı) komponentlər metodu ilə az informativ elementlər kənar edilərək, Qızılqaya 
sahəsində faydalı komponentlərin Au, Mo, Ti, Ag, As və Cu oldugu müəyyən edilmişdir. 
Tədqiq olunan filiz sahəsində kimyəvi elementlərin paylanmalarının 3D modellərinin tərtibi 
üç- Qaynar qırılması boyu 2, Zəngi qırılması boyu isə bir məhsuldar horizontun ayrılmasına imkan 
vermişdir. 
ƏDƏBİYYAT 
1.
Babayev Ş.Ə., Riyazi geologiya. Bakı, “El-Alliance”, 2006, 311 səh. 
2.
Calalov Q.İ., Riyazi geologiyanın əsasları. Bakı, 2001, 63 səh. 
3.
Г.С.Поротов.Математические методы моделирования в геологии. Санкт-Петербург, 2006г, 
223стр. 
4. Ч. М. Кашкай, С. А. Зейналова, Р. Б. Керимов, Н. М. Абдуллаева, А. Н. Агаев, З. Р. Джафа-
ров., Экспериментальное исследование процессов концентрирования меди, цинка, кобальта, 
никеля и серебра в черных сланцах Дуруджинской зоны южного склона Большого Кавказа 
(Азербайджан)., Вестник ВГУ. серия: Геология. 2017. № 2 стр. 88-93 
5. Р. Б. Керимов. Типоморфные особенности золоторудной минерализации в черносланцевых 
комплексах южного склона Большого Кавказа и ее перспективы / Керимов Р. Б. // Материалы 
Всерос. Конф. «Самородное золото: типомор- физм минеральных ассоциаций, условия обра-
зования ме- сторождений, задачи прикладных исследований». М.: ИГЕМ РАН. – 2010. – 
С.237–240. 

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin