Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə162/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   158   159   160   161   162   163   164   165   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

Açar sözlər:
İqtisadi-siyasi və hərbi rəqabət, liberal iqtisadiyyat, milli maraq, milli iqtisadi 
siyasət, dünya müharibəsi,demokratik idarəçilik,imperalizm, xarici siyasət, iqtisadi güc, dünya 
hegemonluğu. 
Giriş
1914-cü ildə iqtisadi-siyasi rəqabətdən əl çəkib hərbi rəqabətə keçdikləri dövrə qədər Avropa 
imperiyaları dünyanın digər bölgələrini ələ keçirməklə məşğul idilər. 1876-1915-ci illər arasında 
dünyanın təqribən dörddə biri məhz həmin imperayalar tərəfindən dəfələrlə bölüşdürülmüşdü.Bu 
dövrdə İngiltərə 4 milyon, Fransa 3,5 milyon, Almaniya 1 milyon, İspaniya 100 min, Belçika və 
İtaliya 1 milyon, Portuqaliya 300 min kvadrat km ərazi ələ keçirtmişdi.[1,s.35-37]. Dünyanın ye-
nidən bölüşdürmə prossesində Afrika, Amerika və Asiyanın demək olar ki, Avropa dövlətləri 
tərəfindən işğal edilməmiş bir ölkəsi belə qalmamışdı. Bu vəhşiliklə aparılan müstəmləkəçilik 
siyasəti nəticəsində 1890-cı ildə Avropanın siyasi ədəbiyyatına yeni bir termin daxil oldu: imperal-
izm. 1870-ci illərdə uydurma bir termin qəbul edilən imperalizm 1883-cü ildə vəfat edən K.Marksın 
əsərlərində yer almadı. Əsasən jurnalistlərin jarqonunda işlədilən bu söz XIX əsrin 90-cı illərində 
böyük dövlətlərin fəxr etdikləri bir terminə çevrilmişdi. İngilis liberalist J.A.Hobsonun ifadəsilə 
“hamının ağzında olan bu söz, Qərb aləmində populist siyasətinə ən güclü hərəkəti ifadə etmək 
üçün istifadə edilidi” [1, s.27]. 
XIX əsrin sonu - XX əsrin əvvəllərində dünyanın ən geniş torpaqlarına sahib ölkəsi olan 
Böyük Britaniya dünyanın ən böyük iqtisadi gücü idi. Britaniya siyasətini də həmin iqtisadi norma-
tivlər təyin edirdi.Xüsusilə 1848-1875-ci illər arasında dünyada özünün “qızıl əsri”ni yaşayan liber-
al iqtisadiyyat Böyük Britaniya kimi özünə, sadiq bir tərəfdar tapmışdı. Sərmayəsi hesabına Böyük 
Britaniya bu işdə böyük rol oynayırdı. Böyük Britaniyanı bu rola sövq edən özünün maddi mara-
qlarının təminatı idi. 
1848-1875-ci illər ərzində dünyanın iqtisadi inkişafı dörd dəfədən çox artmışdı [2, s.37]. 
1875-1914-cü illər arasında bu artım 2 dəfədən çox oldu. 1840-1870-ci illər arasında dünya mal-
larının gəmi ilə daşınması illik 10 milyon tondan 16 milyon tona çıxdı. Əgər 1870-ci illərdə dünya-
da 200 min km dəmiryolu xətti varidisə, Birincə dünya müharibəsi ərəfəsində bu xəttin uzunluğu 1 
milyon km-ə gəlib çatmışdı. Həm dənizdə, həm də quruda ticarət daşınmalarının böyük payı 
İngiltərənin hesabına düşürdü. Böyük Britaniya “ avropalıların sərmayəsi, enerjisi və biliyi ilə ən 
karlı ticarəti icra etmək və özünün inkişaf edən mədəniyyəti üçün lazımı malları tapmaq 
adına”edilən təşəbbüskarlığın sadiq siyasi dəstəkçisi idi [2, s.55]. 


İCTİMAİ ELMLƏR
 
177 
Formalaşan yeni mədəniyyət ən ezoterik şeylərdən, yeraltı sərvətlərə qədər dünya sərvətinin 
mövcud olan bütün nemətləri mənimsəyirdi. Böyük Britaniya Amerikadan Uzaq şərqə qədər dünya 
iqtisadiyatının ehtiyacı olduğu demək olar ki, hər şeyə nəzarət edirdi. Bu nəzarət mexanizmi Böyük
Britaniyanın siyasi varlığının başlıca səbəbi idi. Əvvəllər çox böyük əhəmiyyət kəs etməyən mallar 
indi sürətlə böyük tələbatın mərkəzində yer alırdı. Dəmir və polada olan tələbatı 1870-ci illərdən 
sonra inanılmaz dərəcədə artırdı. Tələbat sadəcə xammallara deyildi, lüks mallar hesab edilən çay, 
şəkər, kakao, qəhvə və digər malların ticarəti yüksələn bir xətt üzrə yuxarıya doğru çıxırdı. 1840-cı 
illərin əvvəllərində 1,5 mln.pud, 1860-cı illərdə 3,26 mln.pud çay istehlak edən britanyalılar, 1890-
cı illərdə 5,7 mln.pud çay istehlak etməyə başladılar [3,s.136]. Dünya miqyasında isə bu 1840-cı 
illərdə 40 milyon pud, 1860-cı illərdə 98 milyon pud, daha sonra isə 224 milyon puda çatmışdı. 
Çaya olan tələbat Böyük Britaniyanı çay əkilən torpaqlara siyasi müdaxilə etməyə məcbur edirdi. 
1858-cı ildə bütün Hindistanı işğal edən İngiltərə Hindistanda geniş çay plantasiyalarının 
salınmasına başladı.
Hindistan və Şir-Lanka avropalıların hafizəsində çay ölkəsi kimi tanınırdı. Eyni prossesi 
avropalılar Afrikada qəhvə əldə etmək məqsədilə icra etməyə başladılar. Yəni dünyanın Avropa 
xaricində qalan ölkələri bir malın adı ilə tanınmağa başlandı. İşğal edilən həmin ölkələr geniş plan-
tasiyalara, oranın xalqları o plantasiyalarda işləyən işçilərə çevrildi və orada Birləşmiş Krallığı 
təmsil edən malikanələr salan və orada ailələri ilə birlikdə yaşayan ingilis əsilzadələri formalaşmağa 
başladı. Həmin əsilzadələr özlərinin əldə etdiyi sərmayənin kiçik bir hissəsinə yerli idari qrupları da 
ortaq edərək istismar güclərini artırdılar. Qarşı çıxanları isə Afrikada olduğu kimi amansızlıqla yox 
edirdilər. Dünya bazarında olduğu kimi istismar olunan ölkələrin daxili bazarlarında da Böyük 
Britaniya təyin edici idi. Bü ölkələrin bəziləri müstəmləkədən xilas olduqları halda 1950-ci illərdə 
İngiltərənin iqtisadi əsarətindən azad ola bilmədilər.XIX əsrdə Böyük Britaniya da daxil olmaqla 
Avropanın başlıca problemi püxtələşmək idi. Avropa 1815-ci ildən etibarən bu problemi hiss 
etməyə başladı. Ticari olduğu qədər siyasi olaraqda ixtisaslaşmamış bir Avropa apardığı siyasətdə 
böyük problemlər yaşayırdı. Henri Seenin də qeyd etdiyi kimi, dünyaya sahib olmaq coğrafi ix-
tisaslaşma, ixracat dünyasında söz sahibi olmaq iqtisadi ixtisaslaşma, sərmayənin idarə olunmasıda 
da siyasi-iqtisadi mütəxəssislik tələb edirdi [3 s.147]. Böyük sərmayədarların universitetlər, tədqiqat 
mərkəzləri, araşdırma mərkəzləri, institutlar və akademiyaların yayılmasında və inkişafında bu amil 
mühüm rol oynayırdı. 
Dənizə yaxın bölgələrdə, həm daş kömürü, həm də dəmir mədənləri birlikdə mövcud 
olduğundan İngiltərə mədən sənayesində də seçilməyə başladı. Bir çox sahədə həm iqtisadi, həm də 
siyasi maraqlar paralel olaraq hərəkət edirdi, lakin bunun ciddi riskləri vardı. XIX əsrdə mədən 
sənayesində İngiltərə böyük irəliləmə və uğur əldə etmişdi. Afrika və Asiyanın müxtəlif 
bölgələrində ticari güc olaraq ortaya çıxmağa həmin yerlərdə coğrafiyaları, insanları, dilləri və 
xalqları tanımağı tələb edirdi. İngiltərə də daxil olmaqla Avropanın bir çox ölkəsi bu zamana qədər 
bu işi kortəbii, güc icra etsələr də XIX əsrdə bu anlayışı davam etdirmənin çətinliyi anladılar. Eyni 
zamanda hər sahədə mütəxəssis yetişdirmə İngiltərənin elmi gücünü də artırmağa başladı. 
İxtisaslaşdırma ticarət planı və proqramının yaranmasına da səbəb olurdu. 1806-cı ildə York-
shiredə emal olunan 466 min yun məmulatın sadəcə 8 mini fabrik məhsulu idi. XIX əsrin sonunda 
isə İngiltərə nəyinki yun, hətta süd və pendir məhsullarını belə kənardan idxal edirdi. Bu artıq ba-
zarın tədrici şəkildə nəzarət altına alındığı göstərir. 1815-ci ildə İngiltərənin qarşılaşdığı ilk böyük 
və ağır infilasiya ticarət ilə bank sistemi arasında güclü bağların yaradılmasının vacibliyini ortaya 
çıxartdı. Bu dövrdə hökümət tərəfindən verilən qanuna görə sərmayədarın sənaye sərbəstliyi 
tanındı. 1813-cü ildə sülh hakimlərinə qiymətləri müəyyən edən qanunnamə, 1814-cü ildə işçi ni-
zamnaməsi qəbul olundu. 1836-cı ildə İngiltərənin dəmiryolunu başlıca vasitə olaraq görməsi, 
kömür ticarətini artırdı. 1828-ci ildə 250 min tonu keçməyən kömür ticarəti 1845-ci ildə 2.100.000 
tona çıxdı. Proses liberal sərmayənin güclü təsiri ilə İngiltərəni sürətlə ixrac edən ölkədən idxal 
edən ölkəyə çevirdi. 1813-cü ildə İngiltərə 51 milyon ton idxal edərkən, 1814- ci ildə bu rəqəm 490 
milyon tona çıxmışdı. Başlıca yun ixrac edən ölkə kimi İngiltərə 1800-cü ilin əvvəllərindən etibarən 



Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin