YER
ELMLƏRİ
77
müəyyən edilməlidir. Bu məsələlərlə yanaşı, yatağın cari işlənmə vəziyyətinin də təhlil edilməsi və
nəticədə hasilatla suvurma nisbətləri, işlənmə və sulaşma templəri, su-neft təmasının neft konturu-
nun hərəkət xarakteri, süxurların kollektor xassələrinin dəyişməsi kimi vacib məlumatların əldə
olunması sulaşmaya qarşı mübarizənin səmərəli olmasında böyük əhəmiyyət kəsb edir. Bununla ya-
naşı daban və lay sularının selektiv üsullarla qarşısını alan zaman (Al (50-70) nm nanohissəcik-
dən) nanosementdən istifadə edilir ki, bu zaman bu da məsaməliyi yaxşılaşdırır, keçiriciliyi artırır.
Nanosistemin tətbiqi ilə su-neft kontaktında bərabər profilli front yaradılır, fazalar arası səthi gəril-
mə aşağı düşür, neftin özüllüyü azalır, lay suların tərkibində hidroksil qrupu olduğundan lay suyu-
nun özüllüyü artır. Quyudibi zonanın bərkidilməsində istifadə edilən nanokompozisiyalı tamponaj
məhlulunun tətbiqi ilə quyudibi zonada möhkəm karkaslı keçiriciliyə malik ekran yaranır, tampo-
naj məhlulunun həcmi nanokompozisiyanın hesabına 25% artır və bunun hesabına sement daşının
kollektorluq xüsusiyəti yaxşılaşır.
“H.Z. Tağıyev” adına NQÇİ-nin Buzovna yatağının 1373 saylı hasilat quyusunda laydan qu-
yudibinə gələn qumun qarşısının alınması məqsədilə iki mərhələdə quyudibi zonanın (QDZ) bərki-
dici nanosistemlə möhkəmləndirilməsi prosesi həyata keçirilmişdir. 1373 saylı süzgəc intervalı
(1851-1841m) hasilat quyusunda gündəlik, 5 ton neft, 8 m
3
su hasilatı ilə istismara daxil olmuşdur.
İşlədiyi müddət ərzində 2 dəfə QDZ-nın bərkidilməsi olmaqla 12 əsaslı təmir işləri aparılmış, lakin
mütəmadi olaraq (107 dəfə) boruarxasından maye təsirinin köməyi ilə rejim bərpa edilmişdir.
Quyudibi zonanın bərkidilməsi işləri aparılmış və süzgəc zonasında yaradılmış nanokarkas
daha möhkəm və dayanıqlı xarakter almışdır (şəkil 3). Texnoloji prosesin tətbiqindən keçən
müddət ərzində heç bir yanalma olmamış, quyu istismara verilmişdir.
Dostları ilə paylaş: