İDARƏETMƏ SİSTEMİNDƏ SİYASİ LİDERLİK AMİLİ
Qasımova Günel Siyabənd qızı
BDU-nun II kurs magistrantı
Cəmiyyət – insanların məqsədyönlü fəaliyyətinin nəticəsidir. O , yarandığı gündən idarə olunmağa ehtiyac hiss edir. Cəmiyyətin hər bir sahəsində idarəetmə fəaliyyəti ictimai münasibətlərin xarakterindən asılı olaraq formalaşmış və inkişaf etmişdir. Əvvəlcə bir-birinə çox yaxın olan iki anlayışın mənasına diqqət yetirilməlidir: menecment və idarəetmə.
Bəzən həmin anlayışları ümumiyyətlə eyniləşdirirlər. Belə eyniyyəti texniki mənada qəbul etmək olar, çünki menecment hərfən idarəetmə deməkdir. Başqa sözlə, «menecment» və «idarəetmə» anlayışlarını texniki mənada sinonim sözlər kimi işlətmək olar. Qərbdə menecment anlayışının işlədilməsində kifayət qədər sərbəstlik vardır.
Lakin bəzi sosioloqlar sosial-mədəni hadisə kimi həmin anlayışların fərqləndirilməsini zəruri hesab edirlər. Onların fikrincə, menecment hər şeydən əvvəl kommersiya idarəetməsinin instrumentidir. İdarəetmə isə insanların qarşılıqlı fəaliyyətini nizamlayan mexanizmdir.
“İdarəetmənin sosiologiyası” sosioloji bilik sahəsi kimi cəmiyyətdə sosial münasibətlər əsasında təşəkkül tapan idarəetmə sistemi və proseslərini öyrənir. Sosial idarəetmə özü idarəetmənin başlıca funksiyalarından biridir. İdarəetmə və sosial idarəetmə anlayışları bir-birinə yaxın olsalar da biri digərinin sinonimi kimi çıxış etmir.
Ümumiyyətlə, idarəetmə elə bir prosesdir ki, o, həm cansız, həm də canlı təbiəti eləcə də cəmiyyəti əhatə edir. Buna görə də idarə etmənin üç növü ayırd edilir:
1.cansız təbiətin idarə olunması;
2.canlı təbiətin idarə olunması;
3.cəmiyyətin idarə olunması, sosial idarəetmə yaxud idarə etmənin sosiologiyası.
“Menecment” və “idarəetmə” anlayışları bir-birinə çox yaxındırlar. Hətta bəzən onlar eyniləşdirilir. Texniki nöqteyi nəzərdən bu heç bir etiraz doğurmur. Hərfi tərcümədə menecment idarəetmə deməkdir. İdarəetmə anlayışı ingilis dilindən tərcümədə comonder - idarəetmə deməkdir. Mədəni hadisələr kimi menecment və idarəetmə bir-birindən fərqlənir.
İdarəetmə anlayışı sözün dar və geniş mənalarında tarixi dövrdə mədəniyyət tipindən və iqtisadi quruluşdan asılı olmayaraq istənilən cəmiyyətdə tətbiq edilə bilər, bir çox elmlərin obyektidir, tədqiqat predmetidir. Sosiologiya onu sosial münasibətlərin piramidası formasında təsvir edir. Sosioloji nöqteyi nəzərindən idarəetmə vəzifə statusundakı gəlirlərdəki hakimiyyət səlahiyyətləri diapazondakı fərqlərə əsaslanan insan münasibətlərinin iyerarxik sistemini ifadə edir. Müasir dövrdə idarəetməyə üç elmi yanaşma mövcuddur:
1. İdarəetməyə proses kimi yanaşma - bu yanaşma idarə etməni proses kimi müəyyən edir. Burada təşkilatın məqsədlərinin əldə edilməsinə yönəlmiş fəaliyyət birdəfəlik fəaliyyət kimi deyil, fasiləsiz qarşılıqlı əlaqədar fəaliyyətlərin seriyası kimi nəzərdən keçirilir. 2. Sistem yanaşmaya ğörə, rəhbərlər təşkilatı dəyişən xarici mühit şəraitində müxtəlif məqsədlərin əldə edilməsinə yönəlmiş, qarşılıqlı asılı ünsürlərin (insanlar, struktur, məqsədlər, texnologiya) məcmusu kimi nəzərdən keçirilməlidir. 3. Situativ yanaşmaya görə, müxtəlif idarəetmə metodlarının yararlığı (effektivliyi) cari situasiya ilə müəyyən edilir. Çünki təşkilatın özündə olduğu kimi həm də onu əhatə edən mühitdə çox böyük amillərin məcmusu ona təsir göstərir. Konkret situasiyada ən effektiv idarəetmə metodu daha çox onun spesifikasına uyğun gələndir.
«İdarəetmə» və «sosial idarəetmə» anlayışlarını da müqayisə etmək və fərqləndirmək məqsədəuyğundur. Bu halda qeyd etmək olar ki, idarəetmə daha geniş anlayışdır; o, müxtəlif təbiətə malik orqanizmlərin, sistemlərin (bioloji, sosial, texniki) funksiyası olub, onların müəyyən strukturunu saxlamağı, fəaliyyət rejimini nizamlamağı, fəaliyyət məqsədlərini reallaşdırmağı təmin edir. Sosial idarəetmə isə geniş və dar mənada işlədilir. Geniş mənada sosial idarəetmə dedikdə bioloji və texniki sistemləri idarəetmədən fərqli olaraq, bütün və hər cür ictimai prosesləri idarəetmə başa düşülür. Dar mənada isə sosial idarəetmə cəmiyyət həyatının sosial sferasına xas olan hadisə və proseslərin idarəolunmasını nəzərdə tutur, sosial siyasətin reallaşdırılması vasitəsi kimi çıxış edir.
İdarəetmə həmişə hakimiyyətin və səlahiyyətlərin prezumpsiyasına, aşağıların yuxarılara tabeliyinə, iqtisadi, sosial vəmədəni nemətlərə yiyələnməkdə bərabərsizliyə əsaslanır. Rolların və statusların üfüqi və şaquli differensiasiyası müxtəlif cür təsbit olunur. İdarəetmə fərdlərin, qrupların, kollektivlərin fəaliyyətinin müəyyən rejimidir, nizamıdır, nəzərdə tutulan norma və qaydaların hüdudlarında həmin fəaliyyətin məhdudlaşdırılmasıdır.
Hər hansı bir idarəetmə zamanı ən doğru yol əvvəlcə idarə edilən obyekti, idarəetmə baxımından xarakterizə edilən sistemi müəyyənləşdirməkdir. Cəmiyyət özü bütöv bir sistem olmaqla yanaşı, eyni zamanda bir çox alt sistemlərə ayrılır. Sistem ayrı-ayrı elementlərdən və onların qarşılıqlı qanunauyğun əlaqəsindən ibarət olan bir məfhumdur. Beynəlxalq münasibətlərdə sistemli yanaşmanın banisi olan Lyudovik fon Bertalanfi sistem anlayışını “bir-birilə qarşılıqlı fəaliyyətdə olan elementlər məcmusu” kimi izah etmişdir.
İdarəetmə sistemi dedikdə, bir proses kimi idarəetmə fəaliyyətinin əhatə etdiyi bütün ictimai menasibətlərin, hadisə və proseslərin məcmusu başa düşülür. Aydin məsəslədir ki, hər hansi bir obyekti idarə etmək üçün ilk növbədə onu bir sistem kimi araşdırmaq, hərtərəfli öyrənmək lazımdır.
Dostları ilə paylaş: |