ŞƏXSİYYƏTİN SOSİALLAŞMASI PROSESİNƏ TƏSİR EDƏN AMİLLƏR
Səlimova Ülviyyə Tacir qızı,
BDU-nin fəlsəfə kafedrasının doktorantı,
salimova.ulviyye@mail.ru
Hər bir cəmiyyətdə şəxsiyyətin sosiallaşması prosesi, başqa sözlə, insanın fəal, dəyərli varlıq kimi inkişafı məsələsi işlənib hazırlanır. Həmin prosesdə fərdin mövcud cəmiyyətin yaddaşına qovuşması, onun toplanmış ənənələrə yiyələnməsi həyata keçirilir. Sosiallaşma fərdin yaşadığı cəmiyyətin normalarını, dəyərlərini, özündən gözlənilən rollarını, mövqelərini, ictimai qarşılıqlı təsir üçün lazımlı bacarıqlarını, mənlik duyğusunu qazanmaq, yaşadığı mədəniyyəti “mənimsəməsi” prosesidir. Hər bir insan digər canlılar kimi doğulur. Bəziləri cəmiyyətdən dəstək almadan yaşaya bilmirlər. Sosioloji olaraq sosiallaşma həyatını davam etdirə bilmək üçün insanın digər insanlara ehtiyacı və bu cəmiyyətə uyğunlaşmasıdır. Formalaşmaqda olan fərd dünyaya ətrafdakılarının gözü ilə baxmağı, onların hissləri və dəyər mühakimələri ilə yanaşmağı öyrənir. Bir sözlə, fərd öz dünyasını qurmağa başlayır. Lakin o, bu dünyanın saysız-hesabsız insanının dünyasından ibarət olduğunu bilmir[1, s. 167].
Ailə insanın sosiallaşmaya təsir qaldığı ilk mühitdir. Cəmiyyətimiz inkişaf etdikcə, ölkəmiz Avropaya inteqrasiya olunduqca bir sıra proseslərdə də müəyyən dəyişikliklər baş verir. Bu baxımdan, baş verən dəyişikliklər, yeniliklər ölkəmizdə ailə münasibətlərinə də təsir göstərir. Ailənin formalaşması və inkişafı cəmiyyətdə gedən proseslərlə bağlıdır. Ailələr müasir Azərbaycan cəmiyyətinin yüksək inkişaf səviyyəsinin təcəssümüdür. Məhz ailə uşağa yaşamağa “dünyanın obrazı”nı verir. Bir çox hallarda insanın gələcəyi ailədə müəyyən edilir, çünki valideynlərin şəxsi xüsusiyyətləri, davranışı, ailə tərkibi, bacarıq və qabiliyyətləri uşağa birbaşa təsir göstərir. Ailə şəraiti, valideynlərin təhsil səviyyəsi, məşğuliyyət növü, sosial vəziyyəti və maddi səviyyəsi də daxil olmaqla, xeyli dərəcədə uşağın həyat yolunu müəyyənləşdirir.
Sosiallaşmaya təsir edən amillərdən biri də strukturlaşdırılmış, layihələnmiş və inkişaf etmiş mühit olmalıdır. Həmin mühitin əsas tələbi humanizm, inam, təhlükəsizlik, şəxsin böyümə imkanıdır. Bu baxımdan idman sosiallaşmanın fəal amilidir. İdman müasir sosiumun bütün səviyyələrini birləşdirir və cəmiyyətin həyat tərzinə təsir göstərir. İdman insanların həyat tərzinə,onların etik dəyərlərinə, işgüzar fəaliyyətinə və milli münasibətlərinə təsir göstərir. İdman insanın daxilində olan yeni aspektləri üzə çıxarır və bunun nəticəsində mədəni dəyərlərin insanın daxilində fərddə aparıcı amilə çevrilir. Başqa sözlə, insan cəmiyyətin həyatında aktiv fəaliyyət göstərir. Müasir cəmiyyətdə idman insanın özünü realizə etməsinə, ilk növbədə nəinki başqalarına, eyni zamanda özünə qalib gəlmək imkanı verir. İdman insana öz məqsədinə çatmaq üçün qurban verməyi öyrədir. Bir çox idmançılar deyir ki, məhz idman onları şəxsiyyət kimi formalaşdırıb. İdman müasir həyatın əsas prinsiplərini reallaşdırır- “ özünə güvən” yaradır.
Reklam sosial əhəmiyyətli məlumatlar verən, müasir cəmiyyətin maraqlarının formalaşması, dəstəklənməsi və stimullaşdırılması üçün əsas kommunikativ informasiya məkanıdır. Reklam cəmiyyətdə üç əsas vəzifəni yerinə yetirir: iqtisadi, mənəvi –ideoloji və informativ – kommunikativ. Kommunikativ funksiyada bütün funksiyaların həyata keçirilməsi istisnasız olaraq mümkün olur, çünki o mal, xidmət, sosial problem haqqında məlumat yayır və formalaşdırır [2]. Müasir cəmiyyətdə internet həyatın mühüm atributuna çevrilmişdir. Sosiallaşmanın elementi kimi internet və daha geniş virtual reallıq yeni informasiya texnologiyaları yaradır və insanın sosiallaşmasının güclü bir agenti olur.İnsanın kibersosiallaşması – şəxsiyyətin kiberməkanda sosiallaşmasıdır. İnsanın kibersosiallaşması prosesində birbaşa kiberməkanla bağlı virtual yaşayış sahəsi üçün yeni bir sıra maraqlar və gözləntilər,motivlər və dəyərlər, tələbatlar,sosial və psixoloji aktivliyin formaları yaranır [4 ,s.54] . İnternet yalnız müasir sivilizasiyanın güzgüsü deyil,eyni zamanda çoxsaylı ictimai,sosial münasibətlərin yeni növü,insan-cəmiyyət, insan- təbiət, insan-insan, insan-texnika münasibətlərini zənginləşdirir. Şəxsiyyətin sosiallaşmasına humanizmin təsiri də böyükdür. Bu kateqoriya insan şəxsiyyətini inkişaf etdirir, onun formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Humanizmin əsas məqsədi insanın inkişafı və bütün insanlar üçün həyatı yaxşılaşdırmaqdır. Humanizm gözəl işlər görməyə, yaxşı yaşamağa və gələcəyə daha yaxşı bir dünya qoyub getməyə çalışır, sonrakı həyatda mükafatlandırılmaq üçün həyat boyu əzab çəkmək lazım deyil. Humanizmə görə həqiqəti tapmaq bütün insanların təbii hüququdur. Amma həqiqəti tapmaq yolunda həyata keçirilən bütün üsullar humanist olmalı, heç bir mənfi vəziyyət yaratmamalıdır. Cəmiyyətimizdə gedən sosial proseslərə təsir edən digər amil isə təhsil prosesidir. Tərbiyə və təhsil məqsədyönlü prosesdir. Əsasən təhsil insanın şüuruna müraciət edir. Lakin insanın şüuruna birbaşa müraciətdə təhsil televiziya və reklamdan daha zəif təsir göstərir. Təhsil sistemi sosial institut kimi insanı bir istiqamətdə formalaşdırır.
Mədəniyyət şəxsiyyətin formalaşmasına təsir edən mühüm amillərdən biridir. Sosiallaşma prosesinin vasitəsilə fərd mədəniyyətin əsas elementlərini: simvolları, mənaları, dəyərləri, normaları mənimsəyir. Bu mənimsəmənin əsasında - sosiallaşmanın gedişində sosial keyfiyyətlərin, xüsusiyyətlərin, əməl və bacarıqların formalaşması baş verir. Bunun sayəsində insan qarşılıqlı sosial təsirin iştirakçısı olur [3,s.116]. Sosiallaşma fərdin mədəniyyətə qoşulmasının bütün proseslərini: onun təhsil və tərbiyəsini, başqa insanlarla qarşılıqlı təsirini, cəmiyyətin norma və dəyərlərinin, müxtəlif sosial rolların və birgə fəaliyyət növlərinin mənimsənilməsini və s. əhatə edir. Nəticədə insan bioloji varlıqdan tədricən cəmiyyətdə yaşaya və fəaliyyət göstərə bilən sosial varlığa çevrilir.
Yazdığımız tezisdə qısaca olaraq sosiallaşma prosesinə təsir edən amillərdən bəhs etdik. Lakin sosiallaşma prosesi mürəkkəb proses olduğundan təkcə bu amillərdən çıxış etmək olmaz.
Ədəbiyyat
Кон И.С. В поисках себя. Личность и ее самосознание. Москва Прогресс, 1990, 367 с.
2. Матыцина Т. Социальная реклама / Т. Матыцина // Пчела. — 2002. — №2
Сорокин П. Человек. Цивилизация. Общество , Москва, Политиздат, 1992. - 542 с. 4. Орлов В. В. Основы философии общая философия Вып2 Пермь, Изд- Перм. ун-та 2001,104 с
Dostları ilə paylaş: |