Gənc tədqiqatçıların respublika elmi-praktik konfransının materialları


İDARƏETMƏ ANLAYIŞI, İDARƏETMƏ ELMİ MAHİYYƏTİ VƏ PREDMETİ



Yüklə 300,9 Kb.
səhifə54/60
tarix29.03.2022
ölçüsü300,9 Kb.
#54372
1   ...   50   51   52   53   54   55   56   57   ...   60
Az rbaycan respublikasinin t HS l naziRL Y baki d VL t universi

İDARƏETMƏ ANLAYIŞI, İDARƏETMƏ ELMİ MAHİYYƏTİ VƏ PREDMETİ
Quliyev SeyranSiracəddin o.

BDU-nun II kurs magistrantı

Seyran_quliyev@mail.ru
İdarəetmə çox qədim olmasına baxmayaraq, o bir elm və tədqiqat sahəsi kimi nisbətən yenidir. Amma buna baxmayaraq baş veren prosesler sosiologiya, psixologiya, ve politologiya kimi elm sahelerinin mutefekkirlerini bu saheye daha çox diqqət etməyə vadar etmişdir və əsaslı araşdirmalar üçün işlər görülmüşdür və indi də görülməkdədir. İdarəetmə deyilərkən nə nəzərdə tutulur sualına aydınlıq gətirərməyə çalışarkən baş vurduğun ədəbiyyatların demək olar ki, hamısında aşağıdaki kimi mənalandırmalar yer alir :

İdarəetmə hər hansı bir obyektə, prosesə müxtəlif vasitələrlə təsir edib, onu mövcud vəziyyətdən arzu olunan vəziyyətə gətirə bilmək fəaliyyətidir

İdarəetmə prosesi canlı və cansız təbiətin, ictimai həyatın bütün hadisələrinə xas olan bir prosesdir. Bununla əlaqədar olaraq idarəetmənin üç əsas növü vardır:

- cansız təbiətin idarə edilməsi. Məsələn, maşın, texnoloji idarəetmə;

- canlı təbiətin, orqanizmin idarə edilməsi. Məsələn, fizioloji, biokimyəvi və biofiziki idarəetmə;

- şüurlu, sosial idarəetmə - cəmiyyətin idarə edilməsi. Hər bir idarəetmə növü öz növbəsində müxtəlif sahələrə ayrılır. Məsələn, sosial idarəetmə özünə aşağıdakıları daxil edir: cəmiyyətin, ictimai təşkilatların idarə edilməsi və s. Lakin bütün idarəetmə sistemini üç iri sahəyə bölmək olar: siyasi idarəetmə, iqtisadi idarəetmə və dövlət idarəçiliyi.

İdarəetmə hər şeydən əvvəl fərdlərin, sosial qrupların öz məqsədlərini yerinə yetirmək üçün göstərdikləri şüurlu fəaliyyətin xüsusi forması olmaqla, qərarların hazırlanması və həyata keçirilməsindən, nizamlayıcı fəaliyyət və informasiya mübadiləsindən, prioritetlərin müəyyənləşməsi və konkret məqsədlərin əldə olunmasından ibarətdir. İdarəetmə eyni zamanda cəmiyyətin intellektual səviyyəsinə əsaslanaraq insanların məlum obyektə və onun dəyişilməsinə yönəlmiş hərəkətlərinin məcmusudur.

İdarəetme- öncədən muəyyənləsdirilmiş məqsəd və vəzifələrə catmaq ucun əldə olunan qaynaqlardan ( personal, texniki avadanliq, maddi vesait, informasiya ve s ) istifadə ədərək şüurlu şəkildə həyata keçirilən bir fəaliyyətdir.

Ədəbiyyatların müəyyən qismində menecment termini idarəetmə ilə eyni mənada işlədilir. Fikrimcə bunlar bir-birindən fərqli məfhumlardır. İdarəetmə daha genişdir və demək olar ki, butun sahələrdə işlədilə bilər. Lakin menecment isə idarəetmənin bir hissəsidir və yalnız sosial-iqtisadi proseslərdə işlədilir. Bu barədə dos. Fazil Vahidovun da fikirləri önəmlidir: Belə ki, o , müəllifi olduğu Sosiologiya dərsiliyində qeyd edir ki, idarəetme və menecment anlayışlarıni texniki mənada sinonim kimi qebul edə bilərik. Amma bununla belə menecment kommersiya idarəetməsinin instrumentidir. İdarəetmə isə insanların qarşılıqlı fəaliyyətini nizamlayan mexanizmdir . Menecment, sərbəst elm və fəaliyyət sahəsi kimi XX əsrin əvvəllərində ozunu təsdiq etmişdir. Menecmentin inkişafına əsas təkan verən qüvvə İngiltərədə baş vermiş sənaye inqilabı olmuşdur. Amma idarəetmənin inkişafında və uğurlarında əhəmiyyətli sıcrayış ilk dəfə Amerikada yaranmışdır. Qərb alimləri belə hesab edirlər ki, ilk dəfə idarəetməyə elmi yanaşma 1911-ci ildən yaranmışdır. Məhz o vaxt, Amerikalı muhəndis-mexanik Frederik Uilson Teylor (1856-1915) ozunun “Elmi idarəetmənin prinsipləri” kitabını dərc etdirmişdir. Elə o vaxtdan da menecment ənənəvi olaraq idarəetmə elmi kimi və mustəqil fəaliyyət sahəsi kimi qəbul edilir. Belə olduğu təqdirdə də hər elm kimi idarəetmə elminin də mahiyyəti məsələsənin açılması gündəmə gəlir. Bu barədə danışarkən qey edə bilərik :

