ƏMƏK İNTİZAMININ SOSİAL NƏZARƏT VASİTƏSİLƏ MÖHKƏMLƏNDİRİLMƏSİ
Əliyeva AydanNurəddin q.
BDU-nun II kurs magistrantı
a.n.aliyeva@gmail.com
Sosial nəzarət vasitəsilə insanların qarşılıqlı əlaqələri uzlaşdırılır, ictimai sistemdə ahəngdarlıq təmiıı edilir. Nəticə etibarilə insanların əksəriyyəti, eləcə də sosial qrupun hər bir üzvü etdiyi hərəkət və davranışa görə onu nə gözləyə biləcəyini qabaqcadan bilir, dərk edir [1, s.71].
Sosial qrupun hər bir üzvü mövcud situasiyada digər şəxslər tərəfindən başa düşülmək üçün özünü necə aparmaq lazım olduğunu, davranışının müqabilində ona göstəriləcək reaksiyanı anlayır.
Kollektiv səviyyəsində sosial nəzarətin kim tərəfindən həyata keçirilməsindən asılı olaraq, onun aşağıdakı növlərini ayırd edirlər [3, s.102]:
İnzibati sosial nəzarət. Bu nəzarət növünün həyata keçirilməsi üçün yuxarı təşkilat müəssisənin və onun bölmələrinin rəhbərlərinin müvafiq səlahiyyət dairəsini müəyyən edir. İnzibati nəzarət əvvəlcədən yazılmış, qanunlaşdırılmış prosedura olub, mövcud hüquqi-normativ sənədlərə əsaslanır. Bu halda dəqiq qeyd olunmuş təsir vasitələrindən istifadə olunur.
İctimai təşkilatların nəzarəti. Bunu həmkarlar ittifaqı, ictimai kadrlar şöbəsi, müxtəlif təyinatlı komissiyalar (ictimai təşkilatlar tərəfindən təşkil edilən) həyata keçirir.
Qrup sosial nəzarəti. Sosial nəzarətin bu növü kollektivin bir qrupunun işçilərə təsirini nəzərdə tutur. Qrup sosial nəzarətinin iki cəhətini fərqləndirmək lazımdır: rəsmi və qeyri-rəsmi (sosial-psixoloji). Rəsmi növə əmok kollektivlərinin iclasları, istehsalat müşavirələri və s. aiddir. Nəzarətin qeyri-rəsmi növü davranışa kollektiv üzvlərinin qarşılıqlı münasibətini əks etdirir. Bura işçinin hərəkətini bəyənmək, yaxud onunla əlaqədə olmaqdan imtina etmək, dostluq münasibətlərində olmaq və s. aiddir. Qeyd etmək lazımdır ki, kollektivə qeyri-formal nəzarət növü ilə daha yox təsir etmək olur, nəinki nəzarətin inzibati növü ilə.
Öz-özünə nəzarət.Burada işçinin özünün öz davranışına nəzarət etməsi nəzərdə tutulur.
Öz-özünə nəzarət işçinin cəmiyyətdə və kollektivdə qəbul olunmuş davranış dəyərlərinin və normalarının mənimsənilməsi ilə əlaqədardır. Fərdi dəyərlər və normaların ümumkollektiv dəyər və normalarına uyğun gəldikdə özünə nəzarət daha təsirli olur. Bununla yanaşı, işçinin şüur səviyyəsi yüksəldikcə borc hissinə, peşə şərəfinə, vicdanına əsaslanan özünə nəzarətin əhəmiyyəti daha da artır. Xarici nəzarətin özünə nəzarətlə əlaqələndirilməsi təsiretmənin daha səmərəli formasıdır. Bu çevik qrafik işinə keçməyə şərait yaradır. Bu halda işçinin təqsiri üzündən növbədaxili iş vaxtı itkiləri ləğv edilir, işə gecikmək və işdən vaxtından əvvəl getmək halları aradan qaldırılır. İnzibati qaydada icazə ilə iş vaxtı itkiləri kəskin surətdə azalır. Qrup nəzarətinin və özünənəzarətin rolunun artması kollektivin və işçinin əməyin son nəticəsinə məsuliyyətini yüksəldir. Burada məsuliyyət özünə nəzarətin vasitəsi kimi çıxış edir.
Sosial nəzarətin subyekti kimi ilkin əmək kollektivlərinin və işçinin özünün rolunun güclənməsi onların səlahiyyətlərinin, hüquq və vəzifələrinin genişləndirilməsinə kömək edir ki, bu da praktik cəhətdən əmək fəaliyyətinin səmərəli şəkildə həyata keçirilməsinə imkan verir. Sosial nəzarətdə iştirak etmək sayəsində kollektiv və onun hər bir işçisi məsuliyyət subyekti olur, yəni hüquqi, iqtisadi və mənəvi subyekti olur.
Əmək sferasında sosial nəzarət mexanizmi üç əsas komponentdən ibarətdir:
Fəaltiyyətin plan və qiymətləndirmə göstəriciləri.
Sosial norma - davranış normaları.
Sanksiya.
Bunlar hər bir işçinin və qrupun davranışına fəal təsir vasitəsidir. Sahənin, idarənin, müəssisənin və ayrı-ayrı işçilərin işinin planlaşmasında, uçotunda və fəaliyyət nəticələrinin qiymətləndirilməsində müxtəlif göstəricilərdən istifadə olunur. Məsələn, bunlara kəmiyyət və keyfiyyət, mütləq və nisbi, natural və dəyər göstəriciləri aiddir.
Plan və qiymətləndirmə göstəriciləri əmək prosesi iştirakçılarının qarşılıqlı münasibətlərinin xarakterinə və əmək fəallığına səmərəli təsiretmə imkanlarına malikdir [4, s.186]. Fəaliyyətin bu göstəriciləri qiymətləndirmə funksiyalarını yerinə yetirir. Onlar işçinin və kollektivin əmək fəaliyyətinin əsas meyarı kimi çıxış edir. Əmək davranışına əməyin nəticələrini əks etdirən kompleks göstəricilər təsir edir. Bu göstəricilərə aiddir:
verilmiş tapşırıqların yerinə yetirilməsi;
əvvəlki dövrə nisbətən artım;
müxtəlif kateqoriyalı işçilərin mükafatlandırılması;
sağlam bəhsləşmənin təşkilində istifadə olunan göstəricilər.
Əgər göstəricilər düzgün seçilərsə, bu halda ayrı-ayrı işçilərin, kollektivin və cəmiyyətin mənafelərinin ahəngdarlığı təmin edilər.
Hazırda təsərrüfatın ayrı-ayrı sahələrində istehsalat birlikləri və müəssisələr üçün norma və normativlərin, göstəricilər sisteminin təkmilləşdirilməsi davam edir. Minimum məsrəflərlə maksimum nəticələr əldə olunmasını stimullaşdıran göstəricilərin tətbiqi getdikcə genişlənir.
Plan göstəricilərinin miqdarnın qismən azaldılması ilə yanaşı yeni göstəricilərin tətbiqi ayrı-ayrı işçilərlə cəmiyyətin mənafeyini daha sıx əlaqələndirməyə kömək edir. Bu halda istehlakçının istehsalçıya fəal təsiri aşkara çıxır, istehlakçının sosial nəzarət subyekti olmaqda rolu güclənir. Bununla yanaşı işçilər tədricən kollektivdə və cəmiyyətdə öz vəziyyətlərini başqalarının vəziyyətləri ilə tutuşdurur, müqayisə edir və nəticədə sosial bəhsləşmə güclənir.
Ədəbiyyat
Abutalıbov R., Məmmədov S., Quliyev S. İdarəetmənin əsasları. Bakı, 2014, 222 s.
Ələkbərov Ə., İbrahimov F. Menecment. Bakı, 2004, 468 s.
İdarəetmənin əsasları. Bakı, 2009, 144 s.
Quliyev T. Menecmentin əsasları. Bakı, 2006, 591 s.
Веснин В.Р. Стратегическое управление / Учебник. М., 2004, 328 с.
Dostları ilə paylaş: |