İdarəetmə elminin mahiyyəti idarəetmə prosesində insanların məqsədyönlü fəaliyyət qanunlarının, qanunauyğunluqlarının aşkar edilməsindən, prinsip, funksiya, forma və üsullarının müəyyənləşdirilməsindən ibarətdir. Bundan başqa idarəetmənin konkret obyektləri aşağıdakılardan ibarətdir: ayrı-ayrı müəssisələr və təşkilatlar, konkret xalq təsərrüfatı sahəsi, cəmiyyətdə baş verən iqtisadi, siyasi, hüquqi və ideoloji proseslər. Bu elmin də özünəməxsus predmeti vardır. Aydındır ki, elmin məzmunu onun predmetindən daha genişdir. Qeyd edək ki, idarəetmə elminin məzmunu əsasən aşağıdakı kimi müəyyənləşdirirlər:

idarəetmə nəzəriyyəsi;

idarəetmə metodları;

idarəetmənin təşkili;

idarəetmə texnikası.

Bu bölmələrin hər biri öz növbəsində bir sıra idarəetmə məsələlərindən ibarətdir. Başqa elm sahələri kimi idarəetmə elmi də dünyagoruşun yaranmasında fəal rol oynamalıdır. Çünki bu elmin problemləri, müddəaları muasir dövrdə ön plana kecmişdir. Lokal və ya qlobal səviyyəli olmasından asılı olmayaraq idarəetmənin elmi-praktik əsaslarının düzgün müəyyənləşdirilməsi üçün fundamental araşdırmalar və analitik materiallar ortaya çıxarmaq, növbəti mərhələdə isə ona müvafiq taktiki və strateji əsaslar formalaşdırmaq zəruridir. Bu noqteyi-nəzərdən, muxtəlif sahələrdə idarəetmə ilə bağlı əsaslı tədqiqatlar aparan tədqiqatcı-alimlərin əsərləri xususi əhəmiyyət kəsb edir. İdarəetmənin sosiologiyasına dair məsələləri araşdırarkən idarəetmə əməyi mövzusuna toxunmaq və buna aydınlıq gətirmək zərurəti ortaya çıxır. Bəzən bu anlaşılmazlıqla qarşılanır və idarəetmə əməyi deyilərkən konkret olaraq nə nəzərdə tutulur məsələsi tam aydınlaşmamış qalır. Belə ki, sosioloqlara görə idarəetmə əməyi - ictimai əməyin bir növü olub istehsal kollektivlərinin qarşısında qoyulan məqsədə çatmaq üçün istiqamətlənmiş məqsədyönlü fəaliyyətdir. Geniş mənada idarəetmə əməyi idarəetmə sahəsində hər cür əmək kimi başa düşülür. Daha dar mənada isə idarəetmə əməyinin müəyyənləşdirilməsi inzibati idarəetmənin funksiyalarının icra edilməsi deməkdir.

İdarəetmə əməyinin xüsusiyyətləri

Bu xüsusuiyyət aşağıdakılardan ibarətdir:

Əməyin xüsusiyyətləri-intellektual, zehni əmək;

2) Təsir etmə səciyyəsi-inzibati,təşkilati, bütövlükdə idarəedici;

3) Əmək cismi-informasiya;

4) əmək vasitələri-hesablama texnikası,təşkilatı texnika;

5) maddi nemətlər istehsalına təsiri-qeyri müstəqim;

6) əməyin son nəticəsi-idarəetmə qərarları.

İdarəetmədə əməyin elmi təşkili (ƏET) o zaman müsbət nəticə verir ki, onun prinsipləri metodları idarəetmənin bütün mərhələlərində-ustadan nazirə qədər-həyata keçirilmiş olsun. ƏET-nin təşkilati-texniki əsasının xüsusi təşkilati prinsipləri vardır. Bu prinsiplər aşağıdakılardır:

a) hərəkətə qənaət prinsipi. Bu prinsip işi yernə yetirərkən artıq, lazımsız, təkrar hərəkətlərin qarşısını almağı, əmək metodlarını təkmilləşdirməyi tələb edir.

b) iş yerinə xidməti tənzim edən prinsip. Burada iş yerinə xidmətə sərf olunacaq vaxtı əvvəlcədən qeydə almalı, onun pozulmasına imkan verilməməlidir.

c) işçinin ixtisasının onun yerinə yeritdiyi işə uyğun gəlməsi prinsipi. d) əmək normalarının texniki, iqtisadi, və psixofizioloji əsaslandırılması prinsipi və s.
Ədəbiyyat


  1. İ. Abbasov . Menecment . Bakı 2013

  2. Мескон М., Альберт М., Хедоури Т. Основы менеджмента – Москва, 1994

  3. Tofiq Quliyev “Menecmentin (idarəetmənin) əsasları” BAKI 2006

  4. Vahidov F. Q., Ağayev T. B. Sosiologiya. Ali məktəblər üçün dərs vəsaiti. Bakı:«Təknur» nəşriyyatı, 2008, 334 s.

  5. celiksuat.files.wordpress.com/2010/03/yonetim-teorileri.pdf




Yüklə 300,9 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